İzahlı lüğət

MUSİQİŞÜNASLIQ (ID - 29749)

is. Musiqi tarixi və nəzəriyyəsini, xalqların musiqi mədəniyyətini öyrənən elm.

MUSKAT (ID - 29750)

[fr. muskat] 1. Xoşiyli üzüm növü. Ağ muskat.
2. Bu üzümdən hazırlanan şərab növü.

MUSLİN (ID - 29751)

[fr. mousseline] Yüngül, yumşaq və nazik parça. İpək muslin. Yun muslin.

MUSSON (ID - 29752)

[fr. mousson, əsli ər. mövsüm] Qışda qurudan dənizə, yayda dənizdən quruya doğru vaxtaşırı əsməklə istiqamətini dəyişən külək.

MUSTANQ (ID - 29753)

is. [isp.] Vəhşiləşmiş ev atı.

MUŞHAMUŞ (ID - 29754)

bax mışamış. ..Bədbəxt Şəfiqə əziz balalarının yanına gedib, onları muşhamuş yuxulamış görüb, onlara busə göndərib öz yataq otağına getdi. İ.Musabəyov.

MUŞKET (ID - 29755)

is. [isp.] İriçaplı, fitilli tüfəng. Muşket sonralar çaxmaqdaşılı tüfənglə əvəz edildi.

MUŞKETYOR (ID - 29756)

is. [isp.] XVI əsrin əvvəlindən Avropa ordularında piyada növü. Kral muşketyorları.

MUŞQURMA (ID - 29757)

"Muşqurmaq” dan f.is.

MUŞQURMAQ (ID - 29758)

f Minik və qoşqu heyvanlarını hərəkətə gətirmək, it və s. heyvanları yaxına çağırmaq üçün dodaqları büzərək muşquruq səsi çıxarmaq. Muşqurub iti çağırmaq. - Məmməd nə qədər muşqurdusa, eşşək yerindən tərpənmədi....

MUŞQURTU, MUŞQURUQ (ID - 29759)

təql. Muşqurmaqdan hasil olan səs.

MUŞTULUQ (ID - 29760)

is. 1. Xeyir xəbər, şad xəbər, xoş xəbər, sevindirici söz; müjdə. Bəndalının səsi həyətdə böyük nicat xəbəri, bir muştuluq kimi səsləndi. Mir Cəlal. □ Muştuluğa getmək - xeyir xəbər aparmaq, şad xəbər vermək üçün...

MUŞTULUQÇU (ID - 29761)

is. Xeyir xəbər, muştuluq xəbəri gətirən adam; müjdəçi. Ay ötüb, il dolandı, bir gün evə muştuluqçu gəldi. S.Rəhimov. Iydələr gül açanda Şahbikə bir oğlan doğdu, Qafar kişiyə muştuluqçu getdi. M.Arif.

MUŞTULUQLAMA (ID - 29762)

“Muştuluqlamaq” dan f.is.

MUŞTULUQLAMAQ (ID - 29763)

f. Xoş xəbər vermək, şad xəbər yetirmək, müjdə vermək. [Məlikməmməd dərziyə:] Dur get, padşahı muştuluqla ki, balaca oğlunu tapmışam. (Nağıl). [Nəcəf:] Kimi muştuluqlamağa gedirsən? İ.Əfəndiyev.

MUŞTUT (ID - 29764)

is. Cır tut. // Xartut növü.

MUTAGEN (ID - 29765)

is. [lat. muto - dəyişirəm və yun.] İrsi dəyişikliklər yaradan fiziki və kimyəvi amillər. Fiziki mutagenlər. Ionlaşdırıcı şüaların bütün növləri mutagendir.

MUTANT (ID - 29766)

is. [lat.] Dəyişiklik nəticəsində yaranıb normal tipdən irsiyyətə görə fərqlənən forması.

MUTON (ID - 29767)

is. [lat.] Genin ən kiçik hissəsi.

MUY (ID - 29768)

b ax mu. Tənha oluram orada üryan; Muyi-sərim eylərəm pərişan. Füzuli. Qəm evində saldın küncə Vaqifi; Eylədin muyindən incə Vaqifi. M.P.Vaqif.

MUYƏ (ID - 29769)

is. [fars.] mus. Bir neçə muğam dəsgahının şöbələri arasında guşə.

MUYMUL (ID - 29770)

is. zool. Sərçəkimilər fəsiləsindən quş.

MUZ (ID - 29771)

bax mız. Qaçağan dana muzunu bərkidər. (Ata. sözü).

MUZD (ID - 29772)

is. [fars.] 1. Görülən iş müqabilində verilən əmək haqqı; zəhmət haqqı; haqq. Fəhləyə muzd vermək. - [Allahqulu:] Gündəlik muzdumuz çox az idi. S.S.Axundov. [fruz] .. balaca nəvəsinin muzdu ilə qazanılmış birparça çörəyə...

MUZDLU (ID - 29773)

sif 1. Muzdla işləyən, muzdla işləyib zəhmət haqqı alan, hər hansı bir işi haqla yerinə yetirən. Muzdlu fəhlə. Muzdlu işçi.
2. Muzdla görülən, əmək haqqı ilə yerinə yetirilən. Muzdlu iş. Muzdlu əmək.

MUZDSUZ (ID - 29774)

sif. və zərf Əmək haqqı verilməyən; pulsuz, havayı. Muzdsuz iş. Muzdsuz işləmək. - [Polad] dayısı Nuruşun yanında muzdsuz, maaşsız işləyib buruq işlərində təcrübə sahibi olmağa can atdı. A.Şaiq.

MUZDUR (ID - 29775)

is. [fars.] köhn. Mülkədar və ya qolçomaq təsərrüfatında muzdla işləyən kənd təsərrüfat fəhləsi. [Hacı Qambay] muzdur işlətmək əlverişli olmadığına görə kənd təsərrüfatında qadın zəhmətindən az-çox istifadə edirdi....

MUZDURÇULUQ (ID - 29776)

dan. bax muzdurluq. Ayın çox vaxtını [Alı kişi] biyara gedir, muzdurçuluq da yoxdur. “Qaçaq Nəbi” . Gəmi muzdurçuluğu filvaqe çox ağır sənətdir. S.M.Qənizadə.

MUZDURLUQ (ID - 29777)

is. 1. Muzdurun işi, peşəsi. Muzdurluq etmək. - Qapılarda muzdurluq edən yurdsuz, yoxsul adam indi yavaş-yavaş zəngin həyat keçirməyə başlayırdı. T.Ş.Simurq. [Eldar:] Atam cavanlığında .. kəndkənd gəzər, həm muzdurluq edər, həm...

MUZEY (ID - 29778)

[lat. - museum, əsli yun. museion - muzalara həsr edilmiş yer, muzalar məbədi] Tarix, incəsənət abidələrini, elmitəbii eksponatları toplayıb mühafizə və nümayiş etdirən müəssisə. Tarix muzeyi. Incəsənət muzeyi. Kənd təsərrüfatı...

MUZEYŞÜNAS (ID - 29779)

is. [lat. museum və fars. ...şünas] Muzeyşünaslıq mütəxəssisi.

MUZEYŞÜNASLIQ (ID - 29780)

is. Muzeylər təşkili və işi haqqında tətbiqi elm.

MÜADİL (ID - 29781)

sif [ər.] köhn. Çəki, həcm və qiymətcə bərabər olan; bərabər, tən.

MÜADİLƏ (ID - 29782)

is. [ər.] riyaz. b ax tənlik. Mühəndislik üçün yalnız müadilələri və həndəsə xətlərini, riyazi davaları bilməkmi lazımdır? Mir Cəlal.

MÜAHİDƏ, MÜAHİDƏNAMƏ (ID - 29783)

is. [ər. müahidə və fars. ...namə] Müqavilə, müqavilənamə, əhdnamə, saziş. Müahidə bağlamaq. - [Xristofor:] ..Avtomobilə minib qaçdım, bir şirkətlə müahidə bağlayıb əmələ sifəti ilə Fransaya gəldim. Çəmənzəminli.

MÜAQİB (ID - 29784)

sif. [ər.] 1. Təqib edən, ardınca gedən.
2. İncidən, əzab verən, cəzalandıran.

MÜALİCƏ (ID - 29785)

is. [ər.] 1. Xəstəni sağaltmaq üçün tibbi vasitələr tətbiq etmə. Müalicə yaxşı nəticə verdi. - Toğrulun yarası o qədər də ağır deyil, müalicəsinə başlanmışdır. M.S.Ordubadi. Müalicə Tapdığı yaxşı ayağa qaldırdı....

MÜALİCƏXANA (ID - 29786)

[ər. müalicə və fars. ...xanə] bax xəstəxana. Müalicəxanadan qayıdıb yol ağzında avtobus gözləyən qadınlar .. vağzaldan ayrılan yola baxırdılar. Mir Cəlal.

MÜALİCƏPƏZİR (ID - 29787)

sif. [ər. müalicə və fars. ...pəzir] köhn. Müalicəsi mümkün olan, müalicə nəticəsində sağala bilən, sağalan. Müalicəpəzir xəstəlik. - [Mirzə Mehdi:] Ancaq Gövhərtacın mərəzi müalicəpəzir mərəzlərdən deyil. Ə.Haqverdiyev....

MÜALİCƏSİZ (ID - 29788)

sif. 1. Müalicə olunmayan. Müalicəsiz xəstə. 2. Müalicəsi olmayan, çarəsi, əlacı, dərmanı olmayan. Müalicəsiz xəstəlik.

MÜAMİLƏ (ID - 29789)

is. [ər.] 1. köhn. Rəftar, münasibət, davranış. [Molla Güləndam] qonşuların müamiləsindən .. məlumat istərdi. Çəmənzəminli. Xədicənin mənə qarşı .. bu müamiləsindən mütəəssir olmaya bilməzdim. S.Hüseyn. □ Müamilə...

MÜAMİLƏÇİ (ID - 29790)

is. Faizlə pul borc verən adam; sələmçi.

MÜAMİLƏÇİLİK (ID - 29791)

is. Faizlə pul borcvermə işi; sələmçilik. Vəli malik olduğu sərvətiyalnız parçaçılıqdan deyil, müamiləçilikdən və oğurluq mal alış-verişindən qazanmışdı. Çəmənzəminli. [Şofer:] Keçmişdə alverlə, müamiləçiliklə,...

MÜARİZ (ID - 29792)

sif. və is. [ər.] köhn. Əks olan, zidd olan, müxalif olan, qarşı olan. [Mehriban] bir çox fikirlərinə müariz idi. S.Hüseyn. Qüdrət qəsdən müarizinin dililə, rəsmi bir ahənglə danışırdı. M.Hüseyn.

MÜASİR (ID - 29793)

sif. [ər.] 1. Başqası və ya başqaları ilə bir əsrdə, bir zamanda, bir dövrdə yaşamış olan və ya yaşayan; həməsr. Həsən bəy Zərdabi Mirzə Fətəli Axundzadənin müasiri idi. // İs. mənasında adətən cəm şəklində: müasirlərimiz...

MÜASİRLƏŞDİRİLMƏ (ID - 29794)

“Müasirləşdirilmək” dən fis.

MÜASİRLƏŞDİRİLMƏK (ID - 29795)

məch. Müasir şəklə salınmaq, müasir dövrün tələblərinə uyğunlaşdırılmaq. // Təkmilləşdirilmək.

MÜASİRLƏŞDİRMƏ (ID - 29796)

“Müasirləşdirmək” dən f.is.

MÜASİRLƏŞDİRMƏK (ID - 29797)

f Müasir şəklə salmaq, əsrin, dövrün tələblərinə uyğunlaşdırmaq. Geyimini müasirləşdirmək. // Təkmilləşdirmək (ən yeni avadanlıqla, texniki vasitələrlə, maşınlarla).

MÜASİRLƏŞMƏ (ID - 29798)

"Müasirləşmək” dən fis.

Bu səhifə dəfə baxılıb

......