İzahlı lüğət

MESSA (ID - 28199)

is. [fr.] 1. Xristianlarda sübh və günorta ibadəti.
2. Dini məzmunda xor musiqisi.

MESSO (ID - 28200)

is. [ital.] Musiqidə səs dinamikası.

MEŞƏ (ID - 28201)

is. Çoxlu ağac bitmiş geniş sahə. Palıd meşəsi. 0am meşəsi. - Meşə çaqqalsız olmaz. (Məsəl). Mən də meşə cığırı ilə boyumdan uca otların arası ilə evə hərəkət edirdim. A.Divanbəyoğlu. Kürün nəriltisi meşədə uğuldayırdı....

MEŞƏARASI (ID - 28202)

sif. Meşənin içində və ya meşələrin arasında olan. Meşəarası yol. Onların ikisinin beş parçadan ibarət meşəarası zəmi yeri var. S.Rəhimov.

MEŞƏBƏYİ (ID - 28203)

is. Meşələrə nəzarət edən işçi. Qəhrəman görmüşdü ki, meşəbəyi Rüstəm üçün nə qədər akt bağlamışdı. S.Rəhimov. [Yusif:] Mümkün eləsə, Daşdəmir meşəbəyindən bilet alsın, sovxoz üçün meşədən odun qırdırsın,...

MEŞƏBƏYİLİK (ID - 28204)

is. Təsərrüfat vahidi olan meşə sahəsi, habelə bu sahəyə nəzarət edən idarə. Meşəbəyilikdə işləmək. // Meşə təsərrüfatı idarəsinin yerləşdiyi təsərrüfat tikintiləri. Meşəbəyiliyə getmək.

MEŞƏCİK (ID - 28205)

is. Balaca meşə, kiçik meşə. Meşəciyi gəzmək.

MEŞƏCÜLLÜTÜ (ID - 28206)

is. zool. Təxminən göyərçin boyda nazik, uzun dimdik, gödəkayaq, bozumtul, zolaqlı lələkləri olan quş; çilikburun.

MEŞƏÇİ (ID - 28207)

is. 1. Meşəçilik mütəxəssisi; meşəşünas.
2. Meşə qarovulçusu, meşə qoruqçusu.

MEŞƏÇİLİK (ID - 28208)

is. 1. Meşə salmaq, becərmək və yetişdirmək haqqında elm; meşəşünaslıq. Meşəçilik ədəbiyyatı. - [Vəzirov] ..elmi-bioloji əsərləri isə Azərbaycan meşəçilik elminin yeni bir mərhələsinin əsasını qoyur. Y.Qarayev.
Kənd...

MEŞƏ-ÇÖL (ID - 28209)

is. Meşə ilə çöl arasında keçid sahəsi.

MEŞƏDOĞRAYAN (ID - 28210)

b a x meşəqıran 1-ci mənada.

MEŞƏQIRAN (ID - 28211)

1. is. Meşədə ağac kəsməklə məşğul olan fəhlə; meşədoğrayan. Şəhərdə bir qədər yaşadıqdan sonra, o, əhalisi meşəqıranlardan ibarət olan bir kəndə keçdi.
H.Seyidbəyli.
sif. Meşə qırmaq üçün olan, meşə qırmağa...

MEŞƏQIRMA (ID - 28212)

is. Meşədə ağac kəsmə işi. Meşəqırma briqadası.

MEŞƏLƏNDİRMƏ (ID - 28213)

"Meşələndirmək” dən f.is.

MEŞƏLƏNDİRMƏK (ID - 28214)

f. Meşə salmaq, bir sahədə ağaclar əkib meşə halına salmaq.

MEŞƏLİ (ID - 28215)

sif. Meşə ilə örtülmüş, meşəsi olan. Meşəli yaylaq. - Ehtiyat xala .. sıralanmış meşəli dağlar qoynunda, səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal.

MEŞƏLİK (ID - 28216)

1. is. Meşə olan yer, meşə ilə örtülmüş sahə. Obamızın şimal tərəfi qərbdən-şərqə doğru uzanmış çılpaq qayalıq, daha sonra qalın bir meşəlikdi. A.Şaiq. Çıxır meşəlikdən talaya əlik; Səkir daşdan daşa xınalı kəklik....

MEŞƏSALMA (ID - 28217)

is. Ağac əkib süni meşə becərmə. Meşəsalma təsərrüfatı. Meşəsalma aylığı.

MEŞƏSİZ (ID - 28218)

sif Meşəsi olmayan, ağacsız. Meşəsiz sahə. Meşəsiz dağ yamacları. - Qovdular ceyranı meşəsiz dağa; Qoyun sürüləri doldu otlağa. H.K.Sanılı.

MEŞƏSİZLƏŞDİRİLMƏ (ID - 28219)

“Meşəsizləşdirilmək” dən f.is.

MEŞƏSİZLƏŞDİRİLMƏK (ID - 28220)

məch. Meşələri qırılıb düzən hala salınmaq, meşəsiz hala salınmaq; ağacsızlaşdırılmaq.

MEŞƏSİZLƏŞDİRMƏ (ID - 28221)

“Meşəsizləşdirmək” dən f.is.

MEŞƏSİZLƏŞDİRMƏK (ID - 28222)

f Meşələri qırıb düzən hala salmaq, meşələri qırmaq, meşəsiz hala salmaq; ağacsızlaşdırmaq.

MEŞƏŞÜNAS (ID - 28223)

b a x meşəçi 1 -ci mənada. Vəzirov .. bütün ömrü boyu həm yazıçıdramaturq, həm də meşəşünas alim kimi öz ehtiras və enerjisini xalqın mənəvi və təbii sərvətlərinin mühafizəsinə həsr edir. Y.Qarayev.

MEŞƏŞÜNASLIQ (ID - 28224)

bax meşəçilik 1-ci mənada.

MEŞİN (ID - 28225)

is. Aşılama yolu ilə hazırlanan ən sadə yumşaq qoyun və s. dərisi. // Həmin dəridən tikilmiş, hazırlanmış. [Ağasəfərin] ayağında isə qara meşin çust vardı. Ə.Əbülhəsən. Siz ey meşin qapılar; Sizin üzünüz soyuq; Sizdən...

MEŞİNLİ (ID - 28226)

sif. Meşinlə örtülmüş, üzərinə meşin çəkilmiş. Meşinli qapı.

MEŞMEŞİ (ID - 28227)

is. məh. Ərik.

MEŞOK (ID - 28228)

[rus.] Kisə, torba. ..İndi məlum olur ki, siz biçarə avam camaatı yığırsınız başınıza, sonra ortalığa bir meşokpul qoyursunuz. “Mol. Nəsr.” Qaraltı - dalında ağır bir meşok aparan gödək adam idi. Mir Cəlal. Həmzənin Hacı...

MEŞŞAN (ID - 28229)

[rus. мешанин] 1. 1917-ci il inqilabından qabaqkı Rusiyada: xırda şəhər alverçilərindən, sənətkarlarından, aşağı vəzifəli qulluqçulardan və s. ibarət silk, təbəqə. // Həmin təbəqəyə mənsub olan adam. [Yakov] kəndlilərin...

MEŞŞANCASINA (ID - 28230)

zərfMeşşan kimi, meşşana yaraşan bir tərzdə. Meşşancasına yaşamaq.

MEŞŞANLAŞMA (ID - 28231)

“Meşşanlaşmaq” dan f.is.

MEŞŞANLAŞMAQ (ID - 28232)

f Meşşan xasiyyəti almaq, meşşan fikirli olmaq.

MEŞŞANLIQ (ID - 28233)

is. Meşşanın psixologiyası və hal-hərəkəti. Meşşanlıq etmək.

METAL (ID - 28234)

[lat. metallum, əsli yun. metallonmədən] İstiliyi və elektriki yaxşı keçirmə qabiliyyətinə malik olan, döyülüb yastılana bilən, spesifik parıltısı olan bəsit kimyəvi maddə (yaxud ərinti). Əlvan metallar (mis, nikel və b.). Qara...

METALAOXŞAR (ID - 28235)

sif Zahirən metala bənzəyən, metal kimi olan.

METALÇI (ID - 28236)

is. Metal sənayesi işçisi. Şənlik və sevinc səslərini .. inşaatçılar, metalçılar şəhərində də eşitmək olardı. Mir Cəlal. Yarışır hər şaxtaçı, metalçı, neftçifəhlə. Ə.Cəmil.

METALDOĞRAYAN (ID - 28237)

b ax metalkəsən.

METAFİZİK1 (ID - 28238)

is. [yun.] 1. Metafizik fəlsəfə tərəfdarı, metafizik üsul tətbiq edən (dialektik əksi).
2. Mücərrəd, anlaşılmaz, dumanlı fikirlər yürüdən adam haqqında.

METAFİZİK2 (ID - 28239)

sif [yun.] 1. fəls. Metafizikaya əsaslanan, metafizikaya aid olan, dialektikaya zidd olan. Metafizik fəlsəfə. Metafizik üsul.
2. məc. Mücərrəd, anlaşılmaz, dumanlı. Metafizik fıkir.

METAFIZİKA (ID - 28240)

[yun.] 1. Dialektikanın əksinə olaraq, hadisələri, onların qarşılıqlı əlaqələri, ziddiyyətləri və inkişafı xaricində götürən idealist dünyagörüşü və dərketmə metodu.
2. Hər hansı bir mücərrəd, buna görə də aydın...

METAFORA (ID - 28241)

[yun. metaphora - məcaz] ədəb. Bənzərliyə, oxşarlığa, analogiyaya əsasən söz və ya ifadənin məcazi mənada işlənməsi; məcaz.

METAFORİK (ID - 28242)

[yun.] bax məcazi.

METALƏRİDƏN (ID - 28243)

sif 1. Metal əritməklə məşğul olan. Metaləridən zavod.
2. is. Metaləridən fəhlə. Bəzən Lətif işini qurtarıb qəlibçilər şöbəsinə gəlir, gözlük taxmış gənc metaləridənlərə .. sataşırdı. H.Seyidbəyli.

METALKƏSƏN (ID - 28244)

sif. Metalı kəsən, metalı kəsmək üçün olan. Metalkəsən dəzgah.

METALLAŞDIRILMA (ID - 28245)

“Metallaşdırılmaq” dan fis.

METALLAŞDIRILMAQ (ID - 28246)

məch. Metaldan üz çəkilmək, metal təbəqəsi ilə örtülmək.

METALLAŞDIRMA (ID - 28247)

“Metallaşdırmaq” dan f.is.

METALLAŞDIRMAQ (ID - 28248)

f Metaldan üz çəkmək, metal təbəqəsi ilə əritmək (bir şeyi).

Bu səhifə dəfə baxılıb

......