Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KÜRKTİKƏN (ID - 22710)

b a x kürkçü 1-ci mənada.

KÜRLƏŞMƏ (ID - 22711)

“Kürləşmək” dən f.is.

KÜRLƏŞMƏK (ID - 22712)

f 1. Getdikcə ağlağan, qışqırıqçı, şıltaq olmaq (uşaq haqqında). Aylar keçdikcə körpə kürləşir, ağlamaqdan yorulmur, Firəngizin yuxusu isə göyə çəkilirdi. S.Rəhimov.
2. Tənbəlləşmək, tənbəl olub getmək, vaxtını...

KÜRLÜK (ID - 22713)

is. 1. Ağlağanlıq, şıltaqlıq, qışqırıqçılıq (uşaq haqqında). Uşaq kürlükdən arıqladı.
Tənbəllik, bacarıqsızlıq, acizlik. Kürlük etmək.

KÜRNƏC (ID - 22714)

is. məh. Bir yerə toplanma, yığışma, topa halında dayanma (qoyun və s. haqqında). [Pası] ..qoyunların kürnəcdə çox dayanmasına yol verməzdi. S.Rəhimov. Kürnəc bağlamaq - bir yerə toplanmaq, yığılmaq, sıx dayanmaq (qoyun və s....

KÜRRƏ (ID - 22715)

klas. b a x kürə1

KÜRSƏK (ID - 22716)

is. İtlərin, canavarların və bəzi başqa vəhşi heyvanların cütləşməsi, cinsi əlaqə prosesi və bu prosesin dövrü.

KÜRSÜ (ID - 22717)

is. [ər.] 1. Yanları və söykənəcəyi olmayan stul; kətil. Kürsüdə oturmaq. Xəstənin yanındakı kürsünün üstündə oturan mülayim bir həkim fısıltı ilə danışırdı. H.Nəzərli. Dünən əl çalındı bir sənətkara; Bir kürsü...

KÜRT (ID - 22718)

sif Quşların bala çıxarma zamanındakı halı, vəziyyəti. Kürt ördək. Kürt qaz. Kürt düşmək (yatmaq) - bala (cücə) çıxarmaq üçün yumurta üstündə oturmaq. Ev sahibi gözlədi; Ana qaz kürt düşsün. R.Rza. Səttarın göyərçinləri...

KÜRTLÜK (ID - 22719)

is. Kürt düşmüş və ya kürt yatan quşun halı, vəziyyəti.

KÜRTÜK (ID - 22720)

is. məh. Yazda dərələrdə qalmış qar komaları.

KÜRÜ (ID - 22721)

is. zool. 1. Balıqların, amfibiyaların, molyuskların və suda yaşayan başqa heyvanların artmaq üçün tökdükləri dənşəkilli yumurtacıqlar. Kürü tökmək. - ..Balığı tutub onların kürüsünü mayalayıb satırlar. H.Zərdabi. // Balığın...

KÜRÜLƏMƏ (ID - 22722)

“Kürüləmək” dən f.is.

KÜRÜLƏMƏK (ID - 22723)

f Kürü tökmək. Balıqlar kürülədi.

KÜRÜLÜ (ID - 22724)

sif Kürüsü olan. Kürülü balıq.

KÜRÜMƏ (ID - 22725)

“Kürümək” dən f.is.

KÜRÜMƏK (ID - 22726)

f 1. Kürəklə təmizləmək, götürmək; kürəklə götürüb atmaq. Qarı kürümək. Tövləni kürümək. Peyini kürümək. [Qumru] dəhlizdən ötəndə xırıltı səsi eşitdi. Elə bil damda qar kürüyürdülər. Mir Cəlal.
2. məc....

KÜRÜNMƏ (ID - 22727)

“Kürünmək” dən f.is.

KÜRÜNMƏK (ID - 22728)

1. məch. Kürəklə təmizlənmək, kürüyüb atılmaq. Küçənin qarı kürünüb. Tövlə küründü.
qayıd. dan. Çıxıb getmək, rədd olub getmək. Dur, buradan kürün.

KÜRÜNTÜ (ID - 22729)

is. Kürünüb yığılmış şeylər topası.

KÜRÜTDÜRMƏ (ID - 22730)

“Kürütdürmək” dən f is

KÜRÜTDÜRMƏK (ID - 22731)

icb. Kürək və s. vasitəsilə təmizlətmək, kürüyüb atdırmaq. Həyəti kürütdürmək. Peyini kürütdürmək.

KÜRÜTMƏ (ID - 22732)

“Kürütmək” dən f.is.

KÜRÜTMƏK (ID - 22733)

bax kürütdürmək. Xırmanı kürütmək.

KÜRÜTÖKMƏ (ID - 22734)

is. xüs. Balıqların kürütökmə dövrü və prosesi.

KÜSDÜM, KÜSDÜMAĞACI (ID - 22735)

is. bot. Paxlalılar fəsiləsindən xırda lələkvari yarpaqlı ağac.

KÜSDÜMGÜLÜ (ID - 22736)

is. bot. Küsdümağacının gülü.

KÜSDÜMOTUKİMİLƏR (ID - 22737)

cəm bot. Küsdümotu və bəzi başqa paxlalı bitkilərin daxil olduğu bitki yarımfəsiləsinin adı.

KÜSDÜRMƏ (ID - 22738)

“Küsdürmək” dən f.is.

KÜSDÜRMƏK (ID - 22739)

t-li. Küsməsinə, inciməsinə səbəb olmaq; incitmək, ürəyinə toxunmaq, qəlbini qırmaq. Dostunu özündən küsdürdü.
Rəqibdən kam al indi; Dərdin yada sal indi; Küsdürübsən yarını; Evdə yalqız qal indi. (Bayatı). Söylədi:...

KÜSƏN (ID - 22740)

b a x küsəyən. Küsənpayını artırar. (Məsəl).

KÜSƏNMƏ (ID - 22741)

“Küsənmək” dən f.is.

KÜSƏNMƏK (ID - 22742)

f 1. Ummaq, gileylənmək, giley-güzar etmək, küsən kimi olmaq. Dost dostdan küsənər. - Nə üçün hamı mənə düşmən gözü ilə baxır, yoldaş leytenant, mənim günahım nədir?.. - deyə, Vəli küsənən (f. sif.) bir dost ədası ilə...

KÜSƏYƏN (ID - 22743)

sif Tez küsən, hər şeydən inciyən, küsən; dəymədüşər. Küsəyən qız. Küsəyən uşaq. - [Mehriban xanım] gah şıltaq bir qız, gah ceyranbaxışlı bir gəlin, sonra da indiki kimi küsəyən bir uşağa bənzər qarı şəklində dayanıb...

KÜSƏYƏNLİK (ID - 22744)

is. Küsəyən adamın xasiyyəti...

KÜSKÜ (ID - 22745)

KÜSKÜN (ID - 22746)

1. sif Küsmüş, incik, incimiş, narazı. Özünə yoldaşın görüb üskün; Bəzi olmuş həyatına küskün. A.Səhhət. Yenə bilməm nədir bu küskün hal? Daima həmdəmin düşüncə, xəyal. H.Cavid. Qız, bu küskün könlümü; Bircə sənsən...

KÜSKÜNCƏSİNƏ (ID - 22747)

zərf Küsmüş halda, küskün tərzdə, narazı halda, incimiş kimi, incikcəsinə. Küsküncəsinə cavab vermək.

KÜSKÜNLƏŞMƏ (ID - 22748)

“Küskünləşmək” dən f.is.

KÜSKÜNLƏŞMƏK (ID - 22749)

f Ruhdan düşmək,
bədbinləşmək; narazı olmaq, incimək. Səməd bəlkə də küskünləşib başladığı işdən soyuyar. İ.Hüseynov.

KÜSKÜNLÜK (ID - 22750)

is. Küsülülük, küsü saxlama, küsmə; inciklik, narazılıq. Atası ilə anası arasında olan küskünlük, ailə həyatında olan uyğunsuzluq onda acı təsirlər oyadırdı. Şaiq. Dedi: - Az-az görünməyim küskünlükdən nişanədir; Dedim:...

KÜSMƏ (ID - 22751)

“Küsmək” dən f.is.

KÜSMƏK (ID - 22752)

f 1. Hər hansı bir səbəbə görə birindən (adətən öz yaxın adamından) incimək, onunla danışmamaq, onu dindirməmək. Yoldaşından küsmək. Qonşudan küsmək. [Kərbəlayı İsmayıl Zeynəbə:] ..Axırı, heç olmasa, götürüb nəçərnikə...

KÜSTAX (ID - 22753)

sif. [fars.] klas. Abır-hörmət bilməyən, özünü tərbiyəsizcə aparan; ədəbsiz, tərbiyəsiz, sırtıq, həyasız.

KÜSTAXLIQ (ID - 22754)

is. klas. Ədəbsizlik, tərbiyəsizlik; ədəbsiz, tərbiyəsiz hərəkət. [Müəllim:] Bağışlayın, Iskəndər bəy, hərçənd bəndənin tərəfindən küstaxlıqdır sizə nəsihət eləmək, amma uşaq tayfasına o cür sözləri deməyiniz...

KÜSÜ (ID - 22755)

is. Bir-biri ilə danışmama halı; küsmə. Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü. (Məsəl). Artıq yetər, bu nə umu, nə küsü; Sal yadına o qayğısız günləri. Ə.Cavad. [Fərman Mələyə:] Heç fikir eləmə, ömrü...

KÜSÜLÜ (ID - 22756)

sif. Küsmüş, incimiş, küsü saxlayan. Küsülü (z.) qalmaq. - Gah küsülü olub, gahi barışıb; Bir saat keçməmiş ara qarışıb. Q.Zakir. [Ağa Kərim:] Mən bir cüzvi işdən ötrü [Ağa Salmanla] küsülüyəm. M.F.Axundzadə. Leyk gəl...

KÜSÜLÜLÜK (ID - 22757)

is. Bir-biri ilə danışmama, bir-birindən küsmə vəziyyəti. Küsülülüyümüz öz yolu ilə, dost, eşitmişəm otaq axtarırsan, gəl səni bir xeyirli yerə calayım. Mir Cəlal. Hə, nə var, küsülülüyün keçdimi? Q.İlkin.

KÜSÜŞMƏ (ID - 22758)

“Küsüşmək” dən f.is.

KÜSÜŞMƏK (ID - 22759)

qarş. Bir-birindən küsmək. Xatırında varmı, hərdən küsüşüb; Deyərdin:
Danışma, dindirmə məni! R.Rza.

Bu səhifə 137 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla