1
İzahlı lüğət - M hərfi ilə başlayanlar - H. 35
ZE+education
kitab_satishi+
Tehsilmerkezleri+az.+mid+ads

İzahlı lüğət

MİNALAMAQ (ID - 29249)

f Mina ilə naxışlamaq, bəzəmək, üzərinə mina çəkmək. Gümüş kəməri minalamaq. Xəncər dəstəsini minalamaq.

MİNALAMAQ (ID - 29250)

f Bir şeyi partlatmaq üçün altına mina qoymaq, mina düzmək, mina basdırmaq. Hər iki yoldaş təmkin və səbirlə körpünü minalayıb qurtardıqdan sonra həmin yolla da sürünə-sürünə geri qayıtdılar. M.Hüseyn. Bələdçinin biri xəbər...

MİNALANMA (ID - 29251)

“Minalanmaq” dan f.is.

MİNALANMAQ (ID - 29252)

məch. Mina ilə naxışlanmaq, mina vurulmaq.

MİNALANMAQ (ID - 29253)

məch. Partladılmaq üçün altına mina qoyulmaq, mina düzülmək, mina basdırılmaq. Yol minalanıbdır.

MİNALANMIŞ (ID - 29254)

f.sif Üzərinə mina çəkilmiş, mina ilə naxışlanmış (bəzədilmiş), mina vurulmuş; minalı. Minalanmış kəmər. Minalanmış qolbaq.

MİNALANMIŞ (ID - 29255)

f.sif Mina basdırılmış, mina düzülmüş; minalı. Minalanmış sahə.

MİNALI (ID - 29256)

sif Mina vurulmuş, üzərinə mina çəkilmiş, mina ilə bəzədilmiş, minalanmış. Birinin döşündə sapa düzülmüş kəhrəba danələri və birinin qulağından minalı qızıl sırğalar asılırdı.. C.Məmmədquluzadə. Cüft ilə alınmış...

MİNALI (ID - 29257)

sif Altına mina qoyulmuş, mina düzülmüş; minalanmış. Minalı sahə.

MİNARƏ (ID - 29258)

is. [ər.] Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə. [Molla Kazım:] Azançı Məşədi Səlimə deyin, çıxsın minarədə minacat çəksin. Ə.Haqverdiyev. Sübh açıla-açılmaya məscidlərin minarələrindən...

MİNARƏLİ (ID - 29259)

sif Minarəsi olan. Minarəli məscid.

MİNASAÇAN (ID - 29260)

bax minaatan. Düşmən .. top və minasaçan atəşini əsirgəmirdi. Ə.Əbülhəsən.

MİNASAZ (ID - 29261)

[fars.] bax minaçı.

MİNASAZLIQ (ID - 29262)

is. Mina ilə naxışvurma sənəti. Minasazlıq Azərbaycanda zərgərlik sənətinin mühüm sahələrindən biridir.

MİNBAŞI (ID - 29263)

is. köhn. Türkiyə və İranda yüzbaşıdan sonra gələn zabit rütbəsi. [Ağa Kərim xan:] Sərbazlar gəlin, minbaşılar gəlin, pulum tapılmasa, bu boğazımdan özümü asacağam. N.Vəzirov.

MİNBƏR (ID - 29264)

MİNCƏ (ID - 29265)

sif. Ancaq min, yalnız min. Mincə manat pul. // Bəzən təyin etdiyi sözə böyüdücülük çaları verir. Niyə bəyənmirsən, mincə manat pul vermişəm.

MİNDİLLİ (ID - 29266)

sif Yalançı.

MİNDİRİLMƏ (ID - 29267)

"Mindirilmək” dən fis.

MİNDİRİLMƏK (ID - 29268)

məch. 1. Oturdulmaq, əyləşdirilmək (miniyə). Vaqona mindirilmək. Ata mindirilmək.
2. Yerləşdirilmək, üstünə qoyulmaq. Dəyirmi dəyirman daşı yavaş-yavaş yerindən tərpədildi və sürütmənin üstünə mindirildi. S.Rəhimov.

MİNDİRMƏ (ID - 29269)

“Mindirmək” dən f.is.

MİNDİRMƏK (ID - 29270)

f 1. Oturtmaq, əyləşdirmək (miniyə). Təyyarəyə mindirmək. Arabaya mindirmək. - ..Yusif Sərracı mindirdilər ata.. M.F.Axundzadə. [Telli:] [Gəlini] yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib Allah-Allah ilə aparırlar....

MİNERAL (ID - 29271)

[fr. mineral] 1. Yer qabığının tərkibinə daxil olan və faydalı qazıntı kimi istifadə edilən təbii kimyəvi birləşmə və ya element. Təbiətdə faydalı qazıntılara ya ayrı-ayrı minerallar, ya da bir mineraldan ibarət olan süxurlar...

MİNERALLAŞDIRILMA (ID - 29272)

“Minerallaşdırılmaq” dan f.is.

MİNERALLAŞDIRILMAQ (ID - 29273)

məch. 1. Mineral birləşmələrə çevrilmək (üzvi maddələr haqqında). Mineral duzlarla doydurulmaq.

MİNERALLAŞDIRMA (ID - 29274)

“Minerallaşdırmaq” dan f.is.

MİNERALLAŞDIRMAQ (ID - 29275)

f 1. Üzvi maddələri minerala və ya mineral birləşmələrə çevirmək (üzvi maddələr haqqında).
2. Mineral duzlarla doydurmaq.

MİNERALLAŞMA (ID - 29276)

1. “Minerallaşmaq” dan f.is.
Üzvi maddələrin minerala, mineral birləşmələrə çevrilməsi. Bitkilərin minerallaşması.
Bir şeyin mineral duzlarla doyması. Suyun minerallaşma dərəcəsi. Torpağın minerallaşma prosesi.

MİNERALLAŞMAQ (ID - 29277)

f Minerala, mineral birləşməyə çevrilmək (üzvi maddələr haqqında).

MİNERALOGİYA (ID - 29278)

[fr. mineral və yun. logos] Minerallardan bəhs edən elm.

MİNERALOJİ (ID - 29279)

sif. Mineralogiyaya aid olan, mineralogiya ilə əlaqədar olan. Mineraloji xüsusiyyət. Mineraloji tərkib.

MİNERALOQ (ID - 29280)

[fr. mineral və yun. logos] Mineralogiya mütəxəssisi.

MİNİATÜR (ID - 29281)

[ital. miniatura, əsli lat.] Qədim əlyazmalarında, kitablarda incə, rəngli şəkil və ya bəzəkli iri hərf (yazı). “Xəmsə” nin miniatürləri.
Zərif işlənmiş kiçik rəsm, şəkil. [Ərknaz] Şərq miniatürlərində gördüyümüz...

MİNİATÜRÇÜ (ID - 29282)

is. Miniatür rəssamı.

MİNİATÜRLÜK (ID - 29283)

is. İncəlik, zəriflik, kiçiklik, balacalıq.

MİNİCİ1 (ID - 29284)

is. At minən, ata minib gedən; süvari. At minicisini tanıyar. (Ata. sözü). At naşı minicini üstündə saxlamaq istəmirdi. M.İbrahimov. // Mahir at minən adam, mahir at sürücüsü, yaxşı süvari. Kəndin lap məşhur miniciləri yığışdılar....

MİNİCİ2 (ID - 29285)

MİNİCİLİK (ID - 29286)

is. Mahir at minmə bacarığı. [İlyas:] Tərlan kimi coşqun məzaclı bir köhləni isə yalnız minicilik sənətkarlığının zirvəsində duran tək-tək adamlar minə bilirdi. Ə.Məmmədxanlı.

MİNİK (ID - 29287)

is. 1. Bir yerə getmək üçün nəqliyyat vasitələrinin birinə minmiş adam. Ancaq tək-tük üstüörtülü faytonlar içində miniklər görünür. S.M.Qənizadə. Ikinci zəng vurulduqda miniklər vaqonlara minməyə başladılar. B.Talıblı....

MİNİLLİK (ID - 29288)

1. sif. Min il müddətində olan, min il davam etmiş. Minillik ədəbiyyat.
is. Min ildən ibarət zaman, dövr. Vaxt hesabında hər on il - bir onillikdən, hər yüz il - bir əsrdən, hər min il - bir minillikdən ibarətdir. “Qədim dünya...

MİNİLMƏ (ID - 29289)

“Minilmək” dən f.is.

MİNİLMƏK (ID - 29290)

“Minmək” dən məch. Yaxşı atdır bədöv at; Minilməyə bədöv at; Igidi cavan saxlar; Əsil arvad, bədöv at. (Bayatı).

MİNİMAL (ID - 29291)

sif [lat.] Başqaları sırasında ən kiçik, ən az, ən xırda (maksimal əksi). Minimal miqdar. Minimal dərəcə. Minimal gərginlik.

MİNİ-MİNİ (ID - 29292)

sif. oxş. Kiçicik, xırdaca. Uşağın mini-mini ağzı. - ..Azad və asudəyaşayaraq mini-mini balaları oxudardım. T.Ş.Simurq.

MINİMUM (ID - 29293)

[lat.] 1. Ən kiçik miqdar, ən az miqdar (maksimum əksi). Minimum temperatur.
2. Hər hansı bir sahədə lazım olan bilik və ya tədbirlərin məcmusu. Texniki minimum. Namizədlik minimumu.

MİNİNCİ (ID - 29294)

sıra s. Doqquz yüz doxsan doqquzuncudan sonra gələn say. Mininci səhifə.

MİNİŞ (ID - 29295)

is. Minmə, minmə tərzi.

MİNİŞMƏ (ID - 29296)

“Minişmək” dən f.is.

MİNİŞMƏK (ID - 29297)

qarş. Bir vaxtda, birgə miniyə oturmaq, yaxud bir-birini basaraq, itələyərək minmək. Minişdilər ata, çərkəzlər oldular qıvraq. A.Səhhət. Gəlini molla dualayandan sonra faytona minişərdilər. R.Əfəndiyev.

MİNQRELLƏR (ID - 29298)

cəm Qərbi Gürcüstanda yaşayan, keçmişdə ayrıca etnik qrup təşkil edən gürcülər.

Bu səhifə 230 dəfə baxılıb

1
ugur_200x200_new.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif