İzahlı lüğət

MÖHÜR

is. [fars.] 1. Üzərində bir idarənin, təşkilatın və ya şəxsin adı həkk olunmuş metal, rezin və s.-dən damğa (bir şeyi təsdiq etmək üçün sənəd, surğuc və s. üzərinə basılır). Idarənin möhrü. - Yazılı məktuba 20 nəfər imza atıb möhrünü basdı. M.S.Ordubadi. [Sona:] Şəhər komandanlığının möhrü basılmış kağızlardır. H.Nəzərli. // Həmin alətin (damğanın) kağız və s. üzərindəki izi, surəti, şəkli. Arayışın möhrü aydın deyil.
..Gahpaketə baxır, gah markaları, poçtun möhrünü gözdən keçirirdi. Ə.Sadıq. // Hökmdar nişanı, damğası. [Nüşabə:] Bu Kəyan bayrağı, bu da bir tuğra; Keyqubad möhrü də vurulmuş bura. A.Şaiq.
2. dan. Müsəlmanların müqəddəs saydıqları Məkkə, Kərbəla, Məşhəd kimi yerlərin torpağından düzəldilən və şiələrin namaz zamanı səcdəyə gedərkən alınlarını söykədikləri quru gil parçası. [Güldəstə:] Istəyirsən .. axşamdan sübhədək başını möhrə döy, ondan bir şey çıxmayacaq. N.Vəzirov. [Rza:] Atam alnını möhrə qoyub ağlayır, ağlayırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed