İzahlı lüğət

YASTIVARİ (ID - 42925)

sif. Bir qədər yastı.

YASTIYAPALAQ (ID - 42926)

YASTIYAPALAQLIQ (ID - 42927)

is. Boyca alçaq və şişman olma; potalıq, yöndəmsizlik. Bu gün [Salmanın] paltarı bədəninin yastıyapalaqlığını bir qədər itirirdi. M.İbrahimov.

YASTI-YASTI (ID - 42928)

zərf 1. Aramla, asta-asta, sakit-sakit. □ Yastı-yastı danışmaq - sözləri uzada-uzada və astadan danışmaq.
2. Yastı (çoxluq bildirir). Yastı-yastı təpələr yastığıdır çobanın. (Mahnı).

YAŞ1 (ID - 42929)

is. 1. Doğuluş, dünyaya gəlmə günündən keçən vaxt, il; insanın, heyvanın, bitkinin böyüməsində, inkişafında dövr; ömür. Bir yaşda olan adamlar. Yaşın neçədir? inəyin üç yaşı var. - Ağıl yaşda deyil, başdadır. (Ata....

YAŞ2 (ID - 42930)

1. sif. Canına su, rütubət hopmuş; rütubətli, çox nəm, az islaq, sulu (quru ziddi). Yaş paltar. Yaş yer. Yaş qum. Yaş əlləri ilə tutmaq. // Hələ canında su qalmış, qurumamış. Yaş səbzə. Yaş meyvə. - Yaş ağaca balta vurmazlar....

YAŞAMA (ID - 42931)

“Yaşamaq”danf.is. Yoxsulşərbaf ailələrinin çoxusunun burda yaşaması təəccüblü deyildi. Ə.Əbülhəsən.

YAŞAMAQ (ID - 42932)

f . 1. Həyatda var olmaq, diri olmaq, sağ olmaq. Babası hələ də yaşayır.
[Sərvər:] Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam. U.Hacıbəyov. // İs. mənasında. Həyat, dirilik. ..Tək bircə nəfərin də...

YAŞAR (ID - 42933)

YAŞARMA (ID - 42934)

“Yaşarmaq”dan f.is.

YAŞARMAQ (ID - 42935)

f . 1. İslanmaq, nəmlənmək, yaş olmaq, yaş görünmək.
2. “Gözləri” sözü ilə - yaşla dolmaq, yaş tökmək, ağlamaq istəmək. Zəhra analarını itirmiş bu üç qızın halını, ürəkparçalayan səmimi göz yaşlarını görərək...

YAŞARTI (ID - 42936)

is. Yaş, gözyaşı, damcı. ..Sübhanverdizadə Rüxsarənin gözündəki yaşartını lampa işığı ilə birləşən parıltısından aydın edə bilirdi. S.Rəhimov.

YAŞARTMA (ID - 42937)

“Yaşartmaq”dan f.is.

YAŞARTMAQ (ID - 42938)

gözlərini yaşartmaq 1) qıcıqlama və ya başqa şeyin təsiri ilə gözlərinin yaşarmasına səbəb olmaq; gözlərini sulandırmaq. Tüstü adamın gözlərini yaşardır. Çay gözümü yaş artdı. - ..[Nurəddinlə qulluqçuları Baharın]...

YAŞATMA (ID - 42939)

“Yaşatmaq”dan f.is.

YAŞATMAQ (ID - 42940)

icb. Yaşamasına səbəb olmaq, yaşamasına imkan vermək, yaşamasına yardım və kömək etmək. [Elxan:] ..Tanrı olsaydım əgər, gerçəkdən; Ya bu insanları xəlq etməz idim; Əgər etsəm, yaşadardım daim şadü məsud.. H.Cavid. Məhəbbət!...

YAŞAYIŞ (ID - 42941)

is. 1. Həyat tərzi, yaşamaq tərzi, həyat şəraiti; dolanacaq, məişət, həyat. Yaşayışı pis keçmir. Yaşayışı yaxşıdır. - [Kərim xan və qız] çiyin-çiyinə verərək həyatın ağır yükünü birlikdə çəkir, öz qarşılıqlı...

YAŞID (ID - 42942)

is. və sif Bir başqası ilə bir yaşda olan (adam); həmyaş. Baxdı, yaşıdları oynayıb-gülür; Üzündən, gözündən sevinc süzülür. M.Rahim. Qoşqar öz yaşıdları ilə birgə günlərini bu çayın sağa-sola ayrılıb yenidən birləşən...

YAŞIDLIQ (ID - 42943)

is. Bir yaşda olma, həmyaş olma; həmyaşlıq.

YAŞIL (ID - 42944)

sif. 1. Yarpaq, ot rəngində olan. Yaşıl yarpaq. Yaşıl mahud. Yaşıl boya. - Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görürsən ki, naxır üz qoyub kəndə gəlməyə. C.Məmmədquluzadə. [Orxan:]...

YAŞILBAŞ (ID - 42945)

is. 1. Ördəyin erkəyi. Tərlan görüb yaşılbaşı; Sağın, qaynaq çala, Maral! Aşıq Ələsgər. Yaşılbaşlar qanad çırpar suyuna; Gah durular, gah da dönüb bulanar. S.Vurğun.
2. Şeirdə adətən gözəl mənasında işlənir. □...

YAŞILBAŞLI (ID - 42946)

sif. Başı yaşıl olan. Yaşılbaşlı ördək. □ Yaşılbaşlı sona - bax yaşılbaş sona (“yaşılbaş” da). Hərgiz olmaz həq gölünün fənası; Əskik olmaz yaşılbaşlı sonası. M.V.Vidadi. Teli əyri, yaşılbaşlı sonasan; Gəl...

YAŞILGÖZLÜ (ID - 42947)

sif. Gözlərinin rəngi yaşıl olan. Yaşılgöz pişik. Yaşılgöz qız.

YAŞILIMSOV (ID - 42948)

sif. Yaşıla çalar, yaşıla oxşar rəngdə olan.

YAŞILIMTIL (ID - 42949)

bax yaşılımsov.

YAŞILIMTRAQ (ID - 42950)

bax yaşılımsov.

YAŞILLAMA (ID - 42951)

“Yaşıllamaq”dan f.is.

YAŞILLAMAQ (ID - 42952)

f Yaşıl rəngə boyamaq, yaşıl etmək.

YAŞILLANDIRILMA (ID - 42953)

“Yaşıllandırılmaq”dan f.is.

YAŞILLANDIRILMAQ (ID - 42954)

məch. 1. Yaşıl rəngə boyadılmaq.
2. Bax yaşıllaşdırılmaq.

YAŞILLANDIRMA (ID - 42955)

“Yaşıllandırmaq”dan f.is.

YAŞILLANDIRMAQ (ID - 42956)

f . 1. Yaşıl rəngə boyamaq. Divarı yaşıllandırmaq.
2. Bax yaşıllaşdırmaq 2-ci mənada.

YAŞILLANMA (ID - 42957)

“Yaşıllanmaq”dan f.is.

YAŞILLANMAQ (ID - 42958)

f . 1. Yaşıl olmaq, göyərmək, yarpaq açmaq, otla, yarpaqla örtülmək. Ağaclar yaşıllandı. - Elə çöllər yaşıllanan kimi, arvad səhər yerindən durur və ac yatmış uşaqlarını oyadıb deyir.. C.Məmmədquluzadə.
2. Yaşıla...

YAŞILLAŞDIRILMA (ID - 42959)

“Yaşıllaşdırılmaq”dan f.is.

YAŞILLAŞDIRILMAQ (ID - 42960)

məch. Ağac, kol və s. bitki əkdirilərək yaşıllıq yaradılmaq. Məktəbin ətrafı yaşıllaşdırılmışdır.

YAŞILLAŞDIRMA (ID - 42961)

“Yaşıllaşdırmaq”dan f.is. Yaşıllaşdırma işləri. Şəhəri yaşıllaşdırma həftəsi.

YAŞILLAŞDIRMAQ (ID - 42962)

1. Bax yaşıllandırmaq 1 -ci mənada.
2. f Kol və s. göyərti əkməklə yaşıllıq yaratmaq. Şəhərləri yaşıllaşdırmaq üçün tədbirlər. Küçələri yaşıllaşdırmaq.

YAŞILLAŞMA (ID - 42963)

“Yaşıllaşmaq”dan f.is.

YAŞILLAŞMAQ (ID - 42964)

bax yaşıllanmaq.Baharın son ayı idi. Yağışlar yenicə dayanmış, hər yer də yaşıllaşmışdı. Çəmənzəminli. Hüseyn tapşırıldı torpaq altına; Yazda yaşıllaşan budaq altına. M.Rahim. Yaşıllaşır çöllər, oyanır torpaq; Bəzənir...

YAŞILLATMA (ID - 42965)

“Yaşıllatmaq”dan f.is.

YAŞILLATMAQ (ID - 42966)

1. icb. Yaşıl rəngə boyatmaq.
2. Bax yaşıllaşdırmaq 2-ci mənada.

YAŞILLI (ID - 42967)

sif 1. Yaşıl rəngi və ya yaşıl xalları, cizgiləri və ya çiçəkləri olan. Yaşıllı, qırmızılı parça.
2. məc. Bəzəkli, qəşəng, gözəl geyimli. Tərifli gözəllər gəlhagəl oldu; Yaşıllı, zərbaflı, allı sənəm, gəl!...

YAŞILLIQ (ID - 42968)

is. 1. Yaşıl şeyin hal və keyfiyyəti. Rəngin yaşıllığı.
2. Təzə otlarla örtülü yer, çoxlu göyərti olan yer. O, gözəl çiçəklərdən, bulaqlardan, yaşıllıqlardan doymaz, ayrılmazdım. A.Şaiq. Hər tərəfdən yaşıllıqlar...

YAŞILLIQLAŞMA (ID - 42969)

“Yaşıllıqlaşmaq”dan f.is.

YAŞILLIQLAŞMAQ (ID - 42970)

f . Yaşıllığa dönmək; yaşıllıq halına gəlmək.

YAŞIL-MAVİ (ID - 42971)

sif. Yaşıla və maviyə çalan rəngdə olan.

YAŞIMTIL (ID - 42972)

bax yaşılımtıl.

YAŞINDIRMA (ID - 42973)

“Yaşındırmaq”dan f.is.

YAŞINDIRMAQ (ID - 42974)

icb. Yaşınmağa məcbur etmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed