Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

YALINLIQ (ID - 42225)

is. Yalın şeyin halı, çılpaqlıq. Talib xanın .. yalınlıqdan olub dabanı çatçat. Q.Zakir.

YALXA, YALXI (ID - 42226)

sif. məh. 1. Yanında başqa bir şey olmayan; yalnız, tək. Səməd döşəmədə, yalxı döşəkağı üzərində köynəkçək uzanmışdı. İ.Hüseynov.
2. Ancaq, yalnız. Yalxı bizi eyləməyib mübtəla; Səfheyi-Qafqazı tutub bu bəla....

YALQIZ (ID - 42227)

sif. 1. Tək, kimsəsiz, yalnız, təktənha. Bir mən, bir sevdiyim, bir otaq, yalqız; Deyib-danışmağın nə damağı var! Aşıq Ələsgər. // Zərf mənasında. Sən ki ey bülbül, məni heç yerdə yalqız qoymadın. Qövsi. [Heydər bəy:]...

YALQIZCA (ID - 42228)

zərf Tək, tək-tənha, yanında heç kəs olmadan. Yalqızca oturmaq. - Qoçpolad qalxmışdı Boranlı dağa; Yalqızca yaşardı kin boğa-boğa. A.Şaiq. [Müəllim] gecələrini təkbaşına, yalqızca keçirirdi. S.Hüseyn.

YALQIZLAMA (ID - 42229)

“Yalqızlamaq”dan f.is.

YALQIZLAMAQ (ID - 42230)

f . Yanında heç bir kəs olmamaq, yalqız qalmaq, tək-tənha qalmaq. // Yalqız qoymaq, təkləmək. Məni yalqızladı dərdü bəlayi-yar bir yandan. Qövsi.

YALQIZLIQ (ID - 42231)

is. Təklik, tək-tənhalıq, yalnızlıq, tək qalma. Birdən [müəllimin] fikrinə gəldi ki, Telli yalqızlıqdan qorxar. S.Hüseyn. Müşkünaz uşaqlıqdan təkliyi sevmir, yalqızlıqdan daralırdı. Ə.Vəliyev. // Kimsəsizlik, adamsızlıq....

YALQUZAQ (ID - 42232)

is. Canavar, qurd; tək gəzən canavar. Qəflətən yalquzaq çıxdı dərədən; Yapışdı qır kimi, qumral kərədən. H.K.Sanılı. Camalın əlindən nə yalquzaq, nə ayı, nə də pələng qurtara bilirdi. S.Rəhimov. [Sirat:] ..Ən axırda yalquzaq...

YALLAMA1 (ID - 42233)

“Yallamaq1’dan f.is.

YALLAMA2 (ID - 42234)

zərf Yalından tutaraq. Safo da bilir, cayıl, ağzıboş vaxtlarımda hər əlim ilə bir xam atı qaçaraqda quyruğundan saxlayar, hər birisini yallama minərdim. S.Rəhimov.

YALLAMAQ1 (ID - 42235)

f. Yüyənsiz atı yalından tutaraq sürmək.

YALLAMAQ2 (ID - 42236)

f. İtlərə yal (yem) vermək.
2. məc. vulq. Rüşvət vermək.

YALLANMA (ID - 42237)

“Yallanmaq”dan f.is.

YALLANMAQ (ID - 42238)

məch. 1. İtlərə yal verilmək.
2. məc. vulq. Rüşvət almaqla varlanmaq.

YALLI1 (ID - 42239)

is. Yalı olan (bax yal1). Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi; Bizim bu həyat kimi. M.Müşfıq.

YALLI2 (ID - 42240)

is. Bir-birinin əlindən tutaraq dəstə ilə oynanılan Azərbaycan xalq rəqsi. Yallı havası. - Alaq vuranların mahnıları, taya vuranların nəğmələri, qocaların yallısı, cavanların gülüşməsi Budağı valeh etmişdi. Ə.Vəliyev. □...

YALLI3 (ID - 42241)

zərf Yal verməklə, yal yedirməklə. [Hacı Osman:] Çobanların, köpəklərin necədir, a Vəli, yallımı saxlayırsan onları? N.Vəzirov.

YALLIBAŞI (ID - 42242)

is. Yallı oyununa başçılıq edən şəxs.

YALLIBAŞILIQ (ID - 42243)

is. Yallı oyununa başçılıq etmə. Yallıbaşılıqda da bu Dəlidağda heç bu qudurğanların tayları yoxdur. S.Rəhimov.

YALLIQ (ID - 42244)

sif. Yal üçün yararlı (bax yal3).

YALMAN (ID - 42245)

is. bax yal1 1 -ci mənada. Min Qazaxda köhlən ata; Yalmanına yata-yata; At qan tərə bata-bata; Göy yaylaqlar belinə qalx. S.Vurğun. Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov.

YALMANIB-YALTAQLANMAQ (ID - 42246)

f. məh. Yaltaqlıq etmək. Məclisdəkilər yalmanıbyaltaqlanıb eşşəyin tərifini göyə çıxarırlar. “M.N.lətif.”

YALMANLAMA (ID - 42247)

“Yalmanlamaq”dan f.is.

YALMANLAMAQ (ID - 42248)

bax yallamaq1. [Əlaltı:] Mən qaçaraqda qatırı minib onu yalmanlamasam, onda atam Bəbəşin oğlu deyiləm! S.Rəhimov.

YALMANLANMA (ID - 42249)

“Yalmanlanmaq”dan f.is.

YALMANLANMAQ (ID - 42250)

“Yalmanlamaq”dan məch.

YALMANLI (ID - 42251)

bax yallı1.

YALMANMA (ID - 42252)

“Yalmanmaqdan f.is.

YALMANMAQ (ID - 42253)

f məh. Yaltaqlıq etmək, baş əymək.

YALNIZ (ID - 42254)

1. əd. Məhdudiyyət bildirir ancaq, təkcə. Yalnız bircə şərtlə. Yalnız bir adam gəlmişdir. Məclisdən yalnız siz əskik idiniz. Yalnız bir arzum var. - Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. S.S.Axundov....

YALNIZBAŞINA (ID - 42255)

zərf Tək, tək-tənha. ..Ləngrud çayı ilə aşağı doğru axan kərəçidə yalnızbaşına oturub dalğın və mükəddər bir halda düşünürdüm. S.Hüseyn.

YALNIZCA (ID - 42256)

zərf Yalnız, təkcə, tək-tənha. [Müəllim] gecələrini təkbaşına, yalnızca keçirirdi. S.Hüseyn.

YALNIZLIQ (ID - 42257)

is. Təklik, tənhalıq. [Nadir bəy:] Eşq öksüz bir çocuq kimi daima yalnızlıqdan xoşlanır. H.Cavid. Onda yoxdur izi əsla; Yalnızlığın, tənhalığın. R.Rza.

YALOV (ID - 42258)

YALSIZ1 (ID - 42259)

sif Yalı olmayan (bax yal1). Yalsız dayça.

YALSIZ2 (ID - 42260)

sif. dan. Yal verilməmiş, yemək verilməmiş, ac. Gülnaz və Səriyyə xala qapını döydüyü zaman [Qəmərbanu] yalsız yatan köpək kimi acıqlı idi. M.İbrahimov.

YALTAQ (ID - 42261)

sif. Yaltaqlıq edən, başqasına yaltaqlanan. Yaltaq adam. - Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. M.S.Ordubadi. Şeir gəzdi dilləri, gəlib çatdı saraya; Aldı yaltaq kübarlar Zülfüqarı araya. Vahabzadə. // İs....

YALTAQCASINA (ID - 42262)

zərf Yaltaqlıq edərək, yaltaq-yaltaq, yaltaq adam kimi özünü alçaldaraq. Yaltaqcasına hərəkət etmək. Yaltaqcasına “bəli, bəli” demək.

YALTAQLANMA (ID - 42263)

“Yaltaqlanmaqdan f.is.

YALTAQLANMAQ (ID - 42264)

f . Öz şəxsi xeyri və ya birinə xoş görünmək üçün başqasının qarşısında özünü alçaldaraq onun istədiyinə uyğun hərəkət etmək, danışmaq, riyakarcasına onu tərifləmək, yaltaqlıq etmək. Dövlətliyə yaltaqlanmaq bilmərəm;...

YALTAQLIQ (ID - 42265)

is. Öz şəxsi xeyri və ya birinin yanında öz qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə uyğun hərəkətlər etmə, riyakarcasına onu tərifləmə. Yaltaqlıq etmək. Yaltaqlıq insanı alçaldan hərəkətdir....

YALTAQ-YALTAQ (ID - 42266)

zərf Yaltaqlıq edərək; yaltaqlana-yaltaqlana; yaltaqcasına. Yaltaqyaltaq danışmaq. Yaltaq-yaltaq gülmək. - Qazı yaltaq-yaltaq Teymura tərəf ikiqat əyilərək deyir.. “M.N.lətif.”

YALVARIB-YAXARMA (ID - 42267)

“Yalvarıb-yaxarmaqdan f.is.

YALVARIB-YAXARMAQ (ID - 42268)

f. Həddindən artıq yalvarmaq, çox yalvarıb xahiş etmək. Ənvər yalvarıb-yaxardı. Müşkünazın qarşısında diz çöküb dil çıxartdı, tövbə eləyib üzr istədi. Ə.Vəliyev.

YALVARIB-YAPIŞMA (ID - 42269)

“Yalvarıb-yapışmaq”dan f.is.

YALVARIB-YAPIŞMAQ (ID - 42270)

f dan. Yalvarıb əl çəkməmək, həddindən artıq yalvarmaq. Qarı gəldi darvazanın ağzına. Qəssaba çox yalvarıb-yapışdı. Axırda qəssabın ona yazığı gəlib içəri buraxdı. (Nağıl).

YALVARICI (ID - 42271)

sif. Yalvarmaq tərzində olan; xahişedici. Yalvarıcı səs. Yalvarıcı baxışlar. Yalvarıcı nəzərlə. Yalvarıcı tonda.

YALVARIŞ (ID - 42272)

is. Yalvarma, yalvarıb-yaxarma, yalvarmaq tərzində olan xahiş. Qulaqlarımda Qönçənin iniltiləri, çığırtıları, yalvarışları eşidilirdi. S.Hüseyn.

YALVARIŞMA (ID - 42273)

“Yalvarışmaq”dan f.is.

YALVARIŞMAQ (ID - 42274)

qarş. Yalvarmaq (çoxları haqqında).

Bu səhifə 39 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq.

.....