İzahlı lüğət

MOİZƏ

is. [ər.] 1. Bax vəz 1-ci mənada. [Yaşlı kişi:] Şeyx Yəhyanın dalında namaz qılıb, sonra da moizəsini dinlədim. S.Hüseyn.
2. Nəsihət, öyüd. [Yusif şahın həvaxahları] müfəttinlər ilə müqabil durub nəsihət və moizəyə şüru etdilər.. M.F.Axundzadə. // Eyni mənada istehza ilə. [Məsmə:] ..[ərim] bir axşam mənim üçün bir moizə başladı. S.Hüseyn. □ Moizə etmək (oxumaq) isteh. - nəsihət vermək, öyüd vermək, uzun danışmaq. Şeyda [Arazın] sözünü kəsdi: - Mən bura moizə etmək üçün gəlmədim. A.Şaiq. [Vəli:] Ay Hüseyn, moizə oxuma, tez ol görək, Kəblə Cahangir küçədə gözləyir. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MOL

......