İzahlı lüğət

YARAQLATMAQ (ID - 42525)

f . Yaraqla, silahla təchiz etmək.

YARAQLI (ID - 42526)

sif. köh. Silahlı. [Ömər] çərkəzi paltarda, çəkmədə, əlində matraq, üstü yaraqlı içəri daxil olur və sevinir. N.Nərimanov. Telinin ucunu qaşına tökmüş, qarayağız, qırmızı yanaqlı, yaraqlı Qədirdən şübhələnmişdi....

YARAQLI-YASAQLI (ID - 42527)

sif. və zərf köhn. Yaxşıca silahlanmış, cürbəcür silahlarla silahlanmış. Bir də baxdı ki, budur, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. “Koroğlu” . Dəmirçi Əhməd oğlunu yaraqlı-yasaqlı görüb dedi.. (Nağıl). [Məclisi...

YARAQSIZ (ID - 42528)

sif. və zərf Silahsız. Şərifzadə yaraqsız gəldiyindən, yolu kəsənlərin əmrinə tabe olub faytondan yerə düşdü.. M.Hüseyn.

YARAQSIZLIQ (ID - 42529)

is. Silahsızlıq.

YARAQ-YASAQ (ID - 42530)

köhn. bax yaraq 1-ci mənada. [Ağsaqqal kişi:] Yaraq-yasağını yüklərdə gizlət. Mir Cəlal.

YARALAMA (ID - 42531)

“Yaralamaq”dan f.is.

YARALAMAQ (ID - 42532)

f 1. Silah və s. ilə yara vurmaq, yara açmaq; zədələmək. Əlini yaralamaq. - Marala bax, marala; Vur, ox ilə yarala; Dərd verən dərman versin; Dərdim düşsün qarala. (Bayatı). Qeyrətdən keçəndə, su üstündə yay fəsli hər bir müsəlman...

YARALANDIRMA (ID - 42533)

“Yaralandırmaq”danf.is.

YARALANDIRMAQ (ID - 42534)

icb. Başqasının əli ilə yaralamaq, yara vurdurmaq, yaralanmasına səbəb olmaq.

YARALANMA (ID - 42535)

“Yaralanmaq”dan f.is.

YARALANMAQ (ID - 42536)

qayıd. 1. Güllə, kəsərti və s. ilə bədəninin bir yerində yara açılmaq, bədəninin bir yeri zədələnmək, yara olmaq. Ayağından yaralanmaq. Müharibədə yaralanmaq. Güllə ilə yaralanmaq. - [Qasıməli:] Tutublar, yəqin ki, yaralanıbdı,...

YARALANMIŞ (ID - 42537)

f sif Yara almış, silah və s. ilə bir yerindən zədələnmiş; yaralı. Yaralanmış əsgər. // Məc. mənada. Ey həmdəmim, səni qana qərq elər; Gəl tərpətmə yaralanmış könlümü. M.V.Vidadi.

YARALATMA (ID - 42538)

“Yaralatmaq”dan f.is.

YARALATMAQ (ID - 42539)

icb. Yaralanmasına səbəb olmaq, yara vurdurmaq. Atı yaraladarsan, gözlə.

YARALĞAN (ID - 42540)

is. məh. Yarğan. Dağılıb havaya qanın iyisi; Gəlir yaralğandan yapalaq səsi. H.K.Sanılı.

YARAMAZCA(SINA) (ID - 42541)

zərf Yaramaz adama xas olan bir surətdə; alçaqcasına, nalayiq bir surətdə. Yaramazcasına hərəkət etmək.

YARAM-YARAM (ID - 42542)

is. zar. Xanəndələrin, aşıqların oxuduqları zaman havanı uzatmaq üçün işlətdikləri söz. Aşığın sözü qurtaranda yaram-yaram çağırar. (Ata. sözü).

YARANAL (ID - 42543)

dan. Keçmişdə “general” sözünün canlı dildə işlənən təhrif edilmiş forması. istəyirəm sana bir dastan yazam; Qoburnat eşidə, yaranal bilə. Aşıq Ələsgər. Bundan ötrü lazımdır.. yüz nəfər hacını yaranal eləmək. C.Məmmədquluzadə....

YARANAN (ID - 42544)

f sif Yaradılmış, vücuda gətirilmiş (gəlmiş). // is. mənasında. Məxluq. [Xanburabi:] Hər bir yaranan yaşamalıdır. Çəmənzəminli.

YARANIŞ (ID - 42545)

is. 1. Yaranma, vücuda gəlmə, yoxdan var olma.
2. Xilqət, təbiət, doğuluş. Sən ki yaranışdan gözəlsən belə; Bir dastan olmusan ağıza, dilə. S.Vurğun.

YARANMA1 (ID - 42546)

“Yaranmaq1”dan f.is. Azərbaycan ordusunun yaranma günü.

YARANMA2 (ID - 42547)

“Yaranmaq2”dan f.is.

YARANMAQ1 (ID - 42548)

f. 1. Əmələ gəlmək, meydana gəlmək, doğulmaq, törəmək. Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq. Bilirsən ki, mən gözələm, dastanlara düşmüş adım; Yarandığım gündən bəri bağlanmamış...

YARANMAQ2 (ID - 42549)

f. Birini xoşnud etmək üçün öz hərəkətlərini onun xeyrinə, tələbinə uyğunlaşdırmağa çalışmaq, yaltaqlanmaq. Yaxın qohumlarını, gələcəkdə böyük sərvətə malik olası bacılara yarananlar və yaltaqlıq edənlər hər tərəfdən...

YARANMIŞ (ID - 42550)

f sif Xəlq olunmuş, məxluq, canlı; doğulmuş. Məlum şeydir ki, cəmi yaranmışlar öləcəklər. C.Məmmədquluzadə. Qol-qanad açardım, sözün doğrusu; Hər bir yaranmışın arzusudur bu. S.Vurğun.

YARA-PARA (ID - 42551)

bax yara-xora.

YARAR (ID - 42552)

bax yararlı. Götürün oxların, ey didələrim, torpaqdan; Bu yarar nəsnələrin qədrini yaxşıca bilin. Füzuli. [Vəzir:] Padşah sağ olsun, keçəçilik sənəti çox yarar sənətdir. Ü.Hacıbəyov.

YARARLAŞDIRILMA (ID - 42553)

“Yararlaşdırılmaq”dan f.is.

YARARLAŞDIRILMAQ (ID - 42554)

məch. Yararlı hala salınmaq, uyğunlaşdırılmaq, əlverişli hala gətirilmək.

YARARLAŞDIRMA (ID - 42555)

“Yararlaşdırmaq”dan f.is. Bu işi Kür-Araz düzənliyində suvarılan torpaqları istifadə üçün yararlaşdırma idarəsinin işçiləri görməlidirlər. (Qəzetlərdən).

YARARLAŞDIRMAQ (ID - 42556)

f. Yararlı hala salmaq, uyğunlaşdırmaq, əlverişli hala gətirmək.

YARARLAŞMA (ID - 42557)

“Yararlaşmaq”dan f.is.

YARARLAŞMAQ (ID - 42558)

f. Yararlı hala gəlmək, uyğunlaşmaq, əlverişli hala gəlmək.

YARARLI (ID - 42559)

sif. Yarayan, əlverişli, uyğun, lazımlı, işə gələn, faydalı. Kostyuma yararlı parça. - O, özünə yararlı bir kaman seçmək üçün qarşısına bir çox kaman tökdürmüşdü. M.S.Ordubadi. Əsil bəla orasındadır ki, usta zeynallar...

YARARLIQ (ID - 42560)

is. İşə yarama, əlverişli olma, faydalı və lazımlı olma; fayda, yararlı xidmət. Çar hökuməti iran inqilabında böyük yararlıq göstərən Culfa qrupuna çox ciddi nəzarət təşkil etmişdi. M.S.Ordubadi.

YARARLILIQ (ID - 42561)

is. Yararlı şeyin hal və keyfiyyəti.

YARARSIZ (ID - 42562)

sif. Yararı olmayan, faydası olmayan, heç bir fayda verməyən; əlverişsiz, lazımsız, dəyərsiz, vecsiz. Yararsız yer. Yararsız bina.

YARARSIZLIQ (ID - 42563)

is. Yararsız şeyin hal və keyfiyyəti; heç bir şeyə yaramama, fayda verməmə.

YARASA (ID - 42564)

is. 1. zool. Gündüzlər yatıb gecələr ov edən, siçana oxşar geniş pərdəqanadlı heyvan. O da bir cürə yarasadır. Gündüz yatır, gecə uçur. Ə.Vəliyev.
2. məc. Cəhalətpərəstlik, maarif düşməni simvolu kimi işlənir.

YARAŞDIRILMA (ID - 42565)

“Yaraşdırılmaq”dan f.is.

YARAŞDIRILMAQ (ID - 42566)

məch. 1. Uyğunlaşdırılmaq, yaraşan bir şəklə salınmaq. Yaraşıqlı edilmək, yaraşıq verilmək, zinətləndirilmək, bərbəzək verilmək.
İstinad edilmək (inanılmaz bir şeyə).

YARAŞDIRMA (ID - 42567)

“Yaraşdırmaq”dan f.is.

YARAŞDIRMAQ (ID - 42568)

f. 1. Uyğunlaşdırmaq, yaraşan bir şəklə salmaq. Yaraşıqlı etmək, yaraşıq vermək, zinətləndirmək, bərbəzək vermək. Yan-yana düzmək; tutuşdurmaq. Sözü sözə yaraşdırmaq.
Əsassız bir şeyi inanılacaq dərəcədə birisinə...

YARAŞIQ (ID - 42569)

is. Bəzək, zinət. Ehtiyat igidin yaraşığıdır. (Ata. sözü). // Qəşənglik, gözəllik. Yan durun, aşıq gəldi; Elə yaraşıq gəldi; Yel vurub sinən açdı; Gözümə işıq gəldi. (Bayatı). Arvadın yaraşığı saçdır. Qantəmir....

YARAŞIQLANMA (ID - 42570)

“Yaraşıqlanmaq”danf.is.

YARAŞIQLANMAQ (ID - 42571)

YARAŞIQLI (ID - 42572)

sif Yaraşığı olan, görünüşcə qəşəng, gözəl. Yaraşıqlı paltar. Yaraşıqlı qız. - [Ağa Mərdanın arvadı:] Məni Hacı Qafurun arvadı yaraşıqlı (z.) görsə, əlbəttə, artıcaq sayar. M.F.Axundzadə. Ay quşcuğazlar nə yaraşıqlısız;...

YARAŞIQLILIQ (ID - 42573)

is. Yaraşıqlı şeyin hal və keyfiyyəti; gözəllik, qəşənglik.

YARAŞIQSIZ (ID - 42574)

sif. 1. Yaraşığı olmayan, gözəlliyi, qəşəngliyi olmayan; görkəmsiz. Yaraşıqsız adam. Yaraşıqsız ev.
2. Uyğun olmayan, münasib olmayan, layiq olmayan, yöndəmsiz. Yaraşıqsız söz.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed