İzahlı lüğət

MƏSRUR

sif. [ər. ] Şən, şad, şadman, sevincli. Sakit küçələr [Midhədə] geniş göründü, .. şəhər hürr və məsrur idi. Çəmənzəminli. Əbdül Saranın otağına daxil olub su səpir, yelləyir, fəqət üzü məsrurdur. C.Cabbarlı. // Zərf mənasında. [Rzaquluxan:] Sənin bu dillərin .. məni çox məsrur yola salır. M.S.Ordubadi. Sən fəqət qalib olan ordunla; Cəbhələrdə dolaşırsan məsrur. A.Şaiq. Məsrur etmək - 1) sevindirmək, şadlandırmaq, şad etmək; 2) xoşbəxt etmək, məramına, istəyinə çatdırmaq. Məsrur olmaq - şad olmaq, sevinmək, şadlanmaq. Olmadın məsrur, ta mən zarü-giryan olmadım; Xatirin cəm olmadı, ta mən pərişan olmadım. Qövsi. [Şeyx Sənan:] Gəldi bir şeyx o dəm üzündə niqab; Məni ta gördü, oldu pək məsrur. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

MAN

MAT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed