Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KÜŞ (ID - 22760)

is. İti qısqırtmaq üçün çıxarılan səs. (Iskəndər qapıya tərəf gedib): küş, küş, küş; xa... xa... xa...; küş, küş, küş... iti muşqurur. C.Məmmədquluzadə.

KÜŞDƏRƏ (ID - 22761)

is. məh. Ağacın içini ovub çıxarmaq üçün alət.

KÜŞDƏRƏLƏMƏ (ID - 22762)

fis. “Küşdərələmək” dən f. məh.

KÜŞDƏRƏLƏMƏK (ID - 22763)

Ağacın içini ovub çıxarmaq.

KÜŞKÜRMƏK (ID - 22764)

b a x küşkürtmək. Axırda da görürük ki, əcnəbilərin uşaqları məktəblərdə oxuyanda, bizimkilər küçələrdə iti küşkürürlər dərvişlərin üstünə. C.Məmmədquluzadə.

KÜŞKÜRTMƏ (ID - 22765)

“Küşkürtmək” dən f.is.

KÜŞKÜRTMƏK (ID - 22766)

f İti bir başqasının üstünə saldırmaq; qısqırtmaq. [Nazlı:] Vallah, dadaş, ağam gələndə deyəcəyəm ki, dadaşım iti küşkürdürdü adamların üstünə. C.Məmmədquluzadə.

KÜŞ-KÜŞ (ID - 22767)

təql. Uşağı yatırtmaq üçün çıxarılan səs. Küş-küş etmək - uşağı yatırtmaq üçün “küş-küş” deyə oxşamaq. Ana körpəni küş-küş edib yatırtdı.

KÜŞTÜ (ID - 22768)

is. [fars.] 1. köhn. Güləşmə, qurşaq yapışma. Qara pəhləvan gəlib ərəb pəhləvana əl verdi. Onda ara açıldı, küştü başlandı. “Koroğlu”. Meydan sulandı, süpürüldü, küştü başlandı. (Nağıl). □ Küştü tutmaq güləşmək,...

KÜŞÜLDƏMƏ (ID - 22769)

“Küşüldəmək” dən f.is.

KÜŞÜLDƏMƏK (ID - 22770)

f Küşültü səsi çıxarmaq. Dalğalar küşüldəyərək özünü buruğun dəmir sütunlarına çırpıb geri qayıtdıqca, dörd yandan hücuma keçdikcə [Hüseynağa] ürəyində Sərdarovu söyürdü. M.İbrahimov.

KÜŞÜLTÜ (ID - 22771)

is. Gəlib-qayıdan dalğaların güclü hərəkətindən hasil olan səs.

KÜT1 (ID - 22772)

sif 1. Kəsməyən, iti olmayan, kəsəri olmayan. Küt bıçaq. Küt balta. - [Qulu:] Bu elə kütdür ki, heç yer də qazmaz. S.S.Axundov. Qurd .. dişlərilə onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə.
məc. Kütbeyin,...

KÜT2 (ID - 22773)

is. Təndirin divarından düşüb od və ya kül üstündə bişən yöndəmsiz çörək. Kütləri təndirdən çıxarmaq. Kütün külünü təmizləmək. - It haradan aldı iki kütü, birini yesin, birini də başının altına qoysun. (Ata. sözü)....

KÜTBAŞ (ID - 22774)

sif. Küt, ağılsız, gecqanan; kütbeyin. Kütbaş adam.

KÜTBAŞLIQ (ID - 22775)

is. Kütlük, fəhmsizlik, anlaqsızlıq; kütbeyinlik.

KÜTBEYİN (ID - 22776)

bax kütbaş. Kimisi avam olur; kütbeyin, cahil olur; Kimi əlli-ayaqlı; hay-haray, paxıl olur. R.Rza.

KÜTBEYİNLİK (ID - 22777)

b a x kütbaşlıq.

KÜTBUCAQ(LI) (ID - 22778)

sif. riyaz. 90o-dən böyük olan bucaq.

KÜTLƏ (ID - 22779)

is. [ər.] Mexanikanın əsas kəmiyyətlərindən biri - bir cisimdə olan maddənin miqdarını ölçən əsas kəmiyyət; cismin, ona təsir edən qüvvəyə nisbətlə inersiyalılığın ölçüsü.
tex. Formasız, xəmirvari qatı və ya yarımqatı...

KÜTLƏLİ (ID - 22780)

sif. Kütləsi olan; tutumlu.

KÜTLƏNDİRİLMƏ (ID - 22781)

“Kütləndirilmək” dən f.is.

KÜTLƏNDİRİLMƏK (ID - 22782)

bax kütləşdirilmək.

KÜTLƏNDİRMƏ (ID - 22783)

“Kütləndirmək” dən f.is.

KÜTLƏNDİRMƏK (ID - 22784)

bax kütləşdirmək.

KÜTLƏNMƏ (ID - 22785)

“Kütlənmək” dən f.is.

KÜTLƏNMƏK (ID - 22786)

b a x kütləşmək.

KÜTLƏŞDİRİLMƏ (ID - 22787)

“Kütləşdirilmək” dən f.is.

KÜTLƏŞDİRİLMƏK (ID - 22788)

məch. 1. Küt hala salınmaq, kəsəri azaldılmaq; korşaldılmaq.
məc. Həssaslığı, qavrama qabiliyyəti azaldılmaq.

KÜTLƏŞDİRMƏ (ID - 22789)

“Kütləşdirmək” dən f.is.

KÜTLƏŞDİRMƏK (ID - 22790)

f 1. Küt hala salmaq, kəsməz hala salmaq, kəsərini azaltmaq. Bıçağı kütləşdirmək. Qayçını kütləşdirmək.
Dostlar! Kütləşdirməyək döyüş yarağını. S.Rüstəm.
2. məc. Həssaslığını, qavrama qabiliyyətini, dərrakəsini...

KÜTLƏŞMƏ (ID - 22791)

"Kütləşmək” dən f.is.

KÜTLƏŞMƏK (ID - 22792)

f 1. Küt olmaq, kəsməz hala gəlmək, kəsəri azalmaq; korşalmaq. Balta kütləşib. Bıçaq kütləşib - Baxma rəfiqə, qohum, qardaşa; Kütləsib, ülgüclərini çək daşa! Ə.Nəzmi. Neçə vaxtdı ki, Gövhər qiyməkeşi işlətmirdi.....

KÜTLƏVİ (ID - 22793)

sif. [ər.] 1. Geniş xalq kütləsinin, yaxud çoxlu adamın iştirakı ilə olan. Kütləvi fəhlə hərəkatı. Sülh tərəfdarlarının kütləvi hərəkatı. // Kütlənin iştirakı ilə olan, çox adam tərəfindən görülən. Kütləvi səhnə....

KÜTLƏVİLƏŞDİRİLMƏ (ID - 22794)

"Kütləviləşdirilmək” dən f.is.

KÜTLƏVİLƏŞDİRİLMƏK (ID - 22795)

məch. Kütləvi xarakter verilmək, bütün kütləyə aid edilmək; populyarlaşdırılmaq.

KÜTLƏVİLƏŞDİRMƏ (ID - 22796)

“Kütləviləşdirmək” dən f.is.

KÜTLƏVİLƏŞDİRMƏK (ID - 22797)

icb. Kütləvi xarakter vermək, bütün kütləyə aid etmək, kütləvi etmək; populyarlaşdırmaq.

KÜTLƏVİLƏŞMƏ (ID - 22798)

"Kütləviləşmək” dən f.is.

KÜTLƏVİLƏŞMƏK (ID - 22799)

f Kütləvi mahiyyət almaq, bütün kütləyə aid olmaq, kütləvi olmaq; populyarlaşmaq.

KÜTLƏVİLİK (ID - 22800)

is. Kütləvi mahiyyət daşıma, kütləvi olma, bütün kütləyə aid olma; populyarlıq. Ədəbiyyatın kütləviliyi. Maarifin kütləviliyi.

KÜTLÜK (ID - 22801)

is. 1. Küt şeyin hal və keyfiyyəti. Bıçağın kütlüyü. Qayçı kütlükdən kəsmir.
məc. Həssaslığın, qavrama və idrak qabiliyyətinin olmadığı hal. Beyninin kütlüyündən dərs başına girmir. // məc. Bacarıqsızlıq, qabiliyyətsizlik,...

KÜTTƏLƏMƏ (ID - 22802)

“Küttələmək” dən f.is.

KÜTTƏLƏMƏK (ID - 22803)

dan. bax kütləmək. Kağızları küttələmək. - [Muzdur] əli əsə-əsə yüzlükləri bir-birinin üstünə küttələyib öz kağızına bağladı. S.Qənizadə.

KÜTÜB (ID - 22804)

[ər. “kitab” söz. cəmi] klas. Kitablar. Dəxi o qədər şüuru yoxdur anlasın ki, hüsni-xətt əlzəm şey deyil və daş basmaxanasında kütüb qələt basılır və girənbəha olur. M.F.Axundzadə.

KÜTÜBXANA (ID - 22805)

klas. bax kitabxana. Mümkün olsaydı da yurdumdakı meyxanələri; Həp kütübxanə yapardım. H.Cavid.

KÜTÜBXANAÇI (ID - 22806)

klas. bax kitabxanaçı.

KÜTÜM (ID - 22807)

is. zool. Çəkikimilər fəsiləsindən vətəgə balığı, ziyad balığı.

KÜVET (ID - 22808)

is. [fr.] Metaldan və ya plastik materialdan düzbucaqlı qab.

KÜY (ID - 22809)

is. 1. Qalmaqal, səs-küy; dalaşan, vuruşan, çaxnaşmaya düşən adamların çıxardığı səs. Nə gurultu, nə küy, nə səs vardır; Bir neçə ruhsuz qəfəs vardır. A.Səhhət. [Hacı Mehdi:] Səsiniz, küyünüz qonum-qonşunu az qalıb...

Bu səhifə 156 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla