İzahlı lüğət

MÜRİD (ID - 30149)

is. [ər.] Keçmişdə: bir müsəlman təriqət şeyxinə və ya mürşidə beyət edərək ondan təriqətin üsul və mərasimlərini öyrənən adam; şagird. Pirkətanqulu pirinin şeyxi nə qədər öz müridini bəkləsə də, Məmməd gəlib çıxmadı....

MÜRİDİZM (ID - 30150)

is. [rus. əsli ər. mürid və yun. ...izm] tar. XIX əsrin 2-ci yarısında rus elmi ədəbiyyatında meydana gələn və Şimali Qafqaz dağlılarının 1820-1860-cı illərdə Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı yönəlmiş...

MÜRİDLİK (ID - 30151)

is. Mürid olma.

MÜRŞİD (ID - 30152)

is. [ər.] Əsil mənası “doğru yol göstərən” olub, keçmişdə təriqətə başçılıq edən şeyxlərə deyilirdi. [Arif:] Ey mürşidipir, inayət eylə; Əylənmə mənimlə sən də böylə... H.Cavid.

MÜRŞİDLİK (ID - 30153)

is. Mürşid olma; rəhbərlik.

MÜRTƏCE (ID - 30154)

sif [ər.] İrticanın xeyrinə iş görən, yenilik və tərəqqi uğrunda mübarizədə köhnəlik və vaxtı keçmiş şeyləri müdafiə edən, ictimai və mədəni tərəqqinin əleyhinə gedən; irticaçı. Mürtəce ədəbiyyat. Mürtəce siyasət....

MÜRTƏCELİK (ID - 30155)

is. Mürtəce mahiyyətdə olma. Siyasətdə mürtəcelik.

MÜRTƏD (ID - 30156)

is. və sif [ər.] 1. Öz dinini (müsəlmanlığı) atmış; Allahsız, dinsiz, imansız, babi. Məsələn, mənə deyirlər filankəs babidir, yəni mürtəddir. C.Məmmədquluzadə. [Molla Vəli:] Mən onu deyə bilərəm ki, o mürtəddir və qanı...

MÜRTƏDLİK (ID - 30157)

is. Allahsızlıq, dinsizlik. // Dönüklük, xainlik.

MÜRTƏKİB (ID - 30158)

sif. [ər.] köhn. Haram, pis, yaramaz bir işə qoşulan və ya bu cür işlə məşğul olan. ..Kənardan baxan əcnəbilər bizə deyirlər: - ..Mürtəkibdirlər. C.Məmmədquluzadə. □ Mürtəkib olmaq - pis, yaramaz bir işə qurşanmaq, yaraşmaz...

MÜRUR (ID - 30159)

is. [ər.] 1. Keçmə, ötmə, keçib getmə (vaxt, zaman haqqında). □ Mürur etmək - keçmək, ötmək, keçib getmək. Zaman bir axar çay kimi axır, illər mürur edirdi. Cabbarlı. Əfsus, muradımca mürur etmədi dövran; Saldı məni taxtımdan...

MÜRÜVVƏT (ID - 30160)

is. [ər.] Mərd adama və həqiqi insana xas olan yaxşı sifətlər; rəhm, insaf, mərhəmət, insanlıq. Mürüvvət sahibi. Mürüvvətə əndazə olmaz. (Ata. sözü). Yox kimsədə insafü mürüvvət; Iblisəmi uymuş bəşəriyyət?! H.Cavid....

MÜRÜVVƏTLİ (ID - 30161)

sif Mürüvvəti olan, insaflı, insaniyyətli. Mürüvvətli adam. - [Hatəm:]
Bəs hanı dünyanın elmli, mürüvvətli adamları. Ə.Əbülhəsən.

MÜRÜVVƏTSİZ (ID - 30162)

sif və is. İnsafsız, mərhəmətsiz, zülmkar, mürüvvəti olmayan. Mürüvvətsiz adam. - [Səttar:] Bizi mürüvvətsizlər acından qırırdılar. Ə.Əbülhəsən.

MÜRÜVVƏTSİZLİK (ID - 30163)

is. İnsafsızlıq, rəhmsizlik, şəfqətsizlik, zalımlıq.

MÜRVƏR (ID - 30164)

is. Doqquzdonkimilər fəsiləsindən bitki növü.

MÜSABİQƏ (ID - 30165)

is. [ər.] İştirakçıları içərisindən ən yaxşılarını seçib ayırmaq üçün keçirilən yarış; konkurs. “Qurtuluş” jurnalı gənc yazıçılar arasında yaxşı bədii əsər müsabiqəsi elan etmişdi. Cəfər.. bu müsabiqədə...

MÜSADİRƏ (ID - 30166)

is. [ər.] Xüsusi şəxslərə, yaxud şirkət, təşkilat, müəssisə və s.-yə məxsus əmlak, pul və s.-nin bütünlüklə və ya qismən dövlətin xeyrinə zorla və əvəzsiz zəbt olunması. □ Müsadirə etmək (eləmək) bir şəxsin, yaxud...

MÜSAFİR (ID - 30167)

is. [ər.] 1. Səfər edən, səfərə gedən; səyahətə çıxan adam; səyahətçi. Keçdi çox illər, olmadı orda; Bir müsafir gəlib sirab olsun. A.Səhhət.
Mehmanxanalarda, karvansaralarda və s.-də müvəqqəti yaşayan adam. Tiflisdə...

MÜSAFİRƏT (ID - 30168)

is. [ər.] köhn. Səfərdə olma, səyahət.

MÜSAFİRXANA (ID - 30169)

is. [ər. müsafir və fars. ...xanə] köhn. Mehmanxana, qonaq evi. [Yaşlı kişi:] Hacı Ramazan tapşırmışdı ki, Hacı Mirzə Babanın müsafirxanasına düşüb orada mənzil tutum. S.Hüseyn. Təzəpir gözəl bir səhranın ortasında idi,...

MÜSAFİRXANAÇI (ID - 30170)

is. köhn. Mehmanxanaçı, mehmanxana sahibi və ya mehmanxana saxlayan adam.

MÜSAHİB (ID - 30171)

sif [ər.] 1. Biri ilə söhbət edən, söhbətdə iştirak edən. ..Məşədi Qədir qəsdən “yatmışıq” deyir və gözünü müsahibindən ayırmaq istəmirdi. T.Ş.Simurq. Kazım kişi yenə də duruxdu, müsahibinin lap gözünün içinə...

MÜSAHİBƏ (ID - 30172)

is. [ər.] 1. Bir məsələ haqqında iki və ya bir neçə adam arasında gedən söhbət, danışıq; ümumiyyətlə, söhbət. Yenə yolumuza başladıq. Bu dəfə müsahibəmiz bir qədər daha səmimiləşmişdi. S.Hüseyn. Mətbuatda çap edilmək...

MÜSAHİBƏÇİ (ID - 30173)

is. Müsahibə edən, müsahibə aparan, danışan.

MÜSAHİBLİK (ID - 30174)

is. Müsahib olma, söhbətdə yoldaşlıq etmə, həmsöhbət olma. Mənə o vaxt qəzetçi dedilər ki, mən Sadıq ilə müsahibliyə başladım. C.Məmmədquluzadə.

MÜSAİD (ID - 30175)

sif. [ər.] Uyğun, əlverişli, münasib; bir şeyə imkan verən. Müsaid şərait. Müsaid vaxt. - Qızların əhvali-ruhiyyəsi bu kimi işlərə müsaid deyildir. A.Şaiq. □ Müsaid olmaq - əlverişli olmaq, müvafiq olmaq, münasib olmaq, imkan...

MÜSAİDƏ (ID - 30176)

[ər.] 1. is. İzin, icazə, rüsxət. Qapıçı telefon ilə müdirdən müsaidə istəyib səyyahları içəri buraxdı. Çəmənzəminli. O, sonra aşağı qatda pəncərəyə yaxın oturmuş bir gəncin müsaidəsini alaraq tez pəncərə önünə...

MÜSALİHƏ (ID - 30177)

is. [ər.] köhn. Sülh, barışıq; barışma.

MÜSAMİRƏ (ID - 30178)

[ər.] bax konsert 1-ci mənada. Bir gecə istirahət evində müsamirə tərtib edilmişdi. S.Hüseyn. [Nuriyyə:] Həmişə məktəb müsamirələrində güldürücü rollar oynardım. İ.Əfəndiyev. [Zakirov:] Deyəsən, bu gecə istirahət evində...

MÜSAVAT (ID - 30179)

is. [ər.] 1. Bərabərlik. Fəqr ilə ğina əhlinə kim verdi müsavat? M.Ə.Sabir. Çikaqo şəhərində beş min qız hökumətə bildirir ki, əgər arvadlara tamam müsavat verilməsə onlar heç bir vaxt ərə getməyəcəklər. C.Məmmədquluzadə.
Birinci...

MÜSAVİ (ID - 30180)

sif. [ər.] Bərabər.

MÜSAVİLƏŞDİRMƏ (ID - 30181)

“Müsaviləşdirmək” dən f.is.

MÜSAVİLƏŞDİRMƏK (ID - 30182)

f Bərabərləşdirmək, tənləşdirmək.

MÜSAVİLƏŞMƏ (ID - 30183)

"Müsaviləşmək” dən f.is.

MÜSAVİLƏŞMƏK (ID - 30184)

f Bərabərləşmək, tənləşmək.

MÜSAVİLİK (ID - 30185)

is. Bərabərlik, tənlik; bir bərabərdə olma. ..Müxtəlif səpkili ziyalılar isə “o dünyanı” tamamilə inkar etməsə də, hər iki dünya arasında müəyyən bir eyniyyət və müsavilik yaradır. M.İbrahimov.

MÜSBƏT (ID - 30186)

sif [ər.] 1. Razılıq bildirən, bəyənilən, etiraz doğurmayan. Müsbət cavab. Müsbət rəy. Müsbət qiymət almaq. Müsbət xasiyyətnamə. - [Aslan] hiss etdi ki, yaxşı adamların arasındadır, suala müsbət cavab verdi. S.Vəliyev. // Zərf...

MÜSBƏTLİK (ID - 30187)

is. Müsbət şeyin hal və keyfiyyəti, müsbət olma.

MÜSƏDDƏS (ID - 30188)

is. [ər.] ədəb. Hər bəndi altı misradan ibarət klassik şeir forması. Seyid Əzim Şirvaninin “Zaman ol zaman idi” müsəddəsi.

MÜSƏHHİH (ID - 30189)

is. [ər.] köhn. bax korrektor. Bir rübaidə dörd qələt buraxır; Barakallah, bizim müsəhhihlər. Ə.Qəmküsar.

MÜSƏHHİHLİK (ID - 30190)

is. köhn. bax korrektorluq. Hələlik müsəhhihlik edəcəksiniz. M.Hüseyn. Gecə saat on ikidən dördə kimi “Işıq” mətbəəsində müsəhhihlik vəzifəsi var idi. Mir Cəlal.

MÜSƏLLA (ID - 30191)

is. [ər.] din. 1. Müsəlmanlarda: cənazə namazı qılmaq üçün məscid yanında xüsusi yer; namazgah, namaz yeri.
2. Keçmişdə: şiddətli quraqlıq zamanı açıq yerə toplaşıb elliklə dua edərək Allahdan yağış istəmə ayini. □...

MÜSƏLLƏH (ID - 30192)

sif. [ər.] Silahlanmış, silahlı. Müsəlləh ordu. Müsəlləh dəstə. - Dərənin ortasında bir müsəlləh şəxs Salmanın qabağını kəs(di).. Ə.Haqverdiyev. Bilsin ana torpaq, eşitsin vətən; Müsəlləh əsgərəm mən də bu gündən....

MÜSƏLMAN (ID - 30193)

sif. [dan.] 1. İslam dininə mənsub adam.
köhn. “Dindar” mənasında. Müsəlman adamdır.

MÜSƏLMANCA (ID - 30194)

sif. və zərf Keçmişdə canlı dildə “azərbaycanca” mənasında işlədilmişdir. “Könülsüz nikah” ı yazan darülmüəllimeynin şagirdlərindən Rzayev familiyasında bir şagirddir ki, müsəlmanca oxuyubyazmağa artıq şövqü var....

MÜSƏLMANÇILIQ (ID - 30195)

is. 1. Bax müsəlmanlıq.
məc. dan. “Gerilik, cəhalət, nadanlıq” mənasında. Bəli, köhnəlik, müsəlmançılıq hələ bizə az ziyan vermir, - deyə Fərhadoğlu başını yırğaladı. S.Rəhimov.

MÜSƏLMANLIQ (ID - 30196)

MÜSƏLSƏL (ID - 30197)

sif. [ər.] klas. Zəncir kimi bir-birinə bağlı olan, qırılmaz bir sıra təşkil edən, bir silsilə şəklində olan; sıralanmış. Hanı o sən görən əhmər yanaqlar; Müsəlsəl keysular, nəsrin buxaqlar? Q.Zakir.

MÜSƏMMA (ID - 30198)

is. [ər.] aşp. Qoyun və ya toyuq ətindən albuxara, kişmiş, qaysı qurusu ilə bişirilən xörək növü. Firni və tərək, dolma, fisincan da bizimdir; Boşqab da, müsəmmavü badımcan da bizimdir. M.Ə.Sabir.

Bu səhifə dəfə baxılıb

......