İzahlı lüğət

YÜNGÜLLÜK

is. 1. “Yüngül”dən mücər. (ağırlıq ziddi). Havanın yüngüllüyü. Paltarın yüngüllüyü. Xasiyyətin yüngüllüyü. Vəzifənin yüngüllüyü.
məc. Yüngül hərəkət, qeyri-ciddilik. □ Yüngüllük etmək - qeyri-ciddi hərəkət etmək.
məc. Arxayınlıq, rahatlıq hissi; sevinc, fərəh. Mədəd dərhal ürəyində ani bir yüngüllük hiss etdi. S.Rəhimov. Mən bu sözləri dedikcə bir yüngüllük, rahatlıq duyurdum. Mir Cəlal. Kərim özündə bir yüngüllük hiss edərək çıxıb getdi. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed