İzahlı lüğət

MORUQKİMİLƏR (ID - 29549)

cəm, bot. Moruq və bəzi başqa bitkilərin daxil olduğu cins.

MORUQLUQ (ID - 29550)

is. Moruq bitən yer, çoxlu moruq kolları olan yer.

MORZE (ID - 29551)

[ixtiraçısının adından]: Morze aparatı - Morze əlifbası vasitəsilə siqnallar vermək üçün sadə teleqraf aparatı. Morze əlifbası - hərf və rəqəmləri teleqram aparatı ilə vermək üçün şərti işarələr sistemi.

MORZEÇİ (ID - 29552)

is. köhn. Morze aparatında işləyən teleqrafçı.

MOSİ (ID - 29553)

is. Afrikada yaşayan xalqlardan birinin adı. Mosilərin bir hissəsi müsəlmandır.

MOTAL (ID - 29554)

is. 1. Pendir, şor və s. saxlamaq üçün xüsusi surətdə hazırlanmış qoyun və ya keçi dərisi. Motaldan şor çıxarmaq. - Məs cidin alçaq qapısından hamballar dalında motal və qeyri baqqal şeyləri çıxardırdılar. Çəmənzəminli....

MOTALQARIN (ID - 29555)

sif. dan. İri, şişman qarnı olan, qamı motala oxşayan. Motalqarın adam.

MOTALPAPAQ(LI) (ID - 29556)

1. sif Motal papaq geyinmiş, başında motal papaq olan. Motalpapaqlı kəndli bir söz deməyib, vaqon biletçisinin göstərdiyi skamyada .. yer tutdu. T.Ş.Simurq. ..Motalpapaq iki kəndçi çiyinlərində xurcun, gəlib mənim yanımda dayandılar....

MOTEL (ID - 29557)

is. [ing.] Avtoturistlər üçün hər cür xidmət göstərən mehmanxana.

MOTİV (ID - 29558)

[fr. motif] Musiqi və ya başqa sənət əsəri mövzusunun əsas ünsürü. Povestin əsas motivi. - Intim lirika yenə qüvvətli vətənpərvərlik motivlərilə çarpazlaşır. M.Hüseyn. C.Məmmədquluzadənin istər jurnalistlik, istərsə ədəbi-dramaturji...

MOTMOTU (ID - 29559)

is. bot. Turşaşirin meyvəsi olan kol-bitki və bu bitkinin meyvəsi.

MOTODROM (ID - 29560)

[lat. motor və yun. dromos] Motosiklet yarışı və sınağı üçün yer - meydan.

MOTOR (ID - 29561)

[lat. motor - hərəkətə gətirən] Hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın; mühərrik. Təyyarə motoru. Motora yağ tökmək. - [Murad] ömrünün bir qismini Xəzər dənizində mexanikliklə keçirdiyi üçün motor işlətməyi...

MOTORÇU (ID - 29562)

is. Motor işlədən, motora baxan fəhlə. [Tayavuranı] bir nəfər motorçu idarə edir. (Qəzetlərdən).

MOTORÇULUQ (ID - 29563)

is. Motorçu işi, motorçu sənəti. Motorçuluq kursu.

MOTORXANA (ID - 29564)

is. [lat. motor və fars. ...xanə] Motorların yerləşdirildiyi yer, bina. Əli ani olaraq düşünür və motorxanaya doğru yollanır. M.İbrahimov. Operator otağının aşağı mərtəbəsi motorxana idi. H.Seyidbəyli.

MOTORİST (ID - 29565)

[lat.] bax motorçu.

MOTORQAYIRAN (ID - 29566)

sif Motor istehsal edən. Motorqayıran zavod.

MOTORLAŞDIRILMA (ID - 29567)

“Motorlaşdırılmaq” dan f.is.

MOTORLAŞDIRILMAQ (ID - 29568)

məch. Motorlarla təchiz edilmək, motor tətbiq olunmaq.

MOTORLAŞDIRILMIŞ (ID - 29569)

f.sif Motorlarla təchiz edilmiş. Motorlaşdırılmış diviziya. Motorlaşdırılmış alay.

MOTORLAŞDIRMA (ID - 29570)

“Motorlaşdırmaq” dan f.is. Xalq təsərrüfatında mühərriklərin geniş surətdə tətbiqi və istifadə olunması, heyvan qüvvəsinin mühərriklərlə - avtomobillərlə, traktorlarla və s. ilə əvəz edilməsi.

MOTORLAŞDIRMAQ (ID - 29571)

f Motorlarla təchiz etmək, motor tətbiq etmək (b a x motorlaşdırma).

MOTORLU (ID - 29572)

sif Motoru olan, motorla işləyən, motorla hərəkətə gətirilən. Motorlu balıqçı gəmiləri. Motorlu velosiped.

MOTOROLLER (ID - 29573)

[ing.] Daha kiçik çarxlı motosiklet növü.

MOTORSUZ (ID - 29574)

sif. Motoru olmayan, motorla deyil, başqa vasitələrlə hərəkətə gətirilən. Motorsuz qayıq.

MOTOSİKL, MOTOSİKLET (ID - 29575)

[fr. motocycle] Daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən, velosipedə oxşayan, əksərən yanına qoşulan arabası olan ikiçarxlı maşın.
Çox çəkmədən motosikl .. bərkdən guruldayıb susdu. B.Bayramov. Uzaqdan sürətlə...

MOTOSİKLETÇİ (ID - 29576)

is. Motosiklet sürən, motosikletdə gedən, motosiklet idmanı ilə məşğul olan adam. Motosikletçilərin yarışı.

MOTOVOZ (ID - 29577)

[lat. motor və rus. B03] Daxili yanacaq mühərriki ilə hərəkət edən kiçik lokomotiv. Gecələr maşınların, motovozların səsi; Uğuldayır körpülər üzərində sübhədək. Ə.Cəmil.

MOTOYÜRÜŞ (ID - 29578)

is. Dərə-təpə yerlərdə motosikletlə qaçışmadan ibarət idman növü. Motoyürüşdə qalib gəlmək.

MOVULDAMA (ID - 29579)

“Movuldamaq” dan f.is.

MOVULDAMAQ (ID - 29580)

f Movultu səsi çıxarmaq (mal-qara haqqında). İnək movuldayır.

MOVULTU (ID - 29581)

is. Mal-qaranın çıxardığı səs. Buğanın movultusu.

MOYVA (ID - 29582)

is. [fincə] Uzunsov balıq cinsi.

MOZAİK (ID - 29583)

sif Mozaikadan düzəldilmiş, mozaikası olan, mozaika ilə bəzədilmiş. Mozaik şəkil. Mozaik döşəmə.

MOZAİKA (ID - 29584)

[fr. mosaique] 1. Sement və ya mastika təbəqəsi üzərinə yapışdırılmış əlvan şüşə, mərmər, mina, daş və s. parçalarından düzəldilmiş şəkil və ya naxış. // top. Belə şəkil və ya naxış üçün işlədilən şüşə,...

MOZAİKAÇI (ID - 29585)

is. Mozaika ustası.

MOZALAN (ID - 29586)

is. zool. Sürfələri heyvanların bədənlərində tüfeyli kimi yaşayan ikiqanadlı cücü, iri milçək.
□ Mozalan tutmuş dana kimi - birdən, durmadan, sıçrayaraq. [Hümmət:] ..Kürəyindən tər süzüləndə mozalan tutmuş dana kimi...

MÖCÜZ (ID - 29587)

b ax möcüzə. Möcüzi-ləli-ləbin həzrəti İsa nə bilir; Nazi-əndamını Şirinü Züleyxa nə bilir. Q.Zakir. Möcüzlər yaradır alnımdakı qan-tərim; Dünyanın hər yerində söylənməkdə hünərim. Ə.Cavad.

MÖCÜZƏ (ID - 29588)

is. [ər. möcizə] 1. Dini xurafata və mifik təsəvvürlərə görə, xariqüladə, fövqəltəbii qüvvələrin təsiri ilə baş verən hadisə. [Bəy:] Avam kəndlinin içinə möcüzə xəbəri yayılsa, əkini buraxaraq qopub gələcək.. Çəmənzəminli....

MÖCÜZƏLİ (ID - 29589)

sif Möcüzələr yaradan, xariqüladə, ecazkar. [Nəsir Muradəliyə:] Yeni nəslin bu möcüzəli işinə necə baxırsan? Bayramov.

MÖHKƏM (ID - 29590)

sif. [ər.] 1. Davamlı, bərk. Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta. // Zərf mənasında. Bərk-bərk, kip. İpləri möhkəm bağlamaq.
Sağlam, davamlı, dözümlü, qüvvətli. ..Qaraş möhkəm və sağlam idi. M.Ibrahimov....

MÖHKƏMCƏ (ID - 29591)

zərf Möhkəm surətdə, möhkəm-möhkəm, çox bərk. Möhkəmcə ilişdirmək. - Balaxanım yumruğunu düyünləyib irəliyə cumdu və düz Dadaşın burnunun qabağında möhkəmcə silkələdi. S.Rəhimov. // Sif mənasında. Möhkəm, bərk,...

MÖHKƏMLƏNDİRİLMƏ (ID - 29592)

“Möhkəmləndirilmək” dən f.is.

MÖHKƏMLƏNDİRİLMƏK (ID - 29593)

məch. Möhkəm hala gətirilmək, möhkəm edilmək, bərkidilmək.

MÖHKƏMLƏNDİRMƏ (ID - 29594)

“Möhkəmləndirmək” dən f.is.

MÖHKƏMLƏNDİRMƏK (ID - 29595)

bax möhkəmlətmək. Müəllim dostluğu möhkəmləndirmək üçün bir gün Qaçayın bütün ailəsini qonaq çağırdı. Ə.Vəliyev.

MÖHKƏMLƏNMƏ (ID - 29596)

“Möhkəmlənmək” dən f.is.

MÖHKƏMLƏNMƏK (ID - 29597)

f 1. Möhkəm hala gəlmək, möhkəm olmaq, möhkəmləşmək. // Bərkimək, sərtləşmək. Sümüyü möhkəmlənmək.
məc. Cismən və ruhən sağlamlaşmaq, qüvvətlənmək, bərkimək, möhkəmləşmək. Idman nəticəsində bədən möhkəmlənir.
məc....

MÖHKƏMLƏŞDİRMƏ (ID - 29598)

“Möhkəmləşdirmək” dən f.is.

Bu səhifə dəfə baxılıb

......