İzahlı lüğət

MANCANAQ (ID - 27799)

is. [yun.] 1. Quyudan su çəkmək üçün ling rolunu oynayan uzun ağac. Mancanaqla su çəkmək. // tex. Quyudan nefti və ya suyu çıxartmaq üçün qurğu. Mancanaq dəzgahı. - Mancanaqlar enib-qalxır, .. kompressor stansiyasından gələn yeknəsəq...

MANCANAQÇI (ID - 27800)

is. Qədimdə mancanağı (2-ci mənada) idarə edən döyüşçü. [Xan:] Bir dəstə oxatan, bir dəstə mancanaqçı göndərsinlər. “M.N.Lətif.”

MANDAL (ID - 27801)

is. məh. Cəftə, siyirtmə. Dəmir qapıların sanballı qıfilları zırınqıltı ilə açıldı, ağır mandallar cəftələrdən çıxarıldı. Çəmənzəminli.

MANDALLI (ID - 27802)

sif məh. Cəftəli, siyirtməli. Mandallı qapı. // Dalına kilid (2-ci mənada) vurulmuş.

MANDARİN1 (ID - 27803)

[isp.] bax naringi.

MANDARİN2 (ID - 27804)

[port.] Köhnə feodal Çində dövlət məmurları.

MANDAT (ID - 27805)

[lat. mandatum - tapşırıq]
Təqdim edənin bu və ya digər vəkalətini təsdiq edən sənəd. Deputat mandatı.
1914-1918-ci illərdəki dünya müharibəsində qalib ölkələrə, Almaniyanın keçmiş müstəmləkələrini və Osmanlı imperiyasının...

MANDATLI (ID - 27806)

sif. Mandatı olan. Mandatlı nümayəndə.

MANDOLİNA (ID - 27807)

[ital.] Çanağı əsasən oval şəkilli mizrabla çalınan, dörd cüt simi olan musiqi aləti.

MANDOLİNAÇI (ID - 27808)

is. Mandolina çalan çalğıçı.

MANE (ID - 27809)

[ər.]: mane olmaq - əngəl olmaq, qarşısını almaq, bir işin icra olunmamasına səbəb olmaq. Şaban arvadını, uşağını görən tək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi...

MANEÇİLİK (ID - 27810)

b ax maneə. Rüstəm öz ağlı ilə bilirdi ki, başqa bir maneçilik olmasa, Qəhrəman öz beynilə bu zəmanədə özünə düz yol seçə bilər.. S.Rəhimov. □ Maneçilik törətmək - mane olmaq, əngəl olmaq. Həsrət Yusifə söz verdi ki,...

MANEƏ (ID - 27811)

is. [ər.] Bir işin görülməsinə, başa gəlməsinə yol verməyən, imkan verməyən şey, səbəb, əngəl; çətinlik. Maneələri aradan qaldırmaq. - [Mələk Şeydaya:] Bundan sonra heç bir maneə, heç bir qüvvət sizi bir-birinizdən ayırmaz....

MANEƏLİ (ID - 27812)

sif Maneəsi olan; əngəlli, çətin.

MANEƏSİZ (ID - 27813)

sif və zərf Maneəsi olmayan, əngəlsiz, çətin olmayan, asan(lıqla). Maneəsiz qapıdan içəri keçdi.

MANEJ (ID - 27814)

[fr.] 1. At sürmək və at təlimi üçün xüsusi böyük bina və ya meydança. Manejdə at təlimi.
Sirk səhnəsi. Maneji çıxış üçün hazırlamaq.

MANEKEN (ID - 27815)

is. [fr.] Mağaza və atelyelərdə paltar nümayiş etdirmək üçün insan formasında düzəldilən fıqur; müqəvva.

MANEVR (ID - 27816)

[fr.] 1. hərb. Düşmənə zərbə endirmək məqsədilə qoşunların və ya donanmanın bir yerdən başqa yerə hərəkəti və bir yerə toplanması. Toplar öz atəşləri və çarxlarilə durmadan manevr edirdilər. Ə.Məmmədxanlı. // Ordu və...

MANİ (ID - 27817)

is. Türk xalq şeri və nəğmə janrı.

MANİFEST (ID - 27818)

[lat. manifestare - aydın, aşkar etmək] 1. Müstəsna əhəmiyyəti olan bir hadisə münasibətilə ali hakimiyyət orqanının əhaliyə yazılı müraciəti. Kəndlilərin azad edilməsi haqqında manifest. - Qayda belədir: həmişə manifest çıxanda,...

MANİKÜR (ID - 27819)

[fr.] Əl dımaqlarının təmizlənməsi və parıldadılması. Dırnaqlarını manikür etdirmək.

MANİKÜRÇÜ (ID - 27820)

is. Manikür mütəxəssisi olan qadın.

MANİKÜRLÜ (ID - 27821)

sif Manikür edilmiş, manikürü olan. Dırnaqları manikürlü, dodaqları qırmızı; Kəlməbaşı deyir ki, “mən el qızıyam, el qızı” . S.Rüstəm.

MANİPULYASİYA (ID - 27822)

is. [fr.] 1. Əlin və ya hər iki əlin müəyyən bir işlə bağlı hərəkəti; əl işində dəqiqlik tələb olunan əməliyyat.
2. Fırıldaq, kələk, hiylə.

MANİVELA (ID - 27823)

[ital.] 1. xüs. İstinad nöqtəsi ətrafında fırlana bilən və kiçik qüvvə vasitəsilə böyük qüvvəni tarazlaşdırmaq üçün istifadə edilən mil, qol. // Bu prinsip əsasında düzəldilmiş tənzimedici mexanizm cihaz.
2. məc. Fəaliyyət...

MANJET (ID - 27824)

[fr.] 1. Paltarın qoluna qoyulan və ya onun özündən qatlanmış hissə; qolağzı. [Musanın nəvəsi] qolunu bir az yuxarı sıyırdı ki, manjetinin düymələri parıldasın və qolundakı saat görünsün. Qantəmir.
2. tex. Porşenli nasoslarda...

MANJETLİ (ID - 27825)

sif 1. Manjeti olan, manjet qoyulmuş, manjet tikilmiş. Manjetli köynək.
2. tex. Manjeti olan, manjet keçirilmiş, manjet salınmış. Manjetli nasos. Manjetli boru.

MANQA (ID - 27826)

is. Hər hansı bir birləşmədə ən kiçik təşkilat vahidi. Manqa komandaları baş komandanların tövsiyələrinə görə bütün nəfərlərə istiqamət göstərirlər. H.Nəzərli. Mürsəlov, Bəstiyə qoçaq qızlardan bir manqa düzəltməyi...

MANQABAŞÇI (ID - 27827)

bax manqabaşçısı.

MANQABAŞÇILIQ (ID - 27828)

is. Manqabaşçısının vəzifəsi, işi; manqaya başçılıq etmə. [Məmməd kişi] qocalara Abbasın qohumbazlıq edərək öz gəlinlərini manqabaşçılığa irəli sürməsindən danışır və gileylənirdi. Ə.Sadıq.

MANQABAŞÇISI (ID - 27829)

is. Manqaya rəhbərlik edən adam; manqabaşı, manqabaşçı. Səkinə istehsalat qabaqcılı kimi ad qazanaraq manqabaşçısı olmuşdu. M.İbrahimov. [fruzə] hər işdə, hətta geyim və rəftarında belə öz manqabaşçısına oxşamağa çalışırdı....

MANQABAŞI (ID - 27830)

bax manqabaşçısı.

MANQABAŞILIQ (ID - 27831)

bax manqabaşçılıq.

MANQAL (ID - 27832)

is. [ər.] İçində od qalamaq üçün dəmirdən, misdən və ya gildən düzəldilmiş müxtəlif biçimli qab. Manqalda kömür qızartmaq. - Yetər üzünü bürüyüb oturmuşdu və evin dalında Şaqqulu manqalın üstə kabab bişirirdi. Çəmənzəminli....

MANQAN (ID - 27833)

[alm.] kim. Çətin əriyən, kövrək, gümüşü-ağ rəngli kimyəvi maddə.

MANQIR (ID - 27834)

is. Xırda pul.

MANQO (ID - 27835)

[malay.] Sarı-yaşıl rəngli ətirli şirin meyvəsi olan tropik ağac və bu ağacın meyvəsi.

MANQURT (ID - 27836)

[xüs. is. -dən] 1. Düşünmək qabiliyyətini itirmiş adam.
2. sif. Əsil-nəslini unutmuş. Manqurtların buz kibi gözlərində qan, hədə; Toqquşuruq nə vaxtdır; O, dəmirdi, mən almaz. X.Rza.

MANOMETR (ID - 27837)

[yun. monos metreo] fiz. Qapalı mühitdə qaz və mayelərin təzyiqini ölçən cihaz. Civə manometri. - Zəki.. quyudakı sıxılmış havanın təzyiqini göstərən manometrə baxdı. M.Süleymanov.

MANSARDA (ID - 27838)

is. [fr.] Binaların üstündə çatı tavanlı otaq.

MANSIRA (ID - 27839)

is. [ər.] dan. Əhatə, mühasirə.

MANŞIRLAMAQ (ID - 27840)

f məh. Bir şeyin yerini, səmtini və başqa cəhətlərini bələdləmək, nişanlamaq. Bahadır bir ağacın dalına qısılıb məzkur qızı yaxşı manşırladı. N.Nərimanov. [Xəlil:] Indidən yerini manşırlasan yaxşıdır. M.Hüseyn.

MANTAR (ID - 27841)

bax probka 1-ci mənada. 0üşənin mantarını açmaq. - Sözlər [Səməndərin] boğazında mantartək tıxanıb qalmışdı. B.Bayramov.

MANTİLYA (ID - 27842)

is. [isp.] 1. İspan qadınlarının ağ və ya qara tor örpəyi.
2. Qolsuz qısa qadın bürüncəyi.

MANTİYA (ID - 27843)

[yun.] Ayağın üzünə qədər olan gen, uzun, plaşaoxşar geyim.

MANTO (ID - 27844)

[fr.] Adətən xəzdən tikilən gen qadın paltosu. Nazik ipək mantosunu çıxardıqda xidmətçi qız alıb paltar şkafından asdı. M.S.Ordubadi.

MANUFAKTÜRA (ID - 27845)

[lat.] 1. Tarixən iri maşın sənayesindən əvvəl olmuş kapitalist istehsal forması (manufakturanın səciyyəvi xüsusiyyətləri fəhlələrin əməyinin kapitalistin rəhbərliyi altında emalatxanada birləşdirilməsindən, istehsalatda əl...

MANUFAKTURAÇI (ID - 27846)

is. köhn. Manufaktura mağazası sahibi; bəzzaz.

MANÜL (ID - 27847)

is. zool. Çöl pişiyi.

MARAFON (ID - 27848)

[xüs. is. -dən]: Marafon qaçışı idm. - 42 km 195 m məsafəyə qaçmaqdan ibarət yarış.

Bu səhifə dəfə baxılıb

......