Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

MALÇƏKƏN (ID - 27749)

bax qapançı.

MAL-DAVAR (ID - 27750)

b a x mal-qara.

MALDAR (ID - 27751)

is. [ər. mal və fars. ...dar] Ev heyvanları saxlamaqla məşğul olan kəndli və ya kənd təsərrüfatı. // Sif. mənasında. Bahar fəsli maldar kəndlilər buraya köçüb alaçıqlar qurarlar və orada .. mallarını otladarlar. S.S.Axundov.

MALDARLIQ (ID - 27752)

is. Kənd təsərrüfatı sahəsi kimi mal-qara saxlamaqla məşğul olma. Kəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç kəs cürət edib kənara süd sata bilməzdi. Ə.Haqverdiyev. // Sif. mənasında. Maldarlıq briqadası.

MALDİLİ (ID - 27753)

is. bot. Üstü tikanlı, yarpaqsız, enli, ətli gövdəsi olan cənub bitkisi; kaktus.

MAL-DÖVLƏT (ID - 27754)

top. [ər.] Sərvət, dövlət, əmlak, var. Mal-dövləti əlindən çıxmaq.
[Yaşlı kişi:] Görünür, Çopurun mal-dövləti [Şirinnazın] gözünü tutmuşdu. S.Hüseyn. Gəzdim dağı, dağlığı; Yoxdu onun bağlığı; Mal-dövlət gedər...

MAL-HEYVAN (ID - 27755)

b ax mal-qara. Dastanın sonrasını eşitmək üçün camaat axşam olmağı gözlədi. Elə ki, şər qarışdı, camaat malheyvanını rahat elədi, yenə toy evinə toplaşdılar. “Aşıq Ələsgər” .

MALXULYA (ID - 27756)

is. [ər. əsliyun.] Qara sevda, qara fikirlər; qəmgin, tutqun əhval-ruhiyyə; insanda baş verən səbəbsiz ruh düşkünlüyü. Elektrik çıraqları yandı və məni də qaranlıq malxulyasından oyatdı. C.Məmmədquluzadə. Malxulya etmək -...

MALXULYAÇI (ID - 27757)

sif Malxulya edən; malxulyaya meyilli adam.

MALİK (ID - 27758)

is. [ər.] Sahib, yiyə. Başqa-başqa səciyyəyə malik bu adamların adları da səciyyələrinə müvafiq idi. Çəmənzəminli. Iskəndər hərəkət etmək, fəaliyyət göstərmək, yaratmaq üçün çırpınan bir ruha malikdir. M.İbrahimov....

MALİKANƏ (ID - 27759)

MALİKİYYƏT (ID - 27760)

is. [ər.] Malik olma, sahib olma; sahiblik, yiyəlik.

MALİYYƏ (ID - 27761)

is. [ər.] 1. Dövlətə, yaxud ayrı-ayrı şəxslərə məxsus pul vəsaiti; pul. Dövlət maliyyəsi.
2. Pul işlərinin təşkili, pul dövriyyəsi və kreditlə bağlı olan. Maliyyə nazirliyi. - Kosa, mühasibi çox axtardıqdan sonra onu maliyyə...

MALİYYƏÇİ (ID - 27762)

is. 1. Maliyyə işləri mütəxəssisi.
2. köhn. Çoxlu pulu olan adam, dövlətli adam.

MALİYYƏT (ID - 27763)

is. [ər.] dan. Dəyər, qiymət, baha. [Həsən:] A başınıza dönüm, [qoyunun] maliyyəti dörd abbasıdır. Ə.Haqverdiyev.

MALİYYƏTSİZ (ID - 27764)

sif. dan. Heç bir dəyəri, qiyməti olmayan. Maliyyətsiz şey.

MALKƏLƏMİ (ID - 27765)

is. bot. Mal yemi kimi istifadə olunan kələm növü.

MAL-QARA (ID - 27766)

top. Iri və xırda buynuzlu ev heyvanları. Mal-qaramız artır. - Pəyədən mal-qaranı bəzi çıxardır qırağa; Bəzi səhraya gedir işləməyə, bəzi bağa. A.Səhhət. Nurəddinin mal-qaradan ancaq bir atı vardı. S.S.Axundov. [Cavad:] O ağacın...

MAL-QARAÇI (ID - 27767)

MAL-QARAÇILIQ (ID - 27768)

is. Mal-qara saxlama; maldarlıq.

MAL-QARALI (ID - 27769)

sif Mal-qarası olan, malqara saxlayan. Mal-qaralı həyət. - Qayib kişinin əvvəli mal-qaralı, qoyun sürülü, dövlətli bir kəndli idi. S.S.Axundov.

MALLI1 (ID - 27770)

sif Mal-qarası olan, mal-qaralı, ev heyvanı saxlayan. Mallı kəndli.

MALLI2 (ID - 27771)

sif Varlı, dövlətli. Eyləyirsən məni müşkül işə vadar, yazım? Mallı, pullu kişini zalimü qəddar yazım? Ə.Nəzmi. ..Bir mallı, dövlətli kəndlinin cavan oğlu şiddətli surətdə dəli olur. S.S.Axundov.

MAL-MADAR, MAL-MÜLK (ID - 27772)

is. dan. Var, dövlət. Mal-madar sahibi. Mal-madarı əlindən getmək. - [Paşa bəy:] Bu qədər cah-calal, ad-san, şan-şöhrət, mal-mülk əldən çıxsa dözmək olarmı? Ə.Vəliyev.

MALORUSLAR (ID - 27773)

cəm Ukraynalıların köhnə adı.

MALPƏRƏST (ID - 27774)

sif. və is. [ər. mal və fars. ...pərəst] Var-dövlətə, pula, vara həris olan, onlara pərəstiş edən; malcanlı. Malpərəst adam. Malpərəstin biridir.

MALPƏRƏSTLİK (ID - 27775)

is. Malpərəstin xasiyyəti, vara-dövlətə həris olma, pərəstiş etmə.

MAL-PUL (ID - 27776)

bax mal-dövlət.

MALSIZ1 (ID - 27777)

sif. Heyvanı olmayan, ev heyvanı saxlamayan. Malsız həyət.

MALSIZ2 (ID - 27778)

sif. Varı-dövləti olmayan; yoxsul, kasıb. Malsız adam.

MALTOZA (ID - 27779)

is. [ing.] Səməni şəkəri, təbii disaxaridlərdən biri.

MALTUSÇULUQ (ID - 27780)

is. İngilis burjua iqtisadçısı Maltusun, kapitalizm şəraitində zəhmətkeşlərin ağır vəziyyətini ictimai səbəblərlə deyil, əhalinin son dərəcə sürətli artımı ilə izah edən mürtəce nəzəriyyəsi.

MALYARİYA (ID - 27781)

[ital.] Növbəli titrətməqızdırması olan yoluxucu xəstəlik; titrətməqızdırma. Malyariyaya tutulmaq. Malyariya ilə mübarizə. - [Aydın:] Mən malyariya sahəsində işləmək istəyirəm. H.Seyidbəyli.

MALYARİYALI (ID - 27782)

sif. Malyariya xəstəliyinə tutulmuş; titrətmə-qızdırmalı.

MALYEMƏZ (ID - 27783)

is. Öz zəruri ehtiyaclarına belə pul xərcləməyən, imkanı, varı-dövləti olduğu halda korluqla yaşayan xəsis adam. Malyeməzin malını yeyərlər. (Ata. sözü). [Qoca:] Oğlum, sən nə bildin ki, ölən malyeməz imiş? “Əsli və Kərəm”...

MAMA1 (ID - 27784)

is. Doğuş zamanı kömək göstərməklə məşğul olan (keçmişdə təhsilsiz, indi isə xüsusi təhsil görmüş) qadın. Mama çox olanda, uşaq tərs gələr. (Ata. sözü). [Cahan:] Kənddə mama yoxluğu hiss edilirdi. Ə.Haqverdiyev.

MAMA2 (ID - 27785)

1. məh. bax bibi.
2. dan. Ana. Maması: - Əliş, burada niyə mürgüləyirsən? Ə.Vəliyev.

MAMAÇA (ID - 27786)

MAMAÇALIQ (ID - 27787)

is. Mamaçanın sənəti, peşəsi, işi.

MAMALIQ (ID - 27788)

is. Mamanın işi, peşəsi (b a x mama1). Nənəcan mamalıq edib qızını saxlardı. N.Nərimanov. [Ziba] özü də mamalıq texnikumunun son sinfində oxuyurdu. S.Hüseyn.

MAMIR (ID - 27789)

is. bot. Ali sporlu bitkilərdən ibtidai quruluşa malik bitki. Həyətin hündür hasarları rütubətdən mamırla örtülmüşdü. Seyidbəyli. Cığırı çox yerdə yaşıl mamır basmışdı. B.Bayramov.

MAMIRLANMA (ID - 27790)

"Mamırlanmaq” dan f.is.

MAMIRLANMAQ (ID - 27791)

f. Mamırla örtülmək, üzərində mamır bitmək. Qaya mamırlanmışdı.

MAMIRLI (ID - 27792)

sif 1. Mamırla örtülmüş, üstünü mamır basmış. Dolaşdım Gürcüstanın; Mamırlı dağlarında. Ə.Cavad. [Həkim] ..su içindəki mamırlı qayanın üstü ilə iməkləyərək qırağa çıxdı. M.Hüseyn.
2. məc. dan. Tük basmış,...

MAMIRLIQ (ID - 27793)

is. Çox mamır bitən yer, mamır basmış sahə.

MAMIROTU (ID - 27794)

is. bot. Qərənfilçiçəklilər fəsiləsindən xırda çiçəkli ot bitkisi.

MAMONT (ID - 27795)

[rus.] Xarici görünüşcə fili xatırladan, buzlaşma dövründə yaşamış, uzuntüklü, yuxarı əyilmiş dişləri olan çox iri heyvan.

MAN (ID - 27796)

is. dan. Eyib, nöqsan, kəsir. □ Man deyil - eyib deyil, nöqsan sayılmır. Kasıblıq man deyil. - Arvad alıb-boşamaq zəmanəmizdə man deyil və ən asan işlərin birisidir. E.Sultanov. Amerikada bu adətdir; Oğru olmaq man deyildir. R.Rza....

MANAT (ID - 27797)

MANATLIQ (ID - 27798)

is. 1. Bir manat qiymətində olan pul. Manatlığı xırdalamaq.
2. Saylarla işlənib bir şeyin neçə manat dəyərində olduğunu bildirir. 5 manatlıq ağ almaq. - [Kərbəlayı Cəfər:] ..Sən bir elə adam tap ki, mənə yeddi manat versin,...

Bu səhifə 27 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)

İzahlı video testlərə keç

.....