İzahlı lüğət

YIRĞALAŞMA (ID - 43775)

“Yırğalaşmaq”dan f.is.

YIRĞALAŞMAQ (ID - 43776)

qarş. dan. Yırğalanmaq (çoxları haqqında). Gəmidəkilər yırğalaşırlar.

YIRĞALATMA (ID - 43777)

“Yırğalatmaq”dan f.is.

YIRĞALATMAQ (ID - 43778)

f . Yırğalanmağa məcbur etmək, yırğalanmasına səbəb olmaq. Ləpə gəmini yırğaladır.

YIRĞANMA (ID - 43779)

“Yırğanmaq”dan f.is.

YIRĞANMAQ (ID - 43780)

bax yırğalanmaq.

YIRTDIRMA (ID - 43781)

“Yırtdırmaq”dan f.is.

YIRTDIRMAQ (ID - 43782)

icb. Yırtmasına, yırtılmasına səbəb olmaq.

YIRTICI (ID - 43783)

sif. 1. Başqa heyvanların ətini yeyən. Yırtıcı heyvanlar. Yırtıcı canavar. Qartal yırtıcı quşdur. - Başqa balıqları tutub yeyən yırtıcı balıqlar olduğu kimi, “dinc” balıqlar da vardır. “Zoologiya” .
2. məc. Vəhşi,...

YIRTICICASINA (ID - 43784)

zərf Yırtıcı kimi, vəhşi kimi; vəhşicəsinə, qəddarcasına. Yırtıcıcasına hərəkət etmək.

YIRTICILAŞMA (ID - 43785)

“Yırtıcılaşmaq”dan f.is.

YIRTICILAŞMAQ (ID - 43786)

f Yırtıcı olmaq, vəhşiləşmək.

YIRTICILIQ (ID - 43787)

is. 1. Yırtıcıların başqa heyvanları tutub yeməsi, yırtıcı xasiyyət. Çölpişiklərinin yırtıcılığı.
2. məc. Vəhşilik, qəddarlıq. Yırtıcılıq etmək.

YIRTIQ1 (ID - 43788)

sif. Cırığı, deşik yeri olan; yırtılmış. Yırtıq corab. Yırtıq ayaqqabı. Yırtıq tutmaq (bir şeyin yırtığını tikmək, gözəmək). - Sikkə olmaz övladının cibində; Rizqləri yırtıq çuval dibində. Q.Zakir. Onlar bu gün köçüb...

YIRTIQ2 (ID - 43789)

is. Hər hansı bir orqanın, adətən nazik bağırsağın dəri altına çıxmasından ibarət xəstəlik; dəbə.

YIRTIQ-DEŞİK (ID - 43790)

is. Deşilmiş, yırtılmış yer. Yırtıq-deşiyini tutmaq.

YIRTIQLIQ (ID - 43791)

is. Yırtıq şeyin halı. Kisənin yırtıqlığı. Ayaqqabının yırtıqlığı.

YIRTIQ-YAMAQ (ID - 43792)

is. Köhnə, yırtıq şeyləri yamama işi və bu şeylərin özü. □ Yırtıqyamaq vurmaq - yamamaq, təmir etmək. Natalya əri üçün yırtıq-yamaq eləyib dəyişiyini torbaya yığmağa başladı. H.Seyidbəyli.

YIRTILMA (ID - 43793)

“Yırtılmaq”dan f.is.

YIRTILMAQ (ID - 43794)

f . 1. Köhnələrək, yaxud sürtülərək, bir şeyə ilişərək deşilmək, yırtıq əmələ gəlmək; cırılmaq. Ayaqqabısı yırtılmaq. Çuval yırtılmışdır. // Köhnəlib dağılmaq. // məch. Cırılmaq. ..Gərək hərəmxana xatunlarının...

YIRTMA (ID - 43795)

“Yırtmaq”dan f.is.

YIRTMAQ (ID - 43796)

f . 1. Geyib dağıtmaq, köhnəltmək, yırtıq hala salmaq. Ayaqqabıları yırtmaq. // İlişdirərək və ya başqa bir vasitə ilə qırmaq; qəlpələmək, deşmək. Paltarını harada yırtmısan? - O olsun şikarın tutmağa məşğul; Mən...

YIR-YIĞIŞ (ID - 43797)

is. Yığışdırma işi; səliqəyə, sahmana salma işi. □ Yır-yığış etmək (eləmək) - yığışdırmaq, səliqəyə, sahmana salmaq. [Məşədi Səkinə xala] onun evsizliyinə və şikəstliyinə yazığı gələr, hərdən evini yıryığış...

YİV (ID - 43798)

is. 1. Bir şeyin digərinə girib birləşməsi üçün açılan oyuq. Çərçivə yivi. Pəncərə yivi.
2. Eyni məqsəd üçün boru və s.-də açılan vintvari oyuq, cizgi. Yiv açmaq. Yivi sürtülmək. // Tüfənglərin, topların və s.-nin...

YİVAÇAN (ID - 43799)

is. Yiv açmağa məxsus alət.

YİVLİ (ID - 43800)

sif. Yivi olan, yiv açılmış. Yivli tüfəng (lüləsinin içində yiv olan tüfəng).

YİYƏ (ID - 43801)

is. Hər hansı bir şey üzərində mülkiyyət hüququ olan adam; sahib. Oğul, Rövşən, get, buzov yiyəsinə pul ver, razı sal. “Koroğlu” . Ev yiyəsi yaşlı bir arvad idi. S.Hüseyn. □ Yiyə çıxmaq - sahibi özünü bildirmək, sahibi...

YİYƏLƏNMƏ (ID - 43802)

“Yiyələnmək”dən f.is.

YİYƏLƏNMƏK (ID - 43803)

f . 1. Zorla və qeyri-qanuni surətdə bir şeyə sahib olmaq. Özgənin malına yiyələnmək. Kitabıma yiyələndi.
2. məc. Yaxşı-yaxşı öyrənmək, bilmək, istifadə edə bilmək, bir şeyin ustası olmaq. Biliklərə yiyələnmək.

YİYƏLİ (ID - 43804)

sif. Yiyəsi, sahibi olan.

YİYƏLİK (ID - 43805)

is. Sahib olma, yiyə durma; sahiblik. □ Yiyəlik etmək - sahiblik etmək, bir sahib kimi idarə etmək, öz əlində saxlamaq. [Səttar bəy:] ..Səlbnazın heç olmasa anası var, qovmusan, gedib evlərinə. Bunun heç kimi yoxdu, onunnan belə bir...

YİYƏSİZ (ID - 43806)

sif. Yiyəsi, sahibi olmayan; sahibsiz. Yiyəsiz ev. Yiyəsiz mülk. Yiyəsiz bağ. // Baxımsız. Yiyəsiz uşaq. // Zərf mənasında. Yurd yiyəsiz qalanda donuz təpəyə çıxar. (Ata. sözü).

YİYƏSİZLİK (ID - 43807)

is. 1. Sahibi, yiyəsi olmama; sahibsizlik, baxımsızlıq.
2. məc. Tənhalıq, adamsızlıq. Nə işıltı, nə də çıraq; Nə bir qara daxma var; Hər yer bütün yiyəsizlik; Hər yer bütün qalın qar. A.Səhhət.

YOD (ID - 43808)

[yun. iodes] Başlıca olaraq dəniz yosunlarından istehsal edilən tünd-boz rəngli, metal kimi parıldayan kristallik maddə (kimyəvi element). // Bu maddənin təbabətdə işlədilən spirtli məhlulu. Yaraya yod sürtmək.

YODLAMA (ID - 43809)

“Yodlamaq”dan f.is.

YODLAMAQ (ID - 43810)

f Yod sürtmək, yod vurmaq. Yaranı yodlamaq.

YODLU (ID - 43811)

sif. 1. Tərkibində yod olan. Yodlu maddə. Yodlu dərman. Yodlu su.
2. Yoda batmış, yod sürtülmüş.

YODOFORM (ID - 43812)

[yun.] əcz. Təbabətdə antiseptik dərman kimi işlədilən kəskin qoxulu yod preparatı.

YOĞRULMA (ID - 43813)

“Yoğrulmaq”dan f.is.

YOĞRULMAQ (ID - 43814)

məch. 1. Təzyiq altında, yaxud əl və s. ilə ovuşdurularaq yayğın hala gətirilmək (xəmir və s.).
2. məc. Yaranmaq, əmələ gəlmək. Şeir, sənət əzəl gündən sözün hüsnilə yoğrulmuş; Zamanın sirri, sevdası onun qəlbində...

YOĞRULMUŞ (ID - 43815)

“Yoğrulmaq”dan fsif Yoğrulmuş xəmir.

YOĞUN (ID - 43816)

sif. 1. Həcmcə, en etibarilə böyük, geniş olan; qalın. Yoğun ağac. Yoğun ip. // Kök, dolğun, ətli-canlı. Yoğun adam. - Bir kişi küçədə getdiyi yerdə görür ki, filan övrətin topuqları ağdır və yoğundur. C.Məmmədquluzadə....

YOĞUNBALDIR (ID - 43817)

sif. Baldırları yoğun olan.

YOĞUNBOYUN (ID - 43818)

bax boynuyoğun. Hər bir şəhərimizdə ildə 10-15 imam ehsanı verən olur ki, yoğunboyun mollaları, şişpapaq tacirləri, .. qızıl təkbənd nücəbaları çaylayıb, plovlayıb yola salır.. N.Vəzirov.

YOĞUNCA (ID - 43819)

sif. Çox yoğun. Yoğunca bir adam olan Mehman dayı yerindən qalxıb kürsünün dalına gəldi. Ə.Sadıq.

YOĞUNDİMDİK (ID - 43820)

sif. Dimdiyi yoğun olan. Yoğundimdik quş.

YOĞUNDODAQ (ID - 43821)

sif. Dodaqları yoğun olan. Yoğundodaq adam.

YOĞUNQARIN (ID - 43822)

sif. Qarnı yoğun, yekə olan; qarnıyoğun, yekəqarın.

YOĞUNQURŞAQ (ID - 43823)

is. köhn. zar. Keçmişdə mollalara, axundlara verilən istehzalı ad. Elə iş baş verər yoğunqurşaqdan; Həq bilir ki, çıxmaz nadan uşaqdan. Q.Zakir.

YOĞUNLAMA (ID - 43824)

“Yoğunlamaq”dan f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed