İzahlı lüğət

MƏSLƏHƏTLƏŞMƏK (ID - 28899)

f 1. Necə hərəkət etmək, bir şeyi necə görmək haqqında biri ilə məsləhət etmək, onun rəyini soruşmaq, məsləhət almaq üçün müraciət etmək. Atası ilə məsləhətləşmək. - [Mehriban] istəyirdi ki, Zeynal barəsində onunla...

MƏSLƏHƏTLİ (ID - 28900)

sif Məsləhət ilə görülən, məsləhət ilə olan. Məsləhətli don gen olar. (Ata. sözü).

MƏSLƏK (ID - 28901)

is. [ər.] 1. Hər hansı bir dünyagörüşünə əsaslanan əqidə, məfkurə, amal. Məsləkim, şüarım ucadan uca; Mən getdim, yoldaşlar, gəlin arxamca! A.Şaiq.
Etiqad, məzhəb, inam. [Şeyx Sənan:] Kimsiniz? Məsləkü təriqətiniz; Nə...

MƏSLƏKBAZ (ID - 28902)

is. [ər. məslək və fars. ...baz] Tez-tez məslək dəyişən adam.

MƏSLƏKBAZLIQ (ID - 28903)

is. Tez-tez məslək dəyişmə.

MƏSLƏKDAŞ (ID - 28904)

is. Bir məsləkdə olanlardan hər biri; həmməslək, məsləkcə yoldaş, birməsləkli. Bir-birimizlə yoldaş, məsləkdaş olaq!.. S.Hüseyn. Kərim öz dostuna, məsləkdaşına; Yaxşılıq istədi, yamanlıq oldu. B.Vahabzadə.

MƏSLƏKDAŞLIQ (ID - 28905)

is. Eyni məsləkdə olma; həmməsləklik, birməsləklilik.

MƏSLƏKLİ (ID - 28906)

sif. Müəyyən məsləkli olan; möhkəm etiqadlı, əqidəli, amallı. Məsləkli adam. - Ağa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi. Çəmənzəminli.

MƏSLƏKLİLİK (ID - 28907)

is. Məsləkli olma; etiqadlılıq, əqidəlilik.

MƏSLƏKSİZ (ID - 28908)

sif Heç bir məsləki olmayan; etiqadsız, əqidəsiz, amalsız, prinsipsiz. Məsləksiz adam. - Vətən! Qoynunda bəslənmiş əməllər, arzular şəksiz; Vətənsiz, yurdsuz insanlar yaşar aləmdə məsləksiz. S.Vurğun.

MƏSLƏKSİZLİK (ID - 28909)

is. Məsləksiz olma; etiqadsızlıq, əqidəsizlik, prinsipsizlik, amalsızlıq. O özünü məsləksizliyi üstündə qınamırdı, bacarıqsız olduğu üçün qınayırdı. Ə.Əbülhəsən.

MƏSMƏSİ (ID - 28910)

is. bot. Üzəri sadə və ya budaqlı tüklərlə örtülü birillik bitki.

MƏSNƏVİ (ID - 28911)

is. [ər.] ədəb. Hər iki misrası həmqafiyə olan böyük şeir, mənzumə. Cəlaləddin Ruminin məsnəviləri. - Gah məsnəviyə olub həvəsnak; Ol bəhrdə istərəm düripak. Füzuli.

MƏSRƏF (ID - 28912)

is. [ər.] 1. Xərclənən pul, işlənən şey; xərc. Yol məsrəfi. Evin aylıq məsrəfi. Məsrəf etmək (eləmək) - xərcləmək, işlətmək, sərf etmək. [Tükəz:] ..Öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən....

MƏSRƏFLİ (ID - 28913)

sif. 1. Sərf olunan, məsrəf olunan.
2. məc. dan. Faydalı, ağıllı-başlı. Mən də deyirəm, bəs kişinin qızı ağzını açıb məsrəfli bir söz söyləyəcək. Ə.Vəliyev.

MƏSRUR (ID - 28914)

sif. [ər. ] Şən, şad, şadman, sevincli. Sakit küçələr [Midhədə] geniş göründü, .. şəhər hürr və məsrur idi. Çəmənzəminli. Əbdül Saranın otağına daxil olub su səpir, yelləyir, fəqət üzü məsrurdur. C.Cabbarlı. // Zərf...

MƏSRURİYYƏT (ID - 28915)

is. [ər.] klas. Məsrurluq, şadlıq, sevinc. Hamı əyləşib yenidən məsruriyyət ilə dinlərdilər. Ə.Haqverdiyev.

MƏST1 (ID - 28916)

sif [fars.] 1. Sərxoş, kefli. Ya balıq tutandır, tufana tutulmuş; Yaxud məst imiş kim, batmış və boğulmuş. A.Səhhət. □ Məst etmək (eləmək) - kefləndirmək, sərxoş etmək. İçki onu məst etdi. Məst olmaq - içib keflənmək, sərxoş...

MƏST2 (ID - 28917)

is. [fars. məs] Dəridən və ya başqa yumşaq materialdan tikilən yüngül ayaqqabı; məs. Məst geymək. - [Qərib:] Birisinin ayağında məsti var; Birisinin can almağa qəsdi var. “Aşıq Qərib” . Qərənfil bacının .. ayaqlarında ipək...

MƏSTAN (ID - 28918)

[fars.] 1. sif Axıcı, süzgün, xumar (göz haqqında). Gözləri məstan, sürahi tək çəkilmiş gərdəni; Sözü şirin, özü amma xosrovi-əla pəri. M.P.Vaqif. Endirmədi aşığına; O gözləri məstan keçdi. Aşıq Ələsgər.
2. is....

MƏSTANƏ (ID - 28919)

sif Süzgün, axıcı, xumar. Apardı ağlımı, din-imanımı; Sənin belə bu məstanə gözlərin. M.P.Vaqif. O məstanə gözlər süzüldükcə hər an; Alar can, tökər qan xuraman-xuraman. H.Cavid.

MƏSTEDİCİ (ID - 28920)

sif Kefləndirən, xumarlandıran, bihuş edən, bihuşedici. [Dilbərgilin] həyətlərindəki yasəmən, ərik, alça, albalı ağaclarının çiçəkləri ətrafa məstedici bir qoxu saçırdı. Ə.Sadıq. ..Səhər nəsimi.. gül və çiçəklərin...

MƏSTEDİCİLİK (ID - 28921)

is. Məstedici şeyin xassəsi, təsiri.

MƏSTLİK (ID - 28922)

MƏSUD (ID - 28923)

sif və zərf [ər.] Xoşbəxt, bəxtiyar, səadətli. Məsud adam. Məsudyaşamaq.
[Maral:] Məsud bir göyərçin kimi saf və azadə yaşayırdım.. H.Cavid. Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud; İnsanlar daha məsud. M.Müşfiq. □...

MƏSUL (ID - 28924)

sif [ər.] 1. Üzərinə məsuliyyət qoyulan, cavabdeh olan; cavabdeh, cavabdəhəndə, sorğulu. Mirzağa [Cəmiləni] istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. Qəza komitəsinin məsul katibi Nəimovla Cəmil...

MƏSULİYYƏT (ID - 28925)

is. [ər.] Məsul olma, cavabdehlik. [Möhsünzadə] ona başqa bir şöbədə adi və məsuliyyəti az bir vəzifə təklif edirdi. S.Hüseyn. □ Məsuliyyət daşımaq cavabdeh olmaq. // Öz hərəkətindən, işindən doğa biləcək hər hansı pis...

MƏSULİYYƏTLİ (ID - 28926)

sif Məsuliyyəti olan; məsul. Məsuliyyətli tapşırıq. // məc. Çox mühüm, çox əhəmiyyətli. Tikintidə ekskavatorçulara çox çətin və məsuliyyətli bir iş tapşırılmışdı. Ə.Sadıq.

MƏSULİYYƏTSİZ (ID - 28927)

sif. 1. Məsuliyyəti olmayan, cavabdehliyi olmayan.
2. Məsuliyyət hiss etməyən, öz hərəkətlərinə fıkir verməyən, cavabdehlik bilməyən. Məsuliyyətsiz adam. Məsuliyyətsiz cavab.

MƏSULİYYƏTSİZCƏSİNƏ (ID - 28928)

zərf Heç bir məsuliyyət hiss etməyərək, özünü məsul bilməyərək. Işə məsuliyyətsizcəsinə yanaşmaq.

MƏSULİYYƏTSİZLİK (ID - 28929)

is. Məsuliyyətin olmadığı hal. [Şeyda:] Sınaq adlandırmaqla məsuliyyətsizliyin üstünü örtməkfikrinə düşməyin. B.Bayramov.

MƏSULLUQ (ID - 28930)

b ax məsuliyyət. Divanəlik asarıdır, məsulluqdan azaddır. A.Səhhət.

MƏSUM (ID - 28931)

sif. [ər.] Günahsız; heç bir günahı, qəbahəti olmayan. // “Yazıq, zavallı” mənasında. Məsum uşaqların naləsi, məzlum anaların fəryadı göylərə səda salmışdı. S.S.Axundov. Gözümün qarşısında mələk qədər məsum bir...

MƏSUMANƏ (ID - 28932)

sif. [ər. məsum və fars. ...anə] Günahsız, heç bir günah və təqsiri olmayan; məsumcasına. Məsumanə baxış. Nə küskün bir nəzər, yarəb? Nə məsumanə bir surət! H.Cavid.

MƏSUMCASINA (ID - 28933)

zərf Günahsızcasına, məsumanə, məsum-məsum. Məsumcasına baxmaq.

MƏSUMLUQ (ID - 28934)

is. 1. Təmizlik, paklıq, saflıq. [Fuad:] Sən anla ki, bir ailənin səadəti ondakı qadının məsumluğundadır. C.Cabbarlı. [Fərmanın] üzünün ifadələrində bir uşaq sadəliyi və məsumluğu nəzərə çarpırdı. Ə.Sadıq.
2. Yazıqlıq,...

MƏŞƏDİ (ID - 28935)

is. [İranda Xorasan - Məşhəd şəhərinin adından] din. Keçmişdə Məşhədə gedib “müqəddəs” yerləri ziyarət edən adama verilən ad (çox vaxt adın qabağında gətirilərək deyilir). [Hambal:] Məşədi, deyəsən, qızın iki namizədi...

MƏŞƏQQƏT (ID - 28936)

[ər.] 1. is. Əzab, əziyyət, sıxmtı, zəhmət, möhnət. Gözlərindən və üzündən [dərvişin] yuxu və məşəqqət görünürdü. A.Divanbəyoğlu. Qurtarmışdı qışın sərt məşəqqəti; Açırdı ürəyi yazın ləzzəti. H.K.Sanılı....

MƏŞƏQQƏTLİ (ID - 28937)

sif. Çox ağır, çox zəhmətli, çox əzablı, əziyyətli, sərt. Əcnəbi müsafir Bakının məşəqqətli rüzgarına adət etmədiyindən, Məşədi Əsgərin ardınca ahəstə-ahəstə gedirdi. S.M.Qənizadə. Qışın soyuq, məşəqqətli bir...

MƏŞƏL (ID - 28938)

is. [ər.] 1. Ətrafı işıqlandırmaq üçün ağac və s. başına sarınaraq, yaxud xüsusi bir alət içərisinə qoyularaq yandırılan yağlı (neftli) əsgi, cındır parçası, yaxud ağac başına keçirilmiş içində yanar maddə olan qab....

MƏŞƏLLƏNMƏK (ID - 28939)

f. Parıldamaq, işıq vermək, işıqlanmaq, işıldamaq. [Dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu.

MƏŞƏLLİ (ID - 28940)

sif. Əlində məşəl olan, əlinə məşəl götürmüş. [Quldurbaşı] Uruz əli məşəlli iki keşikçi ilə qazmaya yönəldi. M.Rzaquluzadə.

MƏŞĞƏLƏ (ID - 28941)

is. [ər.] 1.Bir şeyi bir yerə yığışaraq öyrənmə, öyrənməklə məşğul olma. Dərnəyin məşğələsi. - Rəsmiyyətə görə məşğələ hələ bir saat bundan qabaq bitmişdi. S.Rəhimov. Savad kursunun növbəti məşğələlərindən...

MƏŞĞUL (ID - 28942)

is. [ər.] Bir iş görən, bir işdə çalışan, iş görməkdə olan, bir işlə başı qarışıq olan. Müdir məşğuldur, qəbul edə bilməz. Nənəxanım Yetərlə söhbətə məşğul idi. Çəmənzəminli. [Sona Ümidə:] Görünür, çox ciddi...

MƏŞĞULİYYƏT (ID - 28943)

is. [ər.] 1. Bax məşğələ
-ci mənada. Məşğuliyyət bitdi.
2. Əyləncə, vaxt keçirmək üçün olan iş, oyun, əyləncə və s. Axşamlar hər məhəllənin qonşuları qum üstünə yığışıb məşğuliyyət üçün növbənöv oyun...

MƏŞĞULİ-ZİMMƏ (ID - 28944)

is. [ər.]: məşğulizimmə olmaq köhn. dan. - birinin pulunu və ya malını mənimsəməklə, yaxud biri haqqında düzgün olmayan fikir söyləməklə günaha batmaq, özünü onun qarşısında borclu hiss etmək. Mən bu barədə danışmasam...

MƏŞHUR (ID - 28945)

sif [ər.] 1. Şöhrət qazanmış, adlı-sanlı, şöhrətli, tanınmış. Məşhur alim. Məşhur idmançı. - Divara bir neçə məşhur artistin portreti vurulmuşdu. İ.Əfəndiyev. Məşhur etmək - ad qazandırmaq, şöhrətləndirmək. Məşhur...

MƏŞHURLANMA (ID - 28946)

“Məşhurlanmaq” dan f.is.

MƏŞHURLANMAQ (ID - 28947)

baxməşhurlaşmaq.

MƏŞHURLAŞDIRILMA (ID - 28948)

“Məşhurlaşdırılmaq” dan f.is.

Bu səhifə dəfə baxılıb

......