İzahlı lüğət

MÖHTAC

sif 1. Bir şeyə ehtiyacı olan, bir şeyə hacəti olub onu aradan qaldıra bilməyən. Möhtac adam. - Dedim: - Yol gəlmişəm, özüm də acam; Doğrusu, bir parça yemə möhtacam. S.Vurğun. // Is. mənasında. Köməyə, maddi yardıma ehtiyacı olan adam; yoxsul, kasıb, fağır. ..Biz möhtacları da görürük, sizi də. Mir Cəlal.
2. Xəbər şəkilçisi ilə: möhtacdır - ehtiyacı var, ...ehtiyac hiss edir. O, yaxşı bir müəllimə möhtacdır. - Insan ömrünün ibtidasından intəhasına qədər möhtacdır təhsiliüluma. “Əkinçi” .
□Möhtac qalmaq- bax möhtac olmaq. Möhtac qılmaq - b a x möhtac etmək. Çoxların qılıbsan çörəyə möhtac. Q.Zakir. Möhtac qoymaq- bax möhtac etmək. [Kazım:] Ən böyük igidlik külfəti dosta-düşmənə möhtac qoymamaq imiş. Çəmənzəminli. Möhtac etmək - 1) ehtiyac içində saxlamaq, ehtiyaclı etmək; 2) asılı etmək, tabe etmək. Salma gəl dərdə məni; Yar, görsən bir də məni; Namərdə möhtac etmə; Kəs qurban mərdə məni. (Bayatı). Etməsin Tanrı səni kafərə, yarəb, möhtac! S.Ə.Şirvani. Möhtac olmaq - 1) ehtiyac içərisində olmaq, sıxıntı çəkmək; 2) hər hansı bir şey, xüsusən dolanacaq cəhətdən asılı olmaq, tabe olmaq. [Kəblə Cahangir:] Al bu saatı, verin, qıfılı açsın, namərdə möhtac olmaqdansa bu yaxşıdır. S.Rəhman. Inamla ucaltdıq anamız yeri; Biz möhtac olmadıq dosta, düşmənə. B.Vahabzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed