İzahlı lüğət

MIRMIRI (ID - 29099)

is. zool. Ağbalıq.

MIRT (ID - 29100)

mırt vurmaq dan. - baş-başa verib söhbət etmək (adətən boş və əhəmiyyətsiz şeylər haqqında). [Xəlil mirzə ilə] üzbəüzdə isə iki nəfər maxorka tüstülədə-tüstülədə mırt vururdu. Q.İlkin.

MIRTILDAMA (ID - 29101)

“Mırtıldamaq” dan f.is.

MIRTILDAMAQ (ID - 29102)

f Anlaşılmaz halda danışmaq; donquldanmaq, deyinmək, söylənmək.

MIRTILDANMA (ID - 29103)

“Mırtıldanmaq” dan f.is.

MIRTILDANMAQ (ID - 29104)

qayıd. Öz-özünə anlaşılmaz danışmaq; deyinmək, söylənmək, donquldanmaq. Mən heç bilmirəm ki, bu nə bişməmiş sözdür? - deyə [Dadaş Lələşov] mırtıldandı. S.Rəhimov.

MIRTLAMA (ID - 29105)

“Mırtlamaq” dan f.is.

MIRTLAMAQ (ID - 29106)

f Dodaq altında danışmaq; deyinmək, söylənmək, donquldamaq. [Hafizə xanım:] Nə mırtlayırsan, a gədə? Ə.Haqverdiyev.

MIRTLANMA (ID - 29107)

“Mırtlanmaq” dan f.is.

MIRTLANMAQ (ID - 29108)

bax mırtıldanmaq. Gecənin, bilmirəm nə vaxtı idi, gördüm uşaqların anası öz-özünə mırtlanır. C.Məmmədquluzadə.

MIRT-MIRT (ID - 29109)

zərf Boş-boş, havayı. Mırtmırt söylənmək. - A kişi, bu kitabları və kağızları tulla cəhənnəmə, az bu cinlərnən və şəyatinlərnən mırt-mırt danış.. C.Məmmədquluzadə. Mırt-mırt oxuyub mırıldayırsan; Qarğa kimi hey qırıldayırsan....

MISMIRIQ (ID - 29110)

is. Acıqlı, hirsli, narazı adamın üzündə əmələ gələn hal; qaşqabaq. □ Mısmırığı(nı) sallamaq - sifətinə acıqlı, hirsli, yaxud narazı bir ifadə vermək, qaşqabağını sallamaq. Xanpəri mısmırığını sallamış, qaşqabağını...

MIŞHAMIŞ (ID - 29111)

zərf Sakit və şirin (uşağın yatmağı haqqında). Uşaq mışhamış yatır.

MIŞILDAMA (ID - 29112)

“Mışıldamaq” dan f.is.

MIŞILDAMAQ (ID - 29113)

f Sakit-sakit, şirin-şirin, rahat-rahat yatmaq (uşaq haqqında). Uşaq mışıldayırdı. - Firəngiz yuxulu-yuxulu Sabiri döşünə salır, bir azdan körpə mışıldayır, anasının qoynunda tamamilə sakitləşirdi. S.Rəhimov. Məryəm xala...

MIŞIL-MIŞIL (ID - 29114)

b ax mışhamış. Körpə mışıl-mışıl yatırdı. - Mədinə arvad lap yaxınlaşdıqda yorğanın ucunu qaldırdı, mışıl-mışıl yatan çağanın üzünə baxdı. S.Rəhimov. [Cavad] Zöhrənin böyründə mışıl-mışıl yatan Aslana həsrətlə...

MIŞILTI (ID - 29115)

is. Rahat-rahat, dərin-dərin, şirin-şirin, mışhamış. [Şirmayı] əlinin birini böyrünə, birini də başının altına qoyub mışıltı ilə yatırdı. M.Hüseyn. Salman .. mışıltı ilə yatmış Elxanın beşiyinin yanını kəsdirdi....

MIŞOVUL (ID - 29116)

is. zool. Dələ ailəsindən zərif bədənli, çevik, kiçik yırtıcı.

MIZ (ID - 29117)

is. zool. Sirkə və başqa turş şeylərin üzərinə yığılan xırda milçək.

MIZI (ID - 29118)

sif Azdanışan, həmişə qaşqabaqlı, üzügülməz, yaxud danışığmdan bir şey başa düşülməyən. [Şahbəy:] O günü Bülənd bura gəlmişdi, heç deyinən, kəlmə kəsdinmi? Yanı o özü də elə mızı adamdır! Ə.Əbülhəsən.

MIZILDAMA (ID - 29119)

“Mızıldamaq” dan f.is.

MIZILDAMAQ (ID - 29120)

f. Dodaqaltı danışmaq, anlaşılmaz danışmaq və ya oxumaq. Yarməmməd nə isə dodaqarası anlaşılmaz bir şey mızıldadı. M.İbrahimov. Falçı içəri girən kimi mızıldamağa başladı. P.Makulu. Çarpayıya uzanıb rahatlandım, mızıldayıb...

MIZILDANMA (ID - 29121)

“Mızıldanmaq” dan f.is.

MIZILDANMAQ (ID - 29122)

MIZILTI (ID - 29123)

is. Mızıldama səsi. Bir mızıltı eşitdim. - [Yarməmmədin] mızıltısından bir şey başa düşməyən Qara Kərəm soruşdu. M.İbrahimov. Ədhəm sağ əlini sol sinəsində gəzdirə-gəzdirə xeyli dayandı, gözünü döydü, dolandı, axırda...

MIZMIZ(I) (ID - 29124)

sif dan. Aydın danışmayan, bumunda danışan, danışığı başa düşülməyən. Mızmız adam.

Mİ (ID - 29125)

[lat.] Musiqi qammasının üçüncü səsi, habelə bu səsi göstərən not.

MİÇƏTKƏN (ID - 29126)

MİÇMAN (ID - 29127)

[ing.] 1. Rus hərbi dəniz donanmasında starşina heyətində ən böyük ad, habelə bu cür adı olan şəxs.
2. Çar Rusiyasının hərbi dəniz donanmasında ilk zabit rütbəsi, habelə bu cür rütbəsi olan şəxs.

MİÇURİNÇİ (ID - 29128)

is. Biologiyada və kənd təsərrüfatında əsası rus alimi İ.V.Miçurin tərəfindən qoyulmuş elmi üsulların davamçısı.

MİDBƏR (ID - 29129)

is. Heyvan boynuna bağlanan ipə keçirilən halqa. Midbəri ipə bənd etmək.

MİDİYALI (ID - 29130)

is. tar. Qədim Midiya əhlindən olan. Burada qəbilə düzəldən, buranı abad edən midiyalı Cəməsb olmuşdur. Çəmənzəminli.

MİF (ID - 29131)

[yun. mythos] 1. Allahlar, əfsanəvi qəhrəmanlar, dünyanın və həyatın əmələ gəlməsi haqqında qədim xalq rəvayətləri; əsatir.
2. məc. Fantastik, əfsanəvi, xəyali, əsli olmayan şey haqqında. Həqiqət deyil, mifdir.

MİFİK (ID - 29132)

“Mif’dən sif Əsatiri, əfsanəvi, mifoloji. Mifik təsəvvürlər.

MİFOLOGİYA (ID - 29133)

[yun.] 1. Miflər, mifik rəvayətlər toplusu; əsatir. Yunan mifiologiyası.
2. Mifləri tədqiq edən elm.

MİFOLOJİ (ID - 29134)

sif. Mifologiyaya aid olan. Mifoloji mövzu. Mifoloji qəhrəman.

MİFOLOQ (ID - 29135)

[yun.] Mifologiya mütəxəssisi.

MİXBƏR (ID - 29136)

is. [ərəbcədən] Laboratoriya təcrübələrində işlədilən bir başı qapalı nazik şüşə boru; sınaq borusu. Texnik süxur parçasını çini həvəngdə əzişdirib mixbər borusunu yarısına qədər doldurdu. M.Süleymanov.

MİXƏK (ID - 29137)

is. [fars.] Həmin adlı ağacın qurumuş qönçələrindən hazırlanan ətirli, tünd dadlı quru toz şəklində ədviyyə. Xəmirə mixək qatmaq. □ Mixək, mixək ağacı bot. mərsin fəsiləsindən qönçələrindən mixək hazırlanan həmişəyaşıl...

MİXƏKGÜLÜ (ID - 29138)

is. bot. Xaççiçəklilər fəsiləsindən çox ətirli əlvan çiçəkli gül; maygülü, sədbər, şəbbu. [Balkonlarda] ikinci cərgədə .. mixəkgülü, qərənfil, sabahgülü, qurdağzı əkilir.

MİXƏKKİMİLƏR (ID - 29139)

cəm, bot. Mixək ağacı, evkalipt və bəzi başqa bitkilərin daxil olduğu fəsilə. Mixəkkimilər fəsiləsinin başlıca cinslərindən biri evkaliptdir. M.Qasımov.

MİXƏKLİ (ID - 29140)

sif. Mixək qatılmış, mixək tökülmüş, tərkibində mixək olan. Mixəkli fətir.
Katibin Sübhanverdizadəyə ötən günü hilli, mixəkli çay verməyi indi onun başına böyük bir bəla açmış oldu. S.Rəhimov.

MİXƏYİ (ID - 29141)

sif. Mixək rəngində olan, mixək rənginə çalan; qəhvəyi. Mixəyiparça. Mixəyi şal. - Dildar arvadın mixəyi sətin tumanı kürsüdən aşağı tökülüb çətir kimi qabarmışdı. Ə.Vəliyev. Qaratel sadə mixəyi don geyib, ala-bula ləçək...

MİXİ (ID - 29142)

sif [fars. ]: mixi xətt (yazı) - Qabaq Asiyanın qədim xalqlarında (Assuriyada, Babilistanda, qədim İranda) gil və ya daş üzərində mıxşəkilli cızıqlardan ibarət yazı üsulu. Mixi əlifba. Bisutun mixi yazıları.
Ceyniz ən yaxşı...

MİKADO (ID - 29143)

Yaponiya imperatorunun titulu və bu titulu daşıyan şəxs.

MİKNƏT (ID - 29144)

is. [ər.] klas. Güc, qüvvət, iqtidar, qüdrət. Istərsən əgər oğlun edə kəsb fəvaid; Həm sərvəti zaid ola, həm miknəti zaid. M.Ə.Sabir.

MİKOZ (ID - 29145)

is. [yun.] İnsanda və başqa canlılarda çeşidli xəstəliklər yaradan parazit göbələklərin ümumi adı.
mikro... [yun. mikros - kiçik] Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub aşağıdakı mənaları ifadə edir: a) çox balaca,...

MİKROB (ID - 29146)

[yun. mikros - kiçik və bios həyat] Ancaq mikroskopla görünə bilən birhüceyrəli orqanizm; bakteriya.

MİKROBİOLOGİYA (ID - 29147)

[yun. mikros, bios və logos] Biologiyanm mikroorqanizmləri öyrənən bölməsi.

MİKROBİOLOJİ (ID - 29148)

sif. [yun.] Mikrobiologiyaya aid. Mikrobioloji tədqiqat.

Bu səhifə dəfə baxılıb

......