Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

MAYELƏŞDİRMƏ (ID - 28049)

“Mayeləşdirmək” dən f.is.

MAYELƏŞDİRMƏK (ID - 28050)

f Maye halına salmaq; durulaşdırmaq. Qazı mayeləşdirmək.

MAYELƏŞMƏ (ID - 28051)

“Mayeləşmək” dən f.is.

MAYELƏŞMƏK (ID - 28052)

f Maye halına keçmək; durulaşmaq. Buxar mayeləşir.

MAYGÜLÜ1 (ID - 28053)

bax mixəkgülü.

MAYGÜLÜ2 (ID - 28054)

is. zool. Bir çox növləri olan başı, boğazı və döşü sarı-qırmızı və ya tündqırmızı rəngli su quşu; sufərəsi.

MAYIF (ID - 28055)

sif [ər.] Şikəst, əlil, eyibli, nöqsanlı. [Hacı:] Kor olsun, topal olsun, mayıf olsun, övlad olsun! Mir Cəlal.

MAYIFLAŞMA (ID - 28056)

"Mayıflaşmaq” dan f.is.

MAYIFLAŞMAQ (ID - 28057)

f Əlil olmaq, şikəst olmaq.

MAYIFLIQ (ID - 28058)

is. Mayıf olma; şikəstlik, əlillik.

MAYİS (ID - 28059)

köhn. bax mav. Mayisin dadlı gecələrindən idi. Çəmənzəminli. [Knyaz:] Bir mayis dəvət edildim Batuma. H.Cavid.

MAYİSGÜLÜ (ID - 28060)

b ax mavgülü1. Bahara məxsus ağ buludlar mayisgülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlaşırdı. M.Ibrahimov.

MAYKA (ID - 28061)

[rus.] Qolsuz və ya qısaqollu, yaxalıqsız trikotaj yay köynəyi. İdmançı maykası. - Qırmızı yaxalıqlı ağ mayka geyinmiş gənc, sağlam cavanlar dəstə-dəstə, dalğa kimi küçələrə doluşurdu. Mir Cəlal.

MAYKALI (ID - 28062)

sif Mayka geymiş, əynində mayka olan. Məmməd sarı maykalı rəqibini geridə buraxdı. H.Seyidbəyli.

MAYQABAGI (ID - 28063)

sif. tar. May bayramı ərəfəsində, yaxud yaxınlaşan may bayramı şərəfinə olan. Mayqabağı yarış.

MAYMAQ (ID - 28064)

sif Çox huşsuz, key, fərasətsiz, bacarıqsız, aciz-avara. Maymaq uşaq. // Is. mənasında. Maymağın biridir. - [Bayram:] Onun üçün istəyir səni öz oğluna, .. o maymağa verə ki, ömründə bir sərçə vurduğu, bir quzu oğurladığı...

MAYMAQCASINA (ID - 28065)

zərf Maymaq kimi, mənasız-mənasız. Maymaqcasına baxmaq.

MAYMAQLIQ (ID - 28066)

is. Maymaq adamın hal və xüsusiyyəti. Sən onun elə maymaqlığına baxma, yamanca saman altından su yeridəndir. S.Rəhimov.

MAYOR (ID - 28067)

[lat.] Kapitandan sonra gələn zabit rütbəsi, habelə belə rütbəsi olan adam. [Qonaqların] yanında Tahirin ilk dəflə gördüyü təyyarəçi bir mayor da vardı. M.Hüseyn.

MAYORLUQ (ID - 28068)

is. Mayor rütbəsi.

MAYYA (ID - 28069)

is. [sanskr.] Qədim və orta əsr hind fəlsəfəsində universal anlayışlardan biri.

MAYYA-SOKE (ID - 28070)

is. Cənubi Afrikada dil ailəsi.

MAZ (ID - 28071)

[rus.] 1. Dəriyə sürtmək üçün tərkibində dərman maddələri olan qatı yağ qatışığı.
2. Hər hansı bir şeyi yağlamaq üçün qatı yağlı maddə. Ayaqqabı mazı.

MAZAQ (ID - 28072)

is. [ər.] vulq. Zarafat, əylənmə, dilxoşluq (adətən kişi ilə qadın arasında).

Mazaq (ID - 28073)

etmək (eləmək) - əylənmək, zarafatlaşmaq, dilxoşluq etmək. [Xan:] Baxın, Pərviz xanın baş hərəmi öz ərinin gözünün qabağında nökər ilə mazaq eləyir. Ə.Haqverdiyev.

MAZAQLAŞMA (ID - 28074)

vulq. “Mazaqlaşmaq” dan f.is. [Süleyman:] ..Bütün kolxoz Tofiqin [Atlazla] mazaqlaşmasından danışır. M.Ibrahimov.

MAZAQLAŞMAQ (ID - 28075)

qarş. vulq. Dilxoşluq etmək; zarafatlaşmaq, oynaşmaq. [Pəricahan:] Ağa əvvəllər mənlə mazaqlaşardı. S.S.Axundov. [Çərkəz:] Günü qara lap özünü açıb, - deyə xəyalından keçirdi, - indidən mazaqlaşmaq istəyir. Allah sizin damazlığınızı...

MAZARAT (ID - 28076)

MAZAT (ID - 28077)

is.: özünü mazata qovmaq dan. naz eləmək, təşəxxüs satmaq. [Balaqız Gülnisəyə:] Nahaq yerə özünü mazata qoyma! Ə.Haqverdiyev.

MAZER (ID - 28078)

is. [ing.] Radiodalğalar diapazonunda işləyən kvant generatorunun adı.

MAZGAL (ID - 28079)

is. Qala divarlarında və s.-də atışma üçün qoyulan deşik. O, bu sərrast güllələrin əncüməndəki mazğaldan atıldığını öyrənəndə, qudurub bütün top və tüflənglərin atəşini bu mazğala çevirməyi əmr etdi. P.Makulu.

MAZGALLI (ID - 28080)

sif. Mazğalı olan. Dırmaşmışdı uşaqlar; Mazğallı divarlara. Ə.Cavad.

MAZI (ID - 28081)

is. 1. Bəzi ağacların üzərində həşərat yumurtacıqlarından əmələ gələn yumru fır (ur). Ağacda var mazılar; Könlüm səni arzular; Əyil, üzündən öpüm; Qoy baxsın tamarzılar. (Bayatı). ..Bir xəlvətyerdə bir belə şəkil çəkilib:...

MAZI-MAZI (ID - 28082)

is. Düz və hamar yerdə mazı (2-ci mənada) ilə oynanılan oyun. Mazı-mazı oynayan on yeddi-on səkkiz yaşındakı gənclərin səsindən qulaq tutulurdu. Çəmənzəminli.

MAZİ (ID - 28083)

is. [ər.] 1. klas. Keçmiş zaman, keçmiş. Qəmli mazisini hekayət edər; Taleyindən bütün şikayət edər. A.Səhhət. [Qətibə:] Mazilərimiz bəşəriyyətin gəncliyi dəfn edilən bir məzardır. M.S.Ordubadi.
2. qram. Felin keçmiş zamanının...

MAZLAMA (ID - 28084)

“Mazlamaq” dan f.is.

MAZLAMAQ (ID - 28085)

f 1. Maz sürtmək, maz çəkmək. Ayaqqabını mazlamaq. // məc. zar. Üzünə yağ və ya başqa bir şey çəkmək.
2. məc. dan. Üstünü malalamaq, ört-basdır eləmək.

MAZLI (ID - 28086)

sif Maz sürtülmüş, maz çəkilmiş.

MAZÜRKA (ID - 28087)

[pol. mazurek] Üçölçülü taktı olan polyak milli rəqsi, habelə həmin rəqsin musiqisi. Mazurka oynamaq. // Həmin rəqs ritmində musiqi əsəri. Şopenin mazurkası.

MAZÜT (ID - 28088)

is. Neftdən ağneft, benzin və qazolin ayrıldıqdan sonra qalan yağlı qatı maddə. Qıra mazut qatmaq. Yanan mazutdan çıxan his. - Daşı, duzu, mazutu, torpağı cavahirdir; Xəzinələr elimin hər yerində zahirdir. Ə.Vahid.

MAZUTLAMA (ID - 28089)

“Mazutlamaq” dan f.is.

MAZUTLAMAQ (ID - 28090)

f Mazut sürtmək, üzərinə mazut çəkmək; mazuta bulamaq. Borunu mazutlamaq.

MAZUTLANMA (ID - 28091)

“Mazutlanmaq” dan f.is.

MAZUTLANMAQ (ID - 28092)

məch. Mazut sürtülmək, mazut çəkilmək; mazuta bulanmaq.

MAZUTLU (ID - 28093)

sif Mazut sürtülmüş, mazuta bulanmış, mazutu olan. Qənbərli mazutlu əli ilə gözlərini ovdu. S.Rəhimov. [Fərhad Dilaraya:] Mazutlu çalalardan neft yığan bu uşaqları görürsünüzmü? Ə.Məmmədxanlı.

MAZUTLUQ (ID - 28094)

is. Mazut tökülmüş yer. Mədənlərin ətrafı mazutluqdur.

MEBEL (ID - 28095)

[fr.] Stol, stul, taxt, şkaf, şifoner və s. kimi ev avadanlığı. Mebel fabriki. Yumşaq mebel. - [Mindilli:] Bu gün sizin üçün yaxşı mebel sifariş elədim. S.Rəhman. Hamballar bir dəst mebel gətirib otaqlara düzdülər. Mir Cəlal.

MEBELÇİ (ID - 28096)

is. Mebel sənayesi işçisi, mebel ustası.

MEBELÇİLİK (ID - 28097)

is. Mebelçi peşəsi, ixtisası.

MEBELLİ (ID - 28098)

sif Mebeli olan, mebellə təchiz olunmuş. Mebelli otaq.

Bu səhifə 50 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....