Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

MƏDHİYYƏ (ID - 28399)

is. [ər.] ədəb. Birini mədh etmək, tərifləmək məqsədilə yazılmış şeir; mədhnamə, mədh.

MƏDHİYYƏÇİ (ID - 28400)

bax məddah.

MƏDHİYYƏÇİLİK (ID - 28401)

is. bax məddahlıq.

MƏDHNAMƏ (ID - 28402)

is. [ər. mədh və fars. ...namə] Bir şəxsi və ya şeyi tərif etmək məqsədilə yazılmış şeir; mədhiyyə. ..Osmanlı ədiblərindən Xocazadə Məhəmməd Übeydulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq....

MƏDXƏL (ID - 28403)

is. [ər.] klas. Müqəddimə, giriş.

MƏDRƏSƏ (ID - 28404)

is. [ər.] Dini məktəb, ruhani məktəbi. Təzəpirdə bir yaxşı məscidi-ali; Yanında mədrəsədən ötrü hücrələr varmış. Ə.Nəzmi. // köhn. Ümumiyyətlə məktəb, tədris müəssisəsi. Hər vilayətdə şəfaxanələr tikilsin və...

MƏƏTTƏL (ID - 28405)

is. [ər. müəttəl] 1. Gözləmə, intizar. Elə kəndlilər bu sözün məəttəli idi(lər). Qantəmir. [Vahid:] Elə bil anam bu suala məəttəl imiş. B.Bayramov. // Yubanma, intizarda olma. [Xannazir öz dəstəsinə:] Daha nəyin məəttəlisiniz,...

MƏƏTTƏLÇİLİK (ID - 28406)

is. dan. Çatışmayan bir şeyə görə yubanma, məəttəl olma, iş görə bilməmə; məəttəllik. Nə cavab verim? Məəttəlçilikdir. H.Nəzərli. □ Məəttəlçilik çəkmək - çətinlik çəkmək. O indi qızın üzünə baxa bilmirdi, çünki...

MƏƏTTƏLLİK (ID - 28407)

bax məəttəlçilik. Şəhərimizin bu çağacan notariusu yoxdur, ona binaən çox məəttəllik çəkirdik. “Əkinçi” .

MƏFHUM (ID - 28408)

is. [ər.] Bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir; anlayış. Dəyər məfhumu. Sinif məfhumu. - Yaxşı, yamanlıq, toxluq və aclıq məfhumlarına qarşı yenə yad və laqeyd idim. Çəmənzəminli. Qəhrəmanlıq məfhumunun...

MƏFKURƏ (ID - 28409)

[ər.] bax ideologiya. Burjua məfkurəsi. - Dünya məfkurə mübarizəsində çalxanır. S.Vurğun.

MƏFKURƏLİ (ID - 28410)

bax ideyalı. [Qadın ovçuya:] Nəyaman məfkurəli adamsan. H.Seyidbəyli.

MƏFKURƏLİLİK (ID - 28411)

bax ideyalılıq.

MƏFKURƏSİZ (ID - 28412)

bax ideyasız.

MƏFKURƏSİZLİK (ID - 28413)

bax ideyasızlıq.

MƏFKURƏVİ (ID - 28414)

[ər.] b ax ideoloji. Məfkurəvi mübarizə.

MƏFRƏŞ (ID - 28415)

is. [ər.] Yorğan-döşək, xalçapalaz və s. şeyləri qablamaq üçün palaz kimi toxunmuş dördkünc çuval, kisə. Məfrəşi çırpmaq. - Rəşid isə özü ilə aparacaq şeyləri qutulara və məfrəşlərə yığıb bağçalarında gəzir idi....

MƏFSƏL (ID - 28416)

is. [ər.] Oynaq, bənd, buğum.

MƏFTİL (ID - 28417)

is. [ər.] Nazik və ya qalın ip şəklində olan metal məmulat. Mis məftil. Polad məftil. Tikanlı məftil (üzərində tikanlar olan məftil). // Məftildən olan, məftildən düzəldilmiş. Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq...

MƏFTUN (ID - 28418)

sif. [ər.] Vurğun, özünü unudacaq dərəcədə vurulmuş, eşqə giriftar. Kamran gözlərini Səidə xanıma zillədi, nə isə çox məftun baxışlarla onu süzməyə başladı. M.Hüseyn. □ Məftun etmək - özünü sevdirmək, özünə bənd...

MƏFTUNCASINA (ID - 28419)

zərf Məftun olmuş kimi; vurğuncasına, heyrancasına, sehrlənmiş kimi. Məftuncasına baxmaq.

MƏFTUNEDİCİ (ID - 28420)

MƏFTUNİYYƏT (ID - 28421)

is. klas. Məftunluq. ..Bir qismi də qara gözlərə, qara qıvırcıq saçlara, açıq-buğdayı rəngə daha ziyada məftuniyyət göstərir. A.Şaiq.

MƏFTUNLAŞMAQ (ID - 28422)

f Məftun olmaq, heyran qalmaq, valeh olmaq. Yürüyür dağ aşağı orda çoban da dərəyə; İştə məftunlaşır insan bu gözəl mənzərəyə. A.Səhhət.

MƏFTUNLUQ (ID - 28423)

is. Məftun olmuş adamın halı; vurğunluq, valehlik, heyranlıq. Dilara məftunluq içərisində məktəbdən gələn səsləri dinləməyə başladı. Ə.Məmmədxanlı.

MƏGƏR (ID - 28424)

[fars.] 1. əd. Sual məqamında işlənib, şübhə, inamsızlıq və ya təəccüb bildirir: olmaya, bəs, yoxsa (bəzən “ki” bağlayıcısı ilə işlədilir). Məgər sənin xəbərin yoxdur? Məgər o gəlməyəcək? - Məgər ki, aşiqin qəmin...

MƏĞBUN (ID - 28425)

[ər.] b ax məğmun. Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun eylədin. Füzuli.
Ol ki, bir şişə şərabi-ala dünyanı verib; Etiqadım budur, ol kəs genə məğbun eylər. S.Ə.Şirvani.

MƏĞLƏTƏ (ID - 28426)

is. [ər.] Qarışıqlıq, araqarışma, dava-dalaş, hay-küy. □ Məğlətə salmaq - ara qarışdırmaq, qarışıqlıq salmaq, hay-küy qoparmaq, dava-dalaş salmaq. [Hacı
Əhməd:] O bizim kəndimizə məğlətə salır. C.Cabbarlı.

MƏĞLUB (ID - 28427)

sif [ər.] Müharibədə, yarışda, müsabiqədə, mübahisədə və s.-də məğlub olmuş, basılmış (qalib əksi). □ Məğlub etmək - müharibədə, yarışda, mübahisədə və s.-də basmaq, qalib gəlmək, üstün gəlmək, udmaq. Nəbi düşməni...

MƏĞLUBEDİLMƏZ (ID - 28428)

sif Məğlubiyyət bilməyən, məğlub olunmaz; basılmaz, yenilməz, çox güclü, həmişə qalib gələn. Məğlubedilməz ordu. - [Qızıl Arslan:] İdarə etdiyimiz məmləkətin xalqı yenilməz və məğlubedilməz bir xalqdır. M.S.Ordubadi.

MƏĞLUBEDİLMƏZLİK (ID - 28429)

is. Məğlubiyyət bilməmə, məğlub edilə bilməmə, həmişə qalib gəlmə, basılmazlıq, yenilməzlik.

MƏĞLUBİYYƏT (ID - 28430)

is. [ər.] Məğlub olma, basılma (qalibiyyət əksi). Çarizm və qara irtica meydan sulasa da, müvəqqəti məğlubiyyət inqilabçıları ruhdan salmadı. M.Ibrahimov. Məğlubiyyətə uğramaq - məğlub olmaq, basılmaq.

MƏĞLUBLUQ (ID - 28431)

bax məğlubiyyət.

MƏĞMUN (ID - 28432)

sif [ər.] 1. Aldanmış, zərər çəkmiş, uduzmuş, gözlədiyi şeydən əli çıxmış, məhrum olmuş. Böyük özünü aldanmış saydığı kimi, Məhərrəm də özünü məğmun hesab edirdi. Mir Cəlal. □ Məğmun etmək (eləmək) - zərərə...

MƏĞMUNLUQ (ID - 28433)

is. 1. Zərər çəkmiş, uduzmuş, aldanmış, bir şeydən məhrum olmuş adamın halı.
2. Acizlik, bacarıqsızlıq.

MƏĞRİB (ID - 28434)

MƏĞRUR (ID - 28435)

sif. [ər.] 1. Öz ləyaqətini, üstünlüyünü hiss edən, mənlik hissi olan; qürurlu, vüqarlı. [Rəmzi:] Alp Arslan, o məğrur insan; Geri dönmüş, sanırım, Ceyhundan. H.Cavid. // İs. mənasında. [Salman] məğrurlara .. xəlvətcə güzəştə...

MƏĞRURANƏ (ID - 28436)

sif [ər. məğrur və fars. ...anə] 1. Məğrur, məğrur bir tərzdə, vüqarla. Məğruranə hərəkət. - [Şah:] Xurşid, .. xoşbəxtəm ki, sənin məğruranə sözlərini qəbul edib sənət öyrəndim. Ü.Hacıbəyov.
Təkəbbürlü, təşəxxüslü,...

MƏĞRURCASINA (ID - 28437)

zərf Qürurla, vüqarla, məğrur bir tərzdə; məğrur-məğrur. Məğrurcasına dayanmaq (baxmaq).

MƏĞRURLANMA (ID - 28438)

“Məğrurlanmaq” dan f.is.

MƏĞRURLANMAQ (ID - 28439)

f. Boş-boşuna qürrələnmək, bir şeyə güvənmək, iddialanmaq.

MƏĞRURLUQ (ID - 28440)

is. 1. Öz ləyaqət və yüksəkliyini hiss etmə, mənlik hissi; vüqar. [Vahid:] Mənə hər şeydən artıq xoş gələn [anamın] məğrurluğu idi. B.Bayramov.
2. Lovğalıq, təkəbbür, təşəxxüs, iddialılıq. Məğrurluq eyləyib ustadam...

MƏĞŞUŞ (ID - 28441)

sif klas. Qarma-qarışıq, hərcmərc, iğtişaşlı. Belə vilayəti dağıtsın Tarı; Ziyadə məğşuşdur Ərəs kənarı. Q.Zakir.
2. Halı özündə olmayan, əhvalı pozğun; bikef, kefsiz, halsız. Yağır yağış, məğşuşdur əhvalım;...

MƏĞŞUŞLUQ (ID - 28442)

is. Qarma-qarışıqlıq, şuluqluq, hərc-mərclik, iğtişaş. [Allahverdi:] Aram, deyirlər, Bakıda məğşuşluq var? C.Cabbarlı. [Musa:] [Şeyx Feyzullah] .. gedib, 0ah Əbdüləzimdə oturub məğşuşluq salmaqla məşğuldur. P.Makulu.

MƏĞZ (ID - 28443)

is. [fars.] 1. dan. bax ləpə2. Badamın məğzi. Qoz məğzi.
2. məc. Mahiyyət, əsas, əsil. Vaqif gördü ki, Ibrahim xan onun sözlərinin məğzini dərk etmir. Çəmənzəminli. Yenə də əsil mətləb, məsələnin məğzi Nadirin ruhuna...

MƏĞZİBADAM (ID - 28444)

is. [fars.] Badam içi, badam ləpəsi. // Təmizlənmiş badam.

MƏH (ID - 28445)

[fars.] klas. bax mah. Ey dil, ki hicrə doymayıb, istərsən ol məhi; 0ükr et bu halə, yoxsa gələr bir bəla sana. Füzuli. Səndə nə gündür, ey məh, mehrin çırağı yanmaz. Qövsi.

MƏHABƏT (ID - 28446)

sif. [ər.] Görünüşcə əzəmətli, vüqarlı.
Dəhşətli.
is. Qorxu, çəkinmə hissi.

MƏHAL (ID - 28447)

[ər.] klas. bax mahal2. Qərəz Füzuliyə ancaq əlində ölməkdir; Bəli, məhaldır ol həm, sən olacaq qatil. Füzuli.

MƏHARƏT (ID - 28448)

[ər.] is. Bir iş görməkdə ustalıq, bacarıq, qabiliyyət, hünər. ..Yandüdüyü çalmaqda əmioğlum kimi məharət göstərmək və qulaq asanları valeh etmək mənə xudayitaaladan qismət deyilmiş. C.Məmmədquluzadə. Hanı, göstər də...

Bu səhifə 186 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla
<