İzahlı lüğət

MÜBARİZ

[ər.] 1. is. Hər hansı bir (adətən qabaqcıl, mütərəqqi, ədalətli, doğru) iş və s. uğrunda mübarizə aparan, çalışan adam. Sülh mübarizləri. // Sif. mənasında. [Ömər Lütfi:] Sizin kimi mübariz arqadaşlarımız da var. H.Nəzərli. // Döyüşçü, vuruşan. [Bəhram:] Mən də vuruşanlarla, qalib gələnlərlə bir sırada mübariz bir əsgər kimi irəliləyəcəyəm. Ə.Vəliyev.
is. köhn. Oyunda, yarışda rəqib. Gəldi, mübariz tələb etdi genə; Söylədi ki, kimdi bərabər mənə? S.Ə.Şirvani. Fəxrəddin isə topu havada əlində saxlamaqla mübariz gözləyirdi. M.S.Ordubadi. [Qaraca qız] rəqs etməyi olduqca sevirdi, odur ki, məclisə mübariz istəyənpəhləvan kimi atıldı. S.S.Axundov.
sif Mübarizəyə çağıran, mübarizə ruhlu. Mübariz çağırış. - Dostların arasında, Italiya torpağında; Səsləndi ən mübariz nəğmələr dodağında. S.Rüstəm.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed