İzahlı lüğət

YÜKLÜK (ID - 44325)

is. Yük yığılan yer, yük yeri. Otaqların müxəlləfatı yüklükdə bir dəst yorğan-döşək, .. çaxmaqlı tüfəng, köhnə xəncərdən ibarətdir. A.Şaiq.

YÜKSƏK (ID - 44326)

sif. 1. Uca, hündür. Yüksək bina. Yüksək dağ. Yüksək ağac. Yüksək təpə. - Yolun üst tərəfində, yüksək qayaların döşündə şam ağacları görünürdü. S.Şamilov. // Yüksəklərdə olan. Yüksək yer. Yüksək yaylaqlar. Yüksəkdə...

YÜKSƏKCƏ (ID - 44327)

sif. Bir qədər yüksək; yüksək. [Qızın] yüksəkcə boyu, ağ bənizi, uzaqlarda bir şey arayan dalğın gözləri diqqətimi cəlb etmişdi. S.Hüseyn. // Çox yüksək. Yüksəkcə bir ağac. Yüksəkcə divar.

YÜKSƏKGƏRGİNLİKLİ (ID - 44328)

sif. elektr. Gərginlik dərəcəsi yüksək olan. Yüksəkgərginlikli cərəyan.

YÜKSƏKİXTİSASLI (ID - 44329)

sif. Yüksək ixtisas sahibi olan. Yüksəkixtisaslı kadrlar.

YÜKSƏKLİK (ID - 44330)

is. 1. Hündürlük, ucalıq; yüksək şeyin halı. Dağın yüksəkliyi. Divarın yüksəkliyi. Evin yüksəkliyi iyirmi metrdir. Bu yüksəklikdə ağac görməmişəm.
2. Yer səthindən yüksəkdə olan sahə, yer; dağlıq, təpəlik. Yüksəklikdə...

YÜKSƏKLİKÖLÇƏN (ID - 44331)

yer səthi nöqtələrinin, uçucu aparatların uçuşunun və s.-nin ucalığını) ölçən müxtəlif cihaz və alətlərin ümumi adı.

YÜKSƏKMAAŞLI (ID - 44332)

sif. Yüksək tariflər üzrə maaş (zəhmət haqqı) alan. Yüksəkmaaşlı vəçifə.

YÜKSƏKMƏHSULLU (ID - 44333)

sif. Yüksək məhsul
verən, bollu məhsul verən. Yüksəkməhsullu heyvandarlıq. Yüksəkməhsullu mal-qara cinsləri. Yüksəkməhsullu bitkilər.

YÜKSƏKMOLEKULLU (ID - 44334)

yüksəkmolekullu birləşmələr fiz. - molekulları zəncirlər şəklində qurulmuş maddələr.

YÜKSƏKVƏZİFƏLİ (ID - 44335)

sif. Yüksək vəzifə sahibi olan, yüksək ictimai və ya xidməti mövqe tutan. Yüksəkvəzifəli şəxslər.

YÜKSƏKVOLTLU (ID - 44336)

sif. elektr. Yüksək elektrik cərəyanına aid olan. Yüksəkvoltlu cihazlar. Yüksəkvoltlu elektrik xətti.

YÜKSƏLDİLMƏ (ID - 44337)

“Yüksəldilmək”dən f.is. Suyun səviyyəsinin yüksəldilməsi. Əmək məhsuldarlığının yüksəldilməsi.

YÜKSƏLDİLMƏK (ID - 44338)

məch. 1. Qaldırmaq, ucaldılmaq, daha yüksək, uca edilmək, hündürlüyü artırılmaq.
2. Artırılmaq, gücləndirilmək. // məc. Daha yüksək pilləyə qaldırılmaq, yaxşılaşdırılmaq, təkmilləşdirilmək.

YÜKSƏLİŞ (ID - 44339)

is. 1. İnkişaf prosesində irəliyə, yaxşılaşmağa, mükəmməlləşməyə doğru hərəkət; yüksəlmə, irəliləmə, tərəqqi, inkişaf. Dünyada hər könül yüksəliş arar; Varlığın nə ilki, nə axırı var. S.Vurğun. Biz yüksəliş...

YÜKSƏLMƏ (ID - 44340)

“Yüksəlmək”dən f.is.

YÜKSƏLMƏK (ID - 44341)

f 1. Yüksəyə, yüksəklərə, yuxarı qalxmaq; ucalmaq. Bina xeyli yüksəlmişdir. - Ay xeyli yüksəlmiş, ətrafı yarımkölgəli bir surətdə aydınlatmışdı. S.Hüseyn. Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına....

YÜKSƏLTMƏ (ID - 44342)

“Yüksəltmək”dən f.is.

YÜKSƏLTMƏK (ID - 44343)

f . 1. Qaldırmaq, ucaltmaq, daha uca etmək, hündürlüyünü artırmaq. Divarı bir qədər yüksəltmək lazımdır. Suyun səviyyəsini yüksəltmək. Artırmaq, gücləndirmək. İşin sürətini yüksəltmək. Əmək məhsuldarlığını yüksəltmək....

YÜKSÜZ (ID - 44344)

sif Yükü olmayan; boş. Yüksüz maşın. Yüksüz qatar. // zərf Heç bir yük götürmədən; boş. Maşınlar yüksüz qayıtdılar.

YÜKVURMA (ID - 44345)

is. Yükləmə işi.

YÜNGÜL (ID - 44346)

sif. 1. Çəkisi az olan (ağır ziddi). Yüngül yük. Yüngül çamadan. Yüngül daş. □ Yüngül çəkmək - çəkidə aldatmaq, əskik vermək. // Sıx olmayan, nazik. Yüngül parça. // İsti olmayan, qalın olmayan; qızdırmayan. Yüngül...

YÜNGÜLCƏ (ID - 44347)

1. sif. Bir qədər yüngül; yüngülvari, yüngültəhər. Yüngülcə bir daş. // Çox yüngül.
2. zərf Bir balaca, azacıq, ciddi olmayaraq. Yüngülcə soyuqlamaq. Yüngülcə sancılanmaq. - Bülənd qolundan yüngülcə yaralanmışdır....

YÜNGÜLÇƏKİLİ (ID - 44348)

sif. Çəkisi yüngül olan, çəkisi az olan, ağır olmayan.

YÜNGÜLXASİYYƏT(Lİ) (ID - 44349)

bax yüngültəbiət(li).

YÜNGÜLXASİYYƏTLİLİK (ID - 44350)

bax yüngültəbiətlilik.

YÜNGÜLLƏDİLMƏ (ID - 44351)

“Yüngüllədilmək”dən f.is.

YÜNGÜLLƏDİLMƏK (ID - 44352)

məch. Yüngül hala salınmaq.

YÜNGÜLLƏŞDİRİCİ (ID - 44353)

sif. 1. Yüngülləşdirən, ağırlığını azaldan. Zəhməti yüngülləşdirici şərait.
2. hüq. Yüngüllük verən, şiddətini, təsirini azaltmağa imkan verən. Cəzanı yüngülləşdirici keyfiyyətlər.

YÜNGÜLLƏŞDİRİLMƏ (ID - 44354)

“Yüngülləşdirilmək”dən f.is. Əmək şəraitinin yüngülləşdirilməsi.

YÜNGÜLLƏŞDİRİLMƏK (ID - 44355)

məch. 1. Ağırlığı, çəkisi azaldılmaq, daha yüngül edilmək.
2. Əziyyəti, çətinliyi, ağırlığı azaldılmaq; asanlaşdırılmaq. // Zəiflədilmək, yumşaldılmaq, azaldılmaq.

YÜNGÜLLƏŞDİRMƏ (ID - 44356)

“Yüngülləşdirmək”dən f.is.

YÜNGÜLLƏŞDİRMƏK (ID - 44357)

f 1. Zəhmətini, əziyyətini, çətinliyini, ağırlığını azaltmaq; asanlaşdırmaq. Əmək şəraitini yüngülləşdirmək. Yolu yüngülləşdirmək. işini yüngülləşdirmək. Vəziyyətini yüngülləşdirmək. Zəifləşdirmək, yumşaltmaq,...

YÜNGÜLLƏŞMƏ (ID - 44358)

“Yüngülləşmək”dən f.is.

YÜNGÜLLƏŞMƏK (ID - 44359)

f . 1. Çəkisi azalmaq, ağırlığını itirmək, yüngül olmaq. Arabanın yükü yüngülləşdi.
Asanlaşmaq, zəhməti, əziyyəti bir qədər azalmaq, işi azalmaq. işi bir qədər yüngülləşmişdir. Əmək şəraiti yüngülləşmişdi....

YÜNGÜLLƏTMƏK (ID - 44360)

f . Ağırlığını azaltmaq, çəkisini azaltmaq, daha yüngül etmək. Yükünü yüngüllətmək.

YÜNGÜLLÜK (ID - 44361)

is. 1. “Yüngül”dən mücər. (ağırlıq ziddi). Havanın yüngüllüyü. Paltarın yüngüllüyü. Xasiyyətin yüngüllüyü. Vəzifənin yüngüllüyü.
məc. Yüngül hərəkət, qeyri-ciddilik. □ Yüngüllük etmək - qeyri-ciddi hərəkət...

YÜNGÜLMƏZAC (ID - 44362)

bax yüngültəbiət. Yüngülməcaz adam.

YÜNGÜLMƏZACLIQ (ID - 44363)

bax yüngültəbiətlilik.

YÜNGÜLRAQ (ID - 44364)

sif Olduqca yüngül, çox yüngül.

YÜNGÜLTƏBİƏT(Lİ) (ID - 44365)

sif. Qeyri-ciddi, xasiyyətcə yüngül. Yüngültəbiət adam.

YÜNGÜLTƏBİƏTLİLİK (ID - 44366)

is. Xasiyyətcə, təbiətcə qeyri-ciddilik, qeyri-ciddi adamın hal və keyfiyyəti.

YÜNGÜLVARİ (ID - 44367)

sif. 1. Bir qədər yüngül. Əl çamadanı boyda, yüngülvari bağlını əlimə aldım. Mir Cəlal.
2. Çətin olmayan, çox mürəkkəb olmayan, çox zəhmət, bilik, bacarıq tələb etməyən; asantəhər. Yüngülvari bir iş.

YÜNGÜL-YARAQ (ID - 44368)

zərf dan. 1. Lazımi dərəcədə silahlanmamış, hazırlanmamış. Yüngül geyinmiş halda.
məc. Zəif, şiddətsiz, yüngül. Dalğalar, ağ dalğalar; Yüngül-yaraq dalğalar. R.Rza.

YÜPYÜNGÜL (ID - 44369)

sif. Lap yüngül, olduqca yüngül, yox yüngül.

YÜRÜK (ID - 44370)

is. Çapar, qasid.

YÜRÜMƏ (ID - 44371)

“Yürümək”dən f.is.

YÜRÜMƏK (ID - 44372)

bax yerimək. Fəvvarələr atır, axır bulaqlar; Yürüdüyüm yollar parlaq sədəfli. A.Səhhət. Rotşild də başqa zavodların nümayəndələri ilə bərabər yürüməkdə idi. M.S.Ordubadi. Yürüyürkən parovozlar irəli; Daşınır zəhmətimin...

YÜRÜŞ (ID - 44373)

is. 1. İrəliyə doğru hərəkət; yerimə. Ağır karvan yürüşü ilə dalğalanır insanlar; Həm də qızlar-oğlanlar. S.Vurğun.
2. Hücum, axın, hərbi əməliyyat. Qalanı yürüşlə aldılar. - Qızıl Ordu Böyük Kirəc yolundan qüdrətli...

YÜRÜŞÇÜ (ID - 44374)

is. Yürüşdə iştirak edən adam
(bax yürüş 4-cü mənada).

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed