İzahlı lüğət

YARAŞIQ

is. Bəzək, zinət. Ehtiyat igidin yaraşığıdır. (Ata. sözü). // Qəşənglik, gözəllik. Yan durun, aşıq gəldi; Elə yaraşıq gəldi; Yel vurub sinən açdı; Gözümə işıq gəldi. (Bayatı). Arvadın yaraşığı saçdır. Qantəmir. □ Yaraşığa mindirmək - yaraşıqlı etmək, bəzək vermək, zinət vermək. Yaraşıq vermək - bəzək vermək, zinət vermək. Özünə yaraşıq vermək. - Rəhimənin qıyıq gözlərindən silinməyən təbəssüm qızartısı çəkilməyən, yumru, ətli, tüksüz sifətinə yaraşıq verirdi. İ.Hüseynov. Yaraşıqdan düşmək - yaraşığını itirmək, görkəmsiz olmaq, gözəlliyini itirmək. Yaraşıqdan salmaq - yaraşıqdan, bəzəkdən, gözəllikdən məhrum etmək, görkəmsiz etmək. // Yaraşma, uyğunluq, tutma. Heç bir yaraşığı yoxdur. Yaraşıqdan yad olmaq - yaraşığı, gözəlliyi itmək, yox olmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed