İzahlı lüğət

YAZLIQ (ID - 43225)

is. 1. Yaz vaxtı, yaz çağı. Cənnətin yazlığı, cəhənnəmin payızlığı. (Ata. sözü).
2. Yazda, baharda əkilən, yaxud yazda yetişən. Yazlıq buğda. - [Qarakişi:] Yoxsa biz bostan üçün, yazlıq əkin üçün ayırdığımız sahəyə...

YAZMA (ID - 43226)

1. “Yazmaq”dan f.is.
2. sif Əl ilə yazılmış (basma - çap müqabili). Yazma kitablar.

YAZMAQ (ID - 43227)

f . 1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızmaq. Hərflər yazmaq. Not yazmaq. Mürəkkəblə yazmaq. Karandaşla yazmaq. Təbaşirlə lövhədə yazmaq. - ..Bir para uşaqlarda belə bir pis...

YE (ID - 43228)

“Y” hərfinin və bu hərflə işarə olunan samitin adı.

YEDDİ (ID - 43229)

1. say. Altıdan sonra gələn ədədin adı - 7. Yeddidən üç çıxmaq. // Miqdarı yeddi. Yeddi manat. Yeddi nəfər. Yeddi gün.
Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz, yaxşıdır; Yeddi fərsiz oğuldan; Birfərli qız yaxşıdır. (Bayatı)....

YEDDİARŞINLIQ (ID - 43230)

sif Uzunluğu yeddi arşın olan.

YEDDİAYLIQ (ID - 43231)

sif. 1. Yeddi ay davam edən və ya etmiş. Yeddiaylıq zəhmət. Yeddiaylıq ezamiyyət.
2. Yeddi ay yaşı olan. Yeddiaylıq uşaq. Yeddiaylıq dayça.

YEDDİBAŞLI (ID - 43232)

sif. Yeddi başı (zirvəsi, təpəsi) olan.

YEDDİBUCAQLI (ID - 43233)

sif. riyaz. Yeddi bucağı olan.

YEDDİDƏQİQƏLİK (ID - 43234)

sif. Yeddi dəqiqə davam edən və ya etmiş. Yeddidəqiqəlik fasilə.

YEDDİDİLLİ (ID - 43235)

sif. Yeddi dili olan. Yeddidilli uşaq qarmonu.

YEDDİDÜYMƏLİK (ID - 43236)

sif. Ölçüsü yeddi düymə olan. Yeddidüyməlik taxta.

YEDDİİLLİK (ID - 43237)

1. sif. Yeddi il davam edən və ya etmiş. Yeddiillik səyahət. Yeddiillik fəaliyyət. // Yeddiillik bir müddəti nəzərdə tutan. Yeddiillik plan. // Yeddi il müddətində başa gələn. Yeddiillik məktəb. Onun yeddiillik təhsili vardı.
2....

YEDDİQARDAŞ (ID - 43238)

is. Bir-birinin yanma düzülmüş kimi görünən yeddi kiçik ulduz. Səhər öz taxtına dönəcək indi; Yeddiqardaş belə sönəcək indi. M.Rahim.

YEDDİQAT(LI) (ID - 43239)

sif. 1. Qatları yeddi olan. Yeddiqat lay.
Yeddimərtəbəli. Yeddiqat evlər.
məc. Çox, qalın, çoxqatlı. Yeddiqat paltar geymiş, yenə də üşüyür.

YEDDİQÜLLƏLİ (ID - 43240)

sif. Yeddi qülləsi olan. Yeddiqülləli qala.

YEDDİLƏMƏ (ID - 43241)

“Yeddiləmək”dən f.is.

YEDDİLƏMƏK (ID - 43242)

f Yeddiyə çatdırmaq.

YEDDİLİK (ID - 43243)

sif. Ölçüsü yeddi vahiddən ibarət olan, yaxud yeddi nömrəli. Yeddilik piltə. Yeddilik şüşə. Yeddilik taxta. - Yeddilik lampa işığında arıq bir qızın, heç nə ilə nəzəri cəlb etməyən uzunsov çöhrəsi meydana çıxdı. Ə.Əbülhəsən....

YEDDİMETRLİK (ID - 43244)

sif. Yeddi metr uzunluğunda olan, uzunluğu yeddi metr olan.

YEDDİMƏRTƏBƏ(Lİ) (ID - 43245)

sif. Yeddi mərtəbəsi olan, yeddiqat. Yeddimərtəbə ev. Yeddimərtəbə bina.

YEDDİNCİ (ID - 43246)

“Yeddi”dən sıra sayı. Yeddinci sıra. Yeddinci nömrə. Həftənin yeddinci günü.
[Teymur] yeddinci sinfi bitirib, sənət məktəbinə girmiş, oranı da müvəffəqiyyətlə bitirmişdi. M.Hüseyn.

YEDDİYAŞAR (ID - 43247)

sif. Yeddi yaşı olan. Yeddiyaşar at.

YEDDİYAŞ(LI) (ID - 43248)

sif. Yeddi yaşı olan. Yeddiyaşlı qız.

YEDƏK (ID - 43249)

is. 1. Heyvanı çəkib arxasınca aparmaq üçün boynuna və ya boyunduruğuna bağlanan ip. inəyi yedəyindən tutub çəkmək.
Hacı Rüstəm gəlib cəddinin payını istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları...

YEDƏKCİL (ID - 43250)

sif. Yedəkdə getməyi sevən (qoşqu heyvanı haqqında).

YEDƏKÇİ (ID - 43251)

is. 1. Heyvanı yedəyə alan və ya qayığı yedəkdə çəkən adam.
2. Yedək maşınında, traktora qoşulan maşında və s.-də işləyən adam.

YEDƏKÇİLİK (ID - 43252)

is. Yedəkçinin işi, vəzifəsi.

YEDƏKLƏMƏ (ID - 43253)

“Yedəkləmək”dən f.is.

YEDƏKLƏMƏK (ID - 43254)

f . 1. İpindən tutub öz arxasınca çəkmək. Atı yedəkləmək. - Bir azdan sonra bəyin də atını yedəkləyib gətirdilər.
M. Hüseyn.
Əlindən tutub öz dalınca aparmaq. Üçüncüsü vaxtında müalicə etməyib göz ağrısından...

YEDƏKLƏNMƏ (ID - 43255)

“Yedəklənmək”dən f.is.

YEDƏKLƏNMƏK (ID - 43256)

məch. 1. Yedəyə alınmaq. // Cilovundan tutulmaq.
2. Bir yerindən tutulub saxlanmaq.

YEDƏKLƏTMƏ (ID - 43257)

“Yedəklətmək”dən f.is.

YEDƏKLƏTMƏK (ID - 43258)

icb. Yedəyə aldırmaq.

YEDƏKLİ (ID - 43259)

sif. Bağlı, cilovlu, yedəkdə olan. Yedəkli at.

YEDİRİLMƏ (ID - 43260)

“Yedirilmək”dən f.is.

YEDİRİLMƏK (ID - 43261)

məch. Yem, yemək və s. verdirilmək; yedirdilmək.

YEDİRMƏ (ID - 43262)

“Yedirmək”dən f.is.

YEDİRMƏK (ID - 43263)

f Bir başqasına yemək vermək, yeməklə təmin etmək. [Qızılquşun] balaları yumurtadan çıxınca ovladığı quşları öldürüb qanını içər, sonra da qanı qusub balalarına yedirər. A.Şaiq. Fəqət bir hal [Murada] çox ağır gəlirdi:...

YEDİRTMƏ (ID - 43264)

“Yedirtmək”dən f.is.

YEDİRTMƏK (ID - 43265)

icb. 1. Yeməyə sövq və ya məcbur etmək; yedirmək. Yemək vermək, yem vermək, dən vermək. Heyvanları yedirtmək. Quşları yedirtmək. - Bizim Qızılı özümə alışdırmaq ümidi ilə hər gün nə qədər çörək yedirdimsə, yenə də...

YEDİZDİRİLMƏ (ID - 43266)

“Yedizdirilmək”dən f.is.

YEDİZDİRİLMƏK (ID - 43267)

bax yedirilmək.

YEDİZDİRMƏ (ID - 43268)

“Yedizdirmək”dən f.is.

YEDİZDİRMƏK (ID - 43269)

bax yedirmək. Nəbi burada Həcərlə dincəlir, onu savaşlardan salamat çıxardan Boz ata tumar verir, arpa əvəzinə kişmiş yedizdirirdi. S.Rəhimov.

YEFREYTOR (ID - 43270)

[alm. Gefreiter] Sıravi əsgərə verilən birinci hərbi rütbə və bu rütbəni daşıyan şəxs.

YEGAH (ID - 43271)

is. [fars.] mus. Aşağı oktavanın birinci pilləsi.

YEGAN (ID - 43272)

is. [fars.] Nərd oyununda - qoşa gələn təklər, cüt birlər.

YEGANƏ (ID - 43273)

is. [fars.] Bir, bircə, tək, bir, yalnız, vahid. Yeganə övlad. - indi yeganə bir çarə varsa, o da müdara etmək və vaxt qazanmaqdan ibarətdir. M.S.Ordubadi. Oturmağa boş stulumuz olmadığından, qızlarım ayaq üstündə durub, yeganə...

YEGANƏLİK (ID - 43274)

is. Təklik, vahidlik, ancaq bir olma. Urar ol həm yeganəlikdən dəm; Der ki: aləmdə hər nə var, mənəm. Füzuli.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed