Sizin hazırki nikiniz (ləğəbiniz)

İzahlı lüğət

KOLXOZLAŞMAQ (ID - 21610)

f. dan. Kollektiv təsərrüfatda birləşmək; kollektivləşmək, ellikləşmək (kənd təsərrüfatının istehsal vasitələri haqqında).

KOLİT (ID - 21611)

[yun. colon - yoğun bağırsaq] tib. Yoğun bağırsağın iltihabı.

KOLİTLİ (ID - 21612)

sif. Koliti olan.

KOL-KOS (ID - 21613)

KOL-KOSLU (ID - 21614)

sif. Kol-kos olan, kol-kos basmış. Kol-koslu dərə (cığır). - Mərkəzdən uzaq .. kol-koslu, ilan-çayanlı bir düzdə Güllücə kəndi bina olunmuşdur. S.S.Axundov.

KOL-KOSLUQ (ID - 21615)

is. Kol-kos basmış yer; kolluq. Qayanın dibi yaman kol-kosluq idi. “Koroğlu”. Kəhər ağzını palçıqlı cığırdan kol-kosluğa saldı. M.İbrahimov. Hər tərəf ağaclıq və kol-kosluqla örtülü idi. S.Vəliyev.

KOLQIRAN (ID - 21616)

is. xüs. Kolları çıxaran və doğrayan maşın.

KOLQOTQA (ID - 21617)

is. [rus.] Tuman və corabdan ibarət uşaq və ya qadın geyimi.

KOLLAMA (ID - 21618)

“Kollamaq” dan f.is.

KOLLAMAQ (ID - 21619)

f. Kolla örtmək, koldan çəpər çəkmək. Tayanın ətrafını kollamaq.

KOLLANMA (ID - 21620)

“Kollanmaq” dan f.is.

KOLLANMAQ (ID - 21621)

f. 1. Kolla örtülmək, kol basmaq.
2. Kol şəklini almaq, kol kimi olmaq. Nar ağacı kollanıb.

KOLLAŞMA (ID - 21622)

“Kollaşmaq” dan f.is.

KOLLAŞMAQ (ID - 21623)

b a x kollanmaq.

KOLLEJ (ID - 21624)

[ing. college] Bir sıra xarici ölkələrdə orta və ya ali məktəb.

KOLLEGİAL (ID - 21625)

sif. [lat. collegium-dan] Kollegiya (bir qrup şəxs) tərəfindən həyata keçirilən. Kollegial rəhbərlik. Məsələnin kollegial surətdə həll edilməsi.

KOLLEGİALLIQ (ID - 21626)

is. İşi təkbaşına deyil, kollegial surətdə (birgə) idarə və həlletmə prinsipi.

KOLLEGİYA (ID - 21627)

[lat. collegium-dan] 1. İnzibati, məşvərətçi və ya sərəncamçı orqanı təşkil edən vəzifəli şəxslərdən ibarət heyət. Maarif Nazirliyinin kollegiyası. Kollegiyanın qərarı. İnqilabdan qabaqkı Rusiyada: bəzi mərkəzi hökumət...

KOLLEKSİONER (ID - 21628)

[lat.] bax kolleksiyaçı.

KOLLEKSİONERLİK (ID - 21629)

bax kolleksiyaçılıq.

KOLLEKSİYA (ID - 21630)

[lat.] Elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusu. Qədim pullar kolleksiyası. Minerallar kolleksiyası. Markalar kolleksiyası. - Yay gecələri lampa işığına gələn cücüləri də yığıb...

KOLLEKSİYAÇI (ID - 21631)

is. Kolleksiya toplayan, kolleksiyaçılıqla məşğul olan. Marka kolleksiyaçısı.

KOLLEKSİYAÇILIQ (ID - 21632)

is. Bir məşğələ kimi kolleksiya toplama məşğuliyyəti.

KOLLEKTIV (ID - 21633)

[lat.] Ümumi məqsəd, yaxud birgə işləmək üçün birləşmiş adamlar toplusu. Elmi kollektiv. Bədii özfəaliyyət kollektivi. Vahid bir kollektiv yaratmaq. [Almaz:] Gərək ellik varlansın, kollektiv varlansın. C.Cabbarlı. // Bir müəssisə,...

KOLLEKTİVÇİ (ID - 21634)

is. Kollektivizmin ardıcıl tərəfdarı.

KOLLEKTİVÇİLİK (ID - 21635)

is. Kollektivi sevmə, həmişə kollektiv içərisində olma. Kollektivçilik hissi. Kollektivçilik psixologiyası.

KOLLEKTİVİST (ID - 21636)

bax kollektivçi.

KOLLEKTİVİZM (ID - 21637)

[lat.] Şüurlu surətdə şəxsi mənafeyi ictimai mənafeyə tabe etmək əsasında ümumilik və yoldaşcasına əməkdaşlıq prinsipi; kollektivçilik.

KOLLEKTİVLƏŞDİRİLMƏ (ID - 21638)

“Kollektivləşdirilmək” dən f.is. Kənd təsərrüfatının kollektivləşdirilməsi.

KOLLEKTİVLƏŞDİRİLMƏK (ID - 21639)

məch. Kollektivləşdirmə həyata keçirilmək, kollektivin malı edilmək.

KOLLEKTİVLƏŞDİRMƏ (ID - 21640)

“Kollektivləşdirmək” dən f.is. Kənddə kollektivləşdirmə. Kollektivləşdirmə uğrunda mübarizə.

KOLLEKTİVLƏŞDİRMƏK (ID - 21641)

f Kollektivləşməni həyata keçirmək, kollektivin malı etmək, kolxozlarda birləşdirmək. Kənd təsərrüfatını kollektivləşdirmək.

KOLLEKTİVLƏŞMƏ (ID - 21642)

“Kollektivləşmək” dən f.is. tar. Kolxozlarda birləşmə, sosializm prinsipləri əsasında ümumiləşmə. Kənddə kollektivləşmə. Kollektivləşmə işinə rəhbərlik etmək.

KOLLEKTİVLƏŞMƏK (ID - 21643)

f Kollektivləşmə həyata keçmək, kollektivin malı olmaq; kolxozda birləşmək.

KOLLEKTİVLİK (ID - 21644)

bax kollektivizm.

KOLLEKTOR (ID - 21645)

[lat.] 1. xüs. Bir şeyi öz tabeliyində olan təşkilatlardan toplamaq, habelə onların arasında paylaşdırılmaqla məşğul olan idarə. Kitabxana kollektoru.
tex. Başqa kanal və ya borulardan gələn maye və ya qazları toplayıb aparan...

KOLLEKTORLU (ID - 21646)

sif tex. Kollektoru olan (b a x kollektor 2 və 3-cü mənalarda).

KOLLOİD (ID - 21647)

[yun. kolla - yapışqan və eidos
bənzər] kim. Məhlulu üzvi pərdələrdən keçməyən, kristallaşmayan maddə (zülal, nişasta, yapışqan və s.).

KOLLOİDAL (ID - 21648)

sif. [yun. kolla və eidos-dan] kim. Kolloidə xas olan, kolloid xassələrinə malik olan. Kolloidal məhlul. Kolloidal maddə.

KOLLOKVİUM (ID - 21649)

is. [lat.] 1. Tələbələrin bilik səviyyəsini yoxlamaq üsullarından biri (semestr ortası).
Məruzələrin müzakirə məclisi.

KOLLU (ID - 21650)

sif. Kol basmış, kol çox olan. Kollu yer. Kollu yamac.

KOLLU-KOSLU (ID - 21651)

bax kol-koslu. Kəndarası kollu-koslu və dərəli-təpəli boşluqdan kolxoz həyətinə uzanan cığırın başında bəstəboylu bir qız göründü. M.İbrahimov.

KOLLUQ (ID - 21652)

is. Kollardan ibarət sahə; kolu çox olan, kol basmış yer. Kolluğu qırmaq. Kolluqda gizlənmək. [Tarverdi:] Mənim kolluq içində iki yüz yoldaşım yatır. M.F.Axundzadə. ..Sıx kolluqdan yavaşyavaş baharın dirçəldib dilə gətirdiyi quşların...

KOLODKA (ID - 21653)

is. [rus.] Fəxri nişanları paltara sancmaq üçün lövhəcik.

KOLONİALİZM (ID - 21654)

[lat.] bax müstəmləkəçilik.

KOLONİST (ID - 21655)

[lat.] Koloniyada yaşayan adam (bax koloniya 2-ci mənada).

KOLONİYA (ID - 21656)

[lat.] 1. Bax müstəmləkə.
Bir dövlətin ərazisində əcnəbilərin və ya bir ölkədə başqa yerdən köçüb gələnlərin yaşadığı yer, məhəllə, qəsəbə. // Bu həmyerlilərin başqa ölkədə, yerdə təşkil etdikləri icma....

KOLONKA (ID - 21657)

[rus.] xüs. Vanna otağında suyu qızdırmaq üçün silindrşəkilli qazan.

KOLONNA (ID - 21658)

[fr.] Müəyyən qayda ilə düzülüb bir-birinin ardınca hərəkət edən insan, maşın və s. dəstəsi, cərgəsi; qol, səf, sıra. Tank kolonnası. Avtomaşın kolonnası. Nümayişçi kolonnası. - Traktor kolonnası yaxınlaşdıqca izdihamın...

KOLORİST (ID - 21659)

[fr. coloriste, əsli lat. colordan] Rəngləri bir-birinə yaxşı uyğunlaşdıran və onlardan istifadə etməyi bacaran rəssam; kolorit ustası olan rəssam.

Bu səhifə 171 dəfə baxılıb

ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Fonetik təhlil. MİQ. Azərbaycan dili
Fonetik təhlil. MİQ. Azərbaycan dili
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
MIQ-e hazirliq. Testler Beshliyi - 4 . Azerbaycan dili.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Muellimlerin İse Qebulu hazirligi. Azərbaycan dili. Testlər beşliyi - 3.
Bağla