İzahlı lüğət

MÖHKƏMLƏŞDİRMƏK (ID - 29599)

f Daha möhkəm etmək; möhkəmləndirmək.

MÖHKƏMLƏŞMƏ (ID - 29600)

“Möhkəmləşmək” dən f.is.

MÖHKƏMLƏŞMƏK (ID - 29601)

f Daha da möhkəm olmaq; möhkəmlənmək. Əmək intizamı möhkəmləşir.

MÖHKƏMLƏTMƏ (ID - 29602)

“Möhkəmlətmək” dən f.is.

MÖHKƏMLƏTMƏK (ID - 29603)

f 1. Möhkəm etmək, davamlı hala salmaq; bərkitmək. Düyünü möhkəmlətmək. Vinti burub möhkəmlətmək.
[Kamran:] Qırılan zəncirləri bir də möhkəmlətmək olmaz. H.Nəzərli. Müdafiə qüvvəsini artırmaq; alınmaz, keçilməz,...

MÖHKƏMLİK (ID - 29604)

is. 1. Möhkəm şeyin halı; bərklik, davamlılıq. Materialın möhkəmliyi. Möhkəm olma; dözümlülük, səbatlılıq, mətinlik, iradəlilik. Mədəndə işləyən adamlardan ilk növbədə möhkəmlik tələb olunur. M.Hüseyn.
Yenilməzlik,...

MÖHLƏT (ID - 29605)

is. [ər.] 1. Vaxt vermə; bir işin görülməsi, yaxud vəd olunan bir şeyin yerinə yetirilməsi üçün verilən vaxt, müddət; icazəli vaxt. [Mahmud bəy:] Əşi, möhlət nədir, iş işdən keçib; Səlim bəy kişidir, möhkəm and içib. S.Rüstəm....

MÖHNƏT (ID - 29606)

is. [ər.] 1. Zəhmət, əziyyət, qayğı, ağırlıq, dərdi-sər. Möhnəti artmaq.
Böyükxanım:] Qulamxan, bundan sonra belini bərk bağla! Indi iki evin möhnəti düşdü sənin belinə. M.S.Ordubadi. □ Möhnət çəkmək - əziyyət çəkmək,...

MÖHNƏTKEŞ (ID - 29607)

sif və is. [ər. möhnət və fars. ...keş] Möhnət çəkən; möhnətli, qayğılı, qəmli, kədərli. Fərhada, Şirinə, yüz möhnətkeşə; Behiştə, qılmana vermərəm səni. Aşıq Əli.

MÖHNƏTLİ (ID - 29608)

sif Dərdi-kədəri olan; qəmli, qüssəli, kədərli, əziyyətlə dolu. Möhnətli adam. Möhnətli günlər. - Bu möhnətli ana Cəmilin üzündən öpüb getdi. T.Ş.Simurq. Səhər kimi açılır; Möhnətli üzlər indi. R.Rza.

MÖHRƏ (ID - 29609)

is. məh. Gil palçıqdan tikilmiş divar, hasar. Onlar bağçanın içi ilə ötüb, möhrədən aşıb vağzala keçdilər. Mir Cəlal.

MÖHRƏLİ (ID - 29610)

sif. məh. Möhrədən tikilmiş.
O, möhrəli evinə gəlir. Tutunu əli qoynunda görür. S.Rəhimov.

MÖHTAC (ID - 29611)

sif 1. Bir şeyə ehtiyacı olan, bir şeyə hacəti olub onu aradan qaldıra bilməyən. Möhtac adam. - Dedim: - Yol gəlmişəm, özüm də acam; Doğrusu, bir parça yemə möhtacam. S.Vurğun. // Is. mənasında. Köməyə, maddi yardıma ehtiyacı...

MÖHTACLIQ (ID - 29612)

is. Möhtac olma, ehtiyaclı olma.

MÖHTƏKİR (ID - 29613)

is. [ər.] Varlanmaq məqsədilə yeyinti və s. zəruri şeyləri ucuz qiymətə alıb saxlayan və sonradan baha qiymətə satan alverçi; ehtikarla məşğul olan adam. Kəndlilər, zəli kimi qanlarını soran möhtəkirlərdən, sələmçilərdən...

MÖHTƏKİRLİK (ID - 29614)

is. Möhtəkirin işi, peşəsi, məşğələsi; ehtikar. Möhtəkirlik etmək.

MÖHTƏRƏM (ID - 29615)

MÖHTƏRƏMLİK (ID - 29616)

is. Hörmətlilik, ehtiramlılıq, əzizlik, mötəbərlik.

MÖHTƏŞƏM (ID - 29617)

MÖHTƏŞƏMLİK (ID - 29618)

is. Əzəmətlilik, nəhənglik, ehtişamlılıq. Binanın möhtəşəmliyi.

MÖHÜR (ID - 29619)

is. [fars.] 1. Üzərində bir idarənin, təşkilatın və ya şəxsin adı həkk olunmuş metal, rezin və s.-dən damğa (bir şeyi təsdiq etmək üçün sənəd, surğuc və s. üzərinə basılır). Idarənin möhrü. - Yazılı məktuba 20 nəfər...

MÖHÜRLƏMƏ (ID - 29620)

“Möhürləmək” dən f.is.

MÖHÜRLƏMƏK (ID - 29621)

f 1. Hər hansı sənədi təsdiq etmək üçün ona möhür basmaq, möhür vurmaq. Arayışı möhürləmək. Vəkalətnaməni möhürləmək. Diplomu möhürləmək.
2. Bir şeyin müəyyən vaxt bağlı qalması üçün ağzına möhür vurmaq,...

MÖHÜRLƏNMƏ (ID - 29622)

“Möhürlənmək” dən f.is.

MÖHÜRLƏNMƏK (ID - 29623)

məch. 1. Möhür basılmaq, möhür vurulmaq. Attestat möhürləndi. Protokol möhürləndi. - Üç kağız yazdılar, möhürləndi. Qantəmir.
2. Bir şeyin müəyyən vaxt bağlı qalmağı üçün ağzına möhür vurulmaq, möhür basılmaq....

MÖHÜRLƏNMİŞ (ID - 29624)

fi.sif. Möhür vurulmuş, möhür basılmış; möhürlü. Qubernator əlini uzadıb, dörd tərəfi surğucla möhürlənmiş bir paket çıxartdı. M.S.Ordubadi. Tez açdılar o qutunun; Möhürlənmiş qapağını. M.Dilbazi.

MÖHÜRLƏTMƏ (ID - 29625)

“Möhürlətmək” dən f.is.

MÖHÜRLƏTMƏK (ID - 29626)

icb. 1. Hər hansı sənədi təsdiq etdirmək üçün ona möhür basdırmaq, möhür vurdurmaq. Çıxarışı möhürlətmək. Etibarnaməni möhürlətmək.
2. Bir şeyin müəyyən vaxt bağlı qalması üçün ağzına möhür vurdurmaq, möhür...

MÖHÜRLÜ (ID - 29627)

sif 1. Üzərində möhür olan, möhür vurulmuş, möhürlənmiş, möhürlə təsdiq edilmiş, möhrü olan. [Həsən paşa] hamı əhvalatdan hali olandan sonra çıxardıb xotkarın möhürlü naməsini [məclis əhlinə] oxudu. “Koroğlu” ....

MÖMİN (ID - 29628)

sif. və is. İnandığı dinin (əsasən islam dininin) ehkamlarına ciddi surətdə əməl edən adam; dindar, dinçi. Başmaqçı usta Ağabala .. saleh, salim, mömin, Allah bəndəsi bir şəxs idi. Çəmənzəminli. Mərhum Zeynəb xanım mömin,...

MÖMİNLİK (ID - 29629)

is. Dindarlıq, dinçilik.

MÖTƏBƏR (ID - 29630)

sif. [ər.] 1. Etibarlı, inanılan, inanıla biləcək, etibar edilən. Mötəbər mənbələrə görə... - [Ağa Kərim:] ..Bu saatda hakimi-şər yanında Ağa Mərdandan mötəbər kimsənə yoxdur. M.F.Axundzadə. Bir neçə mötəbər, bu işdən...

MÖTƏBƏRLİK (ID - 29631)

is. Mötəbər olma; etibarlılıq.

MÖTƏDİL (ID - 29632)

sif [ər.] 1. Nə az, nə çox; nə çox böyük, nə çox kiçik; orta vəziyyətdə olan; miyanə. Əndami ayinə, qəddi mötədil; Siyah zülfü qamətinə tən gərək. M.P.Vaqif.
2. Nə isti, nə soyuq; mülayim, yumşaq (iqlim, hava haqqında)....

MÖTƏDİLLƏŞMƏ (ID - 29633)

“Mötədilləşmək” dən f.is.

MÖTƏDİLLƏŞMƏK (ID - 29634)

f Mötədil olmaq; mülayimləşmək, yumşalma. İyun ayının əvvəlləri idi, hava mötədilləşmişdi. Ə.Vəliyev.

MÖTƏDİLLİK (ID - 29635)

is. Mötədil olma; mülayimlik, yumşaqlıq. Havanın mötədilliyi.

MÖTƏRİZƏ (ID - 29636)

MÖVC (ID - 29637)

is. [ər.] klas. Dalğa, ləpə. Ağırağır bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət. [Xortdan:] ..Suyun mövcləri gəmini qoz qabığı kimi atıb-tuturdu. Ə.Haqverdiyev. □ Mövc vermək - dalğalanmaq, ləpələnmək....

MÖVCİB (ID - 29638)

is. [ər.] klas. Səbəb, bais. □ Mövcib olmaq - səbəb olmaq, bais olmaq. Cahil oğlanların qız toyuna dürtülməsi yetişmiş qızlar tərəfindən .. etiraza mövcib olmazdı. R.Əfəndiyev.

MÖVCİBİNCƏ (ID - 29639)

qoş. köhn. Görə, əsasən, binaən. [Şah:] Qoşunun .. məvacibi qibleyialəmin fərmanı mövcibincə və mənim imzam ilə vilayətlərin mədaxilindən həvalə olunur. M.F.Axundzadə. [Mirzə Məmmədqulu:] Camaat, bu gün cənab naçalnikin...

MÖVCLƏNMƏ (ID - 29640)

“Mövclənmək” dən f.is.

MÖVCLƏNMƏK (ID - 29641)

f klas. Mövcə gəlmək, dalğalanmaq, ləpələnmək. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında oyan-buyana yatıb dəryatək mövclənirdi. Ə.Haqverdiyev.

MÖVCUD (ID - 29642)

sif [ər.] 1. Var olan, göz qabağında olan, hazırda olan. Mövcud imkanlar daxilində. Mövcud quruluş. - Quşun .. gözəlliyini təsvir etməyə nə mövcud rənglər, nə məlum kəlmələr kifayət etməz. M.Rzaquluzadə. Mövcud olmaq - var...

MÖVCUDAT (ID - 29643)

top. [ər. “mövcud” söz. cəmi] Var olan bütün şeylər; varlıqlar, kainat. Qüvvəyə bağlıdır aləmdə həyat; Qüvvədən nəşət edir mövcudat. A.Səhhət. Buludlar yox oldu, mövcudata həyat bəxş edən günün gözəl şüalarını...

MÖVCUDİYYƏT (ID - 29644)

[ər.] bax varlıq 1-ci mənada.

MÖVCUDLUQ (ID - 29645)

is. Mövcud olma; mövcudiyyət, varlıq,

MÖVHUM (ID - 29646)

sif. [ər.] Əslində olmayıb xəyala gətirilən, xəyalda törəyən. Mövhum qüvvələr. - [Əşrəf] həm də mövhum bir xəyal deyil, parlaq bir həqiqət qarşısında bulunmuş olurdu. H.Cavid.

MÖVHUMAT (ID - 29647)

is. [ər. “mövhum” söz. cəmi]
Əslində olmayıb xəyala, fikrə gətirilən şeylər; xəyalat.
İnsanları cəhalətdə saxlayan dini görüşlər; xurafat, fanatizm. Mövhumatla mübarizə. - Dini mövhumat insanları daimi bir qorxu...

MÖVHUMATÇI (ID - 29648)

is. və sif Dini mövhumata qapılmış (adam), mövhumata inanan (adam). [Yaşlı kişi:] ..O zaman məni əhatə edən mühit mövhumatçı olduğu kimi, mövhumatçı bir ailənin də tərbiyə edib yetişdirdiyi birgənc idim. S.Hüseyn. ..Dürdanəxanım...

Bu səhifə dəfə baxılıb

......