1
İzahlı lüğət - K hərfi ilə başlayanlar - H. 50
ZE+education
kitab_satishi+

İzahlı lüğət

KURALIQ (ID - 22460)

is. Çoxlu kura bitmiş yer.

KURATOR (ID - 22461)

is. [lat.] Müəyyən işin gedişinə, icrasına nəzarət etməli olan şəxs, təşkilat.

KURORT (ID - 22462)

[alm.] Təbii şəraiti (havası, mədən suları, palçığı və s.) müalicə və istirahət üçün əlverişli olan yer. Istisu kurortu. Qışı böyük şəhərlərdə; Yayı - dağda kurortlarda dincəlirik; Ancaq yenə biz bilirik; Nəsə çatmır......

KURORTÇU (ID - 22463)

is. Kurortda müalicə olunan, kurortda istirahət edən adam. Plyaj kurortçularla dolu idi.

KURORTOLOGİYA (ID - 22464)

[alm.] Təbii müalicə yerlərindən və müalicə məqsədilə onlardan istifadə olunması üsullarmdan bəhs edən elm.

KURORTOLOJİ (ID - 22465)

sif Kurortologiyaya aid olan. Kurortoloji tədqiqat.

KURORTOLOQ (ID - 22466)

[alm. Kurort və yun. logos-dan] Kurortologiya mütəxəssisi, alimi.

KURORTŞÜNAS (ID - 22467)

[alm. Kurort və fars. ...şünas] bax kurortoloq.

KURORTŞÜNASLIQ (ID - 22468)

bax kurortologiya.

KURS (ID - 22469)

[lat. cursus-dan] 1. Ali məktəbdə hər hansı bir fənnin, həmçinin onun ayrıca hissəsinin sistematik şərhi, habelə həmin fənnə aid dərslik. Siyasi tarix kursu. Mexanika kursu. - Biz botanika kursundan bilirik ki, armudun çiçəklərində...

KURSANT (ID - 22470)

[rus. əsli lat.] Kurs tələbəsi. Elə oradaca bir neçə kursant dururdu. Ə.Əbülhəsən. // Hərbi məktəb müdavimi.

KURSİV (ID - 22471)

[lat.] Əlyazısına oxşar mailli mətbəə şrifti.
□□ Kursiv mənimdir (bizimdir) - sitatda kursivlə çap olunmuş sözlərin orijinalda deyil, (nəzərə çarpdırmaq üçün) sitatı gətirənin özü tərəfindən ayrıldığını göstərən...

KURSUVKA (ID - 22472)

[rus. əsli lat.] Kurortda sanatoriyada qalmamaq şərtilə müalicə və yeməkdən istifadə etməyə icazə verən sənəd.

KURYER (ID - 22473)

[fr.] 1. İdarə kağızlarını aparıb paylayan işçi; ayaqçı. Gərək yazıq kuryerə vədə verdiyin yaylaq məzuniyyətini bir qədər xərcliklə bu gün verəydin, verməmisən. C.Məmmədquluzadə. Hər namuslu vətəndaşın bizim evdə əzizdir;...

KUS (ID - 22474)

is. [fars.] klas. Böyük nağara, iri təbil. Fəryadıma həmdəm et xorusu; Avazıma qoş sədayi-kusu. Füzuli. Kus, nağara çalınır qan almağa; O, Şeyx oğlu Şah Abbasın günüdür. “Koroğlu”.

KUSTAR (ID - 22475)

[rus.] 1. Əl üsulu ilə mal istehsal edən sənətkar, peşəkar. Zeynal ilə Əziz bir-iki nəfər dərzini, başmaqçını və dəzgah qurub özü üçün işləyən bir neçə nəfər kustarı da çağırmaq istəmişdilərsə də Veys: Olmaz! -...

KUSTARCASINA (ID - 22476)

zərf İbtidai, primitiv, sistemsiz üsullarla; qeyri-mütəşəkkil. Kustarcasına işləmək.

KUSTARLIQ, KUSTARÇILIQ (ID - 22477)

is. 1. Kustar əməyi ilə məşğul olma, kustarın işi, peşəsi, sənəti.
2. məc. Qeyri-mütəşəkkil, dağınıq, primitiv üsullarla aparılan iş.

KUT (ID - 22478)

is. dan. 1. Topa, qalaq. Bir kut alma. Bir kut odun.
Qalın, sıx, gur, seyrək olmayan. Indi Rüstəmin qara kut saçları çoxdan seyrəkləşmiş və çallaşmışdı. M.İbrahimov.
Dəstə, toplu. Bir kut adam.

KUT-KUT (ID - 22479)

zərf və sif Yığın halında, topa
halında; qalaq-qalaq, yığın-yığın. Adamlar kut-kut olublar. Küləşi kut-kut yığmaq.

KUTLAMA (ID - 22480)

“Kutlamaq” dan f.is.

KUTLAMAQ (ID - 22481)

f Bir yerə toplamaq, yığmaq, kut etmək. Otu kutlamaq. Torpağı kutlamaq.

KUTLAŞDIRMA (ID - 22482)

“Kutlaşdırmaq” dan f.is.

KUTLAŞDIRMAQ (ID - 22483)

bax kutlamaq. Zibili kutlaşdırmaq.

KUTLAŞMAQ (ID - 22484)

f Bir yerə yığılmaq, toplaşmaq. Uşaqlar bir az da kutlaşıb nə olacağını gözlədilər. M.İbrahimov. ..Onlar birbirini basa-basa dar bir dairədə kutlaşır, sanki şübhə ilə oğlanın çomağına baxırdılar. İ.Hüseynov.

KUZA (ID - 22485)

[rus.] dan. bax ban1

KUZƏ (ID - 22486)

is. [fars.] Darboğazlı, aşağısı enli, qulplu saxsı su qabı; balaca səhəng, bardaq. Inci cəld kənarda olan şərab kuzəsini götürüb
Ulucaya yaxınlaşır. A.Şaiq. Şofer vedrəni, Qulam müəllim də kuzəni götürüb üzüaşağı...

KUZƏÇİ (ID - 22487)

is. köhn. Gildən kuzə qayıran usta, dulusçu. [Əbdək:] Mən kuzəçiyəm, memarlıq da edirəm. M.Hüseyn. // Kuzə qayrılıb satılan yer. Kuzəçi dükanı.

KUZƏÇİLİK (ID - 22488)

is. Kuzəçinin işi, peşəsi; dulusçuluq.

KÜ (ID - 22489)

bax küy. [Səfər bəy:] Gedəkaşağıda kü salaq. M.F.Axundzadə.

KÜBAR (ID - 22490)

[ər.] sif. və is. 1. Əsilzadə, aristokrat. Mən zəngin və kübar ailələrdən çıxan qızların birisini də ağıllı görmədim. M.S.Ordubadi. Burada Tehranın bütün kübar ailələrindən cavan kişi və qadınlara, oğlan və qızlara rast...

KÜBARANƏ (ID - 22491)

[ər. kübar və fars. ...anə] bax kübarcasına.

KÜBARCA (ID - 22492)

b a x kübarcasına. Sabbah və Xəyyam kübarca geyinmiş və üzləri taraş edilmiş gələrlər. H.Cavid.

KÜBARCASINA (ID - 22493)

zərf Kübar adamlara xas olan bir tərzdə, kübar kimi; aristokratcasına. Kübarcasına yaşamaq.

KÜBARLIQ (ID - 22494)

is. Əsilzadəlik, aristokratlıq. Kübar ailədə yer tutmaq üçün gözəllik rol oynamır, başlıca rolu zənginlik və kübarlıq oynayır. M.S.Ordubadi.

KÜÇƏ (ID - 22495)

is. 1. Nəqliyyatın və adamların hərəkəti üçün yaşayış məntəqələrində iki sıra tikililər arasındakı açıq sahə, boş yer, yol. Küçənin qarını təmizləmək. Küçəni süpürmək. Istiqlaliyyət küçəsində yaşamaq. - Kətxudalar...

KÜÇƏ-BAZAR (ID - 22496)

top. Küçələr və bazarlar birlikdə; küçələr, bazarlar. Bu məsələ yalnız qəzetlərdə deyil, küçə-bazarda, meydan və yığıncaqlarda da insanları məşğul edirdi. M.İbrahimov. Küçə-bazardan adamın ayağı çəkilirdisə də, çay...

KÜÇƏBƏKÜÇƏ (ID - 22497)

zərf Bir küçədən o biri küçəyə, bütün və ya çox küçələri; küçə-küçə. Küçəbəküçə gəzmək. - “Nicat “ı küçəbəküçə
soraq edir, nə əcəb? Bu millət, ay baba, lap ittifaq edir, nə əcəb? C.Cabbarlı.

KÜÇƏSÜPÜRƏN (ID - 22498)

sif və is. İşi küçələri süpürməkdən ibarət olan; süpürgəçi. Küçəsüpürən qadın. Küçəsüpürənləri çağırmaq. Hamballar, küçəsüpürənlər belə öz səslərini fəhlələrin ümumi səsinə qarışdırdılar. M.S.Ordubadi....

KÜÇƏTƏMİZLƏYƏN (ID - 22499)

is. Küçənin qarını, zibilini və s.-ni təmizləyən avtomaşın. // Sif. mənasında. Küçətəmizləyən maşın.

KÜÇƏYUYAN (ID - 22500)

is. Küçələri yumaq üçün xüsusi avtomaşın. // Sif. mənasında. Küçəyuyan maşın.

KÜÇÜK (ID - 22501)

is. 1. İt balası. Küçüyü qovmaq. Küçüyü yedirtmək.
Uşaq, bala mənasında (yüngül söyüş kimi işlənir). Küçüyün biri. - [Rəhim xan:] Amma məni heç bir şey yandırmırdı, o balaca küçük Nadirin öyünməsi. C.Cabbarlı....

KÜÇÜKLƏMƏ (ID - 22502)

“Küçükləmək” dən f.is.

KÜÇÜKLƏMƏK (ID - 22503)

f 1. Balalamaq, doğmaq (it cinsindən olan heyvanlar haqqında). Köpək küçüklədi. Qurd küçüklədi.
vulq. Doğmaq (təhqir məqamında). Qızı küçükləyəndə, adam bilib subaylığım ilə 40 manat xərcə düşdüm. Mir Cəlal.
Ağacın...

KÜÇÜKLƏNMƏ (ID - 22504)

“Küçüklənmək” dən f.is.

KÜÇÜKLƏNMƏK (ID - 22505)

f Yaltaqlanmaq.

KÜDURƏT (ID - 22506)

[ər.] 1. Kin, ədavət, nifrət. [Yusif:] Mənim ürəyimdə bir kin, küdurət yoxdur. N.Nərimanov. Ürəyimdə [Xədicəyə] qarşı bəslədiyim küdurəti unutdum. S.Hüseyn.
2. Qəm, dərd, bəla. Üz qoyub üstünə küdurətü qəm; Yaş...

KÜDURƏTLİ (ID - 22507)

sif 1. Ürəyi qəmli, dərdli, kədərli.
2. Küdurət saxlayan, kin bəsləyən, ədavəti olan. Küdurətli adam.

KÜDURƏTLİLİK (ID - 22508)

is. Küdurətli adamın hal və keyfiyyəti.

KÜDÜL (ID - 22509)

sif məh. Quyruğu olmayan, quyruqsuz.

Bu səhifə 191 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif