1
YALNIZ sözünün izahı / YALNIZ sözünün mənası
ZE+education
kitab_satishi+

İzahlı lüğət

YALNIZ

1. əd. Məhdudiyyət bildirir ancaq, təkcə. Yalnız bircə şərtlə. Yalnız bir adam gəlmişdir. Məclisdən yalnız siz əskik idiniz. Yalnız bir arzum var. - Usta Zeynalın övladdan yalnız altı yaşında Tutu adlı bircə qızı vardı. S.S.Axundov. Mehriban əsəbiləşmişdi. Uşaqları düşünmək, onların halına acımaq yalnız onunmu vəzifəsi idi? S.Hüseyn. Yalnız o biri günün axşamı o, baş götürüb getdiyi uzaqlardan geri qayıtdı. Ə.Məmmədxanlı.
2. Zərf mənasında. Tək, tənha, başqaları olmadan, başqalarından ayrıca. Yola yalnız çıxdım. Uşaqları evdə yalnız qoymayın. Kimsə yox idi, yalnız idim. - Ata-anası bir yerə qonaq gedən vaxt Sonanı da istərdilər aparsınlar, lakin Sona “keyfim yoxdur” deyib, həmişə evdə yalnız qalırdı. N.Nərimanov. Mən o kişini indi yalnız gəzən görürəm. S.Hüseyn. Bəzən axşamüstü gəlirəm evə; Yalnız buraxmayır xəyalın məni. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif