İzahlı lüğət

YARITMAQ (ID - 42775)

f . 1. Görməli olduğu və ya tapşırılmış bir işi qənaətbəxş, kifayətləndirici dərəcədə yerinə yetirmək. [Barxudar] yaratmaq, yarıtmaq, bütün qabiliyyətini.. işinə vermək eşqindədir. Mir Cəlal.
2. Razı olmaq, təmin...

YARITMAZ (ID - 42776)

sif. Bir iş üçün əlverişli və münasib olmayan, yaxud tapşırılan və ya görməli olduğu bir işi lazımınca, qənaətbəxş surətdə yerinə yetirə bilməyən (yaxud yetirməyən). Yarıtmaz adam. işin nəticələri yarıtmazdır. - Cəbini...

YARITMAZLIQ (ID - 42777)

is. Yarıtmama; tapşırılan işi lazımınca və layiqincə yerinə yetirməmə. // Verilən tələbləri təmin etməmə; yararsızlıq.

YARITOX (ID - 42778)

sif. Tamamilə tox olmayan, doyunca yeməyən (çox vaxt “yarıac” sözü ilə birlikdə işlənir).

YARIUÇUQ (ID - 42779)

bax yarımuçuq.

YARIUZANMIŞ (ID - 42780)

zərf və sif. Bədəninin yuxarı hissəsi bir qədər dik və bir şeyə söykənmiş vəziyyətdə. Yarımuzanmış halda oxumaq. Yarımuzanmış halda yuxulamaq.

YARI-YARI (ID - 42781)

zərf Yarıya bölərək, yarıya bölünmüş halda.

YARI-YARIMÇI(LI)Q (ID - 42782)

zərf Natamam, yarımçıq. Könlümə üz tutdum yır-yığış çağı; Baharı yarımçıq, yarı-yarımçıq... M.Araz.

YARI-YARIYA (ID - 42783)

zərf Yarısı qədər, əlli faiz. istehsal yarı-yarıya artmışdır. - Hələ gələn il dəzgahlar yarı-yarıya artacaqdır. Mir Cəlal. // Əlli faiz hesabı ilə, yarısı miqdarında.

YARIYETİŞMİŞ (ID - 42784)

sif. Tam yetişməmiş, bir az yetişmiş.

YARIYETKİN (ID - 42785)

sif. Tam yetkin olmayan.

YARIYUXULU (ID - 42786)

sif. Tam ayıq olmayan, mürgüləmə halında olan, yuxulamaq üzrə olan, yaxud hələ tamamilə yuxudan ayılmamış. Yarıyuxulu gözlər. Yarıyuxulu (z.) yatağından qalxmaq. - Qız yarıyuxulu (z.) halda təbii bir həvəslə [Qaraşa] tərəf...

YARIYUMŞAQ (ID - 42787)

sif. Azca yumşaq, yaxud oturacağı yumşaq, söykənəcəyi isə bərk olan. Yarıyumşaq divan. Yarıyumşaq stul.

YARIYUMULU (ID - 42788)

sif. Tam yumulu olmayan, azacıq yumulu. Yarıyumulu göz. - Nadir.. gözünü yarıyumulu (z.), yarıaçıq saxlayıb .. Aya tərəf baxmağa başladı. B.Talıblı.

YARIZARAFAT (ID - 42789)

zərf Çox ciddi olmayaraq, qismən zarafatla (adətən “yarızarafat, yarıciddi” şəkildə). Yarızarafat demək. - Mirzağanın yoldaşı yarıciddi, yarızarafat olaraq ona tövsiyə etmişdi... S.Hüseyn. Qoşatxan yarızarafat, yarıciddiyyətlə:...

YARIZARAFATYANA (ID - 42790)

bax yarızarafat.

YARLI (ID - 42791)

sif. Yarı, sevgilisi olan. Gözüm görür, yarlı yarın dindirir; istərəm ki, səndən kamım alım, yar! Aşıq Abbas.

YARLIQ (ID - 42792)

YARLIQ (ID - 42793)

is. 1. tar. Qızıl Orda xanlarının, özlərinə tabe olan ayrı-ayrı yerlərin idarəsinə aid fərmanı.
Malların və ya başqa bir şeyin üstünə yapışdırılan və onların adını, növünü, çəkisini, qiymətini və s.-ni göstərən...

YARLI-YARAQLI (ID - 42794)

bax yar-yaraqlı. Niftalı koxa .. həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb dincələrdi. indi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə keçib mütəkkəyə dirsəklənmək istədi. I.Şıxlı.

YARLI-YARAŞIQLI (ID - 42795)

bax yar-yaraşıqlı. Gözəlin büllur tək gərək bədəni; Eyləyə özünə heyran görəni; Yarlı-yaraşıqlı boyu, gərdəni; Nə uzun, nə gödək, miyanə gərək. Q.Zakir. Zahidoğlu qapısındakı cavan katibə qıza da salam verib yarlı-yaraşıqlı...

YARLI-YOLDAŞLI (ID - 42796)

bax yar-yoldaşlı.

YARMA1 (ID - 42797)

1. “Yarmaq”dan f.is.
2. is. Dingdə döyülmüş dən. Buğda (arpa) yarması. Bir az yarma çək. - Axşam, lampa işığında Telli əl dəyirmanı ilə yarma çəkirdi. S.Hüseyn. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimisi...

YARMA2 (ID - 42798)

sif. 1. Yarıq. Qolu yarma köynək. Yarma cibli şalvar.
2. B ax yarmaça 1-ci mənada. Yarma odun.

YARMAAŞI (ID - 42799)

is. Yarmadan bişirilmiş dəmyə.

YARMAÇA (ID - 42800)

is. 1. Yarılmış, ikiyə ayrılmış odun parçalarından hər biri. Yarmaçalardan ocağa qoy. Meşədən bir yük yarmaça gətirdi. - Kamran qucağında odun yarmaçaları içəriyə girdi. S.Rəhimov.
2. Lülə şəklində olan şey. Əbil qamçını...

YARMAÇALAMA (ID - 42801)

“Yarmaçalamaq”dan f.is.

YARMAÇALAMAQ (ID - 42802)

f Iki yerə bölmək, yarmaça halına salmaq; yarmaq, parçalamaq. Kötüyü yarmaçalamaq.

YARMAÇALANMA (ID - 42803)

“Yarmaçalanmaq”dan f.is.

YARMAÇALANMAQ (ID - 42804)

məch. Yarmaça halına salınmaq, ikiyə böldürülmək; yardırılmaq, parçaladılmaq.

YARMAÇALATMA (ID - 42805)

“Yarmaçalatmaq”dan f.is.

YARMAÇALATMAQ (ID - 42806)

icb. Yardırtmaq,
parçalatmaq, yarmaça etdirilmək. Ağacı yarmaçalatdım ki, tez qurusun.

YARMAÇİLOV (ID - 42807)

is. Yarma ilə düyüdən bişirilən çilov. Yarmaçilova yarmaaşı da deyilir.

YARMAQ (ID - 42808)

f . 1. Bir şeyi zərbə ilə vurub ortadan uzununa aralamaq, bölmək, parçalamaq. Odunu yarmaq. Ağacı yarmaq. // Şaqqalamaq.
Kəsici alətlə və ya başqa bir şeylə qırıb yaralamaq. [Zeynəb acıqlı və ucadan:] Cəhənnəm olun buradan,...

YARMALAMA (ID - 42809)

“Yarmalamaq”dan f.is.

YARMALAMAQ (ID - 42810)

f 1. Dəni iri üyütmək, üyüdüb yarma etmək, yarma halına salmaq. Buğdanı əl dəyirmanında yarmalamaq.
2. Odunu yarmaq, parçalamaq. Bu odun düyündür, yarmalanmaz.

YARMALANMA (ID - 42811)

“Yarmalanmaq”dan f.is.

YARMALANMAQ (ID - 42812)

məch. 1. Yarma halına salınmaq, iri üyüdülmək.
2. Doğranmaq, yardırılmaq (odun).

YARMALATMA (ID - 42813)

“Yarmalatmaq”dan f.is.

YARMALATMAQ (ID - 42814)

icb. 1. Yarma halına saldırmaq.
2. Doğratmaq, yardırmaq, parçalatmaq.

YARMALIQ (ID - 42815)

sif Yarma üçün yarayan, yarma üçün ayrılmış. Yarmalıq buğda.

YARMARKA (ID - 42816)

[alm.] İlin müəyyən vaxtlarında və müəyyən yerlərdə vaxtaşırı düzəldilən bazar. Beynəlxalq yarmarka. - [Ağa Qurban:] Keçən il getmişdim Nijni yarmarkasına, .. mal xırıd eyləyib yola saldıqdan sonra bir neçə gün istirahət...

YARNAQ (ID - 42817)

is. Dağda, qayada, düz yerdə, yaxud ağacda yarıq yer. Yamağa su doldu. Yamağa düşdü.

YAROVİZASİYA (ID - 42818)

[rus.] k.t. Toxumların böyüməsini və yetişməsini sürətləndirmək, məhsuldarlığını artırmaq üçün onların səpindən qabaq xüsusi surətdə işlənməsi (yarovizasiya habelə payızlıq bitkini yazlıq bitkiyə çevirmək imkanı verir)....

YARPAĞABƏNZƏR (ID - 42819)

bax yarpaqvari.

YARPAĞITÜKLÜ (ID - 42820)

sif. Yarpağının üzəri tükcüklərlə örtülmüş bitkilərin ümumi adı.

YARPAQ (ID - 42821)

is. 1. Ağac və s. bitkilərin yastı və cinslərinə görə müxtəlif şəkildə olan yaşıl rəngli tənəffüs orqanı. Çinar yarpağı. Qoz yarpağı. Meynə yarpağı. Limon yarpağı. Yarpaqlar payızda tökülür. - Evimiz hazırdır, bir...

YARPAQBÜKƏN (ID - 42822)

is. zool. Bitkilərin yarpaqlarına ziyan verən cücü.

YARPAQBÜRÜŞDÜRƏN (ID - 42823)

bax yarpaqbükən.

YARPAQCIQ (ID - 42824)

“Yarpaq”dan kiç.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed