ZE+education...

İzahlı lüğət

YARILATMA (ID - 42625)

“Yarılatmaq”dan f.is.

YARILATMAQ (ID - 42626)

icb. Yarıya böldürmək.

YARILĞAN (ID - 42627)

bax yarğan. Yarılğan uçar, toz qopar; Görərsən ki, qalan yoxdur. “Koroğlu” . Torpaqlı dərələr, sarı yarılğan; Bu gündən başlamış, gözləyəcək qan. H.K.Sanılı. Bir portfelli oğlan göründü. Yarılğandan enib, düz məktəbə...

YARILIQ (ID - 42628)

zərf Adətən yarılığa şəklində əldə edilən gəlirin, məhsulun və s.-nin yarısını vermək (almaq) şərti ilə; yardarlığa. Yarılığa işləmək. - Özününkünü verib yarılığa; Özgədən tutub kiralığa. (Ata. sözü).

YARILIQÇI (ID - 42629)

is. Yarılığa, yardarlığa işləyən adam.

YARILMA (ID - 42630)

“Yarılmaq”dan f.is. Lotubaşı ertədən yolu bələdləyib xəzinənin yarılmasını axşama qoydu. “Aşıq Qərib” .

YARILMAQ (ID - 42631)

f 1. Zərbə ilə vurulub ortadan uzununa aralanmaq; bölünmək, kəsilmək, parçalanmaq.
Yaralanmaq. Başı yarılmaq. // Maneə rəf edilərək yol açılmaq. Cəbhə yarıldı. Müdafiə xətti yarıldı.
Oğurluq məqsədi ilə sındırılıb...

YARIM (ID - 42632)

say Tam bir şeyin iki bərabər hissəsindən biri; tam bir şeyin tən yarısı. Yarım manat. Yarım litr. Yarım gün. Yarım ton. - Yarım saatadək ayaq üstə yenə ötədənbəridən qonuşduq. S.Hüseyn. Bir-birinə can deyib, can eşidən qardaşlar...

YARIMA (ID - 42633)

“Yarımaq”dan f.is.

YARIMAÇ (ID - 42634)

bax yarıac.

YARIMAÇIQ (ID - 42635)

bax yarıaçıq. Qapı yarımaçıq idi. S.Rəhimov.

YARIMADA (ID - 42636)

is. Üç tərəfi dəniz, dördüncü tərəfi isə qitəyə bağlı olan yer sahəsi. Hansı millətin Muğan çölü kimi, Mil düzü kimi, Şirvan səhrası kimi, Abşeron yarımadası kimi yeri, torpağı var? Heç bir millətin!.. Yaşa vətənim,...

YARIMADAM (ID - 42637)

is. 1. Hər hansı bir cəhətdən çatışmazlığı olan adam haqqında.
2. Balaca uşaq haqqında.

YARIMAĞIR (ID - 42638)

sif idm. İdmançıların çəki dərəcələrindən biri. Yarımağır çəkidə.

YARIMAĞIZ (ID - 42639)

zərf dan. Narazı, ürəkdən olmayaraq; həvəssiz, könülsüz. Qardaşım onların dalınca: - Namaz! Namaz! Hara gedirsiniz? - deyə çağırdı. Namaz arxaya dönərək yarımağız: - Qoruğa gedirik, - dedi. A.Şaiq. Xan yarımağız cavab verdi....

YARIMAQ (ID - 42640)

f . 1. Lazım olmaq, gərək olmaq, faydalı olmaq, fayda vermək. Heç şeyə yarıyan deyil. - Vaqifəm, yarıdım dosta, düşmənə; Ta ki cünun oldum, yetişdim sənə. M.P.Vaqif.
2. Təmin olmaq, məmnun olmaq, arzusuna çatmaq. Qəm evində...

YARIMARŞIN (ID - 42641)

sif. Arşının yarısı uzunluğunda olan. Yarımarşın bez. Yarımarşın enində.

YARIMARŞINLIQ (ID - 42642)

sif. Yarımarşın uzunluğunda olan.

YARIMASILI (ID - 42643)

sif. Tam müstəqil olmayan, başqalarından qismən asılı olan, qismən tabe olan. Yarımasılı ölkələr. Yarımasılı vəziyyət.

YARIMAVTOMAT (ID - 42644)

sif. tex. Tam avtomat olmayan, qismən avtomatlaşdırılmış. Yarımavtomat cihaz. Yarımavtomat maşın.

YARIMAVTOMATİK (ID - 42645)

bax yarımavtomat.

YARIMAY1 (ID - 42646)

is. Təqvim ayının yarısı. Birinci yarımayın maaşı. ikinci yarımayın planı.

YARIMAY2 (ID - 42647)

sif. Aypara şəklində olan. Qazamat divarları uca; Qapının yarımay deşiyindən; Zaman-zaman görünür bir qoca. R.Rza.

YARIMAYE (ID - 42648)

sif. Tam maye olmayan, çox duru olmayan, bir qədər qatı halda olan. Yarımmaye maddə.

YARIMAYLIQ (ID - 42649)

is. Yarım ay davam edən, yarım ay müddətində görülən, yarım aya nəzərdə tutulan. Yarımaylıq iş qalıb. Yarımaylıq proqram. // Yarım ayda çatacaq. Yarımaylıq maaş.

YARIMAZ (ID - 42650)

sif. Məqsədinə, arzusuna, kamına çatmayan: nakam, bədbəxt, binəsib. Əfsus, bu günlərin ömrü az oldu; Körpə quşcuğazım yarımaz (z.) oldu. M.Rahim.

YARIMBARBAR (ID - 42651)

bax yarımvəhşi.

YARIMBAYĞIN (ID - 42652)

bax yarıbayğın. Yarım saat sonra [Sürəyya] yarımbayğın bir halda sayıqlamağa başladı. Ə.Məmmədxanlı.

YARIMBƏRK (ID - 42653)

bax yarıbərk.

YARIMBÜKÜK (ID - 42654)

sif. Tam bükülü olmayan, qismən bükülmüş. Qürbət sağ əlini enli və qalın toqqasına keçirib sol qıçını yarımbükük halda qatladı. Ə.Vəliyev.

YARIMCA (ID - 42655)

“Yarım”dan kiç. Yarımca saat gözləyin. Yarımca gün vaxt lazımdır. - Salman [Mayaya] savışdı: - Bu istidə hara? Bir yarımca saat otur, mən də dururam. M.İbrahimov.

YARIMCAN (ID - 42656)

sif. 1. Ölümü yaxınlaşmış olan, ölümünə az qalmış; ölümcül. Yazıq yarımcandı, ölər, qalmaz. - Yarımcan arvad balalarından utanıb daha su istəmir. N.Nərimanov. // Zərf mənasında. Heyvanı o qədər vurdu ki, yarımcan oldu.
məc....

YARIMCANLIQ (ID - 42657)

is. 1. İnsan və ya heyvanın ölməyə yaxın halı.
2. məc. Üzgünlük, əldən düşmə, çox yorğunluq; ölüvaylıq.

YARIMCIR (ID - 42658)

sif. Tamamilə cır olmayan. Yarımcır alma növü.

YARIMÇEVRƏ (ID - 42659)

is. Dairənin, çevrənin yarısı.

YARIMÇIQ (ID - 42660)

sif. 1. Sona, axıra çatdırılmamış; natamam, bitməmiş. Yarımçıq iş. // Zərf mənasında. Yarısında, ortasında, axıra çatdırmayaraq, natamam. Kitabı yarımçıq qoymaq (axıra qədər oxumamaq). Çayı yarımçıq qaldı (axıra qədər...

YARIMÇIQLAMA (ID - 42661)

“Yarımçıqlamaq”dan f.is.

YARIMÇIQLAMAQ (ID - 42662)

f Yarımçıq etmək, tamamlamamaq, axıra, sona çatdırmamaq.

YARIMÇIQLIQ (ID - 42663)

is. Yarımçıq olma, natamamlıq, qeyri-kamillik, yarımçıq şeyin halı.

YARIMÇILIQ (ID - 42664)

dan. bax yarımçıq. Çörək yedikdən sonra Mirzə üzünü Usta Zeynala tutub: - Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqdan fayda olmaz. Ə.Haqverdiyev.

YARIMÇILPAQ (ID - 42665)

bax yarımlüt. Yarımçılpaq uşaq. Yarımçılpaq (z.) yerindən durmaq.

YARIMÇÜRÜMÜŞ (ID - 42666)

sif. Bir qədər çürümüş, qismən çürümüş, başdan-başa çürüməmiş.

YARIMDAİRƏ (ID - 42667)

is. 1. Dairənin yarısı.
2. Qövsvari yarıqapalı xətt. Yunis telefonu yerə qoyub cəld təqvim vərəqindəki qeydlərin hamısını bir yarımdairəyə aldı. Mir Cəlal. Böyük bir yarımdairə halında toplaşmış iştirakçı və tamaşaçılar...

YARIMDAİRƏYİ (ID - 42668)

sif. Yarımdairə şəklində olan. Yarımdairəyi xətt. Yarımdairəyi zal.

YARIMDƏYİRMİ (ID - 42669)

bax yarımdairəvi.

YARIMDİRSƏK (ID - 42670)

is. dan. Qolun əlin ucundan dirsəyə qədər olan hissəsinin yarısı (xalq arasında uzunluq ölçüsü).

YARIMFABRİKAT (ID - 42671)

sif. Sonradan işlənib hazırlanmalı olan məmulat, yarımhazır məmulat. Ət yarımfabrikatları.

YARIMFƏSİLƏ (ID - 42672)

is. biol. Heyvan və bitki sistematikasında bölgü; fəsilə daxilində birbirindən fərqlənən qrup.

YARIMFİNAL (ID - 42673)

is. idm. Birincilik uğrunda finaldan qabaq keçirilən oyun, görüş. Yarımfinala çıxmaq. Yarımfinal yarışları.

YARIMGİRYƏNKƏ (ID - 42674)

is. köhn. Girvənkənin yarısı, iki yüz qram.

Bu səhifə dəfə baxılıb

Ugur MM
Language dom
Aslamaz - Hazirliq
Alsat.az - ən rahat aliş-veriş saytı
Tereggi 1
Yeni video
Dağlar. Çaylar. İqlim tipləri. Lanşaft tiplərinə aid testlərin izahı
Dağlar. Çaylar. İqlim tipləri. Lanşaft tiplərinə aid testlərin izahı
Yeni video
Şirvanşahlar dövləti. Yaranması. Süqutu. Calarilər.
Şirvanşahlar dövləti. Yaranması. Süqutu. Calarilər.
Yeni video
İsmi birləşmələr. İsmi birləşmələr növləri. Qeyri-təyini ismi birləşmələr
İsmi birləşmələr. İsmi birləşmələr növləri. Qeyri-təyini ismi birləşmələr
Bağçalara uşaq qəbulu nə vaxt başlayacaq? Bdu səs yazisi yayilan müəllimi aqibəti bəlli oldu.
Bağçalara uşaq qəbulu nə vaxt başlayacaq? Bdu səs yazisi yayilan müəllimi aqibəti bəlli...
Universitetdə Təkrar təhsil. Nadir tarixi sərgi. Dağıstanda təhsil imkanı (UNEC)
Universitetdə Təkrar təhsil. Nadir tarixi sərgi. Dağıstanda təhsil imkanı (UNEC)
Şagirdlər qəzaya uğradı. Nazir öz fikrini bildirdi. Hansı məktəblər təmir olunur?
Şagirdlər qəzaya uğradı. Nazir öz fikrini bildirdi. Hansı məktəblər təmir olunur?
......
YesNofirst box will be shown second NOT
Bağla
Yeni video
Dağlar. Çaylar. İqlim tipləri. Lanşaft tiplərinə aid testlərin izahı
Dağlar. Çaylar. İqlim tipləri. Lanşaft tiplərinə aid testlərin izahı
Yeni video
Şirvanşahlar dövləti. Yaranması. Süqutu. Calarilər.
Şirvanşahlar dövləti. Yaranması. Süqutu. Calarilər.
Yeni video
İsmi birləşmələr. İsmi birləşmələr növləri. Qeyri-təyini ismi birləşmələr
İsmi birləşmələr. İsmi birləşmələr növləri. Qeyri-təyini ismi birləşmələr
Yeni video
Dərman bitkiləri və onların  istifadə qaydaları. Biologiya
Dərman bitkiləri və onların istifadə qaydaları. Biologiya
Yeni video
İslamın Azərbaycanda yayılması. Zərdüştlük. Ərəblərin yürüşləri.
İslamın Azərbaycanda yayılması. Zərdüştlük. Ərəblərin yürüşləri.
Yeni video
Söz birləşmələri. İkinci və üçüncü növ təyini söz birləşmələri. Azərbaycan dili
Söz birləşmələri. İkinci və üçüncü növ təyini söz birləşmələri. Azərbaycan dili

İzahlı video testlərə keç