Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

YANDIRICI (ID - 42375)

sif Yandırmaq xassəsi olan; yandıran, yaxıcı, qızmar. [Günəşin] yandırıcı şüaları amansızcasına yerə şığıyır(dı). Ə.Əbülhəsən. Qoşqar.. yandırıcı dağ günəşinin altında zər kimi bərq vuran balıqları yığmağa...

YANDIRILMA (ID - 42376)

“Yandırılmaq”dan f.is.

YANDIRILMAQ (ID - 42377)

“Yandırmaq”dan məch. De, bəlkə də od içində bu gecə yarı; Söndürürsən yandırılmış bir xanimanı. S.Vurğun.

YANDIRMA (ID - 42378)

“Yandırmaq”dan f.is.

YANDIRMAQ (ID - 42379)

f . 1. Yanmağına səbəb olmaq; alışdırmaq. Lampanı yandırmaq. Kibrit yandırmaq. İşığı yandırmaq. Fənər yandırmaq. - [Xudayar bəy:] Zəhmət olmasa, bir ispiçkə çək, bu qovu yandırım. C.Məmmədquluzadə. Əhməd aralıq peçini...

YANDIRTMA (ID - 42380)

“Yandırtmaq”dan f.is.

YANDIRTMAQ (ID - 42381)

icb. Yandırmağa məcbur etmək.

YANĞI (ID - 42382)

is. 1. Ürəyi su istəmə, susama, susuzluq, atəş. Su yanğımı kəsmir. Atlar yanğıdan əldən düşdü. □ Yanğısını (ürək yanğısını) söndürmək - su içmək ehtiyacını (su içməklə) rəf etmək, atəşini söndürmək. Ürək...

YANĞILI (ID - 42383)

sif 1. Yanğısı olan, susamış.
2. məc. Odlu, alovlu, atəşin. El tazə havalar, yeni sözlər sevir indi; Atəşli könül, yanğılı dillər sevir indi. Ə.Nəzmi.

YANĞIN (ID - 42384)

is. 1. Binanı, əmlakı, ümumiyyətlə yana bilən hər şeyi geniş miqyasda qaplayıb məhv edən alov, atəş; habelə yanma prosesinin özü. Yanğın baş vermək. Yanğını söndürmək. Meşə yanğını. Yanğına qarşı tədbirlər. - Kükrəyib...

YANĞINSÖNDÜRƏN (ID - 42385)

1. is. Yanğın dəstəsində xidmət edən şəxs, yanğın komandası işçisi. Rəhim orada dayanan yanğınsöndürənlərə müraciət edərək: - Gedə bilərsiniz! dedi. Ə.Sadıq. Yanğınsöndürənlər dənizdən buruğa şlanqlarla su çəkirdilər....

YANI (ID - 42386)

dan. bax yanakı.

YANIB-TÖKÜLMƏK (ID - 42387)

f 1. Bir haqsızlıq qarşısında və ya başqa bir səbəb üzündən ağır mənəvi əzab və işgəncə keçirmək; yanıbyaxılmaq.
2. Qibtə etmək, paxıllıq etmək. Sədr baxdı, baxdı, yandı-töküldü. Mir Cəlal.

YANIB-YAXILMAQ (ID - 42388)

f. 1. Ürəkdən heyifsilənmək, çox acımaq, ağır mənəvi əzab və iztirab keçirmək. Vaqif bu mənzərəyə baxıb düşünür və düşündükcə də yanıb-yaxılırdı. Çəmənzəminli. indi yanıb-yaxılıram; Sərt dilləndim sənə niyə?...

YANICI (ID - 42389)

sif. Yanmaq xassəsi olan; tezyanan, alışqan. Yanıcı qazlar.

YANIXMAQ (ID - 42390)

f . dan. Yanmaq, çox heyifsilənmək, təəssüf etmək. Hər ikisi üçün bu iş çox ağır gəlirdi. Alo xüsusən bərkyanıxırdı. S.Rəhimov.

YANIQ (ID - 42391)

1. is. Yanmış şey. Yanıq qoxusu. Yanıq dadı.
2. is. Od və ya başqa yandırıcı şeyin təsiri ilə bədən toxumasında əmələ gələn zədə. // Yanmaq əsəri, bədənin yanmış yerinin nişanəsi, izi. Əlinin yanığı. Üzündə bir...

YANIQARA (ID - 42392)

is. məh. Heyvanlarda olan bir xəstəlik; sianoz.

YANIQLI (ID - 42393)

sif. 1. Yanmış yeri olan, yanığı olan.
məc. Birindən acığı olan, birinə qarşı kini, qəzəbi olan; acıqlı (çox vaxt “əlindən” sözü ilə). Çoban padşahın əlindən çox yanıqlı idi. (Nağıl). Əşi, Fatmanisə xaladan...

YANIQLIQ (ID - 42394)

is. Yanıq şeyin halı.

YANIQLI-YANIQLI (ID - 42395)

zərf Həzin-həzin, kədərli-kədərli; acı-acı. Yanıqlı-yanıqlı ağlamaq. - Şahsənəm gəlib gördü ki, Qərib yanıqlı-yanıqlı oxuyub ağlayır. “Aşıq Qərib” . Hərdənbir kəndin üzərindən yanıqlı-yanıqlı çığıran durna...

YANILMA (ID - 42396)

“Yanılmaq”dan f.is.

YANILMAQ (ID - 42397)

f Bir işi düz görməmək, yanlışlığa, səhvə yol vermək, səhv etmək. Adam yanıla-yanıla öyrənər. (Ata. sözü). Oxşatdım, yanıldım, könül verdim mən; Bilmədən vuruldum, ey dan ulduzu. C.Cabbarlı. Yanılmayıramsa o, məzlumluğu...

YANILTMA (ID - 42398)

“Yanıltmaq”dan f.is.

YANILTMAQ (ID - 42399)

f . Çaşdırmaq, aldatmaq, qəsdən fikrini azdırmaq. Əqlin aldın, yarım, deyin Vaqifin; Yanıltdın əlifin, beyin Vaqifin. M.P.Vaqif. Parça alanlar onu yanıldıb cavab verdilər: - Nəbi Sarı yataqdan yazıya çıxdı. “Qaçaq Nəbi” .

YANILTMAC (ID - 42400)

is. Dil dolaşmadan tez-tez deyilməsi çətin olan söz birləşməsi əsasında qurulan cümlə, ifadə (xalq yaradıcılığının məzəli formalarından biri); məs.: qırx küp, qırxının da qulpu qırıq küp.

YANIMA (ID - 42401)

“Yanımaq”dan f.is.

YANIMAQ (ID - 42402)

f . dan. Hədələmək. Bu tərəf o oğlanı yanıdı, düşmən oldular. A.Divanbəyoğlu. Elə bil o, kimi isə yanıyırdı. M.Hüseyn. [Səadət xanım] üzüklü barmaqları ilə məni yanıyaraq acıqlı-acıqlı baxırdı. Mir Cəlal.

YANIMLIQ (ID - 42403)

YANINCA (ID - 42404)

zərf 1. Öz yanı ilə, yanında, özü ilə bərabər. Oğlunu yanınca aparmaq. - Həmin vəkillər yanlarıyca uzun-uzadı ərizələr, siyahılar gətirmişdilər. C.Məmmədquluzadə.
Biri ilə bərabər, yanaşı, bir yerdə, yanı ilə, yan-yana....

YANI-YANI (ID - 42405)

bax yan-yanı. Həcər qocanın görməməsi üçün yanı-yanı çəkilib alma ağacına sıxılmaq istədi. S.Rəhimov.

YANIQ-YANIQ (ID - 42406)

zərf Yanıqlı-yanıqlı. Aşıq Qərib yanıq-yanıq söyləsin; Enib eşqin dəryasını boylasın. “Aşıq Qərib” .

YANQILICI (ID - 42407)

zərf köhn. Yanakı (papağın başa qoyulması tərzi). Papağı yanqılıcı qoymaq. - Yoxsa ki papaq yanqılıcı; Əldə də bir quş, həm məst və bihuş. M.Ə.Sabir.

YANLAMA (ID - 42408)

“Yanlamaq”dan f.is.

YANLAMAQ (ID - 42409)

f Yan almaq, yanaşmaq, yaxınına, yanına gəlmək, yaxınlaşmaq. Anam mətbəxdə qurdalanırdı. Yanlayıb qulağına əyildim. Mir Cəlal. ..Müəllim tez Meracı yanlayaraq qabağa göndərdi. Ə.Vəliyev.

YANLI (ID - 42410)

sif Yanı, tərəfi olan.

YANLIQ (ID - 42411)

is. Bir şeyin yan hissəsində olan şey; yan hissəsi; bir şeyin yanını təşkil edən, yanına qoyulan, əlavə edilən şey. Alaçığın yanlığı. Çiçəyin yanlığı.

YANLIQLI (ID - 42412)

sif. Yanlığı olan. Yanlıqlı araba.

YANLIQSIZ (ID - 42413)

sif. Yanlığı olmayan.

YANLIŞ (ID - 42414)

1. sif. Düzgün olmayan, doğru olmayan; səhv. Yanlış məlumat. Yanlış söz. Yanlış fikir. - Bilirdim ki, ilk təəssürat nə qədər güclü olsa da, çox vaxt insanı birtərəfli, yanlış nəticələrə aparıb çıxardır. M.Hüseyn. Təcrübədə...

YANLIŞLI (ID - 42415)

sif. Yanlış (səhv, qələt) olan.

YANLIŞLIQ (ID - 42416)

is. Səhv etmə, xata və səhv etmə, yanlış söz və ya hərəkət; səhv, qələt. Onun sözündə bir yanlışlıq var. - Şükür əvvəllərdə Güləlinin əsgərliyə alınmasını bir yanlışlıq zənn etmişdi. S.Hüseyn.

YANLIŞSIZ (ID - 42417)

sif. Səhvsiz, qələtsiz; düzgün. Yanlışsız yazı. Yanlışsız (z.) yazmaq.

YANLIŞSIZLIQ (ID - 42418)

is. Səhvsizlik, qələtsizlik.

YANMA (ID - 42419)

“Yanmaq”dan f.is.

YANMAQ (ID - 42420)

f . 1. Odlanmaq, alovlanmaq, od tutmaq, tutaşmaq. Odun yaxşı yanır. - Düşmən tərəfindən od vurulan kənd yanırdı. Ə.Vəliyev. // Odun, istinin təsiri ilə məhv olmaq, külə dönmək. Kağız tonqala düşüb yandı. Buxarıdakı odunların...

YANMALI (ID - 42421)

sif Halına acımalı; halı şəfqət, mərhəmət doğuran, yazıq, zavallı (adətən “halına” sözü ilə). Halına yanmalı adam.

YANMAZ (ID - 42422)

sif. Yanmayan, alışmayan, yanmaq xassəsi olmayan, od təsir etməyən, odadavamlı, odda, alovda tələf olmayan. Yanmaz maddələr.

YANMIŞ (ID - 42423)

“Yanmaq”dan (1, 2, 3, 6, 7, 8 və 13-cü mənalarda) fsif Yanmış körpünün qalığı. Yanmış ev. Yanmış çörək (xörək). Yanmış lampalar. Susuzluqdan yanmış çöllər. - [Salamın] yanmış, yorğun və tük basmış üzünü sərin...

YANPÖRTÜ (ID - 42424)

zərf Yanı üstündə, yanakı, yan tərəfə əyilərək; çəpəki, çəpinə. Heybət yəhərin üstündə yanpörtü oturaraq Şamoya tərəf boynunu uzatdı. S.Rəhimov. Maşın axına qarşı yanpörtü durduğundan, sel onun bir tərəfini tez-tez...

Bu səhifə 45 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....