İzahlı lüğət

MİNNƏTDARLIQ

1. is. Göstərilən diqqətə, edilən yaxşılığa qarşı razılıq, məmnunluq hissi; təşəkkür. Yarməmmədin ürəyində Kəngərliyə qarşı minnətdarlıqdan başqa bir duyğuyox idi. M.İbrahimov. ..Mən sizin etimadınıza qarşı ancaq minnətdarlığımı bildirə bilərəm. Q.İlkin. □ Minnətdarlıq etmək öz təşəkkürünü bildirmək, öz razılığını göstərmək, bildirmək. [Kərim bəy] orta məktəb bitirəndə ona qızıl saat almış müəllimlərinə ziyafət verib minnətdarlıq etmişdir. Mir Cəlal.
2. Minnətdarlıqla şəklində zərf - böyük razılıq hissilə; hörmətlə, ehtiramla. Rüxsarə xüsusi minnətdarlıqla alimin qarşısında başını əyib ona təzim etdi. S.Rəhimov. Aydın minnətdarlıqla [Gülqönçəyə] baxdı. H.Seyidbəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......