İzahlı lüğət

MİNNƏT

is. [ər.] Edilən hörmət və yaxşılığa qarşı daxilən duyulan borcluluq hissi, özünü borclu bilmə. 0 Minnət çəkmək - 1) hörmət və yaxşılıq qarşısında özünü borclu bilmək. [Xoca Əziz:] Igid də igiddən çəkərmi minnət! “Koroğlu” ; 2) bax minnət götürmək. [Xanpəri:] Nə lazımdır ki, Hətəm xan ağadan və ya özgəsindən minnət çəkəsən. M.F.Axundzadə. [Səməndər] qonaqlarını heç kəsdən minnət çəkmədən yedirib-içirib yola sala bilərdi. Bayramov. Minnət etmək (eyləmək) təvəqqe etmək, xahiş etmək, boyun əyib yalvarmaq. Adamlar yerbəyerdən xana minnət elədilər. “Qurbani” . Ey yığılan canlar, minnət eyləyin; Dursun o gözəllər şahı, oynasın. Q.Zakir. Minnət götürmək - edilən hörmətin, yaxşılığın və ya bəxşişin qarşısında özünü borclu bilmək. [Hacı Saleh:] Boynuma torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə. S.S.Axundov. Minnət götürməmək - məqsəd güdən yaxşılığı və s. qəbul etməmək, ondan imtina etmək. O heç kəsdən minnət götürməz. - Sən indiyədək heç kəsdən minnət götürməyibsən. Ə.Haqverdiyev. Minnət qoymaq - etdiyi hörmət və yaxşılığı başa qaxmaq, xatırlatmaq, başqasını özünə borclu çıxarmaq. Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Məsəl). [Cavadov:] Siz camaatın öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Ə.Haqverdiyev. ..[Qulam müəllim] bilirdi ki, yaxşılıq edib, minnət qoymaqdan da dünyadapis şey yoxdur. S.Rəhimov. Minnətə getmək - bir şey və ya iş üçün birisinin yanına xahişə getmək, xahişlə müraciət etmək. [Həbib bəy:] Kərbəlayı, içərimizdə yenə hörmətli sənsən. Zəhmət çək, hacının yanına minnətə get. S.Rəhman. Minnətə gəlmək - bir şey və ya iş üçün birisinin yanına xahişə gəlmək, gəlib xahiş etmək. Minnət(in) olsun! - özü(n) üçün şərəf hesab et(sin)! Minnətin olsun ki, sizə gəlmişəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed