İzahlı lüğət

KÜY

is. 1. Qalmaqal, səs-küy; dalaşan, vuruşan, çaxnaşmaya düşən adamların çıxardığı səs. Nə gurultu, nə küy, nə səs vardır; Bir neçə ruhsuz qəfəs vardır. A.Səhhət. [Hacı Mehdi:] Səsiniz, küyünüz qonum-qonşunu az qalıb köçürtsün. Ə.Haqverdiyev. Körpüdə izdiham çox idi. Buranın özünə məxsus səs və küyü ilə bir gecikmiş paroxodu yola salırdılar. T.Ş.Simurq. □ Küy basmaq - səsküy düşmək, qarışıqlıq baş vermək. Həyəti küy basdı. - Otağı küy basdı. M.Hüseyn. Küy düşmək - səs-küy düşmək, həyəcan-təlaş düşmək, şayiə yayılmaq, həyəcanlı xəbər yayılmaq. Səhər Səriyyə xəbər gətirdi ki, kəndə yaman küy düşüb. İ.Əfəndiyev. Küy salmaq - səs-küy salmaq, qışqırıq qoparmaq, qalmaqal salmaq. Küyə düşmək - 1) bir şayiə, xəbər və s.-dən həyəcanlanmaq, çaxnaşmaya düşmək, əl-ayağa düşmək; 2) başqalarına baxaraq təsirə düşmək, onlar kimi hərəkət etmək. [Telli:] Bəsdir küyə düşüb o qəndil ağaclarından əkdik. Ə.Məmmədxanlı. Küyə salmaq - bir sözü, işi, xəbəri yaymaq, aləmə bildirmək. [Əşrəf bəy:] Heç küyə salma, qoy gəlsin, görək nə xəbərdir. N.Vəzirov. [Kəndli:] ..Belə xəbəri küyə salmaq yaxşı deyil.. Ə.Əbülhəsən. Hay-küy altında gizlədilən fırıldaq, yalan. Onun küyünə inanmayın. - Bu zaman heç birisi açılışıb o birisinin küyünün üstünü vurmadı. S.Rəhimov.
dilç. Sədanın iştirakı olmadan ağız boşluğunda yaranan danışıq səsi (səda qarşılığı).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
44
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed