Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

MÜASİRLƏŞMƏK (ID - 29799)

f Müasir hala, şəklə düşmək; əsrin, dövrün, zamanın tələblərinə, zövqünə uyğun olaraq dəyişmək.

MÜASİRLİK (ID - 29800)

is. Müasir olma; dövrün, zamanın tələblərinə uyğunluq. Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir. Ç.Aytmatov.

MÜAŞİQƏ (ID - 29801)

is. [ər.] Bir-birinə aşiq olma, sevişmə, bir-birinə eşq elan etmə, eşqbazlıq. ..Güldanda məşhur xəlifə Harunərrəşidin, qadını Zübeydə xatun ilə olan müaşiqəsindən çox nəfis bir mənzərə var idi. M.S.Ordubadi.

MÜAVİN (ID - 29802)

is. [ər.] Rəisi, rəhbəri və b.-nı işdə, vəzifədə əvəz edən şəxsin rəsmi adı. Direktorun müavini. Komandir müavini. [Mərcanov:] Sona bizim zavodun müdir müavinidir. H.Nəzərli. [Qarakişi Hümmətə:] Sənə yüz dəfə dedim, o...

MÜAVİNƏT (ID - 29803)

is. [ər.] Kömək, yardım. [Cahan:] Onların köməyilə, hökumətin müavinətilə, budur, kəndə təmiz şirin su gətirmişik. Ə.Haqverdiyev. □ Müavinət etmək kömək etmək, yardım göstərmək. Mən də indi sənin kimi məzlumlara əlimdən...

MÜAVİNLİK (ID - 29804)

is. Müavin vəzifəsi. Müavinlik etmək. Müavinlikdən çıxmaq.

MÜAYİNƏ (ID - 29805)

is. [ər.] 1. Hərtərəfli yoxlama, nəzərdən keçirmə, baxma. □ Müayinə etmək (eləmək) - hərtərəfli yoxlamaq, nəzərdən keçirmək, müayinədən keçirmək, oraburasına baxmaq. [Polis:] Rüstəm bəy, Mirzə Məhəmməd Əli və Səməd...

MÜBADİLƏ (ID - 29806)

is. [ər.] 1. Bir şey verib əvəzində başqa bir şey alma; deyişmə. □ Mübadilə etmək - bir şey verib, əvəzində başqa (adətən eyni dəyərdə) bir şey almaq; bir şeyi başqa bir şeyə dəyişmək.
2. iqt. Əmtəələrin, cəmiyyətin...

MÜBAH (ID - 29807)

sif [ər.] köhn. 1. Dinə görə nə halal, nə də haram sayılan, edilməsi və ya edilməməsi könüllü, ixtiyari olan. Çün gözün sərməstü ləlindir şərab; Mey mübah oldu və sufilik həram. Nəsimi. Məni qazi sənə nikah eləsin; Bu...

MÜBAHİSƏ (ID - 29808)

is. [ər.] Bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmə. Mübahisəyə başlamaq. Elmi mübahisə. - Iki qardaş arasındakı mübahisə getdikcə qızışıb...

MÜBAHİSƏÇİ (ID - 29809)

is. Mübahisə edən, mübahisə etməyi sevən adam. O, çox mübahisəçidir.

MÜBAHİSƏLİ (ID - 29810)

sif. Mübahisə doğuran, mübahisəyə səbəb olan. Mübahisəli məsələ. Mübahisəli iş. - Mollanəsrəddinçilərlə füyuzatçılar arasında ilk nəzərə çarpan mübahisəli məsələlərdən biri dil məsələsi idi. M.İbrahimov.

MÜBAHİSƏSİZ (ID - 29811)

sif Heç bir mübahisə doğurmayan, mübahisə olmayan. Mübahisəsiz iş. Mübahisəsiz məsələ. // Zərf mənasında. Müzakirə mübahisəsiz keçdi.

MÜBALİGƏ (ID - 29812)

is. [ər.] 1. Bir şeyi həddindən artıq şişirtmə, böyütmə, artırma. [Zeynal] deyirdi ki, “mənim aylıq mədaxilim beş yüz manatdır” . Bu sözlər, mübaliğə də olsa, həqiqətə yaxındı. S.Hüseyn. Mübaliğə başqa, yalan başqadır....

MÜBALİĞƏÇİ (ID - 29813)

is. Mübaliğə ilə danışan, mübaliğə ilə danışmağı sevən adam. [Məmmədcəfər] bir qədər danışığında mübaliğəçi idi, vəssalam. Qantəmir.

MÜBALİĞƏLİ (ID - 29814)

sif. Mübaliğə olan; şişirdilmiş, artırılmış. Mübaliğəli söz. Mübaliğəli danışıq.

MÜBALİĞƏSİZ (ID - 29815)

MÜBARƏK (ID - 29816)

sif. [ər.] 1. Xoş bir xəbər, təzə alınan şey və ya bayram münasibətilə deyilən təbrik, gözaydınlıq sözü. Bayramınız mübarək! Təzəpaltarın mübarək(dir)! Toyunuz mübarək! - [Müəllif:] Hərdənbir uşaqlardan biri qardaşımın...

MÜBARƏKBAD (ID - 29817)

is. [ər. mübarək və fars. ...bad]: mübarəkbad etmək (eləmək) - təbrik etmək, gözaydınlığı vermək, “mübarəkdir” demək. Elçilər mübarəkbad edib bu şad xəbəri Şahvələdə yetirdilər. “Aşıq Qərib” . [Məşədi İbad...

MÜBARƏKBADLIQ (ID - 29818)

is. Təbrik etmə, gözaydınlığı vermə; təbrik, gözaydınlığı. Pəri xanım və qarabaş, Əhmədin əynində nişan paltarını görəndə sevindiklərindən özlərini itirib, mübarəkbadlığı da yadlarından çıxartdılar. (Nağıl)....

MÜBARİZ (ID - 29819)

[ər.] 1. is. Hər hansı bir (adətən qabaqcıl, mütərəqqi, ədalətli, doğru) iş və s. uğrunda mübarizə aparan, çalışan adam. Sülh mübarizləri. // Sif. mənasında. [Ömər Lütfi:] Sizin kimi mübariz arqadaşlarımız da var. H.Nəzərli....

MÜBARİZƏ (ID - 29820)

is. [ər.] 1. Bir-birinə zidd ictimai qrupların, əqidələrin, mənafelərin və s.-nin üstünlük, hakim mövqe tutmaq uğrunda bir-biri ilə fəal toqquşması. Dilsiz, sağır göylərə dirək oldu haqq səsi; Başlandı bu ölkənin meydan mübarizəsi....

MÜBARİZƏÇİ (ID - 29821)

bax mübariz 1-ci mənada.

MÜBARİZƏLİ (ID - 29822)

sif. Mübarizə ilə başa gələn, mübarizə ilə keçən, mübarizə ilə dolu. Mübarizəli iş. Mübarizəli ömür. - Insan var ki; Ömrü qaynar, mübarizəli. R.Rza.

MÜBARİZƏSİZ (ID - 29823)

sif Mübarizə ilə olmayan, sülh və asayişlə davam edən, keçən; dinc. Mübarizəsiz həyat. Mübarizəsiz qələbə qazanmaq.

MÜBARİZLİK (ID - 29824)

is. Mübariz olma, müəyyən fikir və məqsəd uğrunda mübarizə aparma; döyüşkənlik. // Dotələblik.

MÜBAŞİR1 (ID - 29825)

is. [ər.] İranda: kəndi idarə etmək üçün mülkədarın təyin etdiyi adam. Musa kişi mübaşir Məmmədin yoğun səsini tanıdı. M.İbrahimov. Ərbab mübaşiri ilə arası dəyəndən sonra onun təsərrüfatı dağılıb maldövləti əlindən...

MÜBAŞİR2 (ID - 29826)

: mübaşir olmaq - məşğul olmaq, girişmək. [Molla İbrahimxəlil:] Məndə hanı o qədər vaxt və fürsət ki, hər bir cüzviyyata özüm mübaşir olam. M.F.Axundzadə. ..Iki əhməq qonşu bir-birini qırmaqda ikən kazaklar da bir tərəfdən...

MÜBƏLLİG (ID - 29827)

sif [ər.] Təbliğ edən, təbliğatçı. “Cəhənnəm məktubları” , “Mozalan bəyin səyahətnaməsi” , “Marallarım” kimi əsərlərində [Ə.Haqverdiyev] cəhalət, nadanlıq və köhnə etiqadlara istehza edir, xalqın ruhunu, zehnini...

MÜBHƏM (ID - 29828)

sif [ər.] Qeyri-müəyyən, gizli, qaranlıq, naməlum, üstüörtülü, anlaşılmaz, hər cür yozula bilən, hər cür başa düşülə bilən. Mübhəm söz. - Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən; Zülməti-hicr etdi çox mübhəm...

MÜBTƏDA (ID - 29829)

is. [ər.] qram. Cümlənin kimin və ya nəyin haqqında danışıldığını bildirən baş üzvü. Mübtəda kim? və nə? suallarına cavab verir.

MÜBTƏDALI (ID - 29830)

sif. qram. Mübtədası olan. Mübtədalı cümlə.

MÜBTƏDASIZ (ID - 29831)

sif qram. Mübtədası olmayan. Mübtədasız cümlə.

MÜBTƏLA (ID - 29832)

sif. [ər.] 1. Aludə, düçar, giriftar, tutulmuş. Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm betər bir dərdə onu mübtəla gördüm. Füzuli. [Fərman:] Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır?...

MÜBTƏLALIQ (ID - 29833)

is. Bir şeyə həddindən artıq aludəlik, mübtəla olma, düçar olma, giriftarlıq.

MÜBHƏMLİK (ID - 29834)

is. Gizli olma, qeyri-müəyyənlik, naməlumluq, anlaşılmazlıq. ..Şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. M.İbrahimov.

MÜCAVİR (ID - 29835)

sif. [ər.] köhn. Daim ibadətxana və ya türbə yanında yaşayıb vaxtını ibadətdə keçirən adam. Mücavir onları başına toplayıb Pirhəsənin kəramətindən uzun-uzadı söyləyir. A.Şaiq. [Rauf:] Əşrəf bəy bu məzarın daimi mücavirlərindəndir....

MÜCAVİRLİK (ID - 29836)

is. köhn. Mücavirin işi, peşəsi. O, çayçılığı buraxıb, gedib həmin qəbirdə mücavirlik edir. Ə.Haqverdiyev.

MÜCADİLƏ (ID - 29837)

is. [ər.] Dava-dalaş, bir-biri ilə atışma, tutuşma, davalaşma; qovğa, dava. Hücrədə mollalar mübahisə edirlərmiş, nə cür olursa, bunların mübahisələri mücadiləyə çevrilmiş.. “Mol. Nəsr.” . // Mübarizə.

MÜCAHİD (ID - 29838)

is. [ər.] 1. tar. İranda: azadlıq hərəkatında iştirak edən adama verilən ad; fədai, üsyançı. Səttar xanın mücahidləri.
[Bağır xan:] Mücahidlər, igidlik və imtahan vaxtıdır. M.S.Ordubadi. Qorxu bilməz mücahidlər, bağrında...

MÜCƏRRƏD (ID - 29839)

is. [ər.] Konkret varlıqla əlaqəsi olmayan, ancaq xəyalda təsəvvür edilə bilən, nəzəriyyəyə əsaslanan; abstrakt (konkret əksi). Mücərrəd anlayış. Mücərrəd təfəkkür. // Gündəlik həyatdan uzaq, konkret olmayan, həyatla bağlı...

MÜCƏRRƏDLƏŞDİRİLMƏ (ID - 29840)

“Mücərrədləşdirilmək” dən f.is.

MÜCƏRRƏDLƏŞDİRİLMƏK (ID - 29841)

bax abstraktlaşdırılmaq.

MÜCƏRRƏDLƏŞDİRMƏ (ID - 29842)

“Mücərrədləşdirmək” dən f.is.

MÜCƏRRƏDLƏŞDİRMƏK (ID - 29843)

bax abstraktlaşdırmaq.

MÜCƏRRƏDLƏŞMƏ (ID - 29844)

“Mücərrədləşmək” dən f.is.

MÜCƏRRƏDLƏŞMƏK (ID - 29845)

f Bir şeyin əsas, ən mühüm əlamətlərini müəyyən edib ortaya çıxartmaq üçün fikrən onun bu və ya başqa cəhətlərindən, xassələrindən və ya əlaqələrindən sərf-nəzər etmək, onları nəzərə almamaq.

MÜCƏRRƏDLİK (ID - 29846)

is. Mücərrəd şeyin hal və xassəsi (konkretlik əksi).

MÜCƏSSƏM (ID - 29847)

sif. və is. [ər.] Təcəssüm etmiş, sanki cisim halına girmiş, cisimlənmiş, canlanmış; konkret maddi bir şəkil almış. Ey mücəssəm duyğu, ey ülvi bəşər; Ey çamırlıq içrə düşmüş saf zər! A.Səhhət. Mücəssəm bir xəyalət,...

MÜCƏSSƏMƏ (ID - 29848)

is. [ər.] 1. Hər hansı bir təbiət hadisə və ya qüvvəsinin canlı bir cisim şəklində təsviri.
Hər hansı bir keyfiyyəti, xüsusiyyəti təcəssüm etdirən adam, şey haqqında. O, gözəllik mücəssəməsidir. - [Bəhram:] Sən insan...

Bu səhifə 29 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

İzahlı video testlərə keç

.....