İzahlı lüğət

MODELLƏŞDİRMƏK (ID - 29449)

f. Bir şeyin modelini hazırlamaq. Paltarı modelləşdirmək.

MODEM (ID - 29450)

is. Hesablayıcı elektron maşının və ya abonent məntəqələrinin ikilik siqnallarının rabitə kanallarma göndərilən siqnallara və ya əksinə çevirmək üçün qurğu.

MODERATO (ID - 29451)

[ital.] mus. 1. Yavaş, ağır, tələsmədən (musiqi əsərlərinin ifa tempi haqqında).
2. Ağır, yavaş tempdə musiqi əsəri və ya onun bir hissəsi.

MODERATOR (ID - 29452)

[lat. moderator - azaldan]
Klavişli (dilli) musiqi alətlərində səsin gücünü tənzim edən alət.
2. Maşının sürətini azaltmaq üçün qurğu.

MODERN (ID - 29453)

MODERMST (ID - 29454)

[fr.] Modernizm tərəfdarı.

MODERNIZM (ID - 29455)

MODUL (ID - 29456)

is. [lat.] 1. Riyaziyyatda hər hansı bir mühüm əmsalın və ya kəmiyyətin adı.
2. Bina və tikilinin hissələrini uzlaşdırmaq və ya ona mütənasiblik və ahəngdarlıq vermək üçün inşaatda və ya memarlıqda qəbul edilmiş şərti...

MODULLAŞDIRMA (ID - 29457)

“Modullaşdırmaq’dan f.is.

MODULLAŞDIRMAQ (ID - 29458)

f mus. Bir tondan başqasına keçmək (musiqi səsləri haqqında).

MOFET (ID - 29459)

is. [fr.] Vulkan kraterində və soyumuş lava axınlarında yerləşmiş kanal və çatlardan ayrılan karbon qazı şırnaqları.

MOGİKAN (ID - 29460)

is. Şimali Amerikada hindu tayfası.

MOXER (ID - 29461)

is. [ing.] Anqor keçisinin tükü və ondan toxunmuş material.

MOİZƏ (ID - 29462)

is. [ər.] 1. Bax vəz 1-ci mənada. [Yaşlı kişi:] Şeyx Yəhyanın dalında namaz qılıb, sonra da moizəsini dinlədim. S.Hüseyn.
2. Nəsihət, öyüd. [Yusif şahın həvaxahları] müfəttinlər ilə müqabil durub nəsihət və moizəyə...

MOKKO (ID - 29463)

[coğr. is. -dən] Əla qəhvə növü.

MOQAR (ID - 29464)

is. [ital.] Taxıllar fəsiləsindən birillik bitki.

MOQQULDAMA (ID - 29465)

“Moqquldamaq” dan f.is.

MOQQULDAMAQ (ID - 29466)

f Moqqultu səsi çıxarmaq (donuz və bəzi başqa heyvanlar haqqında).

MOQQULTU (ID - 29467)

is. Donuz və bəzi başqa heyvanların çıxardığı səs. Donuzun moqqultusu.

MOQUR (ID - 29468)

is. Hindistanın qızıl sikkəsi.

MOL (ID - 29469)

is. Maddə miqdarının vahidi; qrammolekulun qısaldılmış adı.

MOLBERT (ID - 29470)

[alm.] Rəssamın işləməsi üçün üzünə kətan çəkilmiş çərçivəni saxlayan dayaq; rəssam dəzgahı. Bəhruz molbert arxasında işləyir. Ə.Məmmədxanlı.

MOLDAV(AN) (ID - 29471)

Moldova Respublikasının əsas əhalisini təşkil edən, roman qrupu dillərindən birində danışan xalq və bu xalqa mənsub adam.

MOLDAV(AN)CA (ID - 29472)

sif. və zərf Moldav(an) dilində. Moldav(an)ca-rusca lüğət. Moldav(an)ca danışmaq.

MOLEKUL (ID - 29473)

[fr. molecule - əsli lat.] Maddənin bütün kimyəvi xüsusiyyətlərinə malik ən kiçik hissəciyi.

MOLEKULYAR (ID - 29474)

sif. [fr.] Molekula aid olan. Molekulyar çəki. // Molekulların tədqiqi ilə əlaqədar olan. Molekulyar nəzəriyyə.

MOLİBDEN (ID - 29475)

[yun. molybdos - qurğuşun]
Gümüşü-ağ rəngli, çətin əriyən parlaq metal - kimyəvi element.
2. Molibdendən düzəldilmiş. Molibden məftil.

MOLİBDENLİ (ID - 29476)

sif Tərkibində molibden olan. Molibdenli polad.

MOLLA (ID - 29477)

is. [ər.] 1.Rütbəcə axunddan kiçik müsəlman ruhanisi. Məhəllə mollası.
Sonra da bir tirmə əmmaməli molla gəlib salam verdi. Mir Cəlal. // Bu zümrəyə mənsub adamların adına əlavə edilən ləqəb. Əgər xəbər alsan molla Səfini;...

MOLLABAŞI1 (ID - 29478)

is. köhn. Baş molla, mollaların başçısı. [Xacə:] Fərraş göndər, .. molla Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın! M.F.Axundzadə.

MOLLABAŞI2 (ID - 29479)

is. bot. Ortasında boruvari sarı, yanlarında isə yarpaqvari ağ gülləri olan mürəkkəbçiçəklilər sırasından bir sıra ot bitkilərinin adı.

MOLLAGUNƏ (ID - 29480)

sif. [ər. molla və fars. ...gunə] Dindar. Hacı Hüseyn həmişə təsbeh çevirən, ağzıdualı, mollagunə bir kişi idi. S.Rəhman. // Özünü mollaya bənzədən, yalançı molla; mollanüma.

MOLLAXANA (ID - 29481)

is. [ər. molla və fars. ...xanə] Mollanın dərs dediyi dini məktəb. [Növrəstə:] Mollaxanada köhnə qayda ilə, köhnə əlifba ilə dərs verirlər. Ə.Haqverdiyev.

MOLLALIQ (ID - 29482)

is. 1. Molla vəzifəsi, molla işi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. N.Nərimanov. [Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular....

MOLLANƏSRƏDDİNÇİLƏR (ID - 29483)

cəm “Molla Nəsrəddin” məcmuəsi ətrafında toplanan mütərəqqi, maarifpərvər şair və yazıçılar. Mollanəsrəddinçilər ilə füyuzatçıların ideya mübarizəsi. Mollanəsrəddinçilərin ədəbiyyat tarixindəki rolu.

MOLLANÜMA (ID - 29484)

[ər. molla və fars. ...nüma] bax mollagunə. [Yaşlı kişi:] Mən “mollanüma” kəlməsinin həqiqi məfhumunu ancaq indi anlamalıyam. S.Hüseyn. [Hacı:] Yalançı mollalar indiyəcən şəriəti düz anlatmayıblar. Onlar molla deyil, mollanümalardır....

MOLLASAYAQ (ID - 29485)

b ax mollagunə. Bu kişi mollasayaq adamdı. (Nağıl).

MOLLATÜTƏK (ID - 29486)

is. zool. Yayda su üzərində uçan qısaömürlü cücü.

MOLTANI (ID - 29487)

is. dan. Dinsiz, yolsuz, kafir. Işin xatirəsi üçün moltanıya dayı deyərlər. (Ata. sözü). [Axund:] [Qızı] lap moltanıya da nikah etməyə hazıram. C.Cabbarlı. // Söyüş mənasında işlədilir. Moltanı oğlu moltanı.

MOLTANILIQ (ID - 29488)

is. dan. Azma, kafirlik.

MOLYAR (ID - 29489)

is. Bir litrində həll olunmuş maddənin bir qram molekulu olan məhlul.

MOLYUSK (ID - 29490)

is. [rus.] Yumşaq bədənli onurğasız dəniz heyvanı.

MOMENT (ID - 29491)

is. [lat.] 1. Mexanika və ehtimallar nəzəriyyəsində mühüm rol oynayan riyazi anlayış.
2. An, ləhzə.

MONADA (ID - 29492)

is. [yun.] fəls. Varlığın struktur vahidini ifadə edən fəlsəfi termin. Monada Leybnits fəlsəfəsinin əsas anlayışlarından biridir.

MONARXİST (ID - 29493)

[yun.] Monarxizm tərəfdarı; padşahpərəst.

MONARXİYA (ID - 29494)

[yun. monarcha - təkhakimiyyətlilik] Dövlətin başında bir nəfərin padşahın durduğu idarə üsulu, habelə bu üsulla idarə olunan dövlət; padşahlıq, mütləqiyyət. Konstitusiyalı monarxiya.

MONARXİYALI (ID - 29495)

sif Monarxiya (mütləqiyyət) üsuli-idarəsi olan, padşaha tabe olan. Monarxiyalı dövlət.

MONARXİZM (ID - 29496)

[yun.] Monarxiyanı (padşahlığı) bərqərar edib saxlamaq məqsədini daşıyan mürtəce siyasi cərəyan; padşahpərəstlik.

MONASTIR (ID - 29497)

[yun.] 1. Rahib və ya rahibələrin, torpaq və kapitala malik kilsə - təsərrüfat təşkilatından ibarət dini icması. Kişi monastırı. Qadın monastırı. - Çünki həp bəhs edər manastırdan; Ərə getmək ölümdür onca, inan!.. H.Cavid.
2....

MONİST (ID - 29498)

[yun.] Monizm tərəfdarı.

Bu səhifə dəfə baxılıb

......