İzahlı lüğət

MƏSRƏF

is. [ər.] 1. Xərclənən pul, işlənən şey; xərc. Yol məsrəfi. Evin aylıq məsrəfi. Məsrəf etmək (eləmək) - xərcləmək, işlətmək, sərf etmək. [Tükəz:] ..Öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. M.F.Axundzadə. [Hacı:] ..Özüm fəqirlərə məsrəf elədiyimdən əlavə, iyirmicə manat müamilə qoyub, o müamiləni də fəqirlərə verirəm. Ə.Haqverdiyev. Məsrəf olmaq - xərclənmək, işlənmək.
Sərfə, xeyir, fayda. Nə məsrəfi var bizlərə, meyxanə dağılsın. Heyran xanım. [Hacı Nuru:] ..Bu surətdə mənim hünərimdən nə fayda olacaq, mənim şerim nəyə məsrəfdir. M.F.Axundzadə.
Sərf olunma, işlənmə. Suyun məsrəfinə diqqət vermək. Əmək məsrəfini azaltmaq. Məsrəf olmaq - sərf olunmaq, xərclənmək, işlənmək. [Məhərrəm bəy:] Bəli, bir çox izafə xərclər aramızda adət olunmuşdur. Məsələn: toy işində, vay işində məsrəf olan xərclər kimi. S.S.Axundov.
□ Məsrəfdən çıxmaq (düşmək) - sıradan çıxmaq, daha yaramamaq, əldən düşmək, daha istifadə edilə bilməmək. Ayaqqabım məsrəfdən düşüb. - [Əvvəlinci ərizəçi:] İndi at məsrəfdən çıxıbdır. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAH

44

MAT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed