İzahlı lüğət

MÖVC

is. [ər.] klas. Dalğa, ləpə. Ağırağır bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət. [Xortdan:] ..Suyun mövcləri gəmini qoz qabığı kimi atıb-tuturdu. Ə.Haqverdiyev. □ Mövc vermək - dalğalanmaq, ləpələnmək. Coşdu, dəli könül coşdu; Mövc verdi, kəllədən aşdı. “Koroğlu” . Mövc vurmaq - dalğalanıb hərəkətə gəlmək. Camaat önü alınmış sel kimi meydanda burulub mövc vururdu. Mir Cəlal. Mövcə gəlmək bax mövclənmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed