İzahlı lüğət

MEDAL (ID - 28099)

[fr.] Xüsusi xidmətlərinə, yaxud əməkdə göstərdiyi rəşadətə görə verilən, üzərində hər hansı bir qabarıq təsvir və ya yazı olan fərqlənmə nişanı. “Əməkdə fərqlənməyə görə” medalı. - [Tarverdi:] ..Yalan olsa,...

MEDALÇI (ID - 28100)

is. 1. Məktəbi, kursu bitirdikdə yüksək müvəffəqiyyətlərinə görə medal almış (adam).
2. Sərgidə, baxışda medalla təltif edilmiş ev heyvanı.

MEDALLI (ID - 28101)

sif Medal almış, medalla təltif olunmuş, yaxud döşünə medal taxmış. Medallı əsgər.

MEDALYON (ID - 28102)

[fr.] 1. İçərisinə şəkil və ya başqa bir şey qoyulan girdə və ya uzunsov kiçik qutu şəklində zərgərlik məmulatı. Eşqimdən nişana saxla sən bunu; Deyə o, mücrüdən zər medalyonu; Çıxarıb istəyir taxa boynuna. B.Vahabzadə.
incəs....

MEDİA (ID - 28103)

is. [lat.] Dövri mətbuat.

MEDİTASİYA (ID - 28104)

is. [lat.] fəls. Məqsədi insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət. Meditasiyanın psixoterapevtik cəhətləri. Meditasiya üsulları müxtəlifdir.

MEDİUM (ID - 28105)

is. [lat.] Ruhlar aləmi ilə canlı insanlar arasında əlaqə yaradan şəxs.

MEDYE (ID - 28106)

is. [mac.] Macarıstanda inzibatiərazi vahidi (tərkibinə dairə və şəhərlər daxildir).

MEDUZA (ID - 28107)

[yunan əsatirində qanadlı əjdaha adından] zool. Bədəni həlməşik maddədən ibarət çoxayaqcıqlı dəniz heyvanı. Meduza açılmış və dəstəsilə suya batırılmış çətirə oxşayır. Meduza üzdüyü zaman onun qabarıq tərəfiyuxarıya...

MEGERA (ID - 28108)

is. [yun.] Qədim yunan mifologiyasında qisasçı ilahələrdən birinin adı.

MEH (ID - 28109)

is. [fars.] Xəfif yel, yüngül, yumşaq yel, sakit külək. Meh əsir. Meh gəlir. - Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən; İsti yoxdur, hələ var bir balaca meh gecədən. A.Səhhət. İndi çöldə xəfif meh əsdiyi üçün hava...

MEHLİ (ID - 28110)

sif Meh əsən, xəfif küləkli. Mehli səhər.

MEHMAN (ID - 28111)

is. [fars.] Qonaq. Bir-iki gün ki, sənə, ey nigar, mehmanəm; Nolur əgər tutasan hörmətin bu mehmanın? S.Ə.Şirvani. Mehman etmək (eləmək) - qonaq etmək, qonaq saxlamaq. Qədəm basıb bizə gəlsin nagahi; Bir gecə mən onu mehman eyləyəm....

MEHMANXANA (ID - 28112)

is. [fars.] Başqa yerdən gələnlərin müvəqqəti yaşaması üçün xüsusi təchizatlı otaqları olan ev; qonaq evi. [Mozalanbəy:] Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı? Ə.Haqverdiyev.

MEHMANXANAÇI (ID - 28113)

is. köhn. Mehmanxana sahibi, mehmanxana saxlayan adam.

MEHMANXANAÇILIQ (ID - 28114)

is. köhn. Mehmanxana saxlamaqla məşğul olma, mehmanxana işi. Mehmanxanaçılıq həyatında bu cürə qadınlara tez-tez təsadüf edirəm. M.S.Ordubadi.

MEHMANNƏVAZ (ID - 28115)

sif [fars.] Qonaqcıl, qonaqpərəst. Mehmannəvaz adam.

MEHMANNƏVAZLIQ (ID - 28116)

is. Qonaqpərəstlik. Vaqiən İranın mehmannəvazlığının mislini qeyri yerdə, zənn edirəm, görmək olmaz. Məmmədquluzadə. Qədirin də, Qumrunun da mehmannəvazlığına etina etməyən Bədir bəy yerini dəyişmədi. Mir Cəlal.

MEHPARƏ (ID - 28117)

klas. bax mahparə. Yanağın şəminə hüsni-Yusifinpərvanədir; Çox könüllər yəğmalandı sən yüzi-mehparədən. Nəsimi. Yoxsa kəndimizin o mehparəsi; Qismət olmayacaq sənə, yaxşı bil. M.Müşfiq.

MEHR1 (ID - 28118)

is. [fars.] klas. Sevgi, məhəbbət. Könlün xoş isə, təbəssüm eylə! Mehrin var isə, tərəhhüm eylə! Füzuli. Mənə ol mahimehrim yəqinimdir ki, ram olmaz; Dedim ki, mehri çıxmaz sinədən, ömrüm tamam olmaz. S.Ə.Şirvani. □ Mehr...

MEHR2 (ID - 28119)

is. [ər. məhr] Köhnə məişətdə: evlənən kişi tərəfindən aldığı qadına - qıza nikahda talaq üçün təyin edilən pul; kəbin pulu. [Hacı Qəmbər:] Dilbər əgər artıq-əskik danışsa, mehrin qoyaram qabağına, deyərəm: - Xoş...

MEHRAB (ID - 28120)

is. [ər.] Məscidlərin qiblə tərəfdəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer. Zahidin mehrab içində zikrü taətdir işi. Nəsimi. Axund mehraba çatdıqda ayaq...

MEHRİBAN (ID - 28121)

sif. [fars.] Çox yaxşı münasibət bəsləyən, səmimi, mehr bəsləyən, şəfqətli, xoş rəftarlı. Mehriban qadın. - [Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, geniş qəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Mehriban sevgilim...

MEHRİBANANƏ (ID - 28122)

[fars.] bax mehribancasına. Cəlil ağa Şəfiqəni yanına çağırıb, çox mehribananə söhbət başladı. İ.Musabəyov.

MEHRİBANCASINA (ID - 28123)

zərf Mehribanlıqla, dostcasına, səmimiyyətlə. Mehribancasına qəbul etmək.

MEHRİBANÇILIQ (ID - 28124)

dan. bax mehribanlıq. [Məmmədhəsən əmi:] Iş düz gətirməz, ortalıqdan mehribançılıq götürülər. C.Məmmədquluzadə. [Kəblə Rəcəbəli:] Dünyada mehribançılıqdan gözəl şey yoxdur. Ə.Haqverdiyev. [Qulu:] [Yusifin] xasiyyəti...

MEHRİBANLAŞMA (ID - 28125)

“Mehribanlaşmaq” dan f.is.

MEHRİBANLAŞMAQ (ID - 28126)

MEHRİBANLIQ (ID - 28127)

is. Münasibətdə xoşluq, səmimilik, xoşrəftarlıq, dostluq, mehriban münasibət. Mehribanlıq görməyib bir məhliqadən küsmüşəm; Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm. M.P.Vaqif. Mehribanlıq beşiyimdir; Yerim bağça,...

MEHRLƏNMƏ (ID - 28128)

“Mehrlənmək” dən f.is.

MEHRLƏNMƏK (ID - 28129)

f Mehr salmaq; alışmaq, isinişmək.

MEHRSİZ (ID - 28130)

sif Sevgisi, məhəbbəti olmayan; məhəbbətsiz. Leyli, gər olaydı bir həyasız; Ya sən kimi mehrsiz, vəfasız. Füzuli.

MEHTƏR (ID - 28131)

is. [fars.] Ata qulluq edən, atabaxan. Mehtərlər də atları çəkdilər Aslan paşanın qabağına. “Koroğlu” . Itlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. S.S.Axundov.

MEHTƏRBAŞI (ID - 28132)

is. Keçmişdə: paşaların, xanların, bəylərin atlarına baxan mehtərlərin başçısı; baş mehtər. Aslan paşa əmr elədi, mehtərbaşı qabaqca Dəmirçi oğlunun atını minib gərdişə gətirdi. “Koroğlu” . 0ah oğlu 0ah Abbas mehtərbaşının...

MEHTƏRXANA (ID - 28133)

[fars.] is. Atların saxlandığı yer, tövlə. [Nuşapəri] atasının mehtərxanasına düşüb, handa bir yaxşı atı minib, üz qoydu şəhərdən çıxmağa. (Nağıl).

MEHTƏRLİK (ID - 28134)

is. 1. Mehtərin işi, vəzifəsi. [Səfərəli:] Ağa, mən sizə aşpazlıq eyləyəcəyəm, ya mehtərlik? N.Vəzirov. Sarı, Dəmirova müraciət etdikdən sonra əmisi oğlu Qaranı göyxallı atın mehtərliyinə keçirmişdi. S.Rəhimov.
2....

MEHVƏR (ID - 28135)

is. [ər.] 1. Öz ətrafında fırlanan bir şeyin ortasından keçən mil, ox.
Yer kürəsinin mərkəzindən keçərək iki qütbü bir-birinə birləşdirən xəyali xətt.
məc. Bir şeyin əsasını, məğzini təşkil edən amil. Bu sözlər...

MEXANİK (ID - 28136)

[yun.] 1. Mexanika mütəxəssisi. Maşınların işləməsinə nəzarət edən, maşını işlədən adam. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə oturdular. Çəmənzəminli. Kursu başa vurub qayıtdı Rizvan; Kolxozda birinci...

MEXANİKA (ID - 28137)

[yun. mechanike - alət] 1. Fizikanın, cisimlərin boşluqda (fəzada) yerdəyişmə qanunlarından bəhs edən şöbəsi. Nəzəri mexanika. // Texnikanın, hərəkət və qüvvə haqqındakı nəzəriyyənin praktik məsələlərin həllində tətbiqi...

MEXANİKİ (ID - 28138)

sif. [yun. mechanike və ər. ...i] Mexanikanın öyrəndiyi hadisə və proseslərə aid olan. Mexaniki hərəkət. Mexanizmlər vasitəsilə işləyən, hərəkətə gətirilən, mexanizmi olan; mexanizmli. Mexaniki mişar. - [Musa dayı] daşları...

MEXANİKİLİK (ID - 28139)

is. Qeyri-şüurilik, qeyriiradilik.

MEXANİKLƏŞDİRİLMƏ (ID - 28140)

“Mexanikləşdirilmək” dən f.is.

MEXANİKLƏŞDİRİLMƏK (ID - 28141)

məch. Maşın və mexanizmlər tətbiq edilmək. Kənd təsərrüfat işləri daha çox mexanikləşdirilir. // Əl əməyi maşın və mexanizmlərin işi ilə əvəz edilmək. Pambıq yığımı mexanikləşdirilib. Ağır işlərin çoxunun mexanikləşdirildiyi...

MEXANİKLƏŞDİRMƏ (ID - 28142)

“Mexanikləşdirmək” dən f.is.

MEXANİKLƏŞDİRMƏK (ID - 28143)

f Maşın və mexanizmlər tətbiq etmək. // Əl əməyini maşın və mexanizmlərin işi ilə əvəz etmək. Çay yığımını mexanikləşdirmək.

MEXANİKLƏŞMƏ (ID - 28144)

“Mexanikləşmək” dən f.is. Mexanikləşmə artdıqca kənddə çilingərə ehtiyac daha da çoxalır. Ə.Sadıq.

MEXANİKLƏŞMƏK (ID - 28145)

f Maşın və mexanizmlər tətbiq edilmək. // Əl əməyi maşın və mexanizmlərin işi ilə əvəz edilmək.

MEXANİKLİK (ID - 28146)

is. Mexanikin sənəti, peşəsi, vəzifəsi. [Murad] ömrünün bir qismini Xəzər dənizində mexaniklikdə keçirdiyi üçün motor işlətməyi bilirdi. S.Hüseyn.

MEXANİSİST, MEXANİST (ID - 28147)

[yun.] Mexanisizm tərəfdarı.

MEXANİSİZM (ID - 28148)

[yun.] Nəticə etibarilə materiyanın hərəkət formalarının keyfiyyətcə müxtəlifliklərinin mexaniki hərəkətdən, inkişafın mürəkkəb və çoxcəhətli qanunauyğunluqlarının isə mexanikanın ən bəsit qanunlarından başqa bir şey...

Bu səhifə dəfə baxılıb

......