İzahlı lüğət

MƏQBUL

sif. [ər.] 1. Qəbul olunan, bəyənilən, xoşagələn, yaxşı. [Ağa Kərim:] Özün bilmirsən, sir-sifətin çəndan məqbul deyil! M.F.Axundzadə. [Xəyyam:] Minlərcə şəhər ya qala almaqdan, əmin ol; Bir sadə çoban könlünü almaq daha məqbul. H.Cavid. Məqbul bilmək (görmək) - daha münasib və əlverişli bilib qəbul etmək; bəyənmək, xoşlamaq. Düşmən bu tədbiri, deyəsən, daha məqbul bilmişdi. Ə.Əbülhəsən. Məqbul etmək - qəbul etmək, bəyənmək, yaxşı hesab etmək. Əgər istəsəydi Allah, ki səni edəydi məqbul; Bizə verdiyi tək əlbət sənə həm verərdipul-mul. M.Ə.Sabir. Məqbul olmaq qəbul olunmaq, qəbula keçmək, bəyənilmək, xoşlanmaq. [Molla İbrahimxəlil:] Həmi sənin təvəssütün həmməzhəblərin barəsində məqbul oldu, həm mənim sözüm pozulmadı. M.F.Axundzadə. Təqsim eylə, olaq yeməyə məşğul! Amma ki, təqsimin olsun həm məqbul. Q.Zakir.
2. Şagirdin, tələbənin biliyinə verilən kafi qiymət. Fizikadan “məqbul” almaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44

MOL

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed