İzahlı lüğət

MİNLƏRLƏ, MİNLƏRCƏ (ID - 29299)

sif Sayı minlərlə olan (bir şeyin sayca çoxluğunu bildirir). Minlərcə adam. - Kəndin qabağındakı çayaşağıda elə bil minlərcə adam səs-səsə verib car çəkirdi. Ə.Vəliyev. Minlərlə gənclər kitab üçün axışıb gəlirlər....

MİNLİK (ID - 29300)

sif Min vahidlə ölçülən. Minlik lampa.

MİNMƏ (ID - 29301)

“Minmək” dən f.is.

MİNMƏK (ID - 29302)

f 1. At və ya başqa minik heyvanının üstünə qalxmaq, oturmaq. At minib cıdıra çıxmaq, tüfəng atmaq. [Kiçikbəyim] üçün təbii bir ehtiyac kimi idi. Çəmənzəminli. O yanaşdı dəvəyə; Ancaq minə bilmədi. Vahabzadə. // Bir yerə...

MİNNƏT (ID - 29303)

is. [ər.] Edilən hörmət və yaxşılığa qarşı daxilən duyulan borcluluq hissi, özünü borclu bilmə. 0 Minnət çəkmək - 1) hörmət və yaxşılıq qarşısında özünü borclu bilmək. [Xoca Əziz:] Igid də igiddən çəkərmi minnət!...

MİNNƏTÇİ (ID - 29304)

is. Özgə üçün başqasından bir şey xahiş edən, minnət edən. [Sona] qapısına gələn bir çox elçiləri, minnətçiləri boş yola saldı. Ə.Əbülhəsən. [Şahpəri Yusifə:] Gecəgündüz minnətçi minnətçi dalısınca gəlirdi, bəs...

MİNNƏTÇİLİK (ID - 29305)

is. Minnətçi olma, vasitəçilik etmə; vasitəçilik.

MİNNƏTDAR (ID - 29306)

sif [ər. minnət və fars. ...dar] 1. Birindən gördüyü yaxşılığa qarşı mütəşəkkir olan, minnətə qarşı özünü borclu hiss edən, yaxşılıq bilən, razılıq edən. ..[Qadir] özünü minnətdar göstərmək istəyən vəziyyətdə...

MİNNƏTDARLIQ (ID - 29307)

1. is. Göstərilən diqqətə, edilən yaxşılığa qarşı razılıq, məmnunluq hissi; təşəkkür. Yarməmmədin ürəyində Kəngərliyə qarşı minnətdarlıqdan başqa bir duyğuyox idi. M.İbrahimov. ..Mən sizin etimadınıza qarşı ancaq...

MİNNƏTLİ (ID - 29308)

sif. Minnət qarşısında, minnətlə edilən, özünə borclu etmək üçün edilən; təmənnalı. Minnətli plovdansa, minnətsiz pendir-çörək yaxşıdır. (Ata. sözü).

MİNNƏTSİZ (ID - 29309)

sif və zərf Minnəti olmayan, minnət qoymayan, əvəzində heç bir şey istəməyən, minnət güdməyən. Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə... A.Divanbəyoğlu. [Qara Musa] ailəsini bəsləyəcək...

MİNNƏT-SÜNNƏT (ID - 29310)

is. [ər.] dan. Ayağa düşüb xahiş etmə; xahiş, yalvarış, rica. Minnət-sünnət etmək - ayağa düşərək xahiş etmək, yalvarmaq. Kişi nə qədər minnət-sünnət elədi, arvadrazı olmadı. (Nağıl).

MİNOMYOT (ID - 29311)

[rus.] bax minaatan. Minomyot atəşi. Minomyot atmaq.

MİNOMYOTÇU (ID - 29312)

is. Minomyot atan, minomyotçu hissələrində qulluq edən əsgər. Aslan onuyaxşı bir minomyotçu kimi təriflədi. S.Vəliyev.

MİNONOS (ID - 29313)

[rus. миноносец] bax mina gəmisi (“mina” da). Minonosda xidmət etmək.

MİNOR (ID - 29314)

[ital. minere] mus. Səsləri, kiçik tersiya əsasında qurulmuş akkord əmələ gətirən musiqi ladı (hüzn, kədər əhval-ruhiyyəsi ilə bağlı olan səs boyaları ilə səciyyələnir) (major əksi). Avropa musiqisi əsas etibarilə iki kök:...

MİNOTAVR (ID - 29315)

is. Qədim yunan mifologiyasında Minosun arvadı Pasifayanın Poseydonun müqəddəs öküzündən doğduğu nəhəng yarıadam, yarıat; bəzi variantlarda öküz başlı, insan bədənli varlıq.

MİNTƏNƏ (ID - 29316)

[fars. nimtənədən] bax nimtənə. [Hacı Saleh:] Amma, ağa, mintənənin ölçüsü məlum olsa, çox yaxşı olardı. M.F.Axundzadə.

MİNVAL (ID - 29317)

is. [ər.] Qayda, tərz, yol, üsul.
Bu minvalla, bu minval ilə - bu qayda ilə, bu cür, həmin tərzdə. ..Bunları tanımağım və dost olmağım bu minvalla əmələ gəldi. C.Məmmədquluzadə. Bir neçə ay Aslan bu minvalla dolandı. C.Cabbarlı....

MİOKARD (ID - 29318)

[yun. muo - əzələ və kardia ürək] Ürəyin əzələ divarcığı.

MİOKARDİT (ID - 29319)

[yun. muo - əzələ və kardia ürəkdən] tib. Ürək əzələsinin iltihabı.

MİR (ID - 29320)

is. [fars. əsli ər. “əmir” dən] 1. klas. Rəis, başçı, ağa. Hökmünə məhkum olmuşuz sultanımızdır mirimiz. Nəsimi.
din. Bəzi adam adlarının əvvəlinə artırılaraq onların seyid nəslindən olduğunu göstərir; seyid; məs.:...

MİRAB (ID - 29321)

is. [ər. mir və fars. ab] tar. Keçmişdə Şərq ölkələrində suvarma işlərinə nəzarət edən şəxs. [İskəndərzadə:] Mən mirabı çağırtdırmışam. Ə.Haqverdiyev. [Allahverdi:] Kətxudaya ver, yüzbaşıya ver, köməkçiyə ver, miraba...

MİRABEL (ID - 29322)

is. [fr.] Sarı gavalı növü.

MİRABLIQ (ID - 29323)

is. köhn. Mirabın vəzifəsi, işi. Əhməd də kənddə mirablıq vəzifəsini ona tapşırmağı vəd etdi. B.Talıblı.

MİRAXUR (ID - 29324)

is. [fars.] tar. Qədim zamanlarda padşahın, xanın baş mehtəri; mehtərbaşı. Şurişin əvvəlimci səbəbi məzul miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu. M.F.Axundzadə. Miraxur gəlib xəbər verdi...

MİRALAY (ID - 29325)

is. köhn. Polkovnik. Jandarm onbaşısı mətbəəyə girdi, vəziyyəti jandarm miralayına xəbər verib yenə də bayıra çıxdı. M.S.Ordubadi.

MİRAS (ID - 29326)

is. [ər.] 1. Ölən adamdan sonra varislərə qalan mal, mülk və s. Miras bölgüsü. Miras çatmaq. - Ağca xanım evində həmişə ata mirası deyib əzizlədiyi piləkli məxmərə altdan-yuxarı qəzəblə baxdı. Mir Cəlal. Lakin hələ ili...

MİRÇALIQ (ID - 29327)

is. bot. Yeməli, yabanı bitki.

MİRQƏZƏB (ID - 29328)

is. [fars. mir və ər. qəzəb] Cəllad. Məmurbaşı mirqəzəb kimi bir də adamları gözdən keçirdi.. S.Rəhimov. [Qüdrət:] [Mollayev] bir gün mehriban görünür, adamı tərifləyib göyə qaldırır, o biri gün mirqəzəb kimi başını...

MİRVARİ(D) (ID - 29329)

is. [fars.] b ax inci 1-ci mənada. Mirvari dənəsi. Uç sap mirvari. Mirvari boyunbağı. - Sıçrayarkən işıldayar damcılar; San saçılar mirvaridlər, incilər. A.Səhhət.

MİRVARİLİ (ID - 29330)

sif Mirvarisi olan, mirvari ilə bəzənmiş. Mirvarili sırğa.

MİRZƏ (ID - 29331)

is. [fars. “əmirzadə” nin ixtisarı]
tar. Şəxs adlarından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir; məs.: Sam mirzə, Abbas mirzə, Əbubəkr mirzə.
köhn. Savadlı adam. Mirzələr qəzet yazıb; Aşıqlar...

MİRZƏLİK (ID - 29332)

is. Yazı-pozu işi ilə məşğul olma; mirzə vəzifəsi; katiblik. Qəhrəmanı heç bir dəftərxanada mirzəliyə götürmürdülər. S.Rəhimov.

MİRZƏYİ (ID - 29333)

is. mus. Ağır-ağır oynanılan Azərbaycan xalq rəqsi və bu rəqsin havası. Mirzəyi çalmaq. - Məşədi Ibad mirzəyi havasını oynayır. Ü.Hacıbəyov. Mirzəyi havasında bu vəzn ağır və aramla vurulur. Ə.Bədəlbəyli.

MİS (ID - 29334)

is. 1. Özlü və döyülə bilən qırmızımtıl metal - kimyəvi element. Mis mədəni. Mis külçəsi.
Bu metaldan düzəldilmiş. Mis kasa. Mis məcməyi. Mis nimçə. Mis pul. - Dədəbabadan qalma bir neçə parça mis qab var idi ki, Reyhan...

MİSAL (ID - 29335)

is. [ər.] 1. Həll edilməsi üçün rəqəmlər üzərində bəzi əməliyyat tələb edən riyazi ifadə. Misalları həll etmək. Misalın cavabını yoxlamaq.
Bir fikrin anlaşılmasını asanlaşdırmaq və ya bir şeyi sübut etmək üçün...

MİSALLI (ID - 29336)

sif. Adətən sözün əvvəlində gəlib, “oxşayan” , “bənzəyən” , “bənzər” , “kimi” mənası verir. Şirmayı həmişə atasını çəkic altında döyülməkdən bərkiyən polad misallı insanlara bənzədirdi. M.Hüseyn.

MİSƏRİDƏN (ID - 29337)

sif. Mis əritmək üçün olan. Misəridən soba.

MİSGƏR (ID - 29338)

is. [fars.] Misdən müxtəlif qablar qayıran usta. Əlli qədəm bir-birindən aralı böyük misgər kürəsi və bu kürəyə münasib bir körüknəsb olub. M.F.Axundzadə. ..Misgərlər, dəmirçilər arasında iş aparmaq üçün də adam təyin...

MİSGƏRLİK (ID - 29339)

is. Misgər sənəti, işi, peşəsi. Misgərlik eləmək.

MİSİLSİZ (ID - 29340)

sif Misli, tayı-bərabəri olmayan, müqabili, əvəzi olmayan; nadir. Misilsiz gözəl. - Həyətimdə səfalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam mən. M.Müşfiq. Xanlar xanı Bayındır xan misilsiz bir bayram şənliyi...

MİSİRLİLƏR (ID - 29341)

cəm, tar. Misrin əsas əhalisini təşkil edən xalq.

MİSİRŞÜNAS (ID - 29342)

is. [ər. misir və fars. ...şünas] Misirşünaslıq mütəxəssisi.

MİSİRŞÜNASLIQ (ID - 29343)

is. Qədim Misrin tarixini, dilini, iqtisadiyyatını, incəsənətini və s. öyrənən elmlərin məcmusu.

MİSKİN (ID - 29344)

sif [ər.] 1. Fağır, biçarə, bədbəxt, yazıq. Leyli! - dedi, verdi cani-şirin; Ol aşiqi-biqərarü miskin. Füzuli. [Dərviş:] Şikarını itirmiş səyyad kimi boynuburuq məlul və miskin (z.) ocaq qırağında qaldım. A.Divanbəyoğlu.
2....

MİSKİNLƏŞMƏ (ID - 29345)

“Miskinləşmək” dən f.is.

MİSKİNLƏŞMƏK (ID - 29346)

f Miskin hala düşmək; fağırlaşmaq, acizləşmək, əlindən heç bir şey gəlməmək. Məğrur sərkərdə özünün miskinləşmiş ordusu ilə bərabər müqəddəs rus torpağından qovuldu. M.Hüseyn.

MİSKİNLİK (ID - 29347)

is. Fağırlıq, bədbəxtlik, biçarəlik, yazıqlıq, acizlik, düşkünlük. Yetər, miskinlik yetər; Qalx! Oyan, oyan, oyan!.. Cavid. [Kor] məzlumluğu sevən, miskinlikdən ruhani bir zövq alan bir adam idi. S.Hüseyn.

MİSQAL (ID - 29348)

is. [ər.] Təxminən 4,26 qrama bərabər köhnə çəki vahidi. [Hacı Kərim:] Bir misqal ondan bir batman misə vurub xalis gümüş olur. M.F.Axundzadə. Onlar kağız arasındakı beş-altı misqal barıtı çuxura tökdülər. P.Makulu.

Bu səhifə dəfə baxılıb

......