Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

YAYLIMLAMAQ1 (ID - 43175)

f Yaylım atəşi açmaq, bir yerdə eyni zamanda güllə atmaq.

YAYLIMLAMAQ2 (ID - 43176)

f. Mal-qaranı gecə otlamasına çıxarmaq.

YAYLIMLATMA1 (ID - 43177)

“Yaylımlatmaq1danf.is.

YAYLIMLATMA2 (ID - 43178)

“Yaylımlatmaq2,,dan f.is.

YAYLIMLATMAQ1 (ID - 43179)

icb. Yaylım atəşi açdırmaq, eyni zamanda hamıya birdən atəş açdırmaq, silahların hamısı ilə birdən atəş açdırmaq.

YAYLIMLATMAQ2 (ID - 43180)

icb. Mal-qaranı gecə otlatmaq (otlamağa çıxartdırmaq).

YAYMA (ID - 43181)

1. “Yaymaq”dan f.is.
is. Acıtmasız xəmirdən bişirilən nazik çörək. [Telli] sobanı qalayıb sac asdı, yayma bişirməyə başladı. S.Hüseyn. □ Südlü yayma məh. - südlə düyüdən bişirilən xörək; südlüsıyıq. [Tubu Gülnisəyə:]...

YAYMAÇI (ID - 43182)

is. xüs. Yayma işi ilə məşğul olan adam (bax yayma 3-cü mənada).

YAYMAQ (ID - 43183)

f . 1. Bir şeylə yastıladaraq nazik qat halına salmaq, uzatmaq, açmaq, böyütmək. Qadınlardan birisi yuxa yayır, o birisi də çevirirdi. Ə.Vəliyev.
Ətrafa səpələmək, dağıtmaq, tək-tək, sərbəst otlamağa buraxmaq. Sürünü otlağa...

YAYMALIQ (ID - 43184)

sif. Yayma üçün yararlı (ayrılmış). Yaymalıq un.

YAY-OX (ID - 43185)

YAZ (ID - 43186)

is. İlin qış ilə yay arasında olan fəsli: bahar. Yaz gəldi. Yaz çıxdı. Yaz çiçəyi. Yaz fəsli. Yaz yağışı. Yaz şumu. - Bir gül ilə yaz olmaz. (Ata. sözü). [Qurbanəli:] Elə ki genə yaz açıldı, hamısı genə kənd işlərinə...

YAZDIRILMA (ID - 43187)

“Yazdırılmaq”dan f.is.

YAZDIRILMAQ (ID - 43188)

məch. Yazmağa məcbur edilmək, başqasına yazma işi gördürülmək.

YAZDIRMA (ID - 43189)

“Yazdırmaq”dan f.is.

YAZDIRMAQ (ID - 43190)

icb. 1. Yazmağa məcbur etmək, başqasına yazma işi gördürmək, başqası vasitəsilə yazmaq. Məktub yazdırmaq. Şagirdlərə imla yazdırmaq. - [Qurban] kisəsini çıxarıb iki şahı mollanın ovcuna sıxaraq: - Al, həmşəri! Bayramqabağı...

YAZI1 (ID - 43191)

is. 1. Yazmaq üçün tətbiq edilən qrafik işarələr sistemi; əlifba. Ərəb yazısı. Slavyan yazısı. Qot yazısı. Çin yazısı. □ Yazı ləvazimatı - yazmaq üçün lazım olan şeylər: qələm, mürəkkəb, kağız və s. Yazı masası...

YAZI2 (ID - 43192)

is. qəd. Çöl, səhra, düzən. [Əhməd tacirbaşı:] ..Bayazidyazısında yaxşı ceyranlar olur, göndər, onlardan vurub gətirsinlər, bizə ceyran kababı ver. “Koroğlu” . Bu zəfilə, Qövsi, məni yazılara salmaz; Gər mur dilin bilsə...

YAZIB-OXUMAQ (ID - 43193)

f Oxu-yazı bilmək, oxuyub-yazmağı bacarmaq, savadlı olmaq.

YAZIB-POZMAQ (ID - 43194)

f. dan. 1. Yazı işləri ilə məşğul olmaq. // Bir şey yazmaq. Yazır-pozur Səbuhi; Qulaqları səsdədir. H.Hüseynzadə.
2. Bir şey haqqında götür-qoy etmək, fikirləşmək. Qocalar düşünüb yazıb-pozdular. M.Rahim.

YAZIB-YARATMAQ (ID - 43195)

f. Əsər yazmaqla, əsər yaratmaqla, yazıçılıqla məşğul olmaq. M.F.Axundzadə XIX əsrdə yazıb-yaratmışdır.

YAZIÇI (ID - 43196)

sif. tex. Yazan, qeyd edən. Yazıcı cihazlar. - Yüklərin qiyməti və nasosun təzyiqi yazıçı cihazdakı iki qələmlə indikatorun diaqramı üzərinə yazılır. S.Quliyev.

YAZIÇI (ID - 43197)

is. Bədii əsərlər yazan, ədəbi yaradıcılıqla məşğul olan adam. İstedadlı yazıçı. Gənc yazıçı. Yazıçılar İttifaqı. - Məlum şeydir ki, alimlərimiz və şöhrətli yazıçılarımızın çoxu Bakıdadırlar. C.Məmmədquluzadə....

YAZIÇILIQ (ID - 43198)

is. Yazıçının sənəti, peşəsi. Yazıçılıq istedadı. Yazıçılıq təcrübəsi. Yazıçılıq çox çətin, lakin şərəfli sənətdir. - Müəllimi Süleyman Saninin “Məktəb” jurnalında dərc olunan .. hekayələrini oxuyan Cəfərdə...

YAZIXANA (ID - 43199)

is. Dəftərxana, yazı işləri aparılan yer, otaq.

YAZIQ1 (ID - 43200)

sif Dinc, sakit, fağır, aciz. Yazıq adam. - Yazıq Ələsgəri oda salıbdı; Fələk gözdən salıb, o da salıbdı. Aşıq Ələsgər. Gah müdirin acıqlı qaşqabağı; O sayaq qorxudub yazıq uşağı.. A.Səhhət. Vəzirovyenə də aciz və...

YAZIQ2 (ID - 43201)

sif. məh. Yumurtladığı yerini yadırğamış, yayınmış. Yazıq toyuqdan yumurta umma.

YAZIQCASINA (ID - 43202)

zərf Yazıq adam kimi, yazıq-yazıq, fağır-fağır, məzlum-məzlum. Mişa bu sözləri o qədər yazıqcasına və yanıqlı bir dillə söylədi ki, Arazın ürəyi yandı. A.Şaiq.

YAZIQCIGAZ (ID - 43203)

“Yazıq”dan ox0. [Əbdül:] Bir neçə ay bundan qabaq Sara bu evdə xanım idi. İndi.. adamsız kənizlər kimi bu qaranlıq daxmada can üstündədir... Yazıqcığaz dəxi ağır dəqiqələrdədir. C.Cabbarlı.

YAZIQDIRMA (ID - 43204)

“Yazıqdırmaq”dan f.is.

YAZIQDIRMAQ (ID - 43205)

f məh. Yazıqmasına səbəb olmaq: azdırmaq, yayındırmaq.

YAZIQLIQ (ID - 43206)

is. Fağırlıq, məzlumluq, acizlik, yazıq adamın hal və vəziyyəti. O, bütün yazıqlığı, kimsəsizliyi və köməksizliyi ilə göz önündə canlanır. Mir Cəlal.

YAZIQMA (ID - 43207)

“Yazıqmaq”dan f.is.

YAZIQMAQ (ID - 43208)

f . məh. Yadırğamaq, yerini azmaq.

YAZIQ-YAZIQ1 (ID - 43209)

zərf Yazıq vəziyyətdə, fağır-fağır, məzlum-məzlum. Yazıq-yazıq baxmaq. Yazıq-yazıq oturmaq. Yazıq-yazıq danışmaq. - Yazıq-yazıq dayanaraq o, əlləri qoynunda; Buyur, məni öldür, deyər qul zənciri boynunda. S.Rüstəm. Gülsəhər...

YAZIQ-YAZIQ2 (ID - 43210)

zərf Bütöv yazılı halda, hər yeri yazılmış, qaralanmış halda. Kağızı yazıq-yazıq etmək.

YAZIQ-YUZUQ (ID - 43211)

top. dan. Yazıq, aciz, fağır adamlar; əlsiz-ayaqsızlar. Koroğlu həmişə yazıq-yuzuğun, əlindən iş gəlməyən adamların dalınca ya özü gedər, ya da dəlilərin say-seçmələrindən göndərər. “Koroğlu” .

YAZILI (ID - 43212)

sif. 1. Üstündə bir şey yazılmış, üstündə yazı olan. Yazılı daş. - Milis rəisi gözlərini əlindəki yazılı kağıza dikib, gərgin vəziyyətdə nə isə düşünürdü. Ə.Vəliyev.
2. Qrafik işarələr (yazı) vasitəsilə ifadə...

YAZILIŞ (ID - 43213)

is. 1. Yazılmaq tərzi, üsulu; yazmaq işi, yazma prosesi. Əsərin yazılış planı. Məqalənin yazılışı.
2. İmla. Sözün yazılışı düz deyil.

YAZILMA (ID - 43214)

“Yazılmaq”dan f.is.

YAZILMAQ (ID - 43215)

məch. 1. Kağız və ya başqa material üzərində qrafik işarələr (hərflər, rəqəmlər və s.) cızılmaq. Bayram bir vərəq kağızda səliqə ilə yazılmış tələbnaməni Rəhim bəyə uzatdı. M.Hüseyn.
Bir şeyin yazılı mətni hazırlanmaq....

YAZIN (ID - 43216)

zərf Yaz vaxtı, yaz zamanı, yazda, yaz mövsümündə.

YAZIPİŞİYİ (ID - 43217)

is. Çölpişiyi.

YAZI-POZU (ID - 43218)

is. 1. Yazı işləri. Bunun da səbəbi odur ki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdir. C.Məmmədquluzadə. Yazıb-oxumaq bacarığı; savad. [Məhəmmədağa:] Oğlunuz burada oxuyub yazıpozu biləcəkdir. N.Nərimanov....

YAZIŞ (ID - 43219)

is. Yazma, yazılma.

YAZIŞMA (ID - 43220)

“Yazışmaq”dan f.is.; məktublaşma.

YAZIŞMAQ (ID - 43221)

qarş. Bir-birinə məktub yazmaq, məktublaşmaq. Biz onunla çoxdan yazışırıq. Oxucularla yazışmaq. Dostlarla yazışmaq. - ..Biz yazışa-yazışa (z.) aylar gəlib keçdi. M.İbrahimov.

YAZQABAGI (ID - 43222)

bax yaz ağzı(“yaz” da).Bu
yazqabağı axşam necə ilıq və necə də xoş idi. Ə.Əbülhəsən.

YAZ-QIŞ (ID - 43223)

zərf İlin bütün fəsillərində, hər zaman, həmişə, daim. Kamalgilin kəndi yazqış başıqarlı Kəpəzin ətəklərində idi. M.Rzaquluzadə.

YAZLAMA (ID - 43224)

f 1. Yazı bir yerdə yaşamaq, keçirmək, qalmaq.
2. dan. İstilər düşməmiş yüngül geyinmək. Çox tez yazlamısan.

Bu səhifə 48 dəfə baxılıb

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla

İzahlı video testlərə keç. Daha çox testlərə və videolara baxmaq üçün ABUNƏ olmaq mütləqdiq....