1
İzahlı lüğət - K hərfi ilə başlayanlar - H. 47
ZE+education
kitab_satishi+

İzahlı lüğət

KÖTÜKCƏ (ID - 22310)

is. 1. Nəticənin uşağı. Nə nəvən var, nə nəticən, nə kötükcən olacaqdı.. M.Araz.
2. B a x kötükcük.

KÖTÜKCÜK (ID - 22311)

is. Balaca kötük, kiçik kötük.

KÖTÜKÇIXARDAN (ID - 22312)

is. xüs. Ağac və kolların kötüyünü çıxaran maşın və s. Yeni markalı kötükçıxardan. // Sif. mənasında. Kötükçıxardan maşın.

KÖVDƏN (ID - 22313)

sif. köhn. Ağılsız, səfeh, gic. Lənət olsun bədəsilə, kövdənə; Istəmə, əgərçi can verə sənə. Q.Zakir. [Vəzir Ağa Bəşirə:] Sən kövdən, bir mənim evimi, mənim nökərlərimi dolandıra bilmirsən! M.F.Axundzadə. Xilqətdə...

KÖVƏR (ID - 22314)

is. məh. bax köbər. [Gülşən] kövərə bitişik yeri qızlara göstərib dedi.. Ə.Vəliyev.

KÖVƏŞİMƏ (ID - 22315)

“Kövəşimək” dən f.is.

KÖVƏŞİMƏK (ID - 22316)

f Azacıq şişmək, köpmək.

KÖVKƏB (ID - 22317)

[ər.] klas. Ulduz. Meşəlikdən çıxanda oldu səhər; Sübh işıqlandı, batdı kövkəblər. A.Səhhət.

KÖVRƏK (ID - 22318)

sif. 1. Tez ovulan, tez dağılan, tez sınan. Kövrək kəsək. Kövrək buz. - O zaman qız qaratikan kolunun himayəsinə sığınmış xırdaca çiçəkli boyaqgülünün kövrək zoğlarını gördü. Ə.Məmmədxanlı. Rəngini itirmiş kağızın...

KÖVRƏKLƏNMƏ (ID - 22319)

“Kövrəklənmək” dən fİÜ.

KÖVRƏKLƏNMƏK (ID - 22320)

f 1. Kövrək halına gəlmək, tez ovulmaq, tez dağılmaq, tez sınmaq. Lavaş kövrəklənmişdir. Qar kövrəklənib.
2. məc. Bəzən “ürəyi”, “qəlbi”, “könlü” sözləri ilə - mütəəssir olmaq, riqqətə gəlmək, tez təsirlənmək,...

KÖVRƏKLƏŞMƏ (ID - 22321)

“Kövrəkləşmək” dən fvs.

KÖVRƏKLƏŞMƏK (ID - 22322)

1. Bax kövrəklənmək 1 -ci mənada. Ürək kövrəkləşir sən oxuyanda; Sən də dinləsəydin mən oxuyanda! M.Müşfiq.
2. Bax kövrəklənmək 2-ci mənada. Sən bu qədər də kövrəkləşmə, Ələmdar, - deyə, Müqim bəy dəsmalını...

KÖVRƏKLİK (ID - 22323)

is. 1. Ovulma, tez dağılma, tez sınma xassəsi. Çörəyin kövrəkliyi. Buzun kövrəkliyi.
2. məc. Tez təsirlənən, tez mütəəssir olan, riqqətlənən adamın hal və xasiyyəti; tez təsirlənmə, riqqətlənmə, doluxsunma. Qəribədir,...

KÖVRƏLMƏ (ID - 22324)

“Kövrəlmək” dən f.is.

KÖVRƏLMƏK (ID - 22325)

f. 1. Ovulmaq, dağılmaq. Lavaş kövrəlib.
2. Bax kövrəklənmək 2-ci mənada. [Xavər] sevincindən kövrəlmiş halda qapını açdı.. M.İbrahimov. Qoca sanki öz acı istehzasından özü kövrələrək, yaşarmış gözlərini kənara...

KÖVRƏLTMƏ (ID - 22326)

“Kövrəltmək” dən f.is.

KÖVRƏLTMƏK (ID - 22327)

icb. 1. Kövrək hala salmaq, kövrək etmək.
2. məc. Tez təsirləndirmək, mütəəssir etmək; riqqətləndirmək, doluxsundurmaq. Uşağı kövrəltmək. Ağır xəbər qadını kövrəltdi. - Gəlinin sözləri anasını da kövrəltdi. Çəmənzəminli....

KÖVSƏR (ID - 22328)

is. [ər.] 1. Dini əfsanəyə görə, guya cənnətdə olan bir bulağın adı. // Şairanə təşbehlərdə. Ləblərin ləzzəti var; Kövsəririzvandan betər. Aşıq Ələsgər. □ Kövsər suyu - bax abi-kövsər (“ab”da). Qədir.. şərabı...

KÖVŞƏN (ID - 22329)

is. 1. Taxıl əkilmiş yer; zəmi. Heç keçilər öz-özünə kövşəndən çıxıb canavara yem olarmı? S.Rəhimov. [Ataş:] Atam kövşəndə taxıl biçəndə anam xırmanda vəl sürürdü, sovruq atırdı.. Ə.Vəliyev. // Taxılı biçilmiş...

KÖVŞƏNLƏMƏ (ID - 22330)

“Kövşənləmək” dən f.is.

KÖVŞƏNLƏMƏKf (ID - 22331)

Üstünü kövşənlə, küləşlə örtmək. Damı kövşənləmək.

KÖVŞƏNLƏNMƏ (ID - 22332)

“Kövşənlənmək” dən f.is.

KÖVŞƏNLƏNMƏK (ID - 22333)

məch. Üstü kövşənlə, küləşlə örtülmək.

KÖVŞƏNLİ (ID - 22334)

sif Kövşəni olan, üstü kövşənli örtülmüş. Kövşənli dam.

KÖVŞƏNLİK (ID - 22335)

is. Taxılı biçilmiş tarla. Kürün o tayından əsən qəfil külək sahildəki biçənəyin üstündən adlayıb kəndin arasını dolaşdıqdan sonra kövşənliyi xışıldatdı, xır yolu tərəfə gəldi və gözlənilmədən yana burulub təpədəki...

KÖZ (ID - 22336)

is. Od yandıqdan sonra qalan alovsuz, qızmar kömür. Ağac yanar, köz olar; Su səpmə, köz-köz olar. (Bayatı). Firəngiz göbələklərin çökəyinə duz səpib, bir-bir közün üstünə düzürdü. B.Bayramov. // məc. Qızğın, odlu, hərarətli...

KÖZƏL (ID - 22337)

is. Xırman sovrulanda taxılla saman arasında qalan çör-çöp, iri saman, sünbül və s.

KÖZƏRDİLMƏ (ID - 22338)

“Közərdilmək” dən f.is.

KÖZƏRDİLMƏK (ID - 22339)

məch. Yandırılıb qızardılmaq.

KÖZƏRİŞMƏ (ID - 22340)

“Közərişmək” dən f.is.

KÖZƏRİŞMƏK (ID - 22341)

f Közərmək, köz kimi işıq vermək, işıldamaq (bir neçə lampa və b. közərən şey haqqında). Elektrik lampaları közərişirdi.

KÖZƏRMƏ (ID - 22342)

“Közərmək” dən f.is.

KÖZƏRMƏK (ID - 22343)

f 1. Yanıb qızarmaq, alovsuz yanmaq, qıpqırmızı olmaq. Samovarın qaynaması zəifləyib, əvvəlki gurultu sakit olmuş, ocağın alovu sönmüşdü, ancaq odlar közərirdi.. H.Nəzərli. Qoca fikirli bir halda ocaqda közərən oda baxaraq deyirdi.....

KÖZƏRTİ (ID - 22344)

is. Sönməkdə olan közün,
lampanın və s.-nin işığı, parıltısı; işartı. Fənərin közərtisi. Ocaqda közərti görünürdü.
Yol uzunu papiros közərtiləri görünürdü. S.Rəhimov. Sahilboyu səpələnmiş kənd evlərinin...

KÖZƏRTMƏ (ID - 22345)

“Közərtmək” dən f.is.

KÖZƏRTMƏK (ID - 22346)

f Kömürü, odu köz halına salmaq: qızartmaq. Təndirin odunu közərtmək. [Sarı] bir an içində yelpikləyib kömürü közərtdi və samovara od saldı. S.Rəhimov.

KÖZLƏMƏ (ID - 22347)

“Közləmək” dən f.is.

KÖZLƏMƏK (ID - 22348)

f Köz etmək, köz halına salmaq. Kömürü közləmək. // məc. Yandırmaq, yaxmaq.

KÖZLƏNMƏ (ID - 22349)

“Közlənmək” dən f.is.

KÖZLƏNMƏK (ID - 22350)

qayıd. Köz halına çevrilmək, közə dönmək.

KÖY (ID - 22351)

is. [türk.] Kənd. Kürün sahilində var əski bir köy; Üstündə hər zaman çılpaq olur göy. S.Vurğun.

KÖYLÜ (ID - 22352)

is. [türk.] Kəndli. Xoca tacir, köylü və sair; Alış-verişlə məşğuldurlar.
Cavid. Amansız müharibə heç bir kəsin torpaq və yurdunda gözü olmayan bu zavallı köylülərin yaşayışını pozmuş, yurdlarını dağıtmış, özlərini...

KÖYNƏK (ID - 22353)

is. 1. Bədənin yuxarı hissəsinə geyilən yüngül geyim. Ipək köynək. Miləmil köynək. Köynək tikdirmək. Köynəyini ütüləmək. - [Qız:] Keçən il burada student olurdu, həmişə evdə bir köynəkdə oturardı. Çəmənzəminli. Nazlı...

KÖYNƏKCƏK (ID - 22354)

zərf Köynəksiz, əynində köynək olmadığı halda, bədəni açıq. Bu halda qalmaqaldan Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damdan yuxudan .. köynəkcək Müsyö Jordanın səsinə yüyürürlər. M.F.Axundzadə. Başımız qırxılı,...

KÖYNƏKCİK (ID - 22355)

is. Kiçik köynək, balaca köynək. Uşaq köynəkciyi.

KÖYNƏKLİ (ID - 22356)

sif Köynək geymiş əynində köynək olan. Köynəkli adam. Ipək köynəkli uşaq. - Döyülən sarı köynəkli gənc bir qadın idi. S.Hüseyn.

KÖYNƏKLİK (ID - 22357)

sif 1. Köynək tikilməyə yarar. Köynəklik parça.
is. mənasında. Köynək tikmək üçün yarayan parça. [Pərzad:] [Oğlum] bir gün olmaz ki, əliboş gəlsin. Bir gün tumanlıq alır, bir gün köynəklik alır.. N.Nərimanov. [Çimnaz]...

KÖYNƏK-ŞALVAR (ID - 22358)

is. Köynək və şalvardan ibarət üst geyimi komplekti. Köynəkşalvar tikdirmək. - Sirat xaki köynək şalvarda tərdən islanırdı. Ə.Əbülhəsən. [Nərimanın] ayaqlarında uzunboğaz çəkmə, əynində sürməyi yun parçadan köynək-şalvar...

KÖYNƏK-TUMAN (ID - 22359)

is. Köynək və tumandan ibarət alt geyim komplekti; dəyişək. Ağ köynək-tuman. Köynək-tuman almaq. - .. Mən sənə köynək-tuman yumağa gəlmişəm. Mir Cəlal.

Bu səhifə 176 dəfə baxılıb

....
ugur_200x200.gif
ld.gif
qalaktika_200x200.gif
alsat_250x220.png
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif