İzahlı lüğət

MİSQALI1 (ID - 29349)

: misqalı tirmə - keçmişdə qiymətli, zərif tirmə növü. Bəyin anası əyninə misqalı tirmədən don geyərdi. H.Sarabski.

MİSQALI2 (ID - 29350)

is. bot. Qalınqabıqlı üzüm növü.

MİSQALLIQ (ID - 29351)

sif Saylarla işlənərək, bir şeyin neçə misqal ağırlıqda olduğunu göstərir. 4 misqallıq üzük.

MİSQAL-TƏRƏZİ (ID - 29352)

is. [ər. misqal və fars. tərazu] Qızıl, qaş-daş və başqa qiymətli şeyləri çəkmək üçün kiçik dəqiq tərəzi. [Dərviş:] Bu var ki, əfəndim, Bakıda olan cəmi zərgərlər misqal-tərəzini düzəldib noxud əhvalatına. N.Vəzirov....

MİSL (ID - 29353)

is. [ər.] 1. Bənzər, oxşar, tay. Bunun misli ola bilməz. - Hüsn içində görməmiş mislin fələk; Bunca dövranı ki, dövran eyləmiş. Nəsimi. [Hacı Murad:] Deyir ki, gərək elə toy eləyəm ki, misli bu şəhərimizdə olmamış ola. S.S.Axundov....

MİSLƏMƏ (ID - 29354)

“Misləmək” dən f.is.

MİSLƏMƏK (ID - 29355)

f Metal şeylərin üzünü mislə örtmək; mis çəkmək. Borunun üzünü misləmək.

MİSMAR (ID - 29356)

is. [ər.] Mıx. ..Mən eləpis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir. C.Məmmədquluzadə. Qulam müəllim .. [çantanı] yuxarıdan divara vurulmuş mismardan asdı. S.Rəhimov.

MİSMARLAMA (ID - 29357)

"Mismarlamaq” dan f.is.

MİSMARLAMAQ (ID - 29358)

f Mismar vurmaq, mismar vurub bərkitmək; mıxlamaq. [Camal] yeşiyin qapağını qoyub bərk-bərk mismarladı. Ə.Vəliyev.

MİSMARLANMA (ID - 29359)

"Mismarlanmaq” dan f.is.

MİSMARLANMAQ (ID - 29360)

məch. 1. Mismar vurulmaq; mismarla vurulub bərkidilmək; mıxlanmaq.
2. məc. Bağlanmaq. O gündən etibarən hamamın qapısı mismarlandı, önünə zibil tökülməyə başlandı. Çəmənzəminli.

MİSRA (ID - 29361)

is. [ər.] Şerin ayrılıqda götürülmüş bir sətri. Qəzəldən iki misra demək. Şerin misrası. - Xanqızı.. Vaqifin hər misrasından doğan atəşi göz yaşları ilə söndürməyə çalışırdı. Çəmənzəminli. Aldığım mövzuya candan...

MİSRALIQ (ID - 29362)

MİSRİ1 (ID - 29363)

sif Misirə məxsus. Misirə mənsub. // Misirli.
□ Misri qılınc - Koroğlunun qılıncına verilən ad. Misri qılınc hamayıldı belində; Geyər hər vaxt al-qumaşı Koroğlu. “Koroğlu” .

MİSRİ2 (ID - 29364)

sif [ər.] köhn. Yoluxucu, keçici, sirayətedici. Misri xəstəliklər. - Yazırsan bu naxoşluq misri naxoşluq kimi bir şeydir və ilaax.. C.Məmmədquluzadə.

MİSS (ID - 29365)

[ing. miss] İngiltərə və Amerikada ərə getməmiş qadın (adətən ad və ya familiyanın əvvəlində işlədilir). Miss Hannanın bütün ümidləri kəsilirsə də, təslim olmamağı qərara alır. M.S.Ordubadi.

MİSSİONER (ID - 29366)

[fr. missionnaire, əsli lat.] Xristian olmayan əhali arasında xristianlığı yaymaq üçün xristian kilsəsi tərəfindən göndərilən şəxs. Şeyxin Afrikada.. ingilis missioneri olduğu meydana çıxdı. M.S.Ordubadi.

MİSSİONERLİK (ID - 29367)

is. Missionerin gördüyü iş, fəaliyyəti.

MİSSİYA (ID - 29368)

is. [lat.] Vəzifə, borc.

MİSTER (ID - 29369)

is. [ing.] Kişilərə müraciət məqamında işlənən söz; cənab.

MİSTİK (ID - 29370)

sif 1. Mistikaya, mistisizmə aid olan, mistikadan ibarət olan, mistika mahiyyəti daşıyan. Mistik etiqadlar.
məc. Sirli, müəmmalı, anlaşılmaz, fövqəltəbii.

MİSTİKA (ID - 29371)

[yun. mystika] 1. Fövqəltəbii, ilahi, gizli bir qüvvəyə inanış; insanın bilavasitə “fövqəltəbii qüvvələrlə” əlaqəyə girə bilməsinə inanan batil, elmə zidd etiqad. Orta əsr mistikası.
məc. Sirli, müəmmalı, anlaşılmaz,...

MİSTİSİZM (ID - 29372)

[lat.] Mistikaya əsaslanan dini-idealist dünyagörüşü; mistikaya meyil.

MİSYAYAN (ID - 29373)

sif. tex. Mis tökmələrini yastılayıb təbəqə şəklinə salan. Misyayan maşın.

MİŞAR (ID - 29374)

is. Ağac, taxta, habelə dəmir, daş kəsmək üçün zolaq və ya dairə şəklində polad təbəqəsindən düzəldilmiş diş-diş alət; bıçqı. Taxtanı mişarla kəsmək. Iti mişar.

MİŞARAĞZI (ID - 29375)

is. Mişarla ağacı kəsdikdə tökülən xırda ovuntu; taxtakəpəyi, mişarkəpəyi. Sürüşkən yerə mişarağzı səpirlər.

MİŞARAOXŞAR (ID - 29376)

sif Dişli, diş-diş. Mişaraoxşar dəmir parçası.

MİŞARBALIĞI (ID - 29377)

is. zool. Üstündə mişar dişinə oxşayan çıxıntıları olan uzunburun, yırtıcı iri dəniz balığı.

MİŞARÇI (ID - 29378)

is. Mişarla ağac kəsən, mişarla taxta kəsən adam. Mişarçılar taxta kəsirlər.
..Cəfərin əmisiMəsədiIbrahim misarçı idi. M.Arif.

MİŞARÇILIQ (ID - 29379)

is. Mişarçı sənəti, peşəsi, işi. Mişarçılıq etmək.

MİŞARDAŞI (ID - 29380)

is. Mexaniki mişarla eyni ölçüdə kəsilmiş daş; kubik daşı.

MİŞARDİŞLİ (ID - 29381)

sif Mişar kimi dişləri olan. Gavalımeyvəlilər.. ağaclar cinsi və bəzi kollardır. Yarpaqları ellipsşəkilli olub ucu sivridir, kənarları mişardişlidir. M.Qasımov.

MİŞARXANA (ID - 29382)

is. Şalbandan taxta kəsilən emalatxana; dülgərxana.

MİŞARKƏPƏLİ (ID - 29383)

b a x mişarağzı.

MİŞARLAMA (ID - 29384)

“Mişarlamaq” dan f.is.

MİŞARLAMAQ (ID - 29385)

f Mişarla kəsmək. Kiçik Fərman saatlarla atasının yanında durub ona tamaşa edər, mişarlayıb atdığı taxta parçaları və talaşalarla oynardı. Ə.Sadıq.

MİŞARLANMA (ID - 29386)

"Mişarlanmaq” dan f.is.

MİŞARLANMAQ (ID - 29387)

məch. Mişarla kəsilmək.

MİŞARLATMA (ID - 29388)

“Mişarlatmaq” dan f.is.

MİŞARLATMAQ (ID - 29389)

icb. Mişarla kəsdirmək. Taxtanı mişarlatmaq.

MİŞARLI (ID - 29390)

sif. Mişarı olan. Mişarlı daşkəsən maşın.

MİŞARVARİ (ID - 29391)

sif Mişarabənzər, mişar kimi; mişaraoxşar, diş-diş.

MİTİL (ID - 29392)

is. 1. Yorğanın, döşəyin, balışın alt üzü. Balışa mitil almaq. Mitili təzələmək. Mitili yumaq. - Yorğanın mitili dağılmış, balışüzünün tükləri üzə çıxmışdı. S.Vəliyev.
Üzü olmayan, üz çəkilməmiş yorğan,...

MİTİLLƏŞMƏ (ID - 29393)

"Mitilləşmək” dən fis.

MİTİLLƏŞMƏK (ID - 29394)

f dan. zar. bax mitili çıxmaq (“mitil” də). Mitilləşib, daha işləyə bilmir.

MİTİLLİK (ID - 29395)

1. sif. Mitilə yarar, mitil üçün olan. Mitillik bez. Mitillik çit.
is. Mitilliyə yarar parça. Mağazadan mitillik almaq.
sif. dan. zar. Ruhən və cismən düşkünlük.

MİTİL-ŞİTİL (ID - 29396)

top. dan. Üzü tökülmüş, dağılmış, yıpranmış, köhnə, cındır yorğandöşək, palaz və s. Əsgər addımlayıb Kosanın mitil-şitilini tərpətdi, ağac çarpayısını yırğaladı. S.Rəhimov. Arada bir dönüb evin içinə döşənən...

MİTİNQ (ID - 29397)

[ing.] Hər hansı mühüm gündəlik məsələyə (ən çox siyasi məsələyə) həsr olunmuş kütləvi yığıncaq. Mitinqi açıq elan etmək. Matəm mitinqi. - [Səfərəli:] Bugünkü mitinqin siyasi əhəmiyyəti vardır. H.Nəzərli. Yığıncaqlarda,...

MİTQAL (ID - 29398)

is. [ər.] Sərt nazik pambıq parça. // Bu parçadan tikilmiş. Mitqal köynək.

Bu səhifə dəfə baxılıb

......