Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

MƏXMƏRLİ (ID - 28549)

sif 1. Məxmərlə örtülmüş, üzərinə məxmər çəkilmiş. Məxmərli divan.
[Qurban] müvazinətini saxlamaq üçün göy məxmərli yazı stoluna söykəndi. M.Hüseyn. [Nazlı:] Teatrda məxmərli eyvanda oturub, “Əsli-Kərəm” ə baxacağıq....

MƏXRƏC (ID - 28550)

is. [ər.] 1. riyaz. Kəsrdə vahidin neçə hissəyə bölündüyünü göstərən ədəd. Kəsrin məxrəci. Surət və məxrəc.
2. dilç. bax artikulyasiya. Saitlərin məxrəci.

MƏXSUS (ID - 28551)

sif [ər.] 1. Yalnız birinə aid olan. Mənə məxsus. Ozünə məxsus. Tələbəyə məxsus. // Xas olan. [Mirzağanın] özünə məxsus bir əxlaq və təbiəti, bir düşüncəsi vardı. S.Hüseyn. [Kərim baba] ..uşaqlara məxsus bir sevinclə...

MƏXSUSƏN (ID - 28552)

[ər.] 1. Bax məxsus 1-ci mənada.
2. Xüsusi olaraq, qəsdən, bilə-bilə. O, məxsusən belə edir.

MƏXSUSİ (ID - 28553)

[ər.] sif və zərf 1. Ancaq bir şeyə və ya bir şəxsə aid olan, məxsus olan; xüsusi. Məxsusi yer. Məxsusi paltar. - Qız evindən bəy üçün məxsusi bəy xonçası gəlir. R.Əfəndiyev.
2. Ayrıca olaraq, ayrılıqda, xüsusi surətdə....

MƏXSUSİYYƏT (ID - 28554)

is. [ər.] Məxsus olma, aid olma; aidiyyət, xüsusiyyət.

MƏİŞƏT (ID - 28555)

is. [ər.] 1. Ümumi yaşayış tərzi; yaşayış, yaşama, həyat. Kino məişətimizə möhkəm surətdə daxil olmuşdur. Yeni məişət uğrunda mübarizə. - [Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn....

MƏİŞƏTÇİLİK (ID - 28556)

is. dan. İctimai həyatdan uzaqlaşıb bütün fikrini öz yaşayışma, həyatına vermə.

MƏİYYƏT (ID - 28557)

is. [ər.] kit. Böyük vəzifəli şəxsi müşayiət edən heyət. Çar konsulu öz dostlarını vəliəhdin məiyyəti içərisində aramağa başlamışdı. M.S.Ordubadi.

MƏKAN (ID - 28558)

is. [ər.] 1. Bir adamın, şeyin sakin olduğu yer, oturulan yer; yurd. [Ağa Salman:] O sərbazların adı və məkanı sizə məlumdurmu? M.F.Axundzadə. Görürəm mən yuxuda hər axşam; O mübarək məkanı çox sevirəm. A.Səhhət. // Ümumiyyətlə,...

MƏKANSIZ (ID - 28559)

sif. Məkanı, yeri, yurdu olmayan; yersiz-yurdsuz. Lətif zara gəlmiş bir məkansız quş; Pünhan sirr içində olubdu bihuş. “Lətif şah” .

MƏKƏ, MƏKƏBUGDASI (ID - 28560)

is. Qarğıdalı, peyğəmbəri.

MƏKƏRƏ (ID - 28561)

is. [rus. “yarmarka” dan] 1917-ci il inqilabından əvvəl azərbaycanlılar NijniNovqorod şəhərində hər il keçirilən yarmarkanı bu cür adlandırardılar.

MƏKİK (ID - 28562)

is. 1. Tikiş maşınında: altdakı sapın çıxması üçün kəsici alət, mexanizm. Əl maşınının məkiki.
2. Toxucu dəzgahında: arğac kimi işlədilmək üçün iplik sarınan uzunsov oval qutu və ya qəlib şəklində alət. Dəzgahın...

MƏKR (ID - 28563)

is. [ər.] Hiylə, biclik, kələk. [Vəzir:] Ay ləçər, bu necə məkrdir mənim başıma gətirirsən? M.F.Axundzadə. [Bəhram:] Madam ki, bütün insanlar məkr və təzvir ilə öz məqsədlərinə yetişirlər, nə səbəbə mən hiylə qarşısında...

MƏKRLİ (ID - 28564)

sif Hiyləli, hiyləgər, aldadıcı.

MƏKRUH (ID - 28565)

sif. [ər.] 1. İkrah doğuran, nifrət doğuran; iyrənc, mənfur, çirkin. Məkruh səs. - [Qurban:] Nə qədər xasiyyətdən yaxşıdırsa, bir elə sifətdən məkruhdur. Ə.Haqverdiyev.
2. Müsəlman dininə görə haram sayılmasa da, zəruri...

MƏKTƏB (ID - 28566)

is. [ər.] 1. Yetişməkdə olan nəslə təlim və tərbiyə verən təlim-tərbiyə müəssisəsi. Məktəbə getmək. Məktəbdə oxumaq. Məktəbi qurtarmaq.
Hər hansı bir xüsusiləşdirilmiş tədris müəssisəsi. Musiqi məktəbi. Hərbi...

MƏKTƏBÇİ (ID - 28567)

köhn. bax məktəbdar. Bir belə söz də deyirlər ki, sizin kalba Aşır; Yeni məktəbçilər ilə gecə-gündüzyanaşır. M.Ə.Sabir.

MƏKTƏBDAR (ID - 28568)

is. [ər. məktəb və fars. ...dar] köhn. Keçmişdə xüsusi məktəb açıb orada dərs deyən adam. ..Övladımızın tərbiyə və təlimi bilkülliyə üsuli-təlimdən bixəbər və adabi-tərbiyədən bihiss olan məktəbdarların əlində idi....

MƏKTƏBDARLIQ (ID - 28569)

is. köhn. Məktəbdarın işi; öz xüsusi məktəbində dərs demə. Mirzə Həsən Təbrizdə məktəbdarlıq etdiyi müddətdə vəliəhd Müzəflflərəddin mirzəni çox yaxşı tanımışdı. P.Makulu.

MƏKTƏBDƏNKƏNAR (ID - 28570)

sif. Məktəbdə olmayan, məktəbdən kənarda olan, məktəbdən xaric həyata keçirilən (məşğələ, mədənimaarif müəssisələri və s. haqqında). Məktəbdənkənar tərbiyə müəssisəsi. Məktəbdənkənar məşğələ. Məktəbdənkənar...

MƏKTƏBƏQƏDƏR (ID - 28571)

sif. Uşağın məktəbə daxil olana qədərki dövrünə aid olan. Məktəbəqədər uşaq müəssisəsi. Məktəbəqədər tərbiyə. Məktəbəqədər yaşlı uşaq.

MƏKTƏBXANA (ID - 28572)

is. [ər. məktəb və fars. ...xanə] köhn. Məktəb. Məscidminarəsi, məktəbxanası; Torpağı şirindi, yeri yaxşıdır. Aşıq Ələsgər. Bizim Petrovski Akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb...

MƏKTƏBLƏRARASI (ID - 28573)

sif. Bir neçə məktəb arasında olan, bir neçə məktəbə aid olan. Məktəblərarası idman yarışı.

MƏKTƏBLİ (ID - 28574)

sif Məktəbdə oxuyan; şagird. Məktəbli uşaq. - Oturmuş qapıda məktəbli bir qız; Əlində bir qələm, bir parça kağız. S.Vurğun. // Is. mənasında. Məktəb şagirdi. Məktəblilərlə görüş. - Məktəblilərin şən nəğmələri Qəhrəmanlar...

MƏKTƏBYANI (ID - 28575)

sif. Məktəbin yaxınlığında, yanında olan. Məktəbyanı bağça. - Bahar yaxınlaşırdı, uşaqlar məktəbyanı təcrübə sahəsində çoxlu bitki əkmişdilər. Q.İlkin.

MƏKTƏBYAŞLI (ID - 28576)

sif Məktəbə girmək yaşı çatmış, həmin yaşda olan. Məktəbyaşlı uşaq. // İs. mənasında. Məktəbyaşlıların siyahısını tutmaq.

MƏKTUB (ID - 28577)

is. [ər.] Hər hansı bir məqsədlə, yaxud bir şeyi xəbər verib bildirmək üçün yazılıb poçt və ya başqa vasitə ilə birinə göndərilən kağız. Məktub göndərmək. Təcili məktub. - Məktubumu aldı, parə qıldı; Ağ üzünü dəxi...

MƏKTUBLAŞMA (ID - 28578)

“Məktublaşmaq” dan f.is.

MƏKTUBLAŞMAQ (ID - 28579)

qarş. Bir-birinə məktub yazmaq, bir-biri ilə yazışmaq. Həmzə Rəcəbovun bir çox şəhərlərlə əlaqəsi vardı, çox adamlarla məktublaşırdı. Ə.Əbülhəsən.

MƏKTUBPAYLAYAN (ID - 28580)

is. Məktubları adreslər üzrə sahiblərinə çatdıran poçt işçisi; poçtalyon.

MƏKULAT (ID - 28581)

is. [ər.] Yeyiləcək şeylər; azuqə, ərzaq. Amma onun tamam məkulatı və məşrubatı haman mənzildə hazır olurdu. M.F.Axundzadə. Yığılır hər tərəfdə məhsulat; Saxlanır anbar içrə məkulat. A.Səhhət.

MƏKUS (ID - 28582)

is. [ər.] köhn. 1. Tərsinə düşmüş, başıaşağı çevrilmiş. Nəyinsə əksi, ziddi, tərsi.
Əks-səda.

MƏQALƏ (ID - 28583)

is. [ər.] Məcmuə, jurnal və ya qəzetdə kiçik elmi və ya publisistik yazı. Qəzet məqaləsi. Tənqidi məqalə. Baş məqalə. - “Kəşkül” “Əkinçi” nin yolunu davam etdirərək, öz səhifələrində gerilik əleyhinə kəskin məqalələr...

MƏQAM (ID - 28584)

is. [ər.] 1. Yer, məkan. Pişxidmətbaşı və Xacə Mübarək çıxdılar, hər birisi öz məqamına getdi. M.F.Axundzadə. Mənimçin kəbeyi-kuyündə, ey gül, bir məqam olmaz. S.Ə.Şirvani. □ Məqam etmək (tutmaq)
klas. - yer tutmaq, məskən...

MƏQBƏR (ID - 28585)

is. [ər.] Qəbir, məzar.

MƏQBƏRƏ (ID - 28586)

is. [ər.] 1. Qəbirlərin üzərində xüsusi tikili; türbə, mavzoley. Nizami məqbərəsi. - Böyük şair taxt-rəvandan düşüb, birbaş Azərbaycan şairi Xaqaninin məqbərəsinə gəldi. M.S.Ordubadi. Dünyada sənətin yeddi ecazından biri...

MƏQBUL (ID - 28587)

sif. [ər.] 1. Qəbul olunan, bəyənilən, xoşagələn, yaxşı. [Ağa Kərim:] Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil! M.F.Axundzadə. [Xəyyam:] Minlərcə şəhər ya qala almaqdan, əmin ol; Bir sadə çoban könlünü almaq daha...

MƏQSƏD (ID - 28588)

is. [ər.] Əldə edilməyə, nail olmağa çalışılan, qəsd olunan şey; məram, niyyət, arzu. Məqsədə nail olmaq. - Qaldırdı əşk dün məni ol asitanədən; Kim, məqsədim mənim dəxi ol asitanədir. Füzuli. Beləliklə, Naşad əfəndi...

MƏQSƏDƏUYĞUN (ID - 28589)

sif Məqsədə müvafiq olan, cavab verən; niyyətə, arzuya düz gələn; münasib. Ən məqsədəuyğun üsullar.

MƏQSƏDƏUYĞUNLUQ (ID - 28590)

is. Məqsədəuyğun olma, qarşıya qoyulan məqsədlə düz gəlmə; münasiblik.

MƏQSƏDLİ (ID - 28591)

sif Müəyyən məqsəd güdən, müəyyən məqsədlə edilən, müəyyən məqsəd daşıyan. Məqsədli səfər.

MƏQSƏDSİZ (ID - 28592)

sif Heç bir məqsəd güdməyən; məqsədlə edilməyən; boş, faydasız. Məqsədsiz gəzinti. Məqsədsiz həyat. // Zərf mənasında. Imran kişi məqsədsiz kimi verdiyi bu suallara cavab gözləmədən səssizcə ayağa qalxıb, o biri otağa...

MƏQSUD (ID - 28593)

is. [ər.] klas. İstənilən, arzu edilən şey; məram, niyyət, qəsd. Məqsudun nədir? - Şikəstə könlümün məqsudu, usta! Bu Təbrizin sonaları necədi? “Abbas və Gülgəz” .

MƏQTƏ (ID - 28594)

is. [ər.] 1. Şeirdə pauza, şeir oxuyarkən durulan yer.
2. ədəb. Qəzəlin son beyti (mətlə müqabili).

MƏQTUL (ID - 28595)

sif [ər.] köhn. Öldürülmüş, qətl olunmuş. □ Məqtul olmaq - qətl edilmək, qətl olunmaq, öldürülmək (silahla). Sərhəddə vaqe olan son müharibədə Xivə xanı məğlub və məqtul olmuş, başı isə Tehrana gətirilmişdir. C.Cabbarlı....

MƏQUL (ID - 28596)

sif [ər.] köhn. Ağıllı, ağlabatan, ağlauyğun. Məqul söz.

MƏLAHƏT (ID - 28597)

is. [ər.] Gözəllik, şirinlik, lətafət; cazibə, duzluluq. Xanəndənin səsində məlahət var. - Ortaboylu kəndli qızı məlahətdən məhrum deyil idi. Çəmənzəminli. Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı...

MƏLAHƏTLİ (ID - 28598)

sif. Gözəl, lətafətli, şirin, xoş; cazibədar, duzlu. Məlahətli qız. Məlahətli gülüş. - [Camaat:] Hacı Ağa, bu qız kim ola, nə məlahətli səsi var? Mir Cəlal. Gözəlim, gözlərinin söhbəti hər yanda olur; Bu məlahətli baxışlar...

Bu səhifə 192 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla