Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

MİLLƏNMƏ (ID - 29199)

“Millənmək” dən f.is.

MİLLƏNMƏK (ID - 29200)

f Dik qalxmaq, düz qalxmaq, dikəlmək. Quşlar havaya millənib, dənizə doğru uçub getdilər. M.Rzaquluzadə. Şiferli damlardan qalxan boz tüstülər küləksiz havada yuxarı millənir, göyün bir qatında əriyib yox olurdu. B.Bayramov.

MİLLƏT (ID - 29201)

is. [ər.] 1. Insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi.
Dövlət, ölkə mənasında. Birləşmiş...

MİLLƏTÇİ (ID - 29202)

is. və sif Millətçilik tərəfdarı (bax millətçilik). Millətçi partiyalar.

MİLLƏTÇİLİK (ID - 29203)

is. Milli əlahiddəlik və müstəsnalığı, digər millətlərə etimadsızlığı təbliğ edən ideologiya və siyasət.

MİLLƏTPƏRƏST (ID - 29204)

[ər. millət və fars. ...pərəst] bax millətçi. [Rüstəm bəy:] Birisi millətpərəst Həsənqulu bəydir ki, sən onu tanıyırsan. Ü.Hacıbəyov.

MİLLƏTPƏRƏSTLİK (ID - 29205)

bax millətçilik.

MİLLƏTPƏRVƏR (ID - 29206)

is. və sif [ər. millət və fars. ...pərvər] Millətini, xalqını sevən, istəyən, millətinə, xalqına məhəbbəti olan; milli azadlıq hərəkatı tərəfdarı, iştirakçısı. ..Bu iki millətpərvər bir məsləkdə olub öz millətlərinin...

MİLLƏTPƏRVƏRLİK (ID - 29207)

is. Millətini, xalqını sevmə, istəmə; millətinə, xalqına məhəbbəti olma.

MİLLİ1 (ID - 29208)

sif [ər.] 1. Millətə aid olan, millətə məxsus olan. Milli məsələ. Milli hərəkat.
[Səttarxan:] Möhtərəm natiq, əsil məsələ yalnız torpaq və suda deyil, mübarizə milli azadlıq uğrundadır. M.S.Ordubadi. □ Milli azadlıq hərəkatı...

MİLLİ2 (ID - 29209)

sif. 1. Üzərində milləri olan, zolzol, zolaqlı, mil-mil, miləmil. Milli parça.
[Tahirin] ağ milli, qəhvəyi kostyumuna söz ola bilməz. M.Hüseyn.
2. Cızıqlı, üzərinə xətlər, cızıqlar çəkilmiş, milləri olan. Milli kağız.
milli......

MİLLİK (ID - 29210)

Adətən saylara qoşularaq, məsafənin neçə mil olduğunu göstərir.

MİLLİQRAM (ID - 29211)

[milli... və yun. gramma] Qramın mində bir hissəsi.

MİLLİLƏŞDİRİLMƏ (ID - 29212)

“Milliləşdirilmək” dən f.is. Neft sənayesinin milliləşdirilməsi haqqında iyunun 2-də verilən Dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. M.S.Ordubadi.

MİLLİLƏŞDİRİLMƏK (ID - 29213)

məch. Xüsusi mülkiyyətdən çıxarıb dövlətin ixtiyarına verilmək. Dəmir yolları milliləşdirildi.

MİLLİLƏŞDİRMƏ (ID - 29214)

“Milliləşdirmək” dən f.is.

MİLLİLƏŞDİRMƏK (ID - 29215)

MİLLİLƏŞMƏ (ID - 29216)

“Milliləşmək” dən fis.

MİLLİLƏŞMƏK (ID - 29217)

f 1. Xüsusi sahibkarların əlindən çıxıb hökumət ixtiyarına keçmək. Şəhər nəqliyyatı milliləşdi. - Birkərəlik [Hacı Sultanın] evləri milliləşdi. S.Hüseyn.
2. Milli səciyyə almaq.

MİLLİLİK (ID - 29218)

is. Milli xüsusiyyət daşıma, milli səciyyədə olma.

MİLLİMETR (ID - 29219)

[milli... və yun. metron] Metrin mində bir hissəsi.

MİLLİMETRLİK (ID - 29220)

sif. Bir millimetr ölçüsündə.
□ Millimetrlik kağız - bir millimetr ölçüsündə kvadratları olan çertyoj kağızı.

MİLLİYYƏ (ID - 29221)

[ər.] klas. bax milli1 1 və 3-cü mənalarda. Söylə mənə: vəzarətimilliyyəniz düzəldimi? M.Ə.Sabir.

MİLLİYYƏT (ID - 29222)

is. [ər.] 1. Müəyyən millətə, xalqa mənsub olma, milli mənsubiyyət. Milliyyəti azərbaycanlıdır. - Bu adamların yaşları, milliyyəti, harada yaşadıqları, məşğuliyyəti haqqında heç bir məlumat yox idi. H.Seyidbəyli.
2. Bax...

MİL-MİL (ID - 29223)

bax miləmil. Mil-mil çit.
[Maya] mil-mil göy adyalı üstünə çəkdi. M.İbrahimov. Ikram mil-mil sətin köynəyinin yaxasını düymələmişdi. Ə.Əbülhəsən.

MİLORD (ID - 29224)

is. [fr.] 1. İngilis lordu.
2. Varlı adam.

MİLYARD (ID - 29225)

[fr. milliard] 1.000.000.000 sayı. // 1.000.000.000 miqdarında. Iki milyard manat.

MİLYARDÇI (ID - 29226)

bax milyarder.

MİLYARDER (ID - 29227)

[fr. milliardaire] Dövləti, varı milyard, milyardlarla olan. Amerika milyarderləri.

MİLYON (ID - 29228)

[fr. million] 1. 1.000.000 sayı. // 1.000.000 miqdarında.
Son dərəcə çoxlu miqdar, sayı-hesabı olmayan miqdar (bu mənada əsasən cəmdə işlənir). // Çoxlu pul, dövlət haqqında. [İbn Yəmin:] Keyfə sərf eylədim də milyonlar; Yenə...

MİLYONÇU (ID - 29229)

b ax milyoner. Milyonçu təyyarəçi. - Qış fəsli nə qədər gözəl olsa da, yenə bahar fəslinə bərəkət! O səbəbə ki, baharda ot bitir və acların dəxi Bakı milyonçularına ehtiyacı olmur. C.Məmmədquluzadə. Mən sənə dövlət...

MİLYONER (ID - 29230)

[fr. millionnaire] 1. Dövləti, varı milyon, milyonlarla olan. [Əhməd atasına:] Sənin üstündə Nağının oğlu gəldi, milyoner oldu. Ə.Haqverdiyev. Bu da bizim milyonerlərimiz! S.Rəhman.
köhn. Gəliri milyon və ya bir neçə milyon manat...

MİLYONLARLA, MİLYONLARCA (ID - 29231)

sif və zərf Sayı milyonlarla olan; milyon-milyon. Qərinələrlə millətimizin şirin, canına milyonlarca ac mikroblar daraşıb qanını sormaqdadır. C.Məmmədquluzadə. [İsmayılzadə:] Ancaq milyonlarca xərc çəkmək istəyən adamın nə...

MİM (ID - 29232)

[ər.] Ərəb əlifbasında” şəklində yazılan “m” hərfınin adı.

MİMİK (ID - 29233)

[yun. mimikos] bax mimikaçı. Mimik aktyor.

MİMİKA (ID - 29234)

[yun. mimikos] 1. Üz əzələlərinin insanın keçirdiyi əhval-ruhiyyəni əks etdirən hərəkəti. [Muradlı] tələbələrin bu qeydindən utandısa da, mimikasını dəyişmədi. Mir Cəlal.
2. Üz əzələlərinin müvafiq hərəkəti ilə...

MİMİKAÇI (ID - 29235)

is. 1. Yaxşı mimikası olan artist, mahir mimik. Mimik səhnələrdə çıxış edən artist.

MİMOZA (ID - 29236)

[yun. mimos - öz simasını dəyişən] bax küsdümağacı.

MİN (ID - 29237)

say. 1. Doqquz yüz doxsan doqquzdan sonra gələn ədəd, say - 1000. Min manat. Min nəflər. // Başqa saylarla birlikdə. Beş min kilo. İki min altı yüz adam. - Min doqquz yüz səkkizinci ilin ilk günləri çox soyuq keçirdi. M.Hüseyn.
Çoxlu,...

MİNA (ID - 29238)

is. [fars.] 1. Metal və s. şeylərin üzərinə çəkilən rəngli şüşəvari təbəqə, çox incə və parlaq naxış. [Kəmərin] üstü bu qədər qiymətli deyildi, mina ilə işlənmişdi. M.S.Ordubadi. // Üzərinə mina ilə naxışlar çəkilmiş,...

MİNA (ID - 29239)

[fr.] 1. Adətən torpağın, suyun səthinə və ya altına qoyulan, partladıcı maddəsi olan mərmi. Mina düzmək. Tanka qarşı mina. Mərmi və mina ilə dağım-dağım olan yerin bağrından .. tüstülər qalxırdı. Ə.Əbülhəsən. Mina gəmisi...

MİNAAXTARAN (ID - 29240)

is. xüs. Basdırılmış minaları tapmaq üçün cihaz, aparat.

MİNAATAN (ID - 29241)

is. Mina atan silah-top; minomyot.

MİNACAT (ID - 29242)

is. [ər.] köhn. 1. din. Allaha dua və səna etmə; dua-niyaz. [Ay:] Mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm. Ə.Haqverdiyev.
Klassik Şərq ədəbiyyatında Allaha xitabən dua və niyaz mahiyyətli şeir. Dərviş nə minacat...

MİNAÇI (ID - 29243)

is. Qiymətli metaldan düzəldilmiş şeylərin üzünə mina ilə naxışlar çəkən, mina vuran, sənətkar; minasaz.

MİNAÇI (ID - 29244)

is. xüs. Mina düzmə və ya düzülmüş minaları çıxarıb zərərsizləşdirmə mütəxəssisi.

MİNAÇİÇƏYİ (ID - 29245)

bax minagülü.

MİNADÜZƏN (ID - 29246)

is. Dəniz yollarını minalayan hərbi gəmi və ya təyyarə.

MİNAGÜLÜ (ID - 29247)

is. bot. Yerdən çox qalxmayan, gözəl, parlaq, göy rəngli gül.

MİNALAMA (ID - 29248)

“Minalamaq” dan f.is.

Bu səhifə 95 dəfə baxılıb

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla