Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

YANMAQ

f . 1. Odlanmaq, alovlanmaq, od tutmaq, tutaşmaq. Odun yaxşı yanır. - Düşmən tərəfindən od vurulan kənd yanırdı. Ə.Vəliyev. // Odun, istinin təsiri ilə məhv olmaq, külə dönmək. Kağız tonqala düşüb yandı. Buxarıdakı odunların hamısı yandı. Taya yandı.
Həddən artıq od üstə qalmaqdan, yaxud çox qızmaqdan yanmış kimi olmaq, xarab olmaq, qupquru qurumaq, yanıq dadı vermək. Xörək yandı. Ət yandı. Çörəklər təndirdə yandı.
İşıq vermək, işıqlanmağa başlamaq. Lampalar yandı. Şam yandı. Evdə elektrik yanır. - Qaş qaraldı; Tiflisin bütün lampaları yandı. “Aşıq Qərib” . [Molla Xəlilin] kənd klubu nəzərini cəlb etdi. Qabağında qüvvətli bir qaz fanarı yanırdı. S.Hüseyn. Nəhayət, tamamilə qaranlıq düşdü, şəhərdə tək-tük qaz fanarları yanmağa başladı. S.Rəhman.
İşıldamaq, par-par parıldamaq, bərq vurmaq. Qılınclar günəş şüaları altında yanırdı. Barmağında üzüyün qaşı yanır. Otların üzərindəki şeh almaz kimi yanırdı.
Bərk qızdırması, hərarəti olmaq. Gecə səhərə qədər bədənim yanıb. Əlimi alnına qoydum, gördüm yanır. - Kişini üç gündü qızdırma tutub, elədi, elədi, təndir kimi yanır. “M.N.lətif.” // Qan axıb gəlməsindən hərarətlənib qızarmaq. Qulaqlarım yanır. Üzü yanır. Yanaqları yanır. - Rus qızı minnətdarlığını bildirən bir hərəkətlə od kimi yanan əli ilə Ulduzun əlini sıxdı. Ə.Məmmədxanlı. Kürə qabağında işləyəndə Məşədi Hüseynin sifəti qıpqırmızı yanar, üzünün nuru daha da artardı. Mir Cəlal.
Görünmək, nümayan olmaq, qızararaq parlamaq. Göydə ulduzlar yandı. Üfüqdə qırmızı şəfəq yandı. // Nura qərq olmaq, işıqlanmaq.
Günəş şüalarının təsirindən rəngi qaralmaq. Bədəninin dərisi gündən yanıb. // Günəşin təsirindən rəngi bozarmaq, rəngi qaçmaq.
Yağışsızlıqdan, quraqlıqdan məhv olmaq, qurumaq. ..Keçən il nəhayətdə quraqlıq olmaq səbəbi ilə və Qəzvinin ətrafında suyun qıtlığı cəhətilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə. [Birinci kəndli:] Doğrusu, əkin-əkənəcəyimiz yanırdı, camaatdan üç-dörd vəkil seçib göndərdik mirabın yanına. Ə.Haqverdiyev. Yağış yağmadığından bütün mahalın əkinləri yanmışdı. S.Hüseyn.
Bərk susuzluq hiss etmək, bərk su içmək istəmək, susuzluqdan əziyyət çəkmək. Gəzdim hər yanını Milin, Muğanın; Yandıqca arxların suyundan içdim. S.Vurğun. indi yay günü Mil düzündə yolçunun susuzluqdan yanmaq qorxusu yoxdur. I.Əfəndiyev.
məc. Birisinə qarşı qəzəbi, kini, acığı olmaq; acıq çəkmək (adətən tərkiblərdə). Hind padşahı o qədər yanırdı Əhmədin əlindən ki, o saat Əhmədi saldı sandığın içinə, üstəlik bir tilsim də oxuyub döndərdi tüstüyə. (Nağıl). Üzümə dost kimi bəzən gülürsən; Dalda paxıllıqdan yanıb ölürsən. S.Vurğun. Xüsusilə Mayaya göstərdiyi üz, dediyi sözlər yadına düşəndə Qaraş əzabdan qovrulub yanırdı. M.İbrahimov.
Jüclü bir hissi, ehtirası ifadə etmək. Üz-gözü intiqam hissi ilə yanırdı. Gözləri şadlıqdan yanır.
dan. Hədərə çıxmaq, boşa getmək, heçə çıxmaq; uduzmaq. Üçlüyü yandı. Kartı yandı. // Zərər və ziyan çəkmək, dərs almaq. Mən bu işdə yandım. // məc. Başqasının əziyyətini çəkmək, halına qalmaq, qeydinə qalmaq, başqası üçün heyifsilənmək, acımaq, təəssüf etmək (bəzən “halını” , “əhvalını” sözləri ilə də işlənir). Onun halına yanıram. - Qaraca qız ölümdən qurtarmasına çox şad olub, cəvərənin tələf olmasına o qədər də yanmadı. S.S.Axundov. Yandı əhvalına kənardan baxan; Doğdu ürəklərdə min şəfqətli hiss. M.Rahim.
məc. Çox ələm və kədər çəkmək, hicran çəkmək.
Bəzi sözlərə qoşularaq frazeoloji ifadələr düzəldilir; məs.: əlindən yanmaq, oduna yanmaq, canı yanmaq.
yana-yana zərf 1) yanan vəziyyətdə, yanar halda ikən, yanaraq; 2) qovrula-qovrula, əzab və iztirab çəkə-çəkə, acıq çəkə-çəkə. [Rza bəy:] ..indi gedib [Şamdan bəyin] puçunu elə yerdən buracağam ki, axıradək yanayana qalsın. N.Nərimanov; 3) ürək acısı çəkəçəkə, həsrətlə, dərdli-dərdli, yanıqlı-yanıqlı. Qarlı dağlar gəldi, düşdü araya; Qalmışam qürbətdə a yana-yana. Aşıq Ələsgər. Qoca nə yalvardı, nə də yaxardı; Yalnız yana-yana ardınca baxdı. R.Rza. Körpə isə yana-yana ağlayır, ananın ciyərini dağlayırdı. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

YEK

ugur_200x200.gif
language_dom2.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Azərbaycan dili. Hansı sözdə kar tələffüz olunan cingiltili samit var?
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 2.
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Sözlərdən biri incə, qapalı, dodaqlanmayan sait uzun tələffüz olunur?
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Müəllimlərin İşə Qəbulu hazırlıq. Azərbaycan dili. Testlər beşliyi - 1.
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Geosinklinalın inkişafının dördüncü mərhələsinə aid olan fikir hansıdır?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
Hansı birləşmələrdə birinci tərəfinin son samiti cingiltili tələffüz olunmur?
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin, Hindistan və Yaponiya)
İngiltərə ilə Çin hökuməti arasında 1842 – ci ildə imzalanmış müqavilə: (Çin,...
Azərbaycan dili. Vurğusu ilk hecaya düşən əsl Azərbaycan sözlərini seçin (Testin izahı)

Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Platforma haqqında verilmiş fikirlərdən hansı doğru deyil? Cografiya 7 sinif
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Rusiya bütün Qafqazın işğalını başa çatdırdı (Ümumi tarix) (Qafqaz və Türk dünyası)
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Cografiya. 7 sinif. Hansı hadisə Mezozoy erasında baş vermişdir?
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır? Coğrafiya. 7 sinif.
Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi üçün doğru fikir hansıdır?...
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı idi. Azərb. tarixi
Ərəb ağalığı dövründə Azərbaycanda torpaqdan istifadəyə görə alınan vergi hansı...
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla