1
İzahlı lüğət - K hərfi ilə başlayanlar - H. 22
ZE+education
kitab_satishi+

İzahlı lüğət

KƏSİF (ID - 21060)

sif. [ər.] 1. Qalın, qəliz, qatı, qeyrişəffaf, tutqun. Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn. Ətrafı kəsif bir duman bürüdü. H.Nəzərli.
Ağır, boğuq, nəfəsi...

KƏSİFLƏŞDİRİLMƏ (ID - 21061)

“Kəsifləşdirilmək” dən f.is.

KƏSİFLƏŞDİRİLMƏK (ID - 21062)

məch. Qəlizləşdirilmək, qatılaşdırılmaq, tutqunlaşdırılmaq.

KƏSİFLƏŞDİRMƏ (ID - 21063)

“Kəsifləşdirmək” dən

KƏSİFLƏŞDİRMƏK (ID - 21064)

f. Kəsifliyini artırmaq, kəsif etmək; qatılaşdırmaq, qəlizləşdirmək, tutqunlaşdırmaq.

KƏSİFLƏŞMƏ (ID - 21065)

“Kəsifləşmək” dən f.is.

KƏSİFLƏŞMƏK (ID - 21066)

f Kəsif olmaq, kəsifliyi artmaq; qatılaşmaq, tutqunlaşmaq, qəlizləşmək. Kəsifləşən (f.is.) qaranlıqda onlar artıq ağır-ağır qalxır, çox vaxt qarşılarına çıxan meşəliklərdə cığırı itirirdilər. Ə.Məmmədxanlı. Axşamın...

KƏSİFLİK (ID - 21067)

is. Qatılıq, qəlizlik, tutqunluq; qeyri-şəffaflıq. Havanın kəsifliyi.

KƏSİK (ID - 21068)

1. sif. Kəsilmiş halda olan, iti bir şeylə kəsilib yaralanmış, cızılmış. Kəsik üz. Kəsik dəri. - Şaxta kəsik yerə daha bərk təsir edir. Mir Cəlal.
sifl Kəsilmiş, kəsilib götürülmüş, kəsilib atılmış. Kəsik barmaq...

KƏSİK-KÜSÜK (ID - 21069)

top. dan. Kəsiklər, kəsik parçalar.

KƏSİKLİ (ID - 21070)

sif. Kəsiyi olan. Kəsikli pencək. 692

KƏSİKLİK (ID - 21071)

is. Kəsik şeyin halı, kəsikli olma.

KƏSİKSAÇ(LI) (ID - 21072)

sif Saçı kəsilmiş, qısaldılmış, gödəlmiş. Kəsiksaç qadın. - Ağ xələtli, kəsiksaç bir qız, əlində kiçik bir yol çantası maşından düşdü. M.Hüseyn.

KƏSİLİ (ID - 21073)

sif. Kəsiyi olan; kəsilmiş. Kəsili qol.

KƏSİLİŞ (ID - 21074)

is. Kəsilmə tərzi; kəsilmə. Layın geoloji kəsilişi. - Sahənin geoloji kəsilişi müəyyən edilmiş mexaniki xassələr vasitəsilə dəqiqləşdirilir. S.Quliyev.

KƏSİLİŞMƏ (ID - 21075)

“Kəsilişmək” dən f.is.

KƏSİLİŞMƏK (ID - 21076)

qarş. Hesablarını bitirmək, bir-biri ilə hesablaşıb, şərtləşib qurtarmaq; üzülüşmək.

KƏSİLMƏ (ID - 21077)

“Kəsilmək” dən f.is. Cəlil ceyranın kəsilməsinə razı olmadı. M.Hüseyn. Planın dolmamasının səbəbi tez-tez elektrik enerjisinin kəsilməsi olmuşdu. Ə.Əbülhəsən.

KƏSİLMƏK (ID - 21078)

1. “Kəsmək” dən məch. Taxta kəsildi. Barmağı kəsilmək. Qardan yol kəsilmişdir. Qoyun kəsilmək. Telefon (qaz) kəsildi. Meynələr kəsilib. Kərpic kəsilmək. Pul kəsilmək.
f Bitmək, qurtarmaq, sakitləşmək. Molla gəlib mağaraya...

KƏSİM (ID - 21079)

is. 1. Kəsmək işi; kəsmə, kəsiliş, kəsiş.
Biçim, tərz, şəkil. Gözüm qaldı siyah teldə; Bülbül öldü meyli güldə; Bir kəsim yox qürbət eldə; Sən mana qəmxar ol, yaylaq! Aşıq Ələsgər.
Kəsilmiş, müəyyən edilmiş,...

KƏSİNTİ (ID - 21080)

is. Kəsilmiş parça; qırıntı, qırıq. Ağac kəsintisi. - [Xanpərvər bəyim:] ..Elə adamlara mən qızımın kəsinti dırnağını da qıymaram verim! N.Vəzirov.

KƏSİR1 (ID - 21081)

is. [ər.] 1. Nöqsan, çatışmazlıq, çatışmayan cəhət, şey; naqislik, əgər-əskik. İşdə kəsir çoxdur. Tərbiyə işindəki kəsir. [Gülzar:] .. Hər şeyim var, şükür Allaha, heç bir zaddan kəsirim yoxdur. S.S.Axundov. Bir nəğmə...

KƏSİR2 (ID - 21082)

KƏSİRLİ (ID - 21083)

sif 1. Çatışmayan, natamam cəhəti olan, normadan az olan. // Nöqsanlı, əskik, naqis.
2. Zərərli, ziyanlı.

KƏSİRLİLİK (ID - 21084)

is. Nöqsanlılıq, naqislilik.

KƏSİRSİZ (ID - 21085)

sif Kəsri olmayan; nöqsansız, qüsursuz.

KƏSİRSİZLİK (ID - 21086)

is. Nöqsansızlıq, tamlıq.

KƏSİŞMƏ (ID - 21087)

"Kəsişmək” dən f.is.

KƏSİŞMƏK (ID - 21088)

1. f. Bir nöqtədə bir-birini kəsmək, bir-birinin üstünə düşmək. Məftillərin kəsişdiyi yer. Dəmiryol xətləri kəsişmir. Yolların kəsişdiyi nöqtədə. - Tavandan təkəmseyrək elektrik fanarları asılmışdı. Onların içində...

KƏSKİ1 (ID - 21089)

is. tex. Kəsici ağzı olan, kəsməyə yarayan alət, həmçinin bu alətin əsas kəsən hissəsi; kiçik balta.

KƏSKİ2 (ID - 21090)

is. köhn. Qaçaq-quldur tərəfindən çıxış yolu tutulmuş yer. Kəskiyə düşmək. Kəskidən qurtarmaq.

KƏSKİN (ID - 21091)

sif 1. İti. Kəskin qılınc. - Meydan görmüş atı olsa; Zülfüqarı kəskin olur. “Koroğlu”. Müharibə günündə kəskin bir silah olur; Mənim əlimdə qələm. S.Rüstəm.
məc. Şiddətli, güclü, təsiredici. Havada kəskin şaxta...

KƏSKİNLƏŞDİRİLMƏ (ID - 21092)

“Kəskinləşdirilmək” dən f.is.

KƏSKİNLƏŞDİRİLMƏK (ID - 21093)

“Kəskinləşdirmək” dən məch. Məsələ (vəziyyət) daha da kəskinləşdirilmişdir.

KƏSKİNLƏŞDİRMƏ (ID - 21094)

“Kəskinləşdirmək” dən f.is.

KƏSKİNLƏŞDİRMƏK (ID - 21095)

f Daha da kəskin etmək; gərginləşdirmək. Münasibəti kəskinləşdirmək.

KƏSKİNLƏŞMƏ (ID - 21096)

“Kəskinləşmək” dən f.is.

KƏSKİNLƏŞMƏK (ID - 21097)

f 1. İtilənmək.
məc. Daha da şiddətlənmək, artmaq, güclənmək. Şaxta bir az da kəskinləşmişdi. M.İbrahimov.
məc. Daha da kəskin olmaq, gərgin olmaq; gərginləşmək. Münasibətləri kəskinləşdi.

KƏSKİNLİK (ID - 21098)

is. 1. Kəsici şeyin xassə və keyfiyyəti; itilik. Insan, qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz. M.S.Ordubadi. Kəskin şeyin hal və keyfiyyəti, xassəsi. Qoxunun kəskinliyi. Ağrının kəskinliyi. Vəziyyətin kəskinliyi. Cavabın...

KƏSMƏ1 (ID - 21099)

1. “Kəsmək” dən f.is. [Cahangir ağa:] Pəricahan, atanın bizim tərəfə gəlməyinə ümidim yoxdur, çünki həmişə buyurmada, vurmada, kəsmədə ömür sürmüş. S.S.Axundov. □ Kəsmə əlifba - tədris məqsədi ilə müxtəlif formalarda...

KƏSMƏ2 (ID - 21100)

b a x kəsməşikəstə. Indi bir kəsmə hava çalın. Çəmənzəminli.

KƏSMƏ3 (ID - 21101)

is. Alçaq növlü xırda düyü. // Xırda dənli yarma, yarma ovuntusu.

KƏSMƏCƏ (ID - 21102)

zərf Kəsib bəyənmək şərti ilə (qovun-qarpız haqqında). Kəsməcə satmaq. Kəsməcə almaq.

KƏSMƏK (ID - 21103)

f. 1. Kəsərti vasitəsilə bütövdən bir hissə ayırmaq; bölmək, parçalamaq. Çörəyi kəsmək. Ağacın budağını kəsmək. Ipi kəsmək. - [Koroğlu] durnanın telindən bir dəstə kəsib, Eyvazın papağına sancdı. “Koroğlu”.
Mağaza...

KƏSMƏŞİKƏSTƏ (ID - 21104)

is. mus. Azərbaycan xalq havalarından birinin adı. Bütün şənlikdə [Güləlioğluna] bərabər kəsməşikəstə deyən tapılmazdı. M.Hüseyn.

KƏSMƏT (ID - 21105)

is. məh. Təqaüd, pensiya. Kəsmət kəsmişdi sultan doqquz axça onunçün.. B.Vahabzadə.

KƏSMİK (ID - 21106)

is. Südü qıcqırdaraq zərdabı çıxarılmaqla hazırlanan ağartı; axtarma.

KƏSMİKLƏŞDİRİLMƏ (ID - 21107)

“Kəsmikləşdirilmək” dən f.is.

KƏSMİKLƏŞDİRİLMƏK (ID - 21108)

məch. Kəsmik halına salınmaq (süd haqqında). Süd kəsmikləşdirildi.

KƏSMİKLƏŞDİRMƏ (ID - 21109)

“Kəsmikləşdirmək” dən f.is.

Bu səhifə 155 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif